Məhkəmə qərarları › İş №2(103)-7749/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7749/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7749/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdehlər X4 və X1 qarşı “bağışlama müqavilələrinin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və evə köçürülmə” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X6 arasında 06 iyun 2016-cı ildə bağlanmış və Bakı şəhəri 7-ci Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evin və ünvan 2 ünvanda yerləşən 114.2 kv.m qeyri yaşayış sahəsinin X4 bağışlanılmasına dair “Daşınmaz əmlakın bağışlanma müqavilələrinin, X6 ilə X2 arasında 11 avqust 2016-cı ildə bağlanmış və Bakı şəhəri 7-ci Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37.8 kv.m olan fərdi yaşayış evinə və ünvan 2 ünvanda yerləşən 114,2 kv.m qeyri yaşayış sahəsinə dair AN-İ No ******* saylı və AN-İ No ******* saylı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin mənzilin və qeyri yaşayış sahəsinin ona qaytarılmaqla üzərində onun mülkiyyət hüququnun bərpa edilməsi və onun azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməyi, Araz Dadaşevin adına olan Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi,Q İsmayılov küçəsi. 7 saylı evin 47 saylı mənzilə dair AN-İ No ******* saylı xx.xx.2016-cı il tarixli, onun adına olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 9/17 saylı sahəyə dair AN-İ No ******* saylı xx.xx.2016-cı il tarixli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/462 saylı sahəyə dair AN-İ No ******* saylı xx.xx.2016cı il tarixli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3-7 saylı sahəyə dair AN-İ No ******* saylı xx.xx.2016- cı il tarixli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/409 saylı sahəyə dair AN-İ No ******* saylı xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına olan “X9” markalı 90-0K-333 nömrə nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. Eyni zamanda iddiaçı iddia ərizəsinə iddianı təmin etmək haqqında ərizə əlavə etmişdir. Ərizədə iddianın təmin tədbiri kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evin və ünvan 3 ünvanda yerləşən 114,2 kv.m qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin iş üzrə cavabdeh X4 və digər böslərə qadağa edilməsi və icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evin və ünvan 2 ünvanda yerləşən 114,2 kv.m qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulsun və həmin əmlakların özgəninkiləşdirilməsi iş üzrə cavabdeh X4 və digər şəxslərə qadağa edilməsi qərara alınmışdır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6121/2016 saylı 20 sentyabr 2016cı il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X5 və X1 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və evə köçürülmə” barədə iddiasının Araz Dadaşevin adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 saylı evin 47 saylı mənzilinə dair AN-İ No ******* saylı 11 avqust 2016-cı il tarixli, özünün adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17 saylı sahəyə dair AN-İ No ******* saylı 09 avqust 2016-cı il tarixli, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/462 saylı sahəyə dair AN-İ No ******* saylı 09 avqust 2016-cı il tarixli, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3-7 saylı sahəyə dair AN-İ No ******* saylı 09 avqust 2016-cı il tarixli, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/409 saylı sahəyə dair AN-İ No ******* saylı 09 avqust 2016-cı il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına olan “X9” markalı ** OK *** qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi baxılması üçün ayrıca icraata ayrılmışdır.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 saylı 26 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Süleymanlı Bilal (Çingiz) Süleyman oğluna və X5 qarşı “bağışlanma və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və evə köçürülmə” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 saylı 26 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10279/2017 saylı 06 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 saylı 26 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2105/2018 saylı 03 aprel 2018-ci il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10279/2017 saylı iş üzrə 06 noyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Cavabdeh Süleymanlı Bilal (Çingiz) Süleyman oğlu müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında ona məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinə və ünvan 6 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinə dair görülmüş müvəqəti təminat tdbirinin ləğv olunmasını xahiş etmişdir.

11. Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan evin və ünvan 2 ünvanda yerləşən 114,2 kv.m qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulmasına və həmin əmlakların özgəninkiləşdirilməsinin cavabdeh X4 və digər şəxslərə qadağa edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-5417/2016 saylı qərardadı ləğv edilmişdir.

12. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin eynisaylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

15. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, mülki iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər X4 və X1 qarşı “bağışlama müqavilələrinin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və evə köçürülmə” tələbi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 saylı 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5499/2016 saylı 26 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 saylı 26 oktyabr 2016-cı il tarixli qətnaməsinin apellyatıra münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1 -ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə görə, müvəqqəti təminat tədbirləri iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər.

21. Kollegiya qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmədiyindən və Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə qətnamənin dəyişdirilmədən saxlanıldığından sözügedən əmlakların üzərində qadağanın qalmasına zərurət olmamasını nəzərə alaraq rayon məhkəməsi ərizəni təmin edərək, əmlakların özgəninkiləşdirilməsinin cavabdeh X4 və digər şəxslərə qadağa edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-5417/2016 saylı qərardadı ləğv etməkdə haqlı olmuşdur.

22. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

24. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

25. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

26. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar