Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7749/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ daşınmaz əmlaka dair müqaviləyə əsasən yaranmış borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4567/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “daşınmaz əmlaka dair müqaviləyə əsasən yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin may ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən hər aya görə 900 manat pul vəsaiti və bütün pul vəsaitinin məbləğinə illik 5 faiz vəsaitin ərizəçinin xeyrinə tutulmasını, əsassız varlanmaya görə, cavabdehin ərizəçiyə köçürmədiyi vəsaitin məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlər tətbiq edilməklə, cavabdehdən ərizəçinin xeyrinə tutulmasını, iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4657/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qərardadı ilə (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1, 35.2, 114.1.3 151, 152.1.3, 152.2, 152.3, 152.4-cü maddələrinə əsasən cavabdeh qismində göstərilmiş "Narimanov Estate” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 1diyi ərazi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından) İddiaçı Cavabdehnə qarşı “daşınmaz əmlaka dair müqaviləyə əsasən yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı Cəmalettin oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-4657/2023 №-li qərardadı ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 39, 40, 74, 152, 267-269-cu maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə Mülki-Prosessual Məcəllənin 35.2-ci maddəsinə istinad edərək iddianın hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməli olmasını qeyd etmiş ,həmin Məcəllənin “Ərazi aidiyyatı” başlıqlı 4-cü fəslinin təkcə bu maddədən ibarət deyil, orada başqa müddəalar, o cümlədən “Müstəsna aidiyyat” başlıqlı 39-cu maddənin də olduğunu unutmuşdur. Hazırki mübahisədə ərizəçinin evi – daşınmaz əmlak məhz iddianın verildiyi Nərimanov rayonu ərazisindədir. Cavabdeh təşkilatın həmin evin əvəzində inşa etməli olduğu bina da Nərimanov rayonu ərazisində tikilməlidir. Buradan birmənalı belə nəticə çıxır ki, ərizəçinin daşınmaz əşya ilə bağlı olan hüquqları (daşınmaz əşyaya görə pulun ödənilməsi) pozulduğundan, iddia düzgün olaraq Nərimanov rayon məhkəməsinə verilib. Mülki Prosessual Məcəllənin “Müqavilə aidiyyatı” başlıqlı 40-cı maddəsi özü də bu kimi iddiaların cavabdeh təşkilatın hüquqi ünvanı üzrə verilməsini istisna edir, daşınmaz əşyanın yerləşdiyi yer üzrə verilməsin məcburi sayır. Belə ki, MPM-in 40.4-cü maddəsində göstərilib: Mübahisə üçün müstəsna aidiyyat nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1- 40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-4657/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, hal-hazırda iddiaçıya (ərizəçiyə) bütün ödənişlər ödənilmişdir və buna görə də iddiaçının ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 149, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 33-45, 149-152, 385, 387, 395- 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, ilk olaraq mülki münasibətlərin hazırki mübahisə müstəvisində səciyyəsi müəyyən edilməldir. İddianın əsasını biləvasitə müqavilə münasibətlərdən irəli gələn şəxsin ehtimal edilən hüquqlarının pozulması təşkil edir. İddiaçının istinad etdiyi daşınmaz əşya ilə bağlı olan hüquqlarının (daşınmaz əşyaya görə pulun ödənilməsi) pozulması məhz tərəflər arasında bağlanmış müavilə ilə tənzimlənir. Ona görə biləvasitə mülkiyyətçinin hüquqlarının pozulması ilə bağlı mübahisə iddianın predmeti deyildir və bu hüquqların pozulması iddianın əsasının tərkib hissəsidir. Lakin qeyd edilməlidir ki, iddiaçının cavabdehlə olan münasibətlərindən irəli gələrək müqavilənin imzalandığı və ya onun icra yeri üzrə iddia vermək kimi seçim hüquqları vardır. İş materiallarından ehtimal edilir ki, (iş səh. 10,15) iddiaçıya məxsus sökülən və yeni tikilən bina, habelə müqavilənin imzalandığı və icra yeri Bakı şəhəri Nərimanov rayonu ərazisinə təsadüf edir, və işin bu xüsusatları isə birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə (maddələrinə) görə: 36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. 36.13. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Prosessual qanunvericiliyə görə, ərazi aidiyyətinin müəyyən edilməsi, iddia ərizəsinin mahiyyəti ilə deyil, tələbin predmeti ilə müəyyən edilir Beləliklə, iddia ərizəsinin ərazi aidiyyəti üzrə biləvasitə Mülki Prosessual Məcəllənin 39.1ci maddəsi ilə müəyyən edilən müstəsnalıq təşkil etməsə də, müqavilə münasibətlərdən irəli gələrək iddianın Nərimanov rayon məhkəməsində baxılması mümkünlüyü (zərurət yarandığı təqdirdə çəkişmə şəraitində) müzakirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4657/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsinə (mümkünlüyünə) yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-7749/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7749/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver