Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-775/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və vəkili Teymur Bağırovun, Cavabdehin nümayəndəsi Elşad Əliyevin iştirakı ilə, İddiaçı cavabdeh xxxxxxxxxxxxxxxxxqarşı “əmrin ləğv olunması və işə bərpa” tələbinə dair 2(004)-3007/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh xxxxxxxxxxxxxxxxxqarşı “əmrin ləğv olunması və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********2 saylı əmrinin ləğv edilməsi, onun tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin noyabr ayından xx.xx.2020-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Hacıqabul Rayon Məşğulluq Mərkəzində müddətli əmək müqaviləsi əsasında aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. İşlədiyi 3 il 6 ay müddətində tutduğu vəzifənin öhdəsindən layiqincə və bacarıqla gəlmiş, nümunəvi və intizamlı bir işçi kimi çalışdığı kollektivin hörmətini qazanmışdır. Lakin, heç bir obyektiv səbəb və əsas olmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin xx.xx.2020-ci il tarixli, **********2 nömrəli Əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilmiş və tutduğu vəzifədən azad olunmuşdur. Hesab edir ki, sözügedən əmr tamamilə qanunsuzdur və ləğv edilməlidir. Əvvəla, əmrin verilməsi üçün əsas olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin apardığı xidməti araşdırma barədə rəhbərliyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məruzəsi göstərilmişdir. Halbuki, xidməti araşdırma səthi, başdansovdu, qərəzli, qeyri-obyektiv və qiyabi aparıldığından həmin məruzə-arayışın heç bir hüquqi əsası yoxdur. Belə ki, xidməti araşdırmanın aparılmasına səbəb 2019-cu ilin oktyabr ayında Hacıqabul Rayon Məşğulluq Mərkəzinin keçmiş baş məsləhətçi-mühasibi X4 onun adına olan MAS imzadan istifadə etməklə, Dövlət Məşğulluq Xidmətinin bazasına daxil olaraq, iki nəfərin anketinə baxması, sonradan, Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri ərazisində yerləşən qurumlarının birində çalışan əməkdaş tərəfindən həmin iki şəxsin işsiz kimi təsdiqlənməsi və onlara sosial müavinət ayrılması olmuşdur. İşlədiyi idarənin ən fəal və çalışqan bir işçisi kimi özünü göstərdiyindən, əsas iş yükü demək olar ki, onun üzərində olmuşdur. Bununla əlaqədar olaraq, adına MAS (məşğulluq alt sistemi) imzası alınmış, həmin dövrdə Mərkəzdə yeganə imza olduğundan, Mərkəzin rəhbərinin göstərişinə əsasən digər əməkdaşlar da bu imzadan istifadə edirdilər. Bu faktı həmin dövrdə Mərkəzdə çalışan əməkdaşlar Mirzəyev Cavidan, Atamoğlanova Məhbubə, Zərbaliyev Kənan, İbrahimov Bəxtiyar, Əliyev Yavər, İsgəndərov Tapdıq və digərləri də təsdiq edə bilərlər. Göstərilən faktla əlaqədar olaraq, aparılan araşdırma zamanı MAS imzasının onun adına olması əsas götürülərək, baş vermiş xidməti pozuntunun guya, onun tərəfindən törədildiyi iddia edilmiş, "qiyabi xidməti araşdırma" birbaşa onun barəsində aparılmışdır. Xidməti araşdırma zamanı bir dəfə də olsun araşdırma aparan orqana çağırılmamış və yazılı izahatı alınmamışdır. Yalnız çalışdığı müəssisənin rəhbəri ilə telefon əlaqəsi saxlanılmış, ondan elektron qaydada izahat alınmışdır. Verdiyi izahatında pozuntunun baş verdiyi dövrdə adına olan MAS imzasının Mərkəzin əməkdaşlarının ümumi istifadəsində olduğunu qeyd etmiş, eyni zamanda, pozuntunun konkret olaraq Hacıqabul Rayon Məşğulluq Mərkəzinin keçmiş baş məsləhətçi-mühasibi X7 tərəfındən törədildiyini, həmin şəxsin özünün də bu faktı etiraf və təsdiq etidiyini, onun adına olan imzadan istifadə etməklə bazaya daxil olaraq, qeyd olunan iki şəxsin anketlərinə baxdığını göstərmişdir. Xidməti araşıdrma aparan Daxili nəzarət və audit şöbəsinin Vaqif adlı əməkdaşı X7 ilə telefon əlaqəsi saxlayaraq, bu barədə ondan soruşduqda, M.Atamoğlanova həmin faktı təsdiq etmişdir. Buna baxmayaraq, araşdırma birtərəfli, qərəzli və subyektiv aparıldığından, işin faktiki halları, göstərilən xüsusatların heç biri nəzərə alınmamış, onlara hüquqi qiymət verilməmişdir. Eyni zamanda, tərəfindən vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar hər hansı xidməti pozuntuya və ya nöqsana yol verildiyi sübuta yetirilməmişdir. xx.xx.2020-ci il tarixli, **********2 nömrəli, həqiqətə uyğun olmayan, qərəzli məruzə ilə tanış etmədiklərinə görə sənəddə nədən bəhs olunduğu, işdən azad olunması üçün hansı "əsasların müəyən edildiyi" hələ də ona məlum deyildir. xx.xx.2020-ci il tarixli, **********2 nömrəli əmr xüsusilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozduğuna görə qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1 maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2016-cı ildən Hacıqabul Rayon Həmkarlar İttifaqının üzvü olduğu halda, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan onu qanunsuz olaraq Azərbaycan Respublikası Əmək Məcəllisinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad ediblər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2016-cı ilin noyabr ayından Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X9 rayon Komitəsinin həmkarlar ittifaqının üzvüdür və Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının xx xxxxxx 2020-ci il tarixli, 147 nömrəli arayışından göründüyü kimi ittifaqın üzvülüyündə olduğu üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi zaman həmkarlar ittifaqı təşkilatının razılığı alınmamışdır. Məhkəmə “İP” ünvanının müəyyənləşdirilməsinə dair Dövlət Portalına sorğu verilməsinə dair onun vəkilinin vəsatətini rədd edərək həqiqətin üzə çıxarılmasında maraqlı olmadığını nümayiş etdirmişdir. Qətnamədə göstərilir ki, MAS-da vətəndaşların bir sıra fərdi məlumatlarına çıxışın olması nəzərə alındıqda İddiaçı adıçəkilən vətəndaşların həmin məlumatlarından şəxsi maraqları ücün istifadə etməsi və 3-cu şəxslərə verməsi ehtimalı istisna deyildir". Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə obyektiv sübutlara deyil, yalnız subyektiv ehtimallara əsaslanır. Bundan başqa, hadisə adı çəkilən M.Atamoğlanova və qeyriləri barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində cinayət işinin istintaqı zamanı baş vermişdir. Ona görə də MAS vasitəsilə prokurorluq əməkdaşlarının şəxsi məlumatlarının əldə edilməsi və daha sonra digər şəxslərin də iştirakı ilə həmin əməkdaşlara yardım təyin edilərək vəsaitin ayrılmasının bir təsadüf, səhlənkarlıq, yoxsa prokurorluq orqanı əməkdaşlarının diskreditasiya olunması məqsədilə edilməsinə dair şübhələr ciddi araşdırma predmeti olmalı, məhkəmə bu barədə xüsusi qərardad qəbul edərək prokurorluğa məlumat verməli idi. Məhkəmə mübahisənin obyektiv həllində maraqlı olmadığını bir daha nümayiş etdirmişdir. Belə ki, məhkəmə onun əmək intizamını pozduğunu sübut edən sənəd kimi iş materiallarına əlavə olunmuş «Fərdi məlumatları yaymamaq və X1suz istifadə etməmək barədə» hadisə baş verdikdən bir ay sonra, 2019-cu ilin dekabr ayında tərəfindən imzalanmış iltizamın surətinə sübut kimi istinad etmişdir. Halbuki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası qanununa əsasən həmin yazılı iltizam MAS istifadəyə verildiyi tarixdə alınmalı idi. Halbuki, onu bilavasitə işə götürən və daha sonra işdən azad edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə qurumdakı Həmkarlar İttifaqı komitəsinə, nə də bilavasitə üzvü olduğu Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X9 rayon komitəsinə müvafiq xahişlə müraciət etməmişdir. Məhkəmədə nazirliyin təmsilçisi bunu onun işlədiyi X8 tam işçi kadrları ilə komplektləşdirilməməsi, orada cəmi 5 əməkdaşın olması ilə izah etmişdir. Həmkarlar İttifaqının üzvü kimi Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X9 rayon komitəsində qeydiyyatda olmağının isə sanki məhkəmə üçün heç bir əhəmiyyəti olmamışdır. Apelyasiya baxışı zamanı iddiaçı və vəkili hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xhaiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri H.İmanov tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S.Babayevə ünvanlanmış yazılı məruzəsinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul Rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi vəzifəsində çalışan İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə digər şəxslərə məxsus fərdi məlumatları əldə etməsi barədə Nazirliyin Aparatının E-xidmətlər və innovasiyalar şöbəsindən daxil olmuş məlumat Daxili nəzarət və Audit şöbəsi tərəfindən araşdırılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı elektron imzası vasitəsilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayon sakini X12 və Bakı şəhəri, Yasamal rayon sakini X14 üçün vətəndaşların müraciətləri və məlumatları olmadan X2 sisteminin “Məşğulluq” Altsistemində (MAS) işaxtaranın anket forması yaradılmış, müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə təsdiq edilmişdir. Məşğulluq haqqında qanunvericiliyə əsasən vətəndaşlarla aparılan işlər çərçivəsində Nəsimi Rayon Məşğulluq Mərkəzinin işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun müdiri X5 və 1 saylı Bakı ərazi Məşğulluq Mərkəzinin direktoru X6 elektron imzaları vasitəsilə müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə həmin vətəndaşlara qeydiyyatda olduqları rayonlar üzrə MAS-da işsizlik statusu verilmişdir. G.Kələntərova və M.Əİəkbərov qeyd olunanları təqdim etdikləri izahatlarında təsdiq etmişlər. İddiaçı izahatında həmin anket formalarının yaradılması barədə məlumatının olmadığını, elektron imzasından Mərkəzin həmin dövrdə baş məsləhətçi-mühasibi vəzifəsində işləmiş X4 istifadə etdiyini bildirmişdir. Buna baxmayaraq, MAS-da vətəndaşların bir sıra fərdi məlumatlarına çıxışın olması nəzərə alındıqda İddiaçı adıçəkilən vətəndaşların həmin məlumatlarından şəxsi maraqları üçün istifadə etməsi və 3-cü şəxslərə verməsi ehtimalı istisna deyildir. İddiaçı fiziki şəxslərin şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfıdensiallığının təmin edilməsi zərurətini və xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadəsinin yol verilmədiyini, habelə “İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, fərdi məlumatların konfidensial hesab olunduğunu və şəxsin yazılı razılığı olmadığı halda bu barədə məlumatların 3-cü şəxslərə verilməsinin qadağan olunduğunu nəzərə almadan müvafiq Qanunların tələblərini pozmuşdur. Qeyd olunanları nəzərə alaraq əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə İddiaçı barədə ciddi intizam tənbeh tədbirinin görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materialarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2020-ci il tarixli, **********2 nömrəli əmrinin surətindən görünür ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul Rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçıla son haqq-hesabın aparılması təmin edilməsi və Nazirliyin Aparatının Ümumi şöbəsinin bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Aparatının e-Xidmətiər və sosial innovasiyalar şöbəsi tərəfındən təqdim edilmiş arayışa əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul Rayon Məşğulluq Mərkəzində baş məsləhətçi-mühasib vəzifəsində çalışmış X7 “X2 Sistemi”ndə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə aktivlik statusuna malik **********817 nömrəli elektron imza ilə qeydiyyatda olmuşdur. Əlavə olaraq ki, İddiaçı elektron imzası vasitəsilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayon sakini X12 və Bakı şəhəri, Yasamai rayon sakini X14 üçün MAS-da işaxtaranın anket forması yaradılmış və xx.xx.2019-cu il tarixdə təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş «Fərdi məlumatları yaymamaq və X1suz istifadə etməmək barədə» İltizamın surətindən görünür ki, İddiaçı öz xidməti fəaliyyətinə və vəzifə borcuna görə ona etibar edilən məlumatların, o cümlədən məşğulluq tədbirlərinin təşkili zamanı işsiz və işaxtaran şəxslərə, habelə işəgötürənlərə dair fərdi məlumatların (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) qanunla və onların yazılı razılığı ilə müəyyən edilmiş hallar istisna olmaqla, yayılmasına, həmin məlumatlardan xidməti fəaliyyətdən kənar istifadə edilməsinə yol verməyəcəyi, göstərilən məlumatları kənar şəxslər ondan istədikdə Dövlət Məşğulluq Xidmətinin aidiyyəti Məşğulluq Mərkəzinin rəhbərliyinə məlumat verməsi barədə yazılı öhdəlik götürmüş və iltizamı öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul Rayon Məşğulluq Mərkəzinin ştatlar üzrə əmək haqqı cədvəlinin surətindən görünür ki, Mərkəzdə ikisi vakant olmaqla cəmi 7 ştat sayı mövcuddur. İş materiallarına əlavə olunmuş Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən Bakı şəhər 27 saylı Vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2020-ci il tarixli, 147 saylı məktubdan görünür ki, İddiaçı işdən çıxarılması zamanı onun işlədiyi Hacıqabul Rayon Məşğulluq Mərkəzinin ilk həmkaralr ittifaqı təşkilatının razılığı alınmalı idi. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X9 rayon komitəsi tərəfindən verilmiş yazılı məlumata əsasən İddiaçı işdən çıxarılmasına razılıq verilməsi üçün ilk həmkarlar ittifaqı təşkilatının yığıncağı keçirilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsini, 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndini, 70-ci maddəsinin “ç” bəndini, 71-ci maddəsinin 2-ci hissəsini, 72-ci maddəsinin d) və e) bəndlərini, 80-ci maddəsinin 1-ci və 2-ci hissəsini, 83-cü maddəsinin 1-ci hissəsini, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin d) və e) bəndlərinə əsasənişçi tərəfindən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən işçilər, pensiyaçılar, təhsil alan şəxslər, heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmaq üçün ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, X7 “X2 Sistemi”ndə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə aktivlik statusuna malik **********817 nömrəli elektron imza ilə qeydiyyatda olmuşdur. İddiaçı elektron imzası vasitəsilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayon sakini X12 və Bakı şəhəri, Yasamal rayon sakini X14 üçün MAS-da işaxtaranın anket forması yaradılması və xx.xx.2019-cu il tarixdə təsdiq edilməsi, bununla da, qanunvericiliyin tələblərinin pozulması və «Fərdi məlumatları yaymamaq və X1suz istifadə etməmək barədə» iltizamla üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müəyyən olunmuşdur. Habelə, həmin dövrdə Hacıqabul Rayon Məşğulluq Mərkəzində həmkarlar ittifaqı təşkilatının mövcud olmadığından iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar ittifaqının rəyi alınmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı ilə əmək münasibətlərinə xitam verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********2 nömrəli əmrinin ləğv edilməsinə hər hansı qanuni əsaslar mövcud olmadığından hazırkı iddia tələbi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Ona görə apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3007/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-775/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-775/2021
09.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver