Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7755/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi eyni zamanda vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh3, Cavabdeh2 qarşı "mənzilə daxil olma və həmin mənzildən istifadəyə dair maneələrin aradan qaldırılması" tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1439/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin həcmini azaldaraq, iddia tələbinə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmasını və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 53 saylı evin, 20 nömrəli mənzilinə mülkiyyətçi İddiaçı azyaşlı oğlu X2 ilə birlikdə maneəsiz daxil olması, həmin mənzilindən İddiaçı azyaşlı oğlu X2 ilə istifadə etməsinə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil atası X3 məxsus olmuşdur. 2001-ci ildə atası vəfat etmişdir. Onun vəfatında sonra yuxarıda qeyd olunan ünvanda yerləşən miras mənzil qalmışdır. Həmin miras mənzildə vərəsəlik üzrə onun payı 1/3 hissəsi müəyyən olunmuşdur. İş üzrə cavabdehlər qardaşı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dır. Cavabdeh3 qardaşı arvadıdır. X7 2020-ci ildə vəfat etmişdir. Beləliklə mənzil cavabdehlərlə onun paylı mülkiyyətindədir. Cavabdeh qardaşı Cavabdeh1 fəaliyyət qabiliyyəti yoxdur və o, məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Eyni zamanda həmin mənzildə o, 02.01.2007-ci il təvəllüdlü azyaşlı oğlu X2 qeydiyyatdadır. O, ailə qurduqdan sonra şərait olmadığından həmin evdən köçmüş və kirayə mənzildə yaşamaq məcburiyyətindədir. Əvvəllər qardaşı Eminə quluq etmək üçün mənzilə getsə də, qardaşı İlhamın vəfatından sonra cavabdehlər onu mənzilə buraxmaq istəmirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, mübahisələndirilən mənzil cavabdehlərlə onun paylı mülkiyyətindədir. Lakin, cavabdehlər onu paylı mülkiyyətində olan mənzildən istifadə etməyə imkan vermirlər. Həmin mənzil üzərində olan istifadə, sərəncam və sahiblik kimi hüquqlarını kobud surətdə pozurlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1439/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 53 saylı evin, 20 nömrəli mənzilinə mülkiyyətçi İddiaçı azyaşlı oğlu X2 ilə birlikdə maneəsiz daxil olması, həmin mənzilindən İddiaçı azyaşlı oğlu X2 ilə birlikdə istifadə etməsinə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılması və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin əsassızlığı səbəbindən iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi "mənzilə daxil olma, mənzildən istifadəyə maneənin aradan qaldırılması” kimi göstərilsə də iddia tələbi ilə bağlı yaranan hüquqi əsasın mahiyyəti daşınmaz əmlak olan yeganə yaşayış yerinin məcburi satdırılmağa təhrik edilməsi, xəstə qardaşı qardaş olaraq tanımadığı halda ona məxsus payın da ələ keçirilməsidir ki, işi qeyri-obyektiv araşdıran birinci instansiya məhkəməsi əsl niyyəti bildiyi halda ədalətli qərar qəbul etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı 16 ildir ki, köçürülməsini tələb etdiyi mənzildə yaşamır. Xəstə qardaşına azacıq da olsa bacı kimi münasibət göstərməsini təsdiq edəcək hər hansısa bir dəlil-sübut ola da bilməz. Niyyəti daşınmaz əmlakın satışından əldə olunacaq vəsaitin çox hissəsini ələ keçirmək olan iddiaçının heç bir zaman yaşamaq niyyətində olmadığı mənzilə köçürülməsini tələb etməsi absurd təəccüb doğurur. Birinci instansiya məhkəməsinin bu hüquq münasibətini bildiyi halda gələcəkdə narahatlıq yaranmasına səbəb olacaq qərar qəbul etməsi həqiqətən də təəssüflə qeyd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, ailə qurduqdan sonra şərait olmadığından mübahisəli evdən köçmüş və kirayə mənzildə yaşamaq məcburiyyətində qalmışdır. bir müddət sonra həmin evə getmək istəsə də cavabdehlər buna mane yaratmışdır. Hesab edir ki, mübahisəli ev cavabdehlərlə onun paylı mülkiyyətində olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni zamanda vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda birinci instansiya məhkəməinin qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verdiyindən, məhkəmə kollegiyası qətnamənin əsaslılığını Cavabdeh3 münasibətdə yoxlayır. İş materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 53, 20 saylı mənzildə İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 qeydiyyatdadırlar. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 53, 20 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyət olaraq 1/3 hissəsi İddiaçı məxsusdur. Mənzil İddiaçı adına 28.01.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Nizami rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının 2019-cu il 23 sentyabr tarixdə keçirilmiş iclasının 28 saylı protokolundan görünür ki, fəaliyyət qabiliyyəti olmayan Cavabdeh1 üzərində X4 qəyyum təyin edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 109538 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20.09.202-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.09.2020-ci il tarixdə 706 nömrəsi ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil X3 məxsus olmuşdur. X5 2001-ci ildə vəfat etmişdir. Onun vəfatında sonra yuxarıda qeyd olunan ünvanda yerləşən mənzil onun vərəsələrinə miras qalmışdır. Həmin miras mənzildə vərəsəlik üzrə İddiaçı payı 1/3 hissəsi müəyyən olunmuşdur. Digər paylar X1 məxsus olmuşdur. X4 2020-ci il tarixdə vəfat etdikdən sonra həmin mənzil Cavabdeh3 mülkiyyətinə keçmişdir. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir və onun ev şəraitində yaşama ehtiyacının təmin edəcək hər hansı başqa yaşayış sahəsi yoxdur. Belə olan halda, iddiaçı, hüquqi vəziyyətindən asılı olmayaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., 53 saylı evin 20 saylı mənzilindən cavabdehlərlə birlikdə yararlanaraq, orada yaşaması üçün həmin mənzilə azyaşlı oğlu X2 ilə birlikdə maneəsiz daxil olmalıdır. Apellyasiya şikayətində cavabdeh qeyd etmişdir ki, işin mahiyyəti tamam başqa olmaqla, iddia tələbi ilə bağlı yaranan hüquqi əsasın mahiyyəti daşınmaz əmlak olan yeganə yaşayış yerinin məcburi satdırılmağa təhrik edilməsi, xəstə qardaşı qardaş olaraq tanımadığı halda ona məxsus payın da ələ keçirilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qeyd olunanlara münasibətdə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa işiin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan, cavabdehlərin hazırda yaşadığı, iddiaçının isə mənzilə daxil olma və həmin mənzildən istifadəyə dair maneələrin aradan qaldırılmasını istədiyi ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil paylı mülkiyyətdədir və belə olan halda iddiaçı cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində əmlak üzərində istifadə hüquqlarından məhrum olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1439/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7755/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7755/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver