Məhkəmə qərarları › İş №2(103)-7764/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7764/2020

20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7764/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X3, Cavabdeh/iddiaçı Cavabdeh vəkili X2 iştirakları ilə, Birinci iddia üzrə X1nın Cavabdeh qarşı «nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment tələbi və birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünərək 1/2 hissəsinin iddiaçıya verilməsi» tələbinə dair ilkin, ikinci iddia üzrə iddiaçı Cavabdeh X5 qarşı «uşaqların atanın yanında saxlanılması» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3949/2020 saylı qərardadından X1 tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Cavabdeh qarşı «nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment tələbi və birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünərək 1/2 hissəsinin iddiaçıya verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, məhkəmənin digər hakiminin icraatına iddiaçı Cavabdeh X5 qarşı «nikahın pozulması və uşaqların atanın yanında saxlanılması» tələbinə dair iddia ərizəsi daxil olmuşdur. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3949/2020 saylı, xx.xx.2020-ci il tarixliqərardadı ilə iddiaçı Cavabdeh X5 qarşı «nikahın pozulması və uşaqların atanın yanında saxlanılması» tələbinə dair 2(006)-3949/2020 saylı mülki işin X1 Cavabdeh qarşı «nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment tələbi və birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünərək ½ hissəsinin iddiaçıya verilməsi» tələbinə dair 2(006)-3277/2020 saylı mülki işlə bir icraatda birləşdirilməsi və mülki işə 2(006)- 3277/2020 nömrəsinin verilməsi qərara alınmışdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, hər həftənin şənbə və bazar günləri 03 (üç) saat müddətində uşaqları ilə ünsiyyətinə edilən maneələrin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3949/2020 saylı, xx.xx.2020-ci il tarixliqərardadı ilə iddiaçı Cavabdeh öz uşaqları ilə hər həftənin şənbə və bazar günləri 03 (üç) saat müddətində ünsiyyətdə edilən maneələrin qadağan edilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan İddiaçı şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır, belə ki, çəkişmə prinsiplərinə əməl edilmədən qəbul edilmişdir və hakimin buna səlahiyyəti olmadan işə baxılmışdır. İşə hakim N.Tağıyeva tərəfindən deyil, R.Xəlilov tərəfindən baxılmalı idi. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3277/2020 saylı, xx.xx.2020-ci il tarixliqərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Cavabdeh nümayəndəsi-vəkili A.Məhərrəmova şikayətin dəlilləri qəbul etmədi və əlavə olaraq, ərizə təqdim edərək, bildirmişdir ki, Cavabdeh “Azərsu” Holdingdə istehsalat avadanlığında operator vəzifəsində işləyir və iş saatları növbəli rejimdə olmaqla həm gündüz, həm də gecə növbəsində müəyyən edilmişdir. Gündüz və gecə iş saatları növbəli bir-birini əvəz etdiyindən məhkəmə tərəfindən uşaqların ünsiyyəti üçün 3 saatlıq müddət qərardadının icra mərhələsində digər tərəfin iştirakı və razılığı ilə razılaşdırılmaqla görüşün başlanma və bitmə saatları müəyyən olunmalıdır. Görüş saatları öncədən müəyyən olunarsa həmin qərarın icrası mümküz olacaq. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası şikayətə digər tərəfin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birini instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 8-ci bəndinə əsasən, "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 28 oktyabr 6/2011 nömrəli qərarına dəyişiklik edilərək, həmin qərarın 2.2-ci bəndinə "uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub- olmamasına qiymət verilməlidir” məzmunda abzas əlavə edilmişdir. Kollegiya qeyd edir ki, Cavabdeh iddianı təmin etmə tədbirinə dair ərizəsinə əsasən iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək birgə nikahdan olan uşaları ilə sərbəst surətdə görüşmək hüququ vardır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən düzgün olaraq, Cavabdeh öz uşaqları ilə şənbə və bazar günləri 03 (üç) saat müddətində ünsiyyətdə olması qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398, 400, 403 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3949/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar