Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7775/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlunun və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh1 (eyni zamanda, ilk iddia tələbi üzrə Cavabdeh2 nümayəndəsi), onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilələrin etibarsız hesab edilməsi və pul» tələbinə dair ilk, həmçinin Cavabdeh1 İddiaçı qarşı «pul» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-880/2020 saylı qərardadından ilk iddia tələbi üzrə İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 160500 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı birinici instansiya məhkəməsinə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh1 163500 manat məbləğində borcun, həmin borcun 7,5 faizi kimi 12262 manat, hüquqi xidmət üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, Sumqayıt şəhəri Corat qəsəbəsi Sülh küçəsi ev 210C saylı evin, Sumqayıt şəhəri 4-cü mikrorayon 19/27 saylı evin 78 saylı mənzilinin və **-MJ-*** dövlət qeydiyyat nişanlı mühərrik DU04894, ban WF0AXXWPMADU048xx xxxx 2013-cü il buraxılışlı Ford Kuga minik markalı avtomobilin Cavabdeh1 tərəfindən qızı Cavabdeh2 adına özgəninkiləşdirilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə birinici instansiya məhkəməsinə müraciət edərək, İddiaçı onun xeyrinə 455000 manat, 390000 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, Cavabdeh1 məhkəməyə iddianın təmin tədbirinə dair ərizə ilə müraciət edərək, İddiaçı məxsus **-EG-*** dövlət nömrə nişanlı BMW X5 XDRİVE40İ minik markalı 2020-ci il buraxılışlı, **-KG-*** dövlət nömrə nişanlı BMW 530Xİ minik markalı 2018-ci il buraxılışlı, **-KE-*** dövlət nömrə nişanlı BMW X5 minik markalı 2008-ci il buraxılışlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)- 880/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək İddiaçı mülkiyyətində olan «BMW X5 XDRİVE 40İ» minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı 2020-ci il buraxılışlı, «BMW 530Xİ» minik markalı **-KG-*** dövlət qeydiyyat nişanlı 2018-ci il buraxılışlı və «BMW X5» minik markalı **-KE-*** dövlət qeydiyyat nişanlı 2008-ci il buraxılışlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İddiaçı qeyd edilən qərardaddan şikayət vermiş, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəmsinə göndərilmişdir. Şikayətin dəlilləri: İddiaçı şikayəti – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsini əsassız olaraq icraata qəbul etməsi, iddianın təmini tədbiri barədə vəsatətin təmin olunmalı olmamasıvə s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf şikayətə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib,şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı,birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,MPM-in 157.1və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər.İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir.Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi,mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı). Qeyd edilməlidir ki,iddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İşdən görünür ki,qarşılıqlı iddia üzrə cavabdehə qarşı 455000manat və 390000ABŞ dolları mədəğində maddi (pul)tələb mövcuddur və iddianın təmini tədbiri qətnamənin gələcəkdə icrasının təmininə yönəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, habelə iddianın təmini tədbinin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Eyni zamanda işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13yanvar 2020-ci il tarixli qərardadından və həmin qərardadın dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 16mart 2020-ci il tarixli qərardadından görünür ki,ilk iddia üzrə iddiaçının analoji ərizəsi üzrə cavabehə məxsus daşınar və daşınmaz əmlaklarla bağlı iddianın təmini tədbiri həyata keçirilmişdir (əmlakların özgəninikləşdirilməsi qadağan olunmuşdur). Həmçinin qeyd olunmalıdır ki,cavabdehin şikayətdə göstərdiyi dəlillər əsasən mübahisənin mahiyyətinə aid olmaqla,məhkəmə baxışının araşdırma predmetinə aiddir.Bu səbəbdən də,məhkəmə kollegiyası həmin dəlillərə hazırki mərhələdə hüquqi qiymət verməyi zəruri hesab etmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilələrin etibarsız hesab edilməsi və pul» tələbinə dair ilk, həmçinin Cavabdeh1 İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2(008)-880/2020 saylı qərardadından ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)-880/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7775/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7775/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver