Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7775/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsisinin 2(003)-2087/2021 saylı 02.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 34.000 (otuz dörd min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 22.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(003)-2087/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 22.000 manat pul alınaraq İddiaçı ödənilməsi, iddia Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X11” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissədə onun, 1/2 hissada isa X2 mülkiyyat hüququ tanındığı, həmin avtomobilin açıq hərracdan satılması, 1/2 hissədə onun, 1/2 hissədə isa X3 paylarına mütənasib da bölünməsi qət edildiyi halda 22.000 manatın yalnız ondan tutulması qanuni, asaslı və ağlabatan deyildir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-6700/2016 nömrəli, 22 dekabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında “X11” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 04 sentyabr 2014-cü il tarixdə bağlanmış sərəncam əqdin etibarsız hesab edilməsi, İddiaçı adına “X11” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “X11” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 hissəsinə İbrahimova (Şabanova) Aida Məmməd qızının mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3569/2017 nömrəli, 29 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, Xəzər rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-2263/2018 nömrəli, 05 aprel 2018-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1507/2019 nömrəli, 10 may 2019-cu il tarixli qətnaməsi ilə “X11” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, l0-UL749 dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin Cavabdeh1 ilə İbrahimova (Şabanova) Aida Məmməd qızı arasında paylara mütənasib surətdə 1/2 hissədə bölüşdürülərək onlara ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 794/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(003)-1507/2019 saylı qətnaməsi “VAZ 21074” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin bölünməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3633/2020 nömrəli, 01 iyul 2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AC 263096 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılışı ili 2008-ci il, qara rəngli olan X11 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İddiaçı tərəfindən Bakı şəhər Xəzər Rayon Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, "O,- İddiaçı, Cavabdeh1 mülkiyyətçisi olduğu X11 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil alğı-satqı olunarkən həqiqətən X5 34.000 manat məbləği ödəmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisəli avtomobilin alğı-satqısı üçün ödənilmiş 22.000 manat Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı və Cavabdeh1 müqavilənin subyektləri olmaqla həmin müqavilə etibarsız hesab edilmişdir. Belə olan halda müqavilə üzrə hər iki tərəf aldıqlarına geri qaytarmalıdır. Bu konteksdən yanaşaraq eyni zamanda Cavabdeh1 iddia tələbini yazılı qaydada etiraf etməsini nəzərə alaraq məhkəmə həmin məbləğin Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Tərəflərin izahatlarından və işin araşdırılmış hallarından aydın olduğu kimi, iddiaçı və Cavabdeh1 doğma qardaşdırlar. Cavabdeh X6 isə Cavabdeh1 keçmiş arvadı olmuş, qardaşlar arasında alğı-satqı müqaviləsi bağlanan zaman onun bundan xəbəri olmamışdır. Belə ki, Cavabdeh1 ilə cavabdeh X6 arasında bağlanmış nikah 14 oktyabr 2014-cü ildə pozulmuş, 22000 manat pul vəsaiti Cavabdeh1 verilən zaman da, yəni 04 sentyabr 2014-cü ildə onun cavabdeh X6 ilə ailə münasibətləri normal olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-6700/2016 nömrəli, 22 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında “X11” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 04 sentyabr 2014-cü il tarixdə bağlanmış sərəncam əqdin etibarsız hesab edilməsi, İddiaçı adına “X11” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “X11” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin ½ hissəsinə İddiaçı, ½ hissəsinin isə Cavabdeh2 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-6700/2016 nömrəli, 22 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında “X11” minik markalı, **-CV- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 04 sentyabr 2014-cü il tarixdə bağlanmış sərəncam əqdin etibarsız hesab edilmişdir. Belə olan halda müqavilə üzrə hər iki tərəf aldıqlarına geri qaytarmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi işin hallarını və Cavabdeh1 etirafını nəzərə alaraq, qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, 04 sentyabr 2014-cü il tarixdə bağlanmış müqavilənin tərəfləri İddiaçı və Cavabdeh1 arasında bağlanmış və mübahisəli 22.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Digər Cavabdeh2 müqavilə tərəfi olmadığından iddia tələbi haqlı olaraq, həmin hissədə təmin edilməmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, istinad etdsiyi halları təstiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri, formal xarakter daşıyır və apellyatorun subyektiv mövqeyini əks etdirir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsisinin 2(003)-2087/2021 saylı 02.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsisinin 2(003)-2087/2021 saylı 02.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7775/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7775/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver