Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7786/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(006)-4030/2016 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Maraqlı şəxs nümayəndəsi X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(006)-4030/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsində apellyasiya qaydasında işə baxılarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən məktub göndərilərək həmin məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-4030/2016 saylı qərardadından Ərizəçi tərəfindən şikayət daxil olması bildirilmiş və həmin şikayətə baxılması üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(006)-4030/2016 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş qərardaddan şikayətə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(006)-4030/2016 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 4030/2016 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7786/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7786/2020
10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver