Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7786/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 143 A saylı evin 156 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 499, M16, mənzil 2) istifadə qaydaları müəyyən edilməklə köçürülməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3967/2021 saylı, 27.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 143 A saylı evin 156 saylı mənzilinə (Yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 499, M16, mənzil 2) istifadə qaydaları müəyyən edilməklə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 16.10.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 29.05.2015-ci il təvəllüdlü X3 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ilk vaxtlar cavabdehlə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş və aralarında tez-tez mübahisələr baş vermişdir. Məhkəmənin 29.05.2018-ci il tarixli 2(004)- 1930/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, nikah pozularkən 29.05.2015-ci il təvəllüdlü X3 anası X1 yanında saxlanılmış və onun qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X2 verilməsi qət edilmişdir. O, birgə nikah dövründə anasına məxsus evi sataraq cavabdehin adına ünvan 1 ünvan: ünvan 2i əsasında almış, 19.11.2016-cı il tarixdə isə mənzilə dair çıxarış əldə etmişlər. Məhkəmənin 07.09.2018-ci il tarixli 2(001)- 6227/2018 saylı qətnamə ilə onun X2 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payları müəyyən olunaraq bölünməsi barədə iddiası təmin edilmiş, X1 mülkiyyətində olan ünvan 3 ünvan: Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küç., 499 M16, mənzil 2) 1/2 hissəsi üzərində X1, 1/2 hissəsi üzərində onun mülkiyyət hüququ tanınmışdır. Lakin o, paylı mülkiyyətində olan əmlakın girişində yerləşən dəmir qapının açarları dəyişdiyindən mənzilinə daxil ola bilmir. Onun hal-hazırda yaşamağa yeri yoxdur və kirayədə yaşayır. O, törətdiyi cinayət əməlinə görə cəzasını çəkmiş, hazırda əməlinin təhlükəliyini dərk etmişdir. Cavabdehin onunla bir mənzildə yaşaması üçün heç bir təhlükə mövcud deyildir. Ona görə də onun Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 143 A saylı evin 156 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 499, M16, mənzil 2) istifadə qaydaları müəyyən edilməklə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3967/2021 saylı, 27.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 143 A saylı evin 156 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 499, M16, mənzil 2) köçürülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Səadət Səlimova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiadan imtina barədə notariat qaydasında təsdiq edilmiş ərizəni təqdim edərək qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 143 A saylı evin 156 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 499, M16, mənzil 2) istifadə qaydaları müəyyən edilməklə köçürülməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3967/2021 saylı, 27.05.2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 143 A saylı evin 156 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 499, M16, mənzil 2) istifadə qaydaları müəyyən edilməklə köçürülməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3967/2021 saylı, 27.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7786/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7786/2021
01.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver