Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7787/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı1, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil2, Cavabdeh2 hüquqi varisi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlakdakı payların dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(007)-1189/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların qanun üzrə vərəsə kimi Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yerləşən 30 saylı evin 6 saylı mənzilindəki hər birinin 1/3 hissəsində paylarının dəyəri olan 39000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yerləşən 30 saylı evin 6 saylı mənzili 01 noyabr 2000-ci ildən iddiaçıların anası mərhum X2 xüsusi mülkiyyətində olmuşdur. X9 07 may 2014-cü il tarixdə vəfat etmişdir. Elmira Babayevanın qanun üzrə birinci dərəcəli vərəsələri övladları Əbülfəz, Elsevər və anası Fatmanisədir. Onun ölümündən sonra miras qalmış mənzili E.Babayevanın anası Cavabdeh2 notariat kontoruna ərizə ilə müraciət etməklə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edib öz adına keçirmiş, daha sonra evi oğlu Cavabdeh1 bağışlamış, sonuncu isə mənzili X1. Əbülfəz və Elsevər yetkinlik yaşına çatmadığı üçün 2018-ci ildə qanuni nümayəndələri kimi X8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 37 saylı Notariat Kontoruna müraciət edərkən məlum olmuşdur ki, Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən mərhumun Əbülfəz və Elsevər adlı yetkinlik yaşına çatmayan vərəsələrinin olduğunu bildirməmişdir. X8 həmin şəhadətnamənin, habelə Cavabdeh2 adına mənzilə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bağışlama və alqısatqı müqavilələrinin, habelə Nazilə İmanovanın adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, son nəticədə iddia qismən təmin olunaraq Əbülfəz və İddiaçı2ların, habelə Cavabdeh2 mənzil üzərində hər birinin 1/3 hissədə miras payları tanınmış, bağışlama və alqı-satqı müqavilələri etibarsız hesab olunmasa da, iddiaçı tərəfə izah olunmuşdur ki, miras əmlakdakı paylarının dəyərini tələb etmək üçün cavabdehə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 ona bağışlanmış miras əmlak olan mənzili 58500 manata alıcı X1. Buna görə də iddiaçılar həmin mənzilin satış dəyəri olan pulun 2/3 hissəsini, yəni 39000 manat pulu cavabdehlərdən tələb edirlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(007)-1189/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsə kimi Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsində yerləşən 30 saylı evin 6 saylı mənzilindəki hər birinin 1/3 hissəsindəki paylarının dəyəri olan 39000 manat pulun Cavabdeh2 tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilib iddia tələbinin tam təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini Cavabdeh1 aid hissədə təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, mənzilin Cavabdeh1 bağışlanmasının əsas məqsədi miras əmlak üzərində onların vərəsəlik payının müəyyən olunmasına imkan verməmək olmuşdur. Bütün bu qanunsuzluqlar Cavabdeh1 tərəfindən planlaşdırılmış, digər cavabdeh Fatmanisə Babayevə tərəfindən isə icra edilmişdir. Onlar miras əmlakındakı paylarının müəyyən edilməsi ilə bağlı müvafiq orqanlara müraciət etdikdən sonra Cavabdeh2 əvvəl mənzili bağışlamış, digər Cavabdeh1 isə mənzili satmışdır. Məhkəmə işin qeyd olunan hallarını nəzərə almamışdır. Apellyasiya icraatı zamanı Cavabdeh2 vəfat etdiyindən onun övladı X6 mərhum Cavabdeh2 prosessual hüquqi varisi kimi işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və iddiaçıların vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin qismən ləğv edilərək iddiaçıların miras payının dəyəri kimi 39000 manat pulun hər iki cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 vəkili Vəkil2 və Cavabdeh2 hüquqi varisi Rövşən Babayev apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(007)-1189/2021 saylı qətnaməsi iddiaçıların apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçılar qətnamənin Cavabdeh1 dair hissəsini mübahisələndirərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki işin materiallarında olan sənədlərdən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli 2(103)-4383/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 və üçüncü şəxs Nazilə İmanovanın apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V" y/s ev 30da yerləşən 6 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 27 noyabr 2014-cü il tarixli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 25 fevral 2018-ci il tarixli bağışlama müqaviləsinin və Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 15 mart 2018-ci il tarixli çıxarışın İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh1 ilə X7 arasında 27 noyabr 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və X4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 28 noyabr 2018-ci il tarixli çıxarışın ləğv edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri rədd edilmiş, qətnamə qalan hissələrdə, yəni ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsi və həmin mənzilə dair Cavabdeh2 adına verilmiş 12 noyabr 2014-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qismən, yəni İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə etibarsız hesab edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmiş, iddiaçı tərəfə miras əmlakdakı paylarının dəyərini tələb etmək üçün cavabdehə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarından görünür ki, həmin mənzil Cavabdeh2 tərəfindən özgəninkiləşdirilmişdir. Belə ki, Cavabdeh2 miras əmlakı qəbul etdikdən sonra 25 fevral 2018-ci il tarixdə bağışlama müqaviləsi ilə Cavabdeh1 bağışlamış, Cavabdeh1 isə öz növbəsində həmin əmlakı 27 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1. ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qanun üzrə vərəsə kimi miras əmlakda hər birinin 1/3 hissədə payları müəyyən edilmişdir. Cavabdeh1 isə həmin miras əmlakda hər hansı payı olmamışdır. Göründüyü kimi iddiaçılara məxsus payı da Cavabdeh2 digər cavabdehə bağışlamış, sonuncu isə öz növbəsində həmin əmlakı özgəninkiləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini Cavabdeh1 dair hissədə təmin etməməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 25 fevral 2018-ci il tarixli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh1 həmin mənzili əvəzsiz əqd üzrə əldə etmişdir. Birgə iddiaçılar Əbülfəz və İddiaçı2lar məhz Cavabdeh2 notariat orqanına yanlış məlumat verməsi nəticəsində miras payından faktiki məhrum olmuşlar. Əbülfəz və İddiaçı2ların miras payından faktiki məhrum olmalarında Cavabdeh1 təqsirli olması sübuta yetirilməmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(007)-1189/2021 saylı qətnaməsi iddiaçıların apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7787/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7787/2021
15.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver