Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-779/2024 01.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, yeni müqavilənin bağlanması öhdəliyinin qoyulması) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “müqavilələrin etibarsız hesab edilməsi, yeni müqavilənin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2780/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, 5/02 nömrəli müqaviləyə əsasən Cavabdeh3 MMC Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı, mənzili tikib Cavabdeh2 mülkiyyətinə verməyi, Cavabdeh2 isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən Cavabdeh2 3 otaqlı, _ saylı mənzilin tikintisinə görə Cavabdeh3 MMC-yə 65.000 manat müqavilə imzalandığı gün ödəmək şərti ilə, qalıq məbləğ kimi 85.930 manat həcmində pul vəsaitini xx.xx.2020-ci il tarixinədək ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-750/2020 saylı qətnaməsinə əsasən X14 ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.2008-ci il təvəllüdlü X9 anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir.
3. Nikah haqqında AZ-İİ seriyalı, 415644 nömrəli şəhadətnaməyə əsasən X10 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə nikah bağlamışdır.
4. İddiaçı Bakı şəhəri 23 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən atası X11 vəfat etdikdən sonra ona məxsus ünvan 1 ünvanında yerləşən mənzili qanun üzrə vərəsə kimi anası Cavabdeh2 əldə etmişdir. Cavabdeh3 MMC ilə anası Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 5/02 nömrəli müqavilə əsasında ona Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzil verilmişdir. Anası ilə aralarında əldə etdikləri razılığa əsasən o, atasından miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair hazırda və gələcəkdə heç bir iddia qaldırmayacaq və tələbi olmayacaq, anası da bunun əvəzində Cavabdeh3 MMC ilə müqavilə əsasında əldə etdiyi yuxarıda adı çəkilən mənzili onun göstərdiyi şəxsin, yəni qızı Cavabdeh1 verəcək və sonuncu ilə Cavabdeh3 MMC arasında müqavilə bağlanmasına dair etirazının olmamasına dair ərizə verəcəkdir.
5. . Cavabdeh2 Bakı şəhəri 23 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən onunla Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 5/02 nömrəli müqavilə əsasında ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzildən imtina etmiş və həmin mənzilə dair müqavilənin nəvəsi Cavabdeh1 ilə bağlanmasına etiraz etməmişdir. Mənzilin nəvəsi Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş etmişdir.
6. Mənzilin əvəzləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı atası X5 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh2 xeyrinə imtina etmiş, ünvan 1 ünvanında yerləşən mənzilin tam hüquqlu sahibi Cavabdeh2 hesab edilmiş, Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 5/02 nömrəli müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzildən İddiaçı göstərdiyi şəxsin, yəni xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh1 xeyrinə imtina etmiş və sonuncu ilə Cavabdeh3 MMC arasında müqavilə bağlanmasına etiraz etməmiş, bununla bağlı imtina ərizəsini təqdim etmişdir. Bu müqavilə imzalandıqdan və bu müqavilədə nəzərdə tutulan ərizə, imtina məktubları və bu müqavilənin 3-cü bəndində mənzilə dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında müqavilə bağlandıqdan sonra tərəflər bir-birlərinə qarşı həm ünvan 1 ünvanında yerləşən mənzil, həm də Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzil barədə iddia, şikayət və tələbləri olmayacağını öhdəliyə götürmüşlər.
7. Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli, 194 nömrəli maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 5/02/a nömrəli, xx.xx.2022-ci il tarixli dəyişikliyə əsasən 5-ci blokun, 10-cu mərtəbəsində, 3 otaqlı mənzilin dəyəri Cavabdeh1 tərəfindən tam ödənilmiş və həmin mənzilə görə Cavabdeh3 MMC qarşısında heç bir borcu yoxdur.
8. Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 5/02/a nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləyə xx.xx.2022-ci il tarixli dəyişikliyə əsasən Cavabdeh3 MMC Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzili tikib Cavabdeh1 mülkiyyətinə verməyi, Cavabdeh1 isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər.
9. Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 5/02/a nömrəli müqaviləyə 1 saylı Əlavəyə əsasən Cavabdeh1 3 otaqlı mənzilin tikintisinə görə Cavabdeh3 MMC-yə 65.000 manat müqavilə imzalandığı gün ödəmək şərti ilə, qalıq məbləğ kimi 89.050 manat həcmində pul vəsaitini xx.xx.2020-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür.
10. Cavabdeh1 tərəfindən İddiaçı verilmiş AR-İİ seriyalı, 752352 nömrəli, xx.xx.2022ci il tarixli etibarnaməyə əsasən Cavabdeh1 ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, о cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girovdan) azad etmək, özəlləşdirmək, icarəyə və kirayə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, vərəsəlik işini rəsmiləşdirməyi, ona çatası miras payı qəbul etməyi, həmin paydan imtina etməyi, miras payının bağışlanması haqqında müqavilə bağlamağı, həmin müqavilədə imza etməyi, bununla bağlı ərizələr verməyi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağı, sənədləşmə işlərini aparmağı, lazımi sənədləri toplamağı, təqdim etməyi və götürməyi, əvəzindən imza etməyi, bu tapşırığın yerinə yetirilməsi üçün onu Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarında, nazirliklərdə, səfirliklərdə, konsulluqlarda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsində, Daşınmaz Əmlakın dövlət qeydiyyatını həyata keçirən dövlət orqanlarında, MİS orqanlarında, Bələdiyyə orqanlarında, İcra Hakimiyyətində, Dövlət Statistika Komitəsində, Dövlət Miqrasiya İdarəsində, DİN DYPİ RQİŞ-də, VVAQ şöbələrində, “ASAN xidmət” Mərkəzlərində, Azərbaycan Respublikası Müdafiyə Nazirliyində, “DOST” Mərkəzlərində Azercell, Bakcell, Nar şirkətlərində, məktəblərdə, İcra şöbələrində, Hüquq muhafizə orqanlarında, prokrorluqlarda, Notariat Ofislərində, vergi orqanlarında, “Cargo” terminal, hava limanında, gömrük məntəqələrində, sığorta şirkətlərində Sosial Müdafiə Fondunda, telefon qovşağlarında, poçtlarda, kooperativ və ictimai təşkilatlarda, dövlət idarələrində, təşkilatlarında və qeyri-dövlət qurumlarında təmsil etməyi, istənilən bankda adına olan hesablardan istifadə etməyi, sərəncam verməyi, hesab üzrə bütün bank əməliyyatları aparmağı, pul məbləğləri almağı/qoymağı, həmçinin depozitin (əmanətin) faizlərini və ya əsas məbləğini almağı, adından hesab açmağı/bağlamağı, pul köçürmələri həyata keçirməyi, bank kartlarını və onlara aid olan PİN kodları götürməyi və ya dəyişməyi, sifariş etməyi, adından depozit (əmanət) məbləği yatırmağı, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, ona aid olan bütün hesablardan çıxarışları və hesablar haqqında arayışları tələb etməyi və almağı, adına gələn yükləri qəbul etməyi, gömrük işlərini rəsmiləşdirməyi və gömrük rüsumlarını ödəməyi, adına nömrələr rəsmiləşdirməyi, lazım gəldikdə onların dublikatlarını almağı, nömrələrdən çıxarışları əldə etməyi, ona aid olan istənilən arayışı, qeydiyyat vəsiqəsini, şəhadətnamələri, həmçinin dövlət reyestrindən çıxarışı, texniki pasportu, əmlakın yüklü olub/olmaması haqqında arayışı (forma1), Forma 2 və digər sənədləri almağı, toplamağı, təhvil verməyi, onun adından sənədləşmə işlərini aparmağı, kommunal və digər xərcləri ödəməyi, adından istənilən məzmunlu razılıq ərizələri (yerli və xarici vətəndaşları qeydiyyata salmağı və qeydiyyatdan çıxarmağı) və digər ərizələri yazmağı, mənə çatası pulları almağı, adından ərizə ilə müraciət etməyi, imza atmağı və bu tapşırığın yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir.
11. Cavabdeh1 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən o, Cavabdeh3 MMC-yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, bina 5/02/a-nın 10-cu mərtəbəsində yerləşən mənzilin İddiaçı adına keçməsinə etiraz etməmişdir.
12. “Elektron notariat” X1 çıxarışa əsasən Cavabdeh1 tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.
13. Cavabdeh3 MMC-nin xx.xx.2018-xx.xx.2022-ci il tarixli müxtəlif nömrəli mədaxil qəbzlərinə əsasən ödənişlər Cavabdeh2 adından həyata keçirilmişdir.
14. xx.xx.2022-ci il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 5/02/a saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 118.5 kv.m sahədən ibarət mənzilə dair Cavabdeh3 MMC ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Cavabdeh3 MMC tərəfindən həmin mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsinə və həmin mənzilə görə heç bir borcunun olmamasına dair maliyyə arayışının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. xx.xx.2023-cü il tarixli ərizəyə əsasən e-2(006)-899/2023 saylı iş üzrə İddiaçı başqa iddia ilə məhkəməyə müraciət etdiyindən həmin iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə e- 2(006)-899/2023 nömrəli iş üzrə icraata xitam verilmişdir.
17. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin HK-1/321 saylı material üzrə xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, bununla yanaşı İddiaçı etmiş olduğu şikayətlə bağlı məhkəmə orqanlarına müraciət etməsi izah olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzilə dair cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli və həmin müqaviləyə dəyişiklik edilərək cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız hesab edilməklə, həmin mənzilə dair onunla yeni müqavilənin bağlanması öhdəliyinin Cavabdeh3 MMC-nin (MTK-nın) üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan 2 qızı anadan olmuşdur. Cavabdeh1 onun böyük qızıdır. 2018-ci ildə onun (keçmiş) həyat yoldaşı ilə münasibətləri yaxşı olmadığından öz gələcək təminatı üçün mənzil almaq qərarına gəlmiş, həmin vaxt nikahda olduğundan mənzili anasının adına rəsmiləşdirmək barədə razılaşmışlar ki, sonradan anası mənzili geri onun adına rahatlıqla rəsmiləşdirə bilsin (həmin nikah məhkəmə qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə pozulmuşdur). Bu məqsədlə xx.xx.2018-ci il tarixdə onun istəyi ilə cavabdehlər Cavabdeh3 MTK ilə onun anası Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, çoxmənzilli yaşayış binasının 6-cı blok, 9-cu mərtəbəsində, 4 otaqlı mənzilə dair müqavilə bağlanmış, mənzilin qiyməti 201.500 manat müəyyən edilmiş, ilkin ödəniş kimi onun tərəfindən 65.000 manat ödənilmiş, qalan məbləğin isə hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Onun bacısı X4 qızı həmin dövrlərdə (hazırda da işləməkdədir) şirkətdə məsul vəzifədə işləmiş, “sənədləşmə işlərində tərəflərə köməklik göstərmişdir”. Pandemiya dövründə onun maddi vəziyyəti həmin məbləği ödəməyə yetərli olmadığı üçün 4 otaqlı mənzil 3 otaqlı mənzilə dəyişdirilmiş, bütün ödəmələr onun tərəfindən həyata keçirilmiş, müvafiq maliyyə arayışı verilmişdir. Sonradan onun anasından mənzili onun adına geri rəsmiləşdirməyi xahiş etdikdə anası bildirmişdir ki, o, atasından miras qalmış mənzildən onun xeyrinə imtina edəcəyi halda, o, mənzili onun öz adına deyil, yalnız böyük qızının adına rəsmiləşdirə bilər. Onun anasının belə davranmasına səbəb o olmuşdur ki, o, yenidən nikaha daxil olmuş və anası buna razı olmamışdır. Məhz bu hadisədən sonra onun anası və bacıları ondan üz döndərmişdir. Anasının belə davranışını görən o, qızı ilə aralarında razılaşmışlar ki, onun anası mənzili iddiaçının qızının adına keçirəndən sonra qızı da mənzili əsl yiyəsi olan anasına, yəni ona geri qaytaracaq. Bununla bağlı o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində anasının mənzili qızının adına keçirməsi şərtilə, atasından miras qalmış mənzildən anasının xeyrinə imtina etməsinə dair ərizə yazmış, eyni zamanda o və anası arasında mənzilin əvəzləşdirilməsinə dair müqavilə də imzalanmışdır. Bundan sonra iddiaçının qızı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə onunla razılaşdıqları kimi 5 saylı Bakı “Asan xidmət” mərkəzində mübahisəli mənzilin anasının adına keçirilməsinə etiraz etməməsinə dair ərizə, eyni zamanda anasının adına etibarnamə vermişdir. Sonradan o, mənzili öz adına rəsmiləşdirmək istəyərkən ona məlum olmuşdur ki, Cavabdeh1 ona iyulda verdiyi etibarnaməni avqustda ləğv etdirmişdir. Məsələni araşdıran zaman ona məlum olmuşdur ki, qızı nənəsi və xalaları ilə birlik olaraq onu aldatmış, aralarındakı razılığa əməl etməkdən boyun qaçırmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilələr əslində başqa əqdi – onunla Cavabdeh3 MMC arasında bağlanılmalı olan əqdi pərdələmək məqsədi güddüyündən, əhəmiyyətsiz əqd olmaqla, etibarsız hesab edilməli və həmin mənzilə dair onunla yeni müqavilə bağlanması öhdəliyi Cavabdeh3 MMC-nin (MTK-nın) üzərinə qoyulmalıdır.
20. Cavabdeh1 ərizə təqdim edərək, iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzilə dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə dair iddiaçı ilə yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh3 MMC-nin üzərinə qoyulması hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad edərək, yenidən eyni cavabdehə qarşı eyni iddia qaldırmışdır. Belə ki, hər iki iddia ərizəsində eyni mənzilə dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd olması, başqa əqdi pərdələmək məqsədi ilə bağlanması göstərilərək iddianın əsası kimi eyni hallara istinad edilmişdir. Yəni hər iki iddianın predmeti və əsası da eynidir. İddiaçı daha əvvəl verdiyi iddiadan imtina etmiş və bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)- 899/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən, göstərilən hissədə iş üzrə icraata xitam verilməli və həmin hissədə işə mahiyyəti üzrə baxılması davam etdirilməməlidir.
21. Cavabdeh1 iddiaya qarşı etiraz təqdim edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Mənzil onun nənəsi Cavabdeh2 məxsus olmuş və mənzilin əldə edilməsinə görə alqısatqının dəyərini də özü ödəmişdir. Bunu iddiaçının özünün məhkəməyə təqdim etdiyi qəbzlər təsdiq edir. Həmçinin, pulun Cavabdeh2 tərəfindən ödənilməsini Cavabdeh3 MMC (MTK) da təsdiq edə bilər. xx.xx.2022-ci il tarixdə isə nənəsi həmin mənzili onun adına rəsmiləşdirərək, onun mülkiyyətinə vermişdir. Nə iddiaçı, nə də nənəsi mənzilin onun adına rəsmiləşdirilməsinin formal olmasını ona deməmişdir. 2022-ci ilin iyul ayında o, iddiaçının xəbəri olmadan birdəfəlik evdən gedəndən sonra iddiaçı onu cəzalandırmaq üçün evi əlindən almaq qərarına gəlmiş və xx.xx.2022-ci il tarixdə iş yerinə gedərək orada hay-küy salıb onu biabır etmiş, sonra zorla döyə-döyə, söyə-söyə maşınına mindirərək, psixi və fiziki təsir göstərərək, onu “ASAN Xidmət”ə aparmış və aldadaraq guya iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 29 nömrəli mənzildən onu qeydiyyatdan çıxarmaq adı ilə başqa sənədlərə imza etdirmişdir. İddiaçı tərəfindən ona psixi və fiziki təsir göstərilməsi məhkəməyə təqdim etdiyi audioyazı, iddiaçının özünün etirafı, qolundakı cızıqlar və qançır izlərini özündə əks etdirən xx.xx.2022-ci il tarixli fotoşəkil ilə təsdiq olunur. Bu barədə sonradan xalasına danışmış və onun vasitəsilə öyrənmişdir ki, iddiaçının onu “ASAN Xidmət”ə aparmaqdakı məqsədi mənzildən qeydiyyatdan çıxarmaq deyil, ona məxsus mənzillə bağlı sərəncam verə bilmək üçün müvafiq səlahiyyətləri özündə əks etdirən etibarnaməyə imza etdirmək olmuşdur. Odur ki, xx.xx.2023-cü ildə həmin etibarnaməni ləğv etmişdir. Daha sonra iş materialları ilə tanış olan zaman ona məlum olmuşdur ki, iddiaçı həmin vaxt sadəcə etibarnaməyə deyil, həm də mənzilin özgəninkiləşdirilməsinə razılıq ərizəsinə də imza etdirmişdir. Bunu öyrəndikdən sonra dərhal 2023-cü ilin iyun ayında həmin ərizəni ləğv etdirmişdir. Sırf şəxsi məsələlərə görə digər bacısından fərqli olaraq anasının ona münasibəti yaxşı olmamış və ona etibar etməmişdir. Məhkəmə iclasında da bunu ifadə etmişdir. Göründüyü kimi, mənzil onun adına rəsmiləşdirilən zaman iddiaçının ona qarşı münasibəti yaxşı olmayıb və ona etibar etməyib. Ona görə də iddiaçı heç vaxt özünə çatası əmlakı onun adına rəsmiləşdirməzdi. Rəsmiləşdirdiyi halda isə ən qısa müddət ərzində mənzili öz adına keçirərdi.
22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2780/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “müqavilələrin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, məhkəmə xərcləri İddiaçı aid edilmişdir. (hakim X12)
23. Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsindəki çoxmənzilli yaşayış binasının 5-ci blok, 10cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilə dair xx.xx.2018-ci il tarixli müqavilə və müqavilə üzrə həyata keçirilmiş ödənişlərin qəbzləri ilə təsdiq olunur ki, müqavilə, həqiqətən də, cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh2 arasında bağlanılmış, müqavilə üzrə ödənişlər isə Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Bu müqavilədəki və qəbzlərdəki məlumatları təkzib edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, “müqavilə üzrə ödənişlərin əslində iddiaçı tərəfindən edilməsi, müqavilə bağlanarkən əvvəlki həyat yoldaşı ilə münasibətlərinin yaxşı olmaması səbəbindən mənzili öz adına almağa ehtiyat etməsi, buna görə sənədlərdə anasının adının olması”na dair mülahizələr məhkəmədə sübuta yetirilə bilməmişdir. Məhkəməyə təqdim edilmiş qətnamədən görünür ki, həqiqətən də, 2020-ci ildə iddiaçının nikahı pozulmuşdur. Lakin bu fakt iddiaçının mülahizələrini kifayət qədər təsdiq etmir və onun məhkəməyə bildirdiyi digər halların da doğru olmasına dəlalət etmir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan anası ilə Cavabdeh3 MTK arasında müqavilənin bağlandığı gün ona məxsus depozit hesabına mədaxil edilmiş və həmin hesabdan məxaric edilmiş məbləğlərin təyinatını da müəyyən etmək mümkün olmamış, beləliklə, iddiaçının ilkin müqavilənin etibarsız olması ilə bağlı təqdim etdiyi sübutlar onun dediklərini təsdiq etmədiyindən və ən əsası, iddiaçının mülahizələri mötəbər sübutlarla təkzib edildiyindən, məhkəmə hesab etmişdir ki, iddia tələbi “Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzilə dair cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” hissəsində təmin edilməməlidir.
24. İddia tələbinin “xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilərək, cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməklə, həmin mənzilə dair iddiaçı ilə yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh3 MMC-nin (MTK-nın) üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edilmişdir ki, cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə müqavilənin bağlanmasına əsas olan sənəd iddiaçı ilə anası arasında bağlanmış mənzilin əvəzləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə olmuşdur. Belə ki, iddiaçı həmin müqavilə ilə anasının mənzili Cavabdeh1 adına keçirməsinə göstəriş vermiş, özü də əvəzində atasından qalmış miras payından imtina etmişdir. Həmin müqavilənin notarial qaydada bağlanması iddiaçının onun nəticələri barədə məlumatlı olmasını, yəni notarius tərəfindən hüquq və vəzifələrinin, müqavilənin nəticələrinin iddiaçıya izah olunmasını deməyə əsas verir. Məhz bundan sonra cavabdehlər Cavabdeh1lə Cavabdeh3 MTK arasında hazırda etibarsızlığı mübahisələndirilən müqavilə bağlanmışdır. Mənzil Cavabdeh1 adına keçəndən bir neçə ay sonra onun iddiaçıya ümumi etibarnamə və mənzilin iddiaçının adına keçməsinə etiraz etməməsinə dair razılıq ərizəsi verməsi, lakin sonradan birtərəfli iradə ifadəsi olan həmin sənədlərə elə Cavabdeh1 özü tərəfindən xitam verilməsi ilə təsdiq olunur. Sənədlərin qüvvədə olduğu bu müddət ərzində iddiaçının mənzili özgəninkiləşdirmək, mənzil barəsində sərəncam vermək, MTK ilə olan sənədləri öz adına rəsmiləşdirmək hüququ olduğu halda, o, bu hüququndan istifadə etməmişdir. İddiaçı MTK-da sənədləşmə işləri üçün 3.000 manat məbləğində ödəniş tələb olunması səbəbindən vaxtında mənzili adına keçirə bilmədiyini, cavabdeh MTK isə ailə üzvləri arasında olan razılığa əsasən sənədlərdə dəyişiklik edilməsi zamanı ödəniş tələb olunmadığını bildirir. Nəticə olaraq, Cavabdeh1 iddiaçıya notarial qaydada təsdiqlənmiş ümumi etibarnamə və razılıq ərizəsi verməsi, sənədlər qüvvədə olduğu müddətdə iddiaçının hərəkətsiz qalması, sonradan müxtəlif tarixlərdə Cavabdeh1 həmin sənədləri ləğv etməsi işin sübutlarla təsdiq olunan mübahisəsiz halıdır. Cavabdeh1 etibarnamə və ərizənin məzmununu bilməməsi, anlamaması dəlili ilə bağlı bir daha qeyd edilməlidir ki, həmin sənədlər notarius tərəfindən təsdiq edilməzdən əvvəl Cavabdeh1 onların mahiyyətinin izah edilməsi ehtimal olunur. Sənədlərin Cavabdeh1 tərəfindən iddiaçıya hər hansı təzyiq altında verilib-verilməməsi mübahisəlidir, lakin faktiki olaraq verilmişdir, eyni zamanda, veriləndən ləğv edilənədək ötən müddət ərzində onunla anası arasında olan münasibətlərin pozulması istisna edilmir, nəticə olaraq, hər iki sənədin qüvvəsinə Cavabdeh1 tərəfindən xitam verilmişdir. Məhkəmə qeyd etmişdir ki, etibarnamə və ərizə verilməsi də, verilmiş etibarnamə və ərizənin ləğv edilməsi də Cavabdeh1 hüququ olmuş və o, bu hüquqlarından istifadə etmişdir. Belə olan halda məhz iddiaçının dəlillərinə əsaslanaraq, cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinin təmin edilməsi ağlabatan deyil. Məhkəmə o halı da qeyd etmişdir ki, iddia tələbinin “müqavilələrin etibarsızlığı” hissəsinin təmin edilməməsi, iddianın “həmin mənzilə dair müqavilə bağlamaq öhdəliyinin Cavabdeh3 MTK-nın üzərinə qoyulması” hissəsinin də təmin olunmamasını labüd edir. Çünki “müqavilələrin etibarsızlığına dair” tələb rədd edildiyindən, iddianın digər hissəsinin də əsaslılığı tam aradan qalxır. Belə ki, həmin tələb əsas tələbdən doğan törəmə tələb hesab olunur.
25. Məhkəmə cavabdehin “hazırki iş üzrə icraata müəyyən hissədə xitam verilməsi” barədə vəsatətinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı əvvəlki iddia ərizəsində yalnız Cavabdeh3 MTK və Cavabdeh1 qarşı “cavabdehlər arasında bağlanmış müqavilənin ləğv edilməsi, özü ilə MTK arasında həmin mənzilə dair müqavilənin bağlanmış hesab edilməsi və MTK tərəfindən ona mənzilə dair maliyyə arayışının verilməsi” tələblərini irəli sürmüşdür. Hazırki iddia ərizəsində isə həmin cavabdehlərlə yanaşı, Cavabdeh2 qarşı da “cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və mənzilə dair iddiaçı ilə müqavilə bağlanması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması” tələbləri irəli sürülmüşdür. Məhkəmə hər iki iddia ərizəsini araşdıraraq qeyd etmişdir ki, əvvəlki iddia ərizəsində yalnız cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış müqavilə, hazırki iddia ərizəsində isə yeni əsas kimi cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh2 arasında bağlanmış ilkin müqavilənin etibarsızlığı, ondan törəyən tələb kimi də cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsızlığı mübahisələndirilmişdir. Yəni əvvəlki iddia ərizəsindəki cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin ləğv edilməsi tələbinin əsasları ilə hazırki iddia ərizəsindəki cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinin əsasları da eyni olmamışdır. Bununla yanaşı, iddiaçı eyni cavabdehlərə qarşı eyni tələblə deyil, müxtəlif tələblərlə məhkəməyə müraciət etdiyindən, hazırki iş üzrə icraata həmin hissədə xitam verilməsi düzgün deyildir. Belə ki, əvvəlki ərizədə qoyulmuş “müqavilənin ləğv edilməsi” tələbi ilə hazırki ərizədəki “müqavilənin etibarsız hesab edilməsi” tələbi təmin edildiyi təqdirdə müxtəlif hüquqi nəticələr doğuracağından tələbə mahiyyəti üzrə baxılması məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilmişdir
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü, 329-cu, 337-ci, 339-cu, 340-cı, 347-ci, 351-ci, 390.1-ci, 405.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu, 14.2-ci, 76-cı, 80-cı, 81-ci, 88-ci, 119.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
27. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə tərəflərin iradə ifadələrinin həqiqi mənasını, onların iradə ifadələrinin həqiqətən nəyə yönəldiyini, müqavilə bağlanana qədər və ondan sonra tərəflərin davranışlarını nəzərə almamış, ümumiyyətlə, bu halları gözardı etmişdir. Çünki əslində tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilələr əslində başqa əqdi-onunla "xxxx" MMC arasında bağlanılmalı əqdi pərdələmək məqsədi güddüyündən, etibarsız olmuşdur. Bundan əlavə, istənilən müqavilə üzrə ödəmələr həyata keçirilən zaman qəbzdə müqavilə üzrə tərəfin adı göstərilir. Hazırkı halda da müqavilələr MTK ilə Cavabdeh2 arasında bağlandığından onun müqavilə üzrə ödədiyi bütün məbləğlərlə bağlı qəbzlərdə də müqavilə tərəfi kimi Cavabdeh2 adı göstəriləcəkdir. Çünki müqavilə üzrə ödəmələrin üçüncü şəxs tərəfindən də ödənilməsi mümkündür, qanuni və əsaslıdır, qadağan edilmir, həmin qəbzlərdə onun adının məxsusi yazılması həmin dövrdə gərəkli olmamışdır. O, həmin dövrdə bu haldan yayınmaq üçün, nikahda olduğundan və məhz buna görə müqavilələri öz adına bağlamamışdır. Məhkəmə onun tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışla bağlı göstərmişdir ki, həmin hesabdan çıxarılmış məbləğin təyinatını müəyyən etmək mümkün olmur. Müqavilə bağlanan tarixlə hesabdan müəyyən məbləğin çıxarılması tarixinin üst-üstə düşməsi təsadüf ola bilməz. Bundan başqa, Cavabdeh2 özü həqiqətən də həmin məbləğləri ödəməsinə dair məhkəməyə ümumiyyətlə, hər hansı sübut təqdim edə bilməmişdir. Ödəmə qəbzlərinin əsillərinin belə onda olması iddianın əsaslı olduğunu təsdiq edir. Belə ki, iddia tələbinin təsdiqi kimi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsini təqdim etmiş və həmin qətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə tərəflər arasında 2002-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Deməli, həqiqətən də 2018-ci il tarixdə mənzilə dair müqavilə bağlanan zaman o, ərdə olmuş və münasibətləri xoş olmamışdır ki, 2020-də artıq məhkəmə qətnaməsi ilə boşanmışdır. Məhkəmə bu qətnaməyə istinad etsə də, bu faktın iddia tələbini kifayət qədər təsdiq etmədiyini bildirir. Kifayət qədər təsdiq üçün qanuni qüvvədə olan məhkəmə aktından daha mötəbər hansı sübut ola bilər???!!! Bundan başqa, sübutlar kimi təqdim edilən sənədlər: Cavabdeh1 onunla razılaşdıqları kimi mübahisəli mənzilin anasının adına keçirilməsinə etiraz etməməsinə dair ərizəsi və eyni zamanda anasının adına verdiyi etibarnamə olmuşdur. Məhkəmə buna sadəcə belə qiymət vermişdir ki, ərizə və etibarnamə qüvvədə olduğu müddətdə iddiaçı hərəkətsiz qalmış, mənzili öz adına rəsmiləşdirməmişdir. Əvvəla, mənzilə dair cavabdehdən etibarnamənin və ərizənin alınmasının özü onun heç də hərəkətsiz qalmadığını təsdiq edir. Cavabdeh tərəf bu sənədlərin verilməsi zamanı guya cavabdehin bunların məzmunundan xəbərinin olmadığını, guya bunları hansısa mənzildən qeydiyyatdan çıxmaq üçün verdiyini bildirmişdir. Bununla bağlı məhkəmə haqlı olaraq göstərmişdir ki, həmin sənədlər notarius tərəfindən təsdiq edilməzdən əvvəl onların mahiyyətinin Cavabdeh1 izah edilməsi ehtimal olunur. Sənədlər Bakı “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notarius tərəfindən təsdiq edilmişdir ki, müvafiq mərkəzlərdə bu məsələlərin yüksək şəffaflıqla keçirilməsi mübahisəsizdir. Bundan başqa, iyulda verilən etibarnamə avqustda, ərizə isə hazırkı məhkəmə dövründə cavabdeh tərəfindən ləğv etdirilmişdir. Sadəcə qeydiyyat üçün verilən sənədlər niyə belə ləğv etdirilsin ki???!!! Bununla da aydın olur ki, qarşı tərəfin guya cavabdehin bu sənədlərin məzmunundan xəbərinin olmaması ilə bağlı dəlilləri aşkar əsassızdır. Məhkəmənin özünün istinad etdiyi etibarnamədən görünür ki, etibarnamə xx.xx.2022-ci il tarixdə verilmişdir. Cavabdeh 2003-cü il təvəllüdlüdür, etibarnaməni verdiyi tarixdə 19 yaşı var idi və etibarnaməni 25 il müddətinə vermişdir. Sual olunur:Həmin dövrdə 19 yaşı olan və mübahisəli mənzildən başqa adına heç nə olmayan cavabdeh anasına niyə 25 il müddətinə etibarnamə versin ki???!!! Əgər mənzil anasının deyilsə, niyə mənzildən imtinaya dair anasının adına ərizə versin ki???!!! Ona görə ki, o, qızı ilə aralarında razılaşmışlar ki, onun anası mənzili onun qızının adına keçirəndən sonra qızı da mənzili əsl yiyəsi olan anasına geri qaytaracaq. Lakin onun başqa şəxslə yenidən ailə qurması və bunun ailəsi tərəfindən xoş qarşılanmamasına görə onun anası kimi, qızı da nənəsi ilə birləşərək anasından üz döndərmiş, razılaşmalarını pozaraq, gedib bu sənədləri ləğv etdirmişdir. Ana ilə qızının arasında belə danışıqlara dair sübutları isə haqlı olaraq, məhkəməyə təqdim etmək mümkün deyil. Çünki ana ilə qız arasında olan söhbətləri yazmaq, bunu video çəkib sübut kimi saxlamaq məlum olduğu kimi ana ilə qızın mehriban vaxtında:yəni həmin dövr üçün absurd və ağlasığmaz idi!!! Bu halların sübutları: qızın anasına etibarnamə və ərizə verib, sonra da gedib onları ləğv etdirməsinə dair hərəkətləridir. Bir halı da Məhkəmənin diqqətinə çatdırır ki, qarşı tərəf ərizə və etibarnamənin verilməsini guya onun tərəfindən qızına hədə-qorxu gəlinməsi ilə əlaqələndirmişdir. Buna dair məhkəməyə guya sübut kimi disk də təqdim edilmişdir. Halbuki həmin disk məhkəmə tərəfindən tədqiq edilərkən, müəyyən edilmişdir ki, o, qızının şəxsi həyatında baş verən problemlərlə bağlı narahatdır və qızına qarşı hiddəti və narazılığı da məhz bununla bağlıdır. Cavabdeh tərəf məhkəmədə ana nənəsi və xalaları ilə həqiqətən də münasibətlərinin yaxşı olduğunu və xalalarının onun hərəkətlərinə nəzarət etdiyini, etibarnaməni və ərizəni də məhz xalasının ona xəbərdarlığından və izahından sonra ləğv etdirdiyini bildirmişdir. Məhkəmədə qarşı tərəfə hədə-qorxu ilə bağlı sual olunmuşdur ki, əgər həqiqətən belə hədə-qorxu nəticəsində ərizə və etibarnamə vermişdirsə, onda niyə dərhal, elə həmin günü ləğv etdirilməmiş və hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Cavabdeh isə bildirmişdir ki, qarşı tərəf anası olduğundan hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Belə olan halda sual olunur: Qarşı tərəf özünə sərf edən məqamda ana-qız olduğunu vurğulayaraq, sübut təqdim edə bilmirsə, onda ana-qız olan tərəflərin şəxsi söhbətlərinə-razılaşmalarına dair sübutu o, necə təqdim edə bilər???!!! Burdan da aydın olur ki, bəzən bəzi hallar birbaşa deyil, dolayı sübutlarla təsdiq olunur. Bundan başqa, iddianın əsaslılığı ilə bağlı digər bir sübut mənzilin əvəzləşdirilməsinə dair müqavilədir ki, məhkəmə ümumiyyətlə, bu sübuta münasibət bildirməmişdir. xx.xx.2022-ci il tarixli mənzilin əvəzləşdirilməsinə dair müqavilədən görünür ki, o, atasından miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 99 V saylı evə olan payından anası Cavabdeh2 xeyrinə imtina edir. Əvəzində isə Cavabdeh2 mübahisəli mənzilə onun göstərdiyi şəxsin, yəni qızı Cavabdeh1 adına müqavilə bağlanmasına etiraz etmir. Suallar olunur: - Əgər həqiqətən nənə Cavabdeh2 nəvəsi Cavabdeh1 bu qədər çox sevirdisə, niyə ona mənzili şərtlə bağışlayır ???!!! - Əgər həqiqətən həmin mənzil Cavabdeh2 özünün idisə, o, niyə həmin mənzili nəvəsinə bağışlamaq üçün onun razılığını istəyir???!!! - Əgər həqiqətən həmin mənzil Cavabdeh2 özünün idisə, Cavabdeh2nə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 99 V saylı evin ¼ hissəsinə hüququ olan onun göstərişi ilə 200.000 manatdan çox qiyməti olan-mübahisəli yeni tikilmiş binada olan mənzili bütövlükdə Cavabdeh1 adına keçirib, onunla əvəzləşdirirdi???!!! - Ümumiyyətlə, xx.xx.2022-ci il tarixli mənzilin əvəzləşdirilməsinə dair müqavilənin bağlanmasına nə zərurət var idi???!!! Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi məhkəmə işdə olan sübutlara və işin hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikyətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
31. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə qarşı etiraza uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
32. Cavabdeh3 MTK arayışla məhkəməyə müraciət edərək, bildirmişdir ki, Cavabdeh3 MTK Bakı şəhəri ərazisində bir neçə layihələri həyata keçirən şirkətdir və şirkətin Nicat adında bir neçə əməkdaşı vardır. Hazırda iddiaçı tərəfindən təqdim edilmiş “whatsapp” yazışmalarında adı Nicat kimi qeyd edilmiş şəxsin, hansı Nicat olduğu, həmin şəxsin Cavabdeh3 MTK-nın əməkdaşı olub-olmadığı onlara məlum deyil. Bu yazışmaların Nicat Sadıqovun şəkli qoyulmaqla aparılması, həmin yazışmaların onunla aparılmasına dəlalət etmir. Həmçinin, Nicat Sadıqov kooperativin direktor müavini vəzifəsində çalışmış, maliyyə, mühasibatlıq məsələlərinə, evlərin alqı-satqısı ilə bağlı ödənişlərin qəbul edilməsi məsələləri ilə məşğul olmamış, bu məsələlər onun vəzifə səlahiyyətləri çərçivəsində olmamışdır. Onun vəzifəsi sırf bina tikintisinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Bu yazışmaların işə birinci instansiya məhkəməsində baxılan zaman deyil, apellyasiya instansiya məhkəməsində baxılan zamanı təqdim edilməsi, həmin yazışmaların məhkəmə mübahisələrindən sonra aparıldığına şübhə yaradır. Həmin mənzilin alınması üçün Cavabdeh3 MTK-ya müraciət edən şəxs Cavabdeh2 olmuş, müvafiq ödənişləri etmək üçün kooperativə müraciət etmişdir. İddiaçı mənzilə görə ödənişləri özü həyata keçirdiyini göstərməsinə baxmayaraq, onlar onu ümumiyyətlə tanımamışlar, həmin mənzillə bağlı yalnız Cavabdeh2 ilə əlaqədə olmuşlar.
33. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-cü maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 666.2-ci maddəsinə bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmçinin qeyd olunmuşdur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Nəticələr üzrə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir və yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
41. Hazırda iddiaçı özünün şəxsi təminatı üçün mənzil aldığını, lakin əvvəlki nikah dövründə keçmiş əri ilə münasibətləri qaydasında olmadığından həmin müqavilənin öz razılığı ilə anasının adına rəsmiləşdirildiyini, sonradan ikinci dəfə nikaha daxil olduğundan anası ilə münasibətinin pisləşdiyini və bu səbəbdən onun atasından qalmış mənzildəki payından imtina etməsi qarşılığında hazırda mübahisəli müqavilənin predmeti olan mənzilin anası tərəfindən onun böyük qızına bağışlandığını, qızı ilə aralarında razılaşmaya əsasən qızının da həmin mənzili anasına bağışlamalı olduğunu, lakin sonradan qızının razılaşmaya əməl etmədiyini bildirir və qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh1 isə iddia tələbi ilə razılaşmayaraq mübahisəli mənzillə bağlı müqavilənin nənəsi ilə bağlandığını və sonradan ona bağışlandığını, hazırda iddiaçı olan anasına etibarnaməni onun təzyiqi və hədə-qorxusu nəticəsində verdiyini və bir müddət sonra da həmin etibarnaməni ləğv etdirdiyini bildirir.
42. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan aidiyyəti müddəalarına istinad edərək ilk növbədə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.
43. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə xx.xx.2020-ci il və X.Mirzəliyevin şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarlar).
44. Yazılı qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər. Odur ki, yazılı qaydada bağlanılmış hər hansı əqdin əsas əqdi pərdələmək məqsədilə bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Hazırki halda isə iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri xx.xx.2018-ci il tarixli müqavilənin və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilənin başqa əqdi pərdələmək üçün bağlanmasını, nəticədə, həmin müqavilələrin etibarsız hesab edilməsini şərtləndirmir.
45. Apellyatorun mübahisələndirilən müqavilənin əvvəlki nikah dövrünə düşdüyündən anasının adına rəsmiləşdirilməsi, qəbzlərin anasının adına verilməsinə baxmayaraq onun tərəfindən ödənilməsi, onun bank hesabından müvafiq pul vəsaitinin çıxarılması tarixi ilə xx.xx.2018-ci il tarixli müqavilənin bağlandığı tarixin eyni olması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia tələbində göstərilən dəlillərlə eyni olduğundan və bu dəlillərə də birinci instansiya məhkəməsi tərəfindən təfsilatı ilə münasibət bildirildiyindən, hazırda da həmin dəlillərlə bağlı yeni hallar müəyyən edilmədiyindən məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmin dəlillərə təkrarən münasibət bildirməyə zərurət duymur. Əlavə olaraq yalnız onu qeyd etməyi zəruri hesab edir ki, mənzilə dair onun qızı ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanan zaman iddiaçının birinci əri ilə nikahı artıq pozulmuşdur. Həm bu, həm də nikah dövündə (artıq ikinci nikah) hədiyyə qismində verilmiş əmlakın birgə mülkiyyət hesab edilməməsi baxımından bu müqavilənin bilavasitə onunla bağlanmasına hər hansı maneə yox idi. Əvəzləşdirmə müqaviləsində də mənzildən məhz iddiaçının göstərdiyi şəxsin, yəni xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh1 xeyrinə imtina edilməsi qeyd edilmişdir. Başqa sözlə, bu məsələdə seçim iddiaçının üzərində olmuş və bu baxımdan mənzil həqiqətən də ona məxsus olduğu halda, imtina onun xeyrinə aparılmış olardı. Həmçinin, ididaçı tərəfindən mənzilə görə xx.xx.2018-ci il tarixdə 65.000 manat məbləğində pulun ödənildiyi bildirilsə də, iddiaçıya məxsus hesabdan çıxarış məlumatlarına əsasən həmin tarixdə iddiaçı tərəfindən hesabdan cəmi 24.000 manat civarında pulun məxaric edildiyi müəyyən edilir.
46. Məhkəmə kollegiyası iddiaçının qəbzlərdə göstərilən məbləğlərin hazırki işdə də cavabdeh olan anası tərəfindən ödənilməsi ilə bağlı anasının da heç bir sübutunun olmaması ilə bağlı dəlilinə münasibət bildirirərək qeyd edir ki, hazırki halda sübutetmə yükünün Cavabdeh2 keçməsi üçün iddiaçının özünün tələbləri ilə bağlı mötəbər sübutlar təqdim etməsi labüddür ki, bunun əksi olan arqumentlə bağlı dəlillər Cavabdeh2 tələb olunsun.
47. Məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli mənzilin əvəzləşdirilməsinə dair müqavilə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin əvəzləşdirmə müqaviləsi də özlüyündə xx.xx.2018-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsızlığına dəlalət etmir və bu səbəbdən apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili kimi göstərilməsə də, iddiaçı tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş whatsapp yazışmalarına münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaçının iştirakı təmin edilmiş, öz tələbini təsdiq etmək üçün sübutlar təqdim edilməsi üçün şərait yaradılmışdır (belə ki, hazırlıq iclası 4 dəfə təxirə salınmışdır). Lakin buna baxmayaraq həmin yazışmalar birinci instansiya məhkəməsi zamanı təqdim edilməmiş, hazırda da həmin sənədlərin iddiaçının iradəsindən asılı olmayan səbəblərə görə təqdim edilməməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu konteksdən çıxış edərək məhkəmə kollegiyası həmin yazışmaları da hazırki mərhələdə iş üzrə sübut kimi qəbul etmir. Məhkəmə o halı da qeyd edir ki, həmin yazışmaların sübut kimi qəbul edildiyi düşünülsə belə, bu yazışmalar da özlüyündə iddianın təmin edilməsi üçün təkzibedilməz sübut hesab edilə bilməz.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2780/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.