Məhkəmə qərarları › İş №2(103)-7794/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7794/2021

01.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7794/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh “X31 Services” Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı “aylıq müavinət ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2359/2019 saylı, 09.09.2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X31 Services” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 12 iyul 2009-cu ildə baş vermiş qəza nəticəsində mərhum atası X10 ölümü ilə əlaqədar ona 01.09.2017-ci ildən 1130,20 manat ödənilməmiş aylıq ödəncin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şitkətinin X38 Donanmasının Dalğıc və Qəza xilasetmə işləri idarəsinini 2 nömrəli sahəsinin 6-cı dərəcəli dalğıcı işləmiş mərum atası X19 12 iyul 2009-cu il tarixdə ARDNŞin “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma idarəsinin 4 saylı özülündə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Hadisə ilə bağlı X23 tərəfindən təhqiqat aparılmış və nəticədə mərhum atası Rafiq Nəhmədovun vəfatı ilə əlaqədar “X31 Services” MMC tərəfindən işçinin arvadı kimi ona “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarınını, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqinda” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar 3 nömrəli qərarı çərivəsində müvafiq ödənişlər edilmişdir. Bu baxımdan tərəflər arasında mübahisəli hüquq münasibəti yarandıgı zaman tətbiq edilməli olan maddi hüquq norması qismində Əmək Məcəlləsinin 225-ci və 239-cu maddələri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarınını, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqinda” 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı çıxış edir. Azərbaycan Respublikasının Dövlət Neft Şitkəti “Azneft” X9 Xidməti tərəfindən zərərə görə aylıq ödəncin miqdarınını hesablanması və şdənilməsi barədə arayış verilmişdir. Arayışda göstərilir ki, SOKAR-ın Dalğıc Qəza-Xilasetmə İşləri İdarəsində işləmiş və 12.07.2009-cu il tarixdə 8 Mİ vertalyotunun qəzaya uğraması nəticəsində həlak olmuş X13 ailə üzvlərinə dəymiş zərərə görə ödənişlər, mərhumun həyat yoldaşı X2 bank hesabına “X31 Services” MMC tərəfindən arayışa əlavə olunmuş cədvəldə göstərilən tarixlərdə və məbləğlərdə SOKAR-ın X38 Donanması, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi “Azneft” İstehsalat Birliyi vasitəsi ilə ödənilmişdir.Əmək xəsarəti nəticəsində vəfat etmiş zərərçəkənə zərər görə aylıq ödəncin miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarınını, şərtlərinin və məbləğin”nin 3.3-cü maddəsinin tələblərinə uyğun olaraq işçinin ölümündən əvvəlki 12 təqvim ayı üzrə götürülən orta aylıq əmək haqqı əsasında (aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı müəyyən edilərkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı “Məzuniyyət vaxtı üçün prta əmək haqqının hesablanması zmanı nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta aylıq əmək haqqının əmsallaşdırılması qaydasına təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarının 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilmişdir və müəssisədə işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı müəssisədə müvafiq peşə üzrə işləyən işçilərin (vəzifə) tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilərək (orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı “Orta əmək haqqının hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin çüəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilmişdir) və göstərilən artım günündən başlayaraq hesablanmış və “X31 Services” MMC tərəfindən vəfat etmiş zərərçəkənin işləmiş olduğu müəssisənin vasitəsi ilə arayışa əlavə olunmuş cədvələ uyğun olaraq mərhum X13 arvadı X2 adına olan bank hesabına köçürülmüşdür.Arayışda qeyd olunur ki,12 iyul 2009-cu ildə baş vermiş qəza nəticəsində mərhum atası X10 ölümü ilə əlaqədar 01.07.2009-cu il tarixdən 1574,96 manat, 06.09.2016-cı il tarixdən isə həmin məbləğ indeksasiya edilərək 2260,43 manat aylıq ödənişlər təyin olunmuşdur. Ödənişlər 01.07.1994-cü il təvəllüdlü X21, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı nəzərə alınmaqla ödənilmişdir. Arayışa əlavədən göründüyü kimi 28.08.2017-ci ilə kimi 2260 manat, 01.09.2017-ci ildən isə 1130,21 manat ödənilmişdir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalar”-a əsasən istehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik olan şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100% miqdarında ödəniş müəyyən edilir.01.07.1994-cü il təvəllüdlü X15 23 yaşı tamam olduğundan ona aylıq ödəniş kəsilmiş və ödənc yenidən hesablanmamışdır. Yəni qanunvericiliyə əsasən ödəncin miqdarı uşaqların sayından asılı olmayaraq əvvəlki məbləğdə ona ödənilməlidir. Yəni iddiaçıya ödənilən aylıq müavinət 100% məbləğində ödənilməlidir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(003)-2359/2019 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-dən 01.09.2017-ci ildən hesablanmaqla, 1130,21 manat ödənilməmiş aylıq ödəncin tutularaq, iddiaçı X11 ödənilməsi qət edilmişdir. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(003)-2359/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, əmək qanunvericiliyin normaların tələblərinə zidd olaraq məhkəmə X24 Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsini cavabdeh kimi müəyyən etmək əvəzinə qanunsuz Cavabdeh MMC cavabdeh kimi tanımışdır. Məhz buna görə əmək münasibətlərindən irəli gələn mübahisəni Cavabdeh MMC məsuliyyətinə aid etmək üçün əsassız olaraq MM maddi normalarını tətbiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmişdir Qaydaların preambulasında “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:” cümləsi qeyd edilmişdir. Sözügedən cümlənin təhlili bir daha təsdiq edir ki, həmin qaydalar işçi və işəgötürən arasında yaranan əmək münasibətlərindən irəli gələn münasibətləri tənzimləyir. Lakin, məhkəmə öz qətnaməsinin əsaslandırıcı hissəsində sözügedən qərara istinad etsədə iddiaçı mərhum R.Nəhmədovun və Cavabdeh MMC arasında əmək münasibətlərinin mövcudluğunu, habelə ƏM 239-cu maddəsinin mənasında həlak olmuş R.Nəhmədova münasibətdə Cavabdeh MMC təqsirli işəgötürən kimi çıxış etdiyi sübut etməmiş, məhkəmə isə işin faktiki hallarına və toplanmış subutlara düzgün hüquqi qiymət verilməmişdir. Beləliklə, əmək münasibətləri tənzimləyən maddi norma mövcud olduğu halda məhkəmə əsassız olaraq MM 1097.1 və 1099.1-ci maddələrini tətbiq etmişdir. Bir daha qeyd edirik ki, zərərin kimin tərəfindən ödənilməsi ƏM 239-cu maddəsinin tələbləri ilə birbaşa təmzinlənir. Məhkəmə ödənilən vəsaitin cavabdeh tərəfindən SOCAR-a ödənilməsini Cavabdeh MMC iddiaçı qarşısında məsuliyyəti kimi qiymətləndirmişdir. Halbuki, maddi normaların tələblərinə görə tənzimləmə mexanizmləri tam fəqlidir. Belə ki, mərhumun işəgötürəni olan idarə həlak olmuş işçisinin ailə üzvlərinə bütün ödəncləri etməli, sonra isə daşınma müqaviləsi olan idarə zərərin ödənilməsinə dair Cavabdeh MMC-yə MM normaların tələbləri çərçivəsində müraciət edə bilərdi. Qeyd edilməlidir ki, Cavabdeh MMC zərərin əvəzin ödənilməsi ilə bağlı müraciət etmək idarənin hüququdur. Sözügedən idarə bu hüquqdan öz mülahizəsinə görə həm istifadə, həm də istifadə etməyə bilər. İ instansiya məhkəməsi əmək münasibətlərindən irəli gələn mübahisənin həllində əmək və ya MM hüquq normaların tətbiqinin fərqinə varmamış və hüquq subyekti olan SOCAR-ın Dalğıc Qəza-Xilasetmə İşləri İdarəsinin iradəsi və məhkəməyə müraciəti (iddia ərizəsi) olmadan həmin idarəyə mənsub olan hüququ İddiaçı aid etmişdir. Son nəticədə məhkəmə Cavabdeh MMC cavabdehliyi müəyyən etməklə SOCAR-a mənsub İddiaçı ödənilmiş zərərin əvəzini Cavabdeh MMC tələb etmək hüququnu hüquq subyektin (SOCAR) buna iradəsi olmadan digər şəxsin xeyrinə tətbiq etmişdir. Bundan başqa cavabdeh qeyd edir ki, İddiaçı ödənişin təyin edilməsi maddi qanunun tələblərinə zidd tənzimlənib. Qazanc müəyyən edildikdən sonra zərərin ödənilməsi MM 1122 maddəsinin “hüququ çatan şəxslərə zərərin əvəzi ölənin Mülki Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik İdilər.” tələblərinə uyğun təmin olunur. Məsələn, mərhum himayəsində iki valendeyni və iki övladı olardısa, hər birinə qazancın 1/4 % hissəsi çatmalı idi. 12.07.2009-cu ildən başlayaraq mərhum R.Nəhmədovun qazancını (gəlirini) yetkinlik yaşına çatmayan övladları E.Nahmədov və İddiaçı alırdı. Hər övlada sözügedən qazancın % hissəsi miqdarı ödənilirdi. Qazancın müəyyən edilməsi və ödənilməsi ayrıayrı məfum olsada İ instansiya məhkəməsi iddiaçı R.Nəhmədovaya zərərin ödənilməsi barədə maddi normanın tələbinə zidd olaraq zərərin əvəzini ödənilməsini “qazancın müəyyən edilməsini” tənzimləyən maddi normanın tələbləri qaydasında həll etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-647/2020 saylı, 15.01.2020-ci il tarixli qətnaməsi ilə, cavabdeh "X33 Services" MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhər Xəzər rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(003)- 2359/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 01.09.2017-ci ildən hesablanmaqla, 1130,21 (min yüz otuz manat iyirmi bir qəpik) manat ödənilməmiş aylıq ödəncin tutularaq, iddiaçı X11 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-2454/2021 saylı, 25.05.2021-ci il tarixli qərarı ilə cavabdeh “X31 Services” MMC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-647/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə növbəti apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, aşağıdakı məzmunda barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər: «X37 (“Saziş”) 23 sentyabr 2021-ci il tarixində, Bakı şəhəri, Azərbaycanda aşağıdakılar arasında imzalanmışdır: Bir tərəfdən: 1)Bakı şəhəri, Nizami rayonu, Şərifli küç, 24/25 ev. 1, mən.3 ünvanında yaşayan X4 (şəxsiyyət vəsiqəsi AA1993830) öz adından; və 2)7E-18604 saylı iyirmi sentyabr iki min on doqquzuncu il tarixli etibarnamə ilə qızı - İddiaçı adından; 3)Bakı şəhəri, Nizami rayonu, Şərifli küç, 24/25 ev. 1, mən.3 ünvanında yaşayan oğlu - X22 (şəxsiyyət vəsiqəsi AA2120260), digər tərəfdən HASG Helicopter Services" Məhdud Məsuliyyətli Cəmiyyəti, hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə ştq, Heydər Əliyev beynəlxalq aeroportu, AZ1044 olan, onun Baş direktoru Azər Sultanovun şəxsində, NƏZƏRƏ ALARAQ Kİ, 1)12 iyul 2009-cu il tarixində Ml-8 MTV 1 vertolyotu (milli və qeydiyyat nişanı 4K-27038) yerli vaxtla 16:30 radələrində qəzaya uğramışdır (bundan sonra “Bədbəxt Hadisə” adlandıralacaq). Veıtolyotun bortunda “X29 Services" MMC-nin ("xxxx" MMC-nin əvvəlki hüquqi adı) 3 ekipaj üzvü (ayrı-ayrılıqda “Ekipaj Üzvü” və birlikdə “Ekipaj Üzvləri" adlandıralacaq) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3 işçisi (ayrı-ayrılıqda “Sərnişin” və birlikdə “Sərnişinlər” adlandıralacaq) olmuşdur. Qəza nəticəsində vertolyotun 3 ekipaj üzvü və 1 sərnişin xilas olunmuş, 2 sərnişin isə faciəvi surətdə həlak olmuşlar; 2)Həlak olmuş Sərnişinlərdən biri "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti"nin Dalğıc Qəza xilasetmə İdarəsinin 2 nömrəli İstehsalat dalğıc sahəsinin dalğıcı X20 idi (ölüm haqqında şəhadətnamə AZ-İ №369749); 3)Təqdim edilmiş sənədlərin əslinə* əsasən aşağıdakılar həlak olmuş X12 ailə üzvləridir:

1. arvadı - X4 (şəxsiyyət vəsiqəsi AA1993830, 12.12.1965-ci il təvəllüdlü, niğahın bağlanması haqqında şəhadətnamə Vİ-JQ №345805) 2.oğlu - X22 (doğum haqqında şəhadətnamə XVİİ-JQ No 499449, 01.07.1994-cü il təvəllüdlü, şəxsiyyət vəsiqəsi AA2120260J; 3.qızı - İddiaçı (doğum haqqında şəhadətnamə XXİ-JQ No 343364, xx.xx.1998-ci il təvəllüdlü) - Barışıq Sazişi bağlanan günə Himayədə olan Şəxs. Yuxanda qeyd edilən şəxslər bundan sonra “Ailə üzvləri” adlandırılacaq. *sənədlərin əslindən kserosurəti çıxarılaraq Sazişə əlavə edilmişdir. 4)Həlak olmuş X12 Himayəsində olmuş şəxs övladı - SƏİDƏ RAFİQ QİZİ NAHMƏDOVA əmək münasibətlərdən irələ gələn münasibətlərlə əlaqədar ödənclərin ödənilıməsi tələbi ilə məhkəməyə müaciət etmişdir. 5) Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-2359/19 saylı 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ile İddiaçı tələbi təmin edilərək 01.09.2017-ci ildən hesablamaqla 1130,21 manat ödənilməmiş aylıq ödənc tutularaq, İddiaçı ödənilməsini qət edilmişdir. 6) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-647/2020 saylı 15.01.2020-ci İİ tarixli qətnaməsi Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-2359/19 saylı 09 sentyabr 2019cu il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı QİZİNİN Cavabdeh MMC əmək münasibətlərindən irəli gələn pul tələbini təmin edərək 2017-ci ilin sentyabr ayından ödənilməmiş 1130,21 manat xeyrinə ödənilməsini barədə yeni qətnamə qəbul edilmişdir. 7) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2454/21 saylı 25.05.2021-ci il tarixli qərarı ile Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 647/2020 saylı 15.01.2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. 8) Həlak olmuş X12 ailə üzvü, arvadı - X2 2016-cı ildə “X31 Services” MMC qarşı ("xxxx" MMC əvvəlki hüquqi adı) 45,000.00 manat kompensasiya məbləğin ödənilməsi iddia tələbinə Sabunçu rayon məhkəməsində baxılaraq məhkəmənin həmin 2(008)- 5082/2016 saylı mülki iş üzrə 19.07.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə minib. 9)Həlak olmuş X12 ailə üzvü, arvadı - X2 "xxxx" MMC qarşı 14.05.2012-ci il tarixindən İİ qrup əlil kimi ailə başçısının ölümü nəticəsində zərəçəkmiş şəxs qismində zərərin əvəzi kimi hər uşağa ödənilən məbləğdə ömürlük aylıq müavinətin ödənilməsi iddia tələbinə 2018-ci ildə Xəzər rayon məhkəməsində baxılaraq məhkəmənin həmin 2(003)-2908/2018 saylı mülki iş üzrə 27.09.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə minib. 10) X4 12 iyul 2009-cu il tarixindən sonra hal-hazıradək dəfələrlə yazılı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qəbulda olarkən müalicə, övladların xaricdə ali təhsil rfıüəssisəsində oxuduqlarına və digər səbəblərə görə müxtəlif Kompensasiya məbləğinin və/və ya maddi yardım ödənilməsi üçün müraciət etmişdir 11) X2 öz adından və həmin dövrdə yetkinlik yaşına çatmayan övladları X16 və İddiaçı qanuni nümayəndəsi kimi 09.10.2009-cu il tarixli 01 saylı Barışıq Razılaşmasını imzalamışdır, həmin Barışıq Razılaşmasının şərtləri qüvvədədir və “X29 Services” Məhdud Məsuliyyətli Cəmiyyətinə də ("xxxx" MMC əvvəlki hüquqi adı) şamil edilir. 12) Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərini rəhbər tutaraq qeyd edirlər ki, öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər, habelə əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin Sazişə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız Barışıq Sazişində təsbit edilənlər etibarlı olur. 13) Azerbaycan Respublikasının Mülki Məcəlləsinin 1121.3.2-ci maddəsinin tələblərinə əsasən hər bir halda İddiaçı ödənc almaq hüququ on səkkiz yaşından yuxarı tələbələrə—əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək müddətlə məhdudlaşdırılıb İddiaçı 23 yaşı 09 noyabr 2021-ci il tarixdə tamam olur. 14) X18 üzvlərinin 12 iyul 2009-cu il tarixində baş vermiş hadis bağlı maliyyə vəsait, müavinət və ödənc almaq bütün tələb etmək hüquq və iddialarını əhatə edir və tamamlayır, verilən Kompensasiya son və yekun məbləqdir. 15) İddiaçı (doğum haqqında şəhadətnamə XXİ-JQ No 343364, xx.xx.1998-ci il təvəllüdlü) — hal-hazırda 2021-2022 il təhsil dövrü üçün əyani formada təhsil aldığı barədə arayış təqdim etməsə də 23.11.2021-ci il tarixədək Himayədə olan Şəxs kimi qəbul edilir; (bundan sonra “Himayədə olan Şəxs”); 16)Himayədə olan Şəxs İddiaçı bu Sazişə əlavə olunan 7E-18604 saylı iyirmi sentyabr iki min on doqquzuncu il tarixli Etibarnaməyə əsasən Himayədə olmuş Şəxs adından onu təmsil etmək səlahiyyətini anası X5ma vermişdir. 17) 7E-18604 saylı iyirmi sentyabr iki min on doqquzuncu il tarixli Etibarnamənin həqiqiliyi hazırki Sazişin 23.09.2021-ci il tarixində imzalanma anına http://notariat.az/ dövlət elektron portalında yoxlanılmış və bu barədə “Elektron notariat“ X1 Çıxarış əlavə olunur. TƏRƏFLƏR AŞAĞİDAKİ KİMİ RAZİLAŞİR:

1. Bu Sazişə əsasən hazırki sənədin 3-cü öəndində qeyd olunan həlak olmuş Nehmədov Rafiq r Əhməd oğlunun ailə üzvləri: X4, X22 İ və Himayədə olan Şəxs Nahmədova X6 Məbləğini (aşağıda müəyyən edildiyi kimi) qəbul etməyə, "xxxx" MMC isə Kompensasiya Məbləğin ödənilməsini təmin etməyə razılaşırlar. Aşağıdakı 2-ci bəndin müddəalarını nəzərə almaq şərtilə, həlak olmuş X8 yuxarıda qeyd edilən ailə üzvləri razılaşır ki, bu Kompensasiya Məbləği Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən Bədbəxt Hadisə ilə bağlı X4, X22 və Himayədə olan Şəxs İddiaçı vurulan hər hansı maddi və/və ya mənəvi zərərin və ya itkilərin, o cümlədən, heç bir məhdudiyyət olmadan, hər hansı faizin və xərclərin (qanunvericlik, müqavilə və ya digər əsasla), o cümlədən hadisə ilə bağlı bu günədək məhkəmədə qaldırılan istənilən maddi tələblərin və/və ya mənəvi zərərin əvəzinin ödənilməsi kimi tam və yekun məbləğ şəklində ödənilir.

2. Həlak olmuş X12 ailə üzvləri: X3, X17 və Himayədə olan Şəxs İddiaçı aşağıdakı Kompensasiya məbləği ödənilir: a) KOMPENSASİYA MƏBLƏĞİ - on min (10.000,00) manat. Yuxarıda göstərilən məbləğ bundan sonra “Kompensasiya Məbləği” adlandırılacaq.

3. Kompensasiya Məbləği, "Ailə üzvləri” bu Sazişi imzalayıb və "ASG Helicopter Services” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Sazişin imzalanan gününə məhkəmələrdə olan bütün iddia tələblərindən imtina etdikdən sonra, onların arzusuna əsasən nağd və ya köçürmə şəkildə ödəniləcək.

4. Ailə üzvləri Kompensasiya Məbləğini aldıqdan sonra öz mülahizəsinə əsasən vəsaiti aralarında bölüşdürür və "xxxx" MMC Ailə üzvlərinin vəsaitin bölüşdürmə qərarına müdaxilə etmir, həmin qərara görə onların və ya onlardan birinin qarşısında hər hansı məsuliyyət daşımır.

5. Kompensasiya Məbləğin alınması zamanı Ailə üzvləri və ya onları təmsil etmək səlahiyyəti olan şəxsi təqdim edilən və Kompensasiya Məbləğin alınmasını təsdiq edən kassa məxaric orderini imzalamalıdır. Nəzərə alınır ki, Kompensasiya "xxxx" MMC tərəfindən ödəniləcəkdir.

6. Bu Sazişə əsasən ödənilən Kompensasiya Məbləğin alınması əvəzində Ailə üzvləri ”ASG Helicopter Services" MMC tam və birdəfəlik olaraq a) Bədbəxt Hadisədən b) X12 həlak olmasından; c) Bədbəxt Hadisə nəticəsində X12 şəxsi əmlakının itirilməsindən, maddi və/ve ya mənəvi ziyanın vurulmasından irəli gələn, və d) hazırki məhkəmə icraatında olan tələblərdən, habelə bu hadisələrdən nəticələnən və ya onlarla bağlı "ASG Helicopter Services” MMC qarşı hal- hazırda olan və ya gələcəkdə yarana biləcək hər hansı iddialarından və tələblərindən, o cümlədən hal-hazırda Ailə üzvlərinə məlum olan və olmayan tələblərdən birmənalı olaraq azad edir.

7. Əgər Ailə üzvləri və ya onların, və ya onlardan birinin adından və ya onların, və ya onlardan birinin xeyrinə hərəkət edən hər hansı şəxs və ya qurum tərəfindən ”ASG Helicopter Services” MMC qarşı X12 həlak olması ilə əlaqədar vurulmuş hər hansı maddi və/və ya mənəvi ziyana, və ya zərərə görə hər hansı iddia və ya tələb irəli M sürülərsə, məhkəmə işi və ya digər icraat başlanarsa, Ailə üzvləri razılaşır ki, hər hansı belə iddiadan, tələbdən və ya məhkəmə qərarından irəli gələcək xərclər, o cümlədən bununla bağlı təhqiqat, hüquqi yardım və digər ağlabatan xərclər həmin təşəbbüsü irəli sürən şəxslər və ya şəxs tərəfindən ”ASG Helicopter Services” MMC tam şəkildə ödəniləcək.

8. Ailə üzvləri razılaşır ki, bu Sazişin tarixin)ə ”ASG Helicopter Services” MMC məlum olan və ya olmayan və Kompensasiya Məbləğin tyr hissəsini almaq hüququ olan hər hansı şəxs öz payını tələb edərsə, Ailə üzvləri Kompensasiya Məbləğin yenidən bölüşdürülməsini həyata keçirəcəklər və bu cür şəxslərin ”ASG Helicopter Services” MMC qarşı hər hansı iddiaları və tələbləri ilə bağlı "ASG Helicopter Services” MMC çəkdiyi müvafiq xərcləri ödəyəcəklər.

9. Ailə üzvləri bəyan və təmin edir ki, bu Bədbəxt Hadisədən irəli gələn iddianın və ya tələbin heç bir hissəsi hər hansı digər şəxsə və ya quruma heç bir formada, o cümlədən reqres hüququ və ya qanun əsasında güzəşt edilməmiş və ötürülməmişdir.

10. Bu Sazişin məqsədləri üçün, ”ASG Helicopter Services” MMC onun hüquq varislərini, iştirakçı olduğu hüquqi şəxsləri, həvalə edilən şpxslərini, əlaqəli şirkətlərini, və ya hüquqi şəxslərini afılə olunmuş şəxslərini və/və ya törəmə cəmiyyətlərini, ortaqlıqlarını, birgə müəssisələrini, hadisə dövründə "ASG Helicopter Services” MMC ilə hava gəmilərin istismarına aid müqaviləsi olan "xxxx" QSC-ni, podratçılarını, subpodratçılarını, ayrı-ayrılıqda və ya birlikdə, həmçinin bütün onların sığortaçılarını, təkrar sığortaçılarını,qanuni nümayəndələrini, sığorta üzrə dəymiş ziyanın qiymətləndiricilərini və onların direktorlarını, vəzifəli şəxslərini, işçilərini, agentlərini və/və ya hər hansı digər əlaqəli tərəfi nəzərdə tutur.

11. Bu Saziş tərəflər arasında olmuş bütün əvvəlki müzakirələri əvəz edir və onlar arasında tam razılığı əks etdirir. Bu Sazişdən imtina duna bilməz və bu Sazişə edilən hər hansı dəyişiklik (əgər olarsa) tərəflərin imzası olmaqla yazılı şəkildə olmalıdır.

12. Bu Sazişin hər hansı hissəsi qeyri-qanuni və ya icra edilə bilməyən hesab edilərsə, həmin hissə Sazişin qalan hissəsindən ayrılmalıdır. Bu halda Sazişin qalan hissəsi tam hüquqi qüvvəyə malik olmaqla davam edəcək. Tərəflər bu Sazişdən ayrılmış müddəaların məqsədlərinə nail olmaq üçün yeni müddəaların daxil edilməsinə razılaşacaqlar.

13. Ailə üzvləri təsdiq edir ki, onlar, burada göstərilən şərtlərə könüllü olaraq, ”ASG Helicopter Services” MMC tərəfindən məcbur edilmədən və hər hansı hədə təsiri altında olmadan razılaşır, hazırki Sazişdə Ailə üzvlərinə anlaşılmayan bənd və cümlə yoxdur.

14. Bu Saziş ”ASG Helicopter Services” MMC, Ailə üzvlərinə və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına hər birinə bir nüsxə verilməklə eyni hüquqi qüvvəyə malik oian 5 nüsxədə tərtib olunub və imzalanıb.

15. Ailə üzvləri təsdiq edir ki, onların bu Sazişə dair bütün sualları ”ASG Helicopter Services” MMC nümayəndələri tərəfindən cavablandırılmışdır.

16. Ailə üzvləri təsdiq edir ki, onlara bu Sazişin şərtlərinə və məzmununa dair hüquqi məsləhət almaq üçün imkanı yaradılmış və bunun üçün onların kifayət qədər vaxtı olmuşdur, sənədlə tam şəkildə tanış olmağa, Sazişdəki hüquq və vəzifələri Ailə üzvlərinə tam aydındır.

17. Ailə üzvləri təsdiq edir ki, bu Sazişin şərtlərini qəbul etməzdən öncə onlar bu Sazişin şərtləri ilə diqqətlə tanış olmuş və bu şərtlərə razılaşmış, hazırki Sazişi sağlam şuur və düşüncə ilə imzalayırlar.

18. Bu Sazişin müddəaları Azərbaycan Respublikasının qanunvericliyi ilə tənzimlənir və tərəflər Azərbaycan məhkəmələrinin müstəsna aidiyyətinə razılaşırlar». Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Mustafayeva və cavabdehin nümayənəsi V.Quliyev barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2359/2019 saylı, 09.09.2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə r a r a a l d ı:

İddiaçı, X4 və X22 ilə cavabdeh “X31 Services” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: «X37 (“Saziş”) 23 sentyabr 2021-ci il tarixində, Bakı şəhəri, Azərbaycanda aşağıdakılar arasında imzalanmışdır: Bir tərəfdən: 1)Bakı şəhəri, Nizami rayonu, Şərifli küç, 24/25 ev. 1, mən.3 ünvanında yaşayan X4 (şəxsiyyət vəsiqəsi AA1993830) öz adından; və 2)7E-18604 saylı iyirmi sentyabr iki min on doqquzuncu il tarixli etibarnamə ilə qızı - İddiaçı adından; 3)Bakı şəhəri, Nizami rayonu, Şərifli küç, 24/25 ev. 1, mən.3 ünvanında yaşayan oğlu - X22 (şəxsiyyət vəsiqəsi AA2120260), digər tərəfdən HASG Helicopter Services" Məhdud Məsuliyyətli Cəmiyyəti, hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə ştq, Heydər Əliyev beynəlxalq aeroportu, AZ1044 olan, onun Baş direktoru Azər Sultanovun şəxsində, NƏZƏRƏ ALARAQ Kİ, 1)12 iyul 2009-cu il tarixində Ml-8 MTV 1 vertolyotu (milli və qeydiyyat nişanı 4K-27038) yerli vaxtla 16:30 radələrində qəzaya uğramışdır (bundan sonra “Bədbəxt Hadisə” adlandıralacaq). Veıtolyotun bortunda “X29 Services" MMC-nin ("xxxx" MMC-nin əvvəlki hüquqi adı) 3 ekipaj üzvü (ayrı-ayrılıqda “Ekipaj Üzvü” və birlikdə “Ekipaj Üzvləri" adlandıralacaq) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3 işçisi (ayrı-ayrılıqda “Sərnişin” və birlikdə “Sərnişinlər” adlandıralacaq) olmuşdur. Qəza nəticəsində vertolyotun 3 ekipaj üzvü və 1 sərnişin xilas olunmuş, 2 sərnişin isə faciəvi surətdə həlak olmuşlar; 2)Həlak olmuş Sərnişinlərdən biri "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti"nin Dalğıc Qəza xilasetmə İdarəsinin 2 nömrəli İstehsalat dalğıc sahəsinin dalğıcı X20 idi (ölüm haqqında şəhadətnamə AZ-İ №369749); 3)Təqdim edilmiş sənədlərin əslinə* əsasən aşağıdakılar həlak olmuş X12 ailə üzvləridir:

1. arvadı - X4 (şəxsiyyət vəsiqəsi AA1993830, 12.12.1965-ci il təvəllüdlü, niğahın bağlanması haqqında şəhadətnamə Vİ-JQ №345805) 2.oğlu - X22 (doğum haqqında şəhadətnamə XVİİ-JQ No 499449, 01.07.1994-cü il təvəllüdlü, şəxsiyyət vəsiqəsi AA2120260J; 3.qızı - İddiaçı (doğum haqqında şəhadətnamə XXİ-JQ No 343364, xx.xx.1998-ci il təvəllüdlü) - Barışıq Sazişi bağlanan günə Himayədə olan Şəxs. Yuxanda qeyd edilən şəxslər bundan sonra “Ailə üzvləri” adlandırılacaq. *sənədlərin əslindən kserosurəti çıxarılaraq Sazişə əlavə edilmişdir. 4)Həlak olmuş X12 Himayəsində olmuş şəxs övladı - SƏİDƏ RAFİQ QİZİ NAHMƏDOVA əmək münasibətlərdən irələ gələn münasibətlərlə əlaqədar ödənclərin ödənilıməsi tələbi ilə məhkəməyə müaciət etmişdir. 5) Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-2359/19 saylı 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ile İddiaçı tələbi təmin edilərək 01.09.2017-ci ildən hesablamaqla 1130,21 manat ödənilməmiş aylıq ödənc tutularaq, İddiaçı ödənilməsini qət edilmişdir. 6) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-647/2020 saylı 15.01.2020-ci İİ tarixli qətnaməsi Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-2359/19 saylı 09 sentyabr 2019cu il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı QİZİNİN Cavabdeh MMC əmək münasibətlərindən irəli gələn pul tələbini təmin edərək 2017-ci ilin sentyabr ayından ödənilməmiş 1130,21 manat xeyrinə ödənilməsini barədə yeni qətnamə qəbul edilmişdir. 7) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2454/21 saylı 25.05.2021-ci il tarixli qərarı ile Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 647/2020 saylı 15.01.2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. 8) Həlak olmuş X12 ailə üzvü, arvadı - X2 2016-cı ildə “X31 Services” MMC qarşı ("xxxx" MMC əvvəlki hüquqi adı) 45,000.00 manat kompensasiya məbləğin ödənilməsi iddia tələbinə Sabunçu rayon məhkəməsində baxılaraq məhkəmənin həmin 2(008)- 5082/2016 saylı mülki iş üzrə 19.07.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə minib. 9)Həlak olmuş X12 ailə üzvü, arvadı - X2 "xxxx" MMC qarşı 14.05.2012-ci il tarixindən İİ qrup əlil kimi ailə başçısının ölümü nəticəsində zərəçəkmiş şəxs qismində zərərin əvəzi kimi hər uşağa ödənilən məbləğdə ömürlük aylıq müavinətin ödənilməsi iddia tələbinə 2018-ci ildə Xəzər rayon məhkəməsində baxılaraq məhkəmənin həmin 2(003)-2908/2018 saylı mülki iş üzrə 27.09.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə minib. 10) X4 12 iyul 2009-cu il tarixindən sonra hal-hazıradək dəfələrlə yazılı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qəbulda olarkən müalicə, övladların xaricdə ali təhsil rfıüəssisəsində oxuduqlarına və digər səbəblərə görə müxtəlif Kompensasiya məbləğinin və/və ya maddi yardım ödənilməsi üçün müraciət etmişdir 11) X2 öz adından və həmin dövrdə yetkinlik yaşına çatmayan övladları X16 və İddiaçı qanuni nümayəndəsi kimi 09.10.2009-cu il tarixli 01 saylı Barışıq Razılaşmasını imzalamışdır, həmin Barışıq Razılaşmasının şərtləri qüvvədədir və “X29 Services” Məhdud Məsuliyyətli Cəmiyyətinə də ("xxxx" MMC əvvəlki hüquqi adı) şamil edilir. 12) Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərini rəhbər tutaraq qeyd edirlər ki, öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər, habelə əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin Sazişə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız Barışıq Sazişində təsbit edilənlər etibarlı olur. 13) Azerbaycan Respublikasının Mülki Məcəlləsinin 1121.3.2-ci maddəsinin tələblərinə əsasən hər bir halda İddiaçı ödənc almaq hüququ on səkkiz yaşından yuxarı tələbələrə—əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək müddətlə məhdudlaşdırılıb İddiaçı 23 yaşı 09 noyabr 2021-ci il tarixdə tamam olur. 14) X18 üzvlərinin 12 iyul 2009-cu il tarixində baş vermiş hadis bağlı maliyyə vəsait, müavinət və ödənc almaq bütün tələb etmək hüquq və iddialarını əhatə edir və tamamlayır, verilən Kompensasiya son və yekun məbləqdir. 15) İddiaçı (doğum haqqında şəhadətnamə XXİ-JQ No 343364, xx.xx.1998-ci il təvəllüdlü) — hal-hazırda 2021-2022 il təhsil dövrü üçün əyani formada təhsil aldığı barədə arayış təqdim etməsə də 23.11.2021-ci il tarixədək Himayədə olan Şəxs kimi qəbul edilir; (bundan sonra “Himayədə olan Şəxs”); 16)Himayədə olan Şəxs İddiaçı bu Sazişə əlavə olunan 7E-18604 saylı iyirmi sentyabr iki min on doqquzuncu il tarixli Etibarnaməyə əsasən Himayədə olmuş Şəxs adından onu təmsil etmək səlahiyyətini anası X5ma vermişdir. 17) 7E-18604 saylı iyirmi sentyabr iki min on doqquzuncu il tarixli Etibarnamənin həqiqiliyi hazırki Sazişin 23.09.2021-ci il tarixində imzalanma anına http://notariat.az/ dövlət elektron portalında yoxlanılmış və bu barədə “Elektron notariat“ X1 Çıxarış əlavə olunur. TƏRƏFLƏR AŞAĞİDAKİ KİMİ RAZİLAŞİR:

1. Bu Sazişə əsasən hazırki sənədin 3-cü öəndində qeyd olunan həlak olmuş Nehmədov Rafiq r Əhməd oğlunun ailə üzvləri: X4, X22 İ və Himayədə olan Şəxs Nahmədova X6 Məbləğini (aşağıda müəyyən edildiyi kimi) qəbul etməyə, "xxxx" MMC isə Kompensasiya Məbləğin ödənilməsini təmin etməyə razılaşırlar. Aşağıdakı 2-ci bəndin müddəalarını nəzərə almaq şərtilə, həlak olmuş X8 yuxarıda qeyd edilən ailə üzvləri razılaşır ki, bu Kompensasiya Məbləği Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən Bədbəxt Hadisə ilə bağlı X4, X22 və Himayədə olan Şəxs İddiaçı vurulan hər hansı maddi və/və ya mənəvi zərərin və ya itkilərin, o cümlədən, heç bir məhdudiyyət olmadan, hər hansı faizin və xərclərin (qanunvericlik, müqavilə və ya digər əsasla), o cümlədən hadisə ilə bağlı bu günədək məhkəmədə qaldırılan istənilən maddi tələblərin və/və ya mənəvi zərərin əvəzinin ödənilməsi kimi tam və yekun məbləğ şəklində ödənilir.

2. Həlak olmuş X12 ailə üzvləri: X3, X17 və Himayədə olan Şəxs İddiaçı aşağıdakı Kompensasiya məbləği ödənilir: a) KOMPENSASİYA MƏBLƏĞİ - on min (10.000,00) manat. Yuxarıda göstərilən məbləğ bundan sonra “Kompensasiya Məbləği” adlandırılacaq.

3. Kompensasiya Məbləği, "Ailə üzvləri” bu Sazişi imzalayıb və "ASG Helicopter Services” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Sazişin imzalanan gününə məhkəmələrdə olan bütün iddia tələblərindən imtina etdikdən sonra, onların arzusuna əsasən nağd və ya köçürmə şəkildə ödəniləcək.

4. Ailə üzvləri Kompensasiya Məbləğini aldıqdan sonra öz mülahizəsinə əsasən vəsaiti aralarında bölüşdürür və "xxxx" MMC Ailə üzvlərinin vəsaitin bölüşdürmə qərarına müdaxilə etmir, həmin qərara görə onların və ya onlardan birinin qarşısında hər hansı məsuliyyət daşımır.

5. Kompensasiya Məbləğin alınması zamanı Ailə üzvləri və ya onları təmsil etmək səlahiyyəti olan şəxsi təqdim edilən və Kompensasiya Məbləğin alınmasını təsdiq edən kassa məxaric orderini imzalamalıdır. Nəzərə alınır ki, Kompensasiya "xxxx" MMC tərəfindən ödəniləcəkdir.

6. Bu Sazişə əsasən ödənilən Kompensasiya Məbləğin alınması əvəzində Ailə üzvləri ”ASG Helicopter Services" MMC tam və birdəfəlik olaraq a) Bədbəxt Hadisədən b) X12 həlak olmasından; c) Bədbəxt Hadisə nəticəsində X12 şəxsi əmlakının itirilməsindən, maddi və/ve ya mənəvi ziyanın vurulmasından irəli gələn, və d) hazırki məhkəmə icraatında olan tələblərdən, habelə bu hadisələrdən nəticələnən və ya onlarla bağlı "ASG Helicopter Services” MMC qarşı hal- hazırda olan və ya gələcəkdə yarana biləcək hər hansı iddialarından və tələblərindən, o cümlədən hal-hazırda Ailə üzvlərinə məlum olan və olmayan tələblərdən birmənalı olaraq azad edir.

7. Əgər Ailə üzvləri və ya onların, və ya onlardan birinin adından və ya onların, və ya onlardan birinin xeyrinə hərəkət edən hər hansı şəxs və ya qurum tərəfindən ”ASG Helicopter Services” MMC qarşı X12 həlak olması ilə əlaqədar vurulmuş hər hansı maddi və/və ya mənəvi ziyana, və ya zərərə görə hər hansı iddia və ya tələb irəli M sürülərsə, məhkəmə işi və ya digər icraat başlanarsa, Ailə üzvləri razılaşır ki, hər hansı belə iddiadan, tələbdən və ya məhkəmə qərarından irəli gələcək xərclər, o cümlədən bununla bağlı təhqiqat, hüquqi yardım və digər ağlabatan xərclər həmin təşəbbüsü irəli sürən şəxslər və ya şəxs tərəfindən ”ASG Helicopter Services” MMC tam şəkildə ödəniləcək.

8. Ailə üzvləri razılaşır ki, bu Sazişin tarixin)ə ”ASG Helicopter Services” MMC məlum olan və ya olmayan və Kompensasiya Məbləğin tyr hissəsini almaq hüququ olan hər hansı şəxs öz payını tələb edərsə, Ailə üzvləri Kompensasiya Məbləğin yenidən bölüşdürülməsini həyata keçirəcəklər və bu cür şəxslərin ”ASG Helicopter Services” MMC qarşı hər hansı iddiaları və tələbləri ilə bağlı "ASG Helicopter Services” MMC çəkdiyi müvafiq xərcləri ödəyəcəklər.

9. Ailə üzvləri bəyan və təmin edir ki, bu Bədbəxt Hadisədən irəli gələn iddianın və ya tələbin heç bir hissəsi hər hansı digər şəxsə və ya quruma heç bir formada, o cümlədən reqres hüququ və ya qanun əsasında güzəşt edilməmiş və ötürülməmişdir.

10. Bu Sazişin məqsədləri üçün, ”ASG Helicopter Services” MMC onun hüquq varislərini, iştirakçı olduğu hüquqi şəxsləri, həvalə edilən şpxslərini, əlaqəli şirkətlərini, və ya hüquqi şəxslərini afılə olunmuş şəxslərini və/və ya törəmə cəmiyyətlərini, ortaqlıqlarını, birgə müəssisələrini, hadisə dövründə "ASG Helicopter Services” MMC ilə hava gəmilərin istismarına aid müqaviləsi olan "xxxx" QSC-ni, podratçılarını, subpodratçılarını, ayrı-ayrılıqda və ya birlikdə, həmçinin bütün onların sığortaçılarını, təkrar sığortaçılarını,qanuni nümayəndələrini, sığorta üzrə dəymiş ziyanın qiymətləndiricilərini və onların direktorlarını, vəzifəli şəxslərini, işçilərini, agentlərini və/və ya hər hansı digər əlaqəli tərəfi nəzərdə tutur.

11. Bu Saziş tərəflər arasında olmuş bütün əvvəlki müzakirələri əvəz edir və onlar arasında tam razılığı əks etdirir. Bu Sazişdən imtina duna bilməz və bu Sazişə edilən hər hansı dəyişiklik (əgər olarsa) tərəflərin imzası olmaqla yazılı şəkildə olmalıdır.

12. Bu Sazişin hər hansı hissəsi qeyri-qanuni və ya icra edilə bilməyən hesab edilərsə, həmin hissə Sazişin qalan hissəsindən ayrılmalıdır. Bu halda Sazişin qalan hissəsi tam hüquqi qüvvəyə malik olmaqla davam edəcək. Tərəflər bu Sazişdən ayrılmış müddəaların məqsədlərinə nail olmaq üçün yeni müddəaların daxil edilməsinə razılaşacaqlar.

13. Ailə üzvləri təsdiq edir ki, onlar, burada göstərilən şərtlərə könüllü olaraq, ”ASG Helicopter Services” MMC tərəfindən məcbur edilmədən və hər hansı hədə təsiri altında olmadan razılaşır, hazırki Sazişdə Ailə üzvlərinə anlaşılmayan bənd və cümlə yoxdur.

14. Bu Saziş ”ASG Helicopter Services” MMC, Ailə üzvlərinə və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına hər birinə bir nüsxə verilməklə eyni hüquqi qüvvəyə malik oian 5 nüsxədə tərtib olunub və imzalanıb.

15. Ailə üzvləri təsdiq edir ki, onların bu Sazişə dair bütün sualları ”ASG Helicopter Services” MMC nümayəndələri tərəfindən cavablandırılmışdır.

16. Ailə üzvləri təsdiq edir ki, onlara bu Sazişin şərtlərinə və məzmununa dair hüquqi məsləhət almaq üçün imkanı yaradılmış və bunun üçün onların kifayət qədər vaxtı olmuşdur, sənədlə tam şəkildə tanış olmağa, Sazişdəki hüquq və vəzifələri Ailə üzvlərinə tam aydındır.

17. Ailə üzvləri təsdiq edir ki, bu Sazişin şərtlərini qəbul etməzdən öncə onlar bu Sazişin şərtləri ilə diqqətlə tanış olmuş və bu şərtlərə razılaşmış, hazırki Sazişi sağlam şuur və düşüncə ilə imzalayırlar.

18. Bu Sazişin müddəaları Azərbaycan Respublikasının qanunvericliyi ilə tənzimlənir və tərəflər Azərbaycan məhkəmələrinin müstəsna aidiyyətinə razılaşırlar». Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2359/2019 saylı, 09.09.2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar