Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7795/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdehlər LPO Cavabdeh ASC və LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-7795/2022 (Açar sözlər: “kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi və s.”) Bakı şəhəri 19 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(004)- 4120/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2014-cü il tarixli 2(007)- 1004/2014 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, 15 iyul 2009-cu il tarixli, 167 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 5 saylı filialı tərəfindən İddiaçı illik 30% faiz olmaqla 12 ay müddətinə 5.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit məbləğinin və faizlərin ödənilmə vaxtı gecikdirildiyi halda borcalan kreditora hər gecikdirilmiş gün üçün borc məbləğinin illik 60% miqdarında müamilə ödəyir. Həmçinin qeyd edilən qətnamə ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilərək, İddiaçıCavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə əsas borc qismində 3.417,68 ABŞ dolları, faiz borcu qismində 3.357,91 ABŞ dolları və cərimə borcu qismində 50 ABŞ dolları olmaqla, cəmi 6.825,59 ABŞ dolları məbləğində pul vəsaitinin, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, habelə habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 23 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir.
2. İddiaçı Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı qətnamə ilə qət edilmiş əsas borcu tam ödəyəcəyinin nəzərə alınaraq faiz və cərimə borcuna güzəşt edilməsini xahiş etmişdir.
3. Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətə baxılmasının nəticəsi haqqında məktubda qeyd olunur ki, qalıq borcun güzəşt edilməsi məqsədəmüvafiq hesab edilmir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli (00)**********00167 saylı kredit müqaviləsi üzrə əsas borc məbləği 5 il müddətinə illik 1% olmaq şərti ilə restrukturizasiya edilməsi, hesablanmış faiz borcunun silinməsi, bu barədə məlumatların ləğv prosesində olan Cavabdeh ASC-nin əməliyyat sistemində qeydə alınması və “Azərbaycan Kredit Bürosu" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdeh Ləğv prosesində olan “RoyalBank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" ASC-nin 5 saylı filialı arasında 15 iyul 2009-cu il tarixli, 167 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən ona istehlak məqsədi ilə 12 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə şərlərinə görə, kredit üzrə əsas borc və istifadə olunmuş vəsaitə 30 %-lə hesablanmış illik faiz borcu, müəyyənləşdirilmiş qrafik üzrə hər ay banka ödənilməli, kredit və hesablanmış faiz vəsaitləri tərəfindən müəyyən edilən qaydada ödənilmədikdə isə, borc faizləri illik 60 % faiz hesabı ilə hesablanmalı idi. Onun tərəfindən müqavilənin şərtləri lazımınca icra edilmədiyi üçün bankın ləğvedicisi “X1 Company” MMC məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2014-cü il tarixli 2(007)- 1004/2014 saylı qətnaməsi ilə bankın iddiası qismən təmin edilmiş, İddiaçı Firuddin oğlundan Cavabdeh ASCnin ləğvedicisi “X1 Company” MMC-nin xeyrinə əsas borc qismində 3.417 ABŞ dolları 68 sent, faiz borcu qismində 3.357 ABŞ dolları 91 sent və cərimə borcu qismində 50 ABŞ dolları olmaqla, cəmi 6.825 ABŞ dolları 59 sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 23 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. O, müxtəlif tarixlərdə - 01 sentyabr 2014cü il tarixdə 500 ABŞ dolları, 27 noyabr 2014-cü il tarixdə 800 ABŞ dolları və 29 yanvar 2015-ci il tarixdə 400 ABŞ dolları banka ödənişlər etmişdir. Bundan əlavə, başqa ödənişləri də olub. Banka sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə edilmişdir. Qeyd edilənlər "xxxx" MMC-nin 14 mart 2022-ci il tarixli, SF 6502 nömrəli çıxarışından da müəyyən olunur. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə əsas borc məbləği 1.708,84 manat, faiz məbləği isə 3.681,58 manat təşkil edir. 27 aprel 2022-ci il tarixdə o, Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fonduna ərizə ilə müraciət edərək, qətnamə ilə tutulan əsas borc məbləğini ödəyəcəyini nəzərə alaraq, faiz və cərimə borcunun güzəşt edilməsini xahiş etmişdir. Lakin, ƏSF-nin xx.xx.2022-ci il tarixli məktubu ilə qalıq borcunun güzəşt olunması məqəsədəmüvafiq hesab edilmədiyi qeyd edilmişdir. Bundan sonra aidiyyəti üzrə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Həmin Qaydanın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra - Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 7.10cu bəndinə əsasən restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən aşağıdakılar təmin olunur: 7.10.1. ən azı aşağıdakı məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması): 1. fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edən kredit təşkilatının (baş ofis, filial) adı, ünvanı, əlaqə vasitələri; 2. fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni müqavilə bağlanması üçün şəxsiyyətini təsdiq edən sənədi gətirməli olduğu barədə məlumat. 7.10.2. Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi. Cavabdeh tərəfindən restrukturizasiya təklifi barədə ona heç bir bildiriş nə şifahi, nə də yazılı qaydada verilməmişdir. Əksinə, o özü Ləğvetmə prosesində olan Cavabdeh ASC-nin ləğvedicisinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən təkilifi əsassız olaraq qəbul edilməmişdir. Kredit müqaviləsinin restrukturizasiya olunub-olunmaması barədə məlumat verilməsini xahiş etsə də, heç bir əsaslı səbəb olmadan qeyd olunan şifahi müraciətə cavab verilməkdən imtina edilmişdir. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatsa da, fərmanın icra olunması ilə əlaqədar mövcud təcrübədə bütün restrukturizasiya olunmalı kreditlərin hal-hazırki günədək tam restrukturizasiya olunmadığı məlumdur. Mübahisəli kredit müqaviləsinin vaxtında restrukturizasiya olunmaması barədə ona heç bir məlumat verilməməsi hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki fərmana əsasən restrukturizasiya olunan kredit müqaviləsi üzrə bütün faiz və cərimə borcları silinməlidir. O isə cavabdehə ərizə ilə müraciət etdikdə, əsas borcu ödəmək niyyətini bəyan etmişdir.
6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdehlər Ləğv prosesində olan Cavabdeh ASC və Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlər "xxxx" ASC-nin və Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(004)- 4120/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi və s.” tələbi barədə iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət olunmuşdur.
9. Məhkəmə mülki iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı Ləğv prosesində olan Cavabdeh ASC-yə xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə olan faiz və cərimə borcunun restrukturizasiya edilməsi ilə bağlı banka müraciət etmiş, Bank tərəfində iddiaçının gözlədiyi və almaq istədiyi cavabı almamışdır. Bank bununla bağlı heç bir qanun pozuntusuna yol verməmişdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd etmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının tətbiqi fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclarına şamil olunur. Tərəf isə bankla qeyd edilən kredit müqaviləsini xx.xx.2009-cu ildə bağlamışdır. Ona görə də qeyd edilən fərmanın qüvvəsi İddiaçı ilə Ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2009-cu ildə bağlanmış kredit müqaviləsi üzrə kredit borcuna şamil edilmir.
10. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güdmüşdür.
11. Bu məqsədlə də Banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restruktizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. ( 6.2, 6.3 bənd)
12. Həmin Fərmanın 8.3-cü maddəsinə əsasən, bu fərmanın məqsədləri üçün Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci ilin yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarını qalıq məbləğinin cəmi müəyyən edilir.
13. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəf bankla müqaviləni 2012-ci ildən sonrakı dövrdə bağlamış olsa idi belə, İddiaçı istədiyi yeni müqavilənin bağlanması cavabdehin vəzifələrinə aid deyil və həmin müqavilənin bağlanması vəzifəsi Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyula bilməz. Çünki, Mülki Məcəllənin 390-cu maddəsinin tələblərinə uyğun olaraq tərəflər müqavilələri azad surətdə bağlaya bilərlər, həmin şərtlər dispozitivdir və tərəflərdən heç biri həmin hərəkətləri etməyə məcbur edilə bilməz.
14. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması müəyyən edilmişdir. Göründüyü kimi, tərəf isə banka xx.xx.2022-ci il tarixində məktubla müraciət etmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanına, həmin Fərmanın 8.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə, 6-cı maddəsinə, 6.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4120/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4120/2022 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Hesab edir ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd edir ki, cavabdeh tərəfindən restrukturizasiya təklifi barədə ona heç bir bildiriş nə şifahi, nə də yazılı qaydada verilməmişdir. Əksinə, özü Ləğvetmə prosesində olan Cavabdeh ASC-nin ləğvedicisinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən təkilifi əsassız olaraq qəbul edilməmişdir. Kredit müqaviləsinin restrukturizasiya olunub-olunmaması barədə məlumat verilməsini xahiş etsə də, heç bir əsaslı səbəb olmadan qeyd olunan şifahi müraciətə cavab verilməkdən imtina edilmişdir. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatsa da, fərmanın icra olunması ilə əlaqədar mövcud təcrübədə bütün restrukturizasiya olunmalı kreditlərin halhazırki günədək tam restrukturizasiya olunmadığı məlumdur. Mübahisəli kredit müqaviləsinin vaxtında restrukturizasiya olunmaması barədə ona heç bir məlumat verilməməsi hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki fərmana əsasən restrukturizasiya olunan kredit müqaviləsi üzrə bütün faiz və cərimə borcları silinməlidir. İddiaçı isə cavabdehə ərizə ilə müraciət etdikdə, əsas borcu ödəmək niyyətini bəyan etmişdir. Məhkəmə qeyd etmişdir ki, fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması müəyyən edilmişdir. Göründüyü kimi, tərəf isə banka xx.xx.2022-ci il tarixində məktubla müraciət etmişdir. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanında qeyd olunmuşdur ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restruktizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Göründüyü kimi bank tərəfindən ona rəsmi olaraq bildiriş göndərilməli olsa da, bank tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. Məhkəmə isə bu müraciətin onun tərəfindən edilməli olmasına istinad etmişdir. Bank tərəfindən isə Fərmana uyğun tədbirlərin görülməsi istiqamətində təklifin edilməməsini məhkəmə nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə yazılı etiraz
18. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinə və apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
20. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı:
21. Dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güdmüşdür.
22. Həmin Fərmanın 8.3-cü maddəsinə əsasən, bu fərmanın məqsədləri üçün Fərmanın 5ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci ilin yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarını qalıq məbləğinin cəmi müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. 6-cı maddəsinə mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
25. 6.2-ci maddəsinə göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı Ləğv prosesində olan Cavabdeh ASC-yə xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə olan faiz və cərimə borcunun restrukturizasiya edilməsi ilə bağlı banka müraciət etmiş, Bank tərəfində iddiaçının gözlədiyi və almaq istədiyi cavabı almamışdır. Bank bununla bağlı heç bir qanun pozuntusuna yol verməmişdir.
39. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının tətbiqi fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclarına şamil olunur.
40. Tərəf isə bankla qeyd edilən kredit müqaviləsini xx.xx.2009-cu ildə bağlamışdır. Ona görə də qeyd edilən fərmanın qüvvəsi İddiaçı ilə Ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2009-cu ildə bağlanmış kredit müqaviləsi üzrə kredit borcuna şamil edilmir.
41. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güdmüşdür.
42. Bu məqsədlə də Banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restruktizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. (6.2, 6.3 bənd)
43. Həmin Fərmanın 8.3-cü maddəsinə əsasən, bu fərmanın məqsədləri üçün Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci ilin yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarını qalıq məbləğinin cəmi müəyyən edilir.
44. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, tərəf bankla müqaviləni 2012-ci ildən sonrakı dövrdə bağlamış olsa idi belə, İddiaçı istədiyi yeni müqavilənin bağlanması cavabdehin vəzifələrinə aid deyil və həmin müqavilənin bağlanması vəzifəsi Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyula bilməz. Çünki, Mülki Məcəllənin 390-cu maddəsinin tələblərinə uyğun olaraq tərəflər müqavilələri azad surətdə bağlaya bilərlər, həmin şərtlər dispozitivdir və tərəflərdən heç biri həmin hərəkətləri etməyə məcbur edilə bilməz.
45. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması müəyyən edilmişdir. Göründüyü kimi, tərəf isə banka xx.xx.2022-ci il tarixində məktubla müraciət etmişdir.
46. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh ASCyə və Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi və s.” tələbi barədə iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.
47. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(004)- 4120/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.