Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7804/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Əliyeva Aytən Rafyel qızının katibliyi, Cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 nümayəndəsi Cavabdeh1 və onun vəkili X2, iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsindən İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-466/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 50 nömrəli evin 5 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 mübahisəli mənzilə dair istifadə hüquqlarına kompensasiya verilmədən itirilmiş hesab olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 mübahisəli mənzilə dair istifadə hüququnun əvəzinə 23.000 manat məbləğində kompensasiya ödənilməsi yolu ilə həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 50 nömrəli evin 5 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 mübahisəli mənzilə dair istifadə hüquqlarına kompensasiya verilmədən itirilmiş hesab olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 mübahisəli mənzilə dair istifadə hüququnun əvəzinə 23.000 manat məbləğində kompensasiya ödənilməsi yolu ilə həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 44 nömrəli xx xxxxxxxx 2003-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 50 nömrəli evin yaşayış sahəsi 62.1 kv.m 4 otaqdan ibarət 5 nömrəli mənzilə dair kirayə müqaviləsi onunla bağlanılmışdır. xx xxxxxx 2008-ci il tarixdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilə dair ******* nömrəli Çıxarış verilmişdir. Həmin ünvandakı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlərdən nəvələri olanlar Cavabdeh2, 2015-ci il dekabr ayının 13-də ailə quraraq köçmüş və hal-hazırda Yasamal rayonunda, nəvəsi Cavabdeh3 2016-cı ilin noyabr ayının 8-də ailə quraraq Səlyan şəhərinin Kürsəngi kəndinə köçmüş və hal-hazırda Abşeron rayonu Sulutəpə qəsəbəsində ailəsi ilə birlikdə, nəvəsi Cavabdeh4 xx xxxxxxxx 2014cü il il tarixdə ailə quraraq Səlyan şəhərinin Kürsəngi kəndinə köçmüş və hal-hazırıla ailəsi ilə birlikdə Abşeron rayonunun Sulutəpə qəsəbəsində, digər nəvəsi Cavabdeh6 isə xx xxxx 2017ci il tarixdə ailə quraraq Rusiya federasiyasının Surqut şəhərinə köçmüş və hal-hazırda orada ailəsi ilə birlikdə yaşayırlar. Cavabdehlər Məmmədova bidarı Mirsovqulu qızının, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 yaşayış sahəsinə olan ehtiyaclarının aradan qalxmasına baxmayaraq onların mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırmışdır. Cavabdehlərin bir qismi ailə qurandan sonra qeyd olunan mənzildə yaşamasalar da, formal olaraq qeydiyyatda qalmışlar. Buna görədə mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Halbuki, onların daimi ayrı yaşayış yerləri var və mübahisəli mənzil sahəsindən istifadələrinə heç bir ehtiyacları yoxdur. Hesab edir ki, cavabdehlərin yaşayış sahəsinə olan ehtiyyacları aradan qalxdığından mənzildən istifadə etmək hüququnu itirmişlər. Halhazırda mənzildə Cavabdeh1, nəvələri Cavabdeh5 və X1 yaşayırlar. Cavabdehlər mübahisəli mənzildə qalmaqla bəmin mənzilə dair mülkiyyət hüquqlarını olduqca kobud və qərəzli şəkildə pozurlar. Onu mübahisəli mənzilə yaşamağa buraxmırlar, mənzilin qalan üç otağına yiyələnərək onu mülkiyyətində olan mənzildən faktiki olaraq məhrum ediblər. Faktiki olaraq qalan üç otağı zəbt edərək onu mülkiyyətindən məhrum edən cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 isə mənzilə daxil olmasına imkan vermirlər. Daima əsassız bəhanələrlə münaqişə yaradaraq onu təhqir edir, mənzildən rahat və sərbəst şəkildə istifadə etməsinə maneə olurlar. Hətta xx xxxxx 2017-ei il tarixdə Cavabdeh1 qəsdən vuraraq ona bədən xəsarəti yetirmiş və bu cinayət əməlinə görə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 1(007)-297\2017 nömrəli xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 mənzildən çıxarılmadan orada yaşaması mümkün deyildir. Qeyd olunan hökm qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Hökmün məzmunundan da göründüyü kimi, Cavabdeh1 onu əsassız bəhanə ilə münaqişəyə çəkərək döymüşdür. Cavabdehlərin istifadə hüquqlarına xitam verilmədən, onların mübahisəli mənzilə yaratdıqları müdaxilələrin qarşısı alınmadan mülkiyyətçi olaraq istifadə, sahiblik və sərəncam hüquqlarının həyata keçirilməsi mümkün olmayacaq. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətlə razılaşmayaraq rədd olunmaasını xahiş edən cavabdehlərin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 50 nömrəli evin 5 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx xxxxxx 2008-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin 88 saylı MKİS tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, 405 nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 50 nömrəli evin 5 nömrəli mənzilində qeydiyyatdadırlar. İşdə olan Bakı şəhəri Nizami rayon İcra hakimiyyəti Başçısının xx xxxxxxxx 2003-cü il tarixli 448 nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 50 nömrəli evin 5 nömrəli mənzilin kirayəçisi xx xxxxxx 1971-ci il tarixli orederə əsasən, X5r. O, ölümü ilə əlaqədar bu ünvandan qeydiyyatdan çıxarılmışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 yaşadıqları mənzilin İddiaçı adına keçirilməsinə razılıq vermişlər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)- 7987/18 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Bakı şəhəri Nizami rayonunun C.Naxçıvanski küçəsindəki 50 nömrəli evin 5 nömrəli mənzilinə köçürülmələri, X6 və X4ma məxsus əşyalarn Bakı şəhəri Nizami rayonunun C.Naxçıvanski küçəsindəki 50 nömrəli evin 5 nömrəli mənzilindən çıxarılması və onlar tərəfindən mənzildən istifadə ilə əlaqədar İddiaçı qızma yaradılan hər hansı maneələrə son qoyulması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin iş üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 50 nömrəli evin 5 nömrəli mənzilin kirayəçisi xx xxxxxx 1971-ci il tarixli orederə əsasən, X9 olmuşdur. O, ölümü ilə əlaqədar bu ünvandan qeydiyyatdan çıxarılmışdır. Bundan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 yaşadıqları mənzilin İddiaçı adına keçirilməsinə razılıq vermişlər. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 50 nömrəli evin 5 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına 05 noyabr 2008-ci il tarixdə qeydə alınmışdır. Cavabdehlər Məmmədova Yasəmən Allahverdi qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 50 nömrəli evin 5 nömrəli mənzilində qeydiyyatdadırlar. Hazırda İddiaçı həmin cavabdehlərin ona məxsus olan mənzildən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mübahisənin yaranlığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddibüluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlanndan məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat 5 digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə və ikincisi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Göründüyü kimi, iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 50 nömrəli evin 5 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 mübahisəli mənzilə dair istifadə hüquqlarına kompensasiya verilmədən itirilmiş hesab olunmasını xahiş etmişdir. İddiaçı həmin tələbi onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 gəlin köçməsi ilə əlaqədar yaşayış sahəsinə olan ehtiyaclarının aradan qalxmasına baxmayaraq onların mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 sözügedən mənzildə anadan olub və anadan olduqları vaxtdan da sözügedən mənzildə pasport qeydiyyatındadırlar. Onların başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədlər, o cümlədən yaşayış sahəsinə olan ehtiyaclarının aradan qalxmasına dair sübut növləri məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən: “Mülki Prosessual Məcəllənin 218.1 və 218.3 maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıddır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə aılnmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı digər cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 mübahisəli mənzilə dair istifadə hüququnun əvəzinə 23.000 manat məbləğində kompensasiya ödənilməsi yolu ilə həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması kompensasiyanın məbləği kimi 23.000 manat təklif etmişdir. Lakin cavabdeh həmin məbləğ ilə razılaşmır. Bundan başqa, həmin məbləğ cavabdehlərə həmin ərazidə oxşar mənzillərdə davamlı surətdə və uzun müddət daxilində oxşar yaşamaq imkanı vermir. Həmçinin, cavabdehlər iddiaçının ailə üzvləri olmuş və həmin mənzildə yaşamağa başlamışdır. Halhazıradək həmin mənzildə yaşayırlar və onların yaşamağa başqa yeri yoxdur. Ona görə də, 23.000 manat kompensasiya məbləği, həmin mənzildə yaşamış cavabdehlərə, ona oxşar şəraitli başqa yaşayış yeri ilə əvəz etməyə kifayət etməyəcək. Cavabdehlərin onlara həmin ərazidə mübahisəli mənzil satılmadan üç otaqlı mənzilin verilməsinə dair təklifini isə iddiaçı qəbul etməmişdir.Bu səbəbdən kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə də haqlı olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, mübahisəli mənzil özəlləşdirmə əsasında İddiaçı adına qeydə alınmışdır. Mənzilin özəlləşdirilməsi zamanı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mənzilin İddiaçı adına keçirilməsinə razı olduğunu bildirmişdir. Belə olan halda İddiaçı həmin mənzilə sahiblik, ondan istifadə və mənzil barəsində sərəncam verərkən yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçiril-məsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7804/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7804/2020
19.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver