Məhkəmə qərarları › İş №2(103)-7808/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7808/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7808/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-4055/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı maddi və mənəvi ziyanın tutulması, borcun silinməsi tələbinə dair iddia ərizəs, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-dən vurmuş olduğu maddi ziyana görə 943 manat, mənəvi ziyana görə 2000 manat və dövlət rüsumu kimi ödəmiş olduğu 49 manatın alınıb ona verilməsi ilə yanaşı Mərkəzləşdirilmiş Kredit Reyestrində iddiaçının adına Cavabdeh ASC-də RB-A183525 saylı hesab nömrəsində qeyd edilmiş 750,34 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e-2(006)- 4055/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-4055/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə iddianın maddi ziyanın ödənilməsi hissəsində icraata xitam verilməsi, iddiaçıya hazırki məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-4055/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iş materiallarının araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında məhkəmənin qanuni qüvvəyə minmiş 2(050)-3142/2016 saylı, 09 iyun 2016-cı il tarixli məhkəmə əmri mövcuddur. İrəli sürülən məsələ məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələlərdir. Belə olan halda, iddiaçının sözügedən əmri mübahisələndirmək və ya məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda maddi zərər hesab edərək tələb etdiyi məbləğlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Başqa sözlə tələb edilən həmin məbləğ qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında hazırki iddiaçıdan cavabdehin xeyrinə icra icraatı zamanı tutulmuşdur. Bunun icra qurumu tərəfindən səhfən yaxud qanunauyğun şəkildə həyata keçirilibkeçirilməməsinin yoxlanılması isə hazırki icraatın deyil, həmin icra sənədinin icrasına aiddir. Deməli, iddiaçının tələbinin həmin hissəsi üzrə cavabdehdən iddia icraatı qaydasında bu əsasla maddi ziyan formasında əvəz tələb etməsi yolverilməzdir. Göründüyü kimi, iddiaçının tələbinin həmin hissəsi məhz qeyd etdiyi əsasla ayrıca iddianın yaxud icraatın predmeti ola bilməz. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı birbirini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-4055/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin e-2(006)-4055/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar