Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-781/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X6 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(006)- 5050/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 30.270 manat əsas borc, hesablanmış faiz üzrə 24.154 manat və dəymiş 15.000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X7 "xxxx" İKB ASC-dən kredit almaqla atasına məxsus Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsini, 0,9781 ha torpaq sahəsini, 1,612233 ha torpaq sahəsini, 1,770952 ha torpaq sahəsini, 1,146196 ha torpaq sahəsini və 1,8593 ha torpaq sahəsini girov qoymuşdur. Qəbələ rayon Məhkəməsinin 27.12.2010-cu il tarixli 2(025)-422/2010 saylı icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və atasına məxsus əmlaklar satışa çıxarılmışdır. Qəbələ rayon Məhkəməsinin 2(025)-422/2010 saylı 24.11.2010-cu il tarixli qətnaməsi borcun dəbbə puluna münasibətdə və əmlakın qiymətləndirilməsi hissəsində Şəki Apellyasiya Məhkəməsinin 25.12.2012-ci il tarixli 2(107)-76/2012 saylı qətnaməsi ilə ləğv edilmiş və dəbbə pulu müvafiq olaraq 1700 avro məbləğində müəyyən edilmişdir. Nəticə olaraq X4 "xxxx" İKB ASC-yə qanuni qüvvəsini almış qətnamə üzrə borcu 91.000+30037- 1700=122.737 avro təşkil etmişdir. Yəni həmin məbləğdən 14.309 avro azaldılmışdır. Həmin borcun 57.300 avro hissəsi Bakı şəhərində yerləşən əmlak satılmaqla 2013-cü ilin əvvəlində ödənilmişdir. Həmin vaxt məzənnə 1 avro = 1,01 manat olmuşdur. Həmçinin həmin vaxt Məmmədov Yadigar tərəfindən 1000 avro əlavə ödəniş edilmişdir (evin satışından əvvəl olub). Bununla bağlı hesabdan çıxarışı iddia ərizəsinə əlavədə təqdim etmişlər. Belə olan halda 2013-cü ilin oktyabr ayına Banka borcun qalıq məbləği 122.737- 58.300=64.437 avro təşkil edirdi. Atasının əmlakları 102.000 manata 30.10.2013-cü il tarixdə alınmışdır. Atasına məxsus Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsini, 0,9781 ha torpaq sahəsini, 1,612233 ha torpaq sahəsini, 1,770952 ha torpaq sahəsini, 1,146196 ha torpaq sahəsini və 1,8593 ha torpaq sahəsi təqdim etdikləri hərrac protokolundan da göründüyü kimi 30.10.2013-cü il tarixdə Bank tərəfindən alınmışdır. Həmçinin təqdim etdikləri DƏDRX-dən çıxarışlardan da göründüyü kimi, 14.01.2014-cü il tarixdə atasının torpaq sahələrinə dair Bank DƏDRX-dən mülkiyyəti təsdiq edən çıxarış almışdır. Yəni onun əmlakı avro manat məzənnələri birə-bir olanda satılmışdır. Mərkəzi Bankın 30.10.2013-cü il tarixdə azn-avro məzənnəsinə diqqət yetirilsə görünər ki, həmin vaxt məzənnə 1 avro – 1,077 manat olmuşdur. Belə olan halda Məmmədov Yadigarın borcundan 102.000 AZN / 1.077 avro = 94.707 avro. X12 borcundan onun torpaq sahələri alındıqdan sonra yetəri qədər vəsait daxil olmuş və əmlakların alışından artıq məbləğ qalmışdır. Borcun onun əmlakların satışına qədər 64.437 avro olmasını nəzərə aldıqda, 94707- 64437=30270 manat vəsait onun əmlaklarının satışından artıq qalan məbləğdir. Sonradan Bankla razılaşmaya görə Məmmədov Yadigar borcu bağlamalı idi və onun əmlakları ona geri qaytarılmalı idi. Lakin sonradan 2020-ci ilin sonunda Bank həmin əmlakları ona satmaqdan vaz keçmiş və əmlakı başqa şəxslərə satışa çıxartmışdır. Onun da pulunu geri qaytarmamışdır. Bu səbəbdən də, o, artıq əmlaklarının geri qaytarılmayacağını görüb Bankdan pulunu tələb etmək qərarına gəlmişdir. Bank onun vəsaitini özündə saxlamaqla da 2013-cü ildən əsassız varlanmışdır. Həmin tarixdən cari dövrədək Bank həmin dövrlərə münasibətdə faiz dərəcəsini nəzərə aldıqda külli miqdarda varlanmışdır. Belə ki, 2014-cü ildə banklar üzrə əmanət faizi 15 % təşkil edirdi. Bu fazi dərəcəsi 2017-ci ilədək qüvvədə qalmışdır. Çünki Dövlət əhali arasında xarici valyuta mübadiləsini azaltmaq üçün xarici valyutada olan depozit fazilərini minimuma salmış və manatla olan faiz dərəcələrini qaldırmışdır. 2017-ci ildən başlayaraq Banklarda faiz dərəcələri düşməyə başlamışdır. Odur ki, 3 il üzrə 15 % dərəcəsi ilə nəzərə aldıqda 30270 manat * 15 % * 3 il = 13621 manat edir. 2017-ci il tarixədək onun pul vəsaiti onda olsaydı adi banka qoysaydı 43891 manat olmalı idi. Sonrakı illərdə Banklarda depozit dərəcəsi 8- 10 % arası dəyişmişdir. 3 ildə 8 % ilə götürülsə Bank 43891 * 8 % * 3 il = 10533 manat edir. Ümumilikdə isə 43891 + 10533 = 54424 manat pul vəsaiti ona qaytarılmalıdır. Bunun 30270 manatı əsas, 24154 manatı hesablanmış faizdir. Həmçinin bank ona vaxtında pul vəsaitini verməməklə ona ziyan da vurmuşdur. Belə ki, özündə vəsaiti saxlamaqla və ona verməməklə onun işlərini axsatmışdır. Cavabdeh ona vəsaitini vaxtında geri versəydi, o başqa əmlaklar ala bilər və vəsaitdən səmərəli istifdə edə bilərdi. Həmin vaxtı xarici valyutalar da bahalaşmadığından əmlak bazarında qiymətlər aşağı idi. Həmin dövrdə ona vəsait geri qaytarılsa idi, o, əmlak alsaydı və ya USD-yə çevirsəydi ən azından puluna 50 % gəlir qatmış olardı. İnfilyasiyanı nəzərə aldıqda 2013-cü ildən cari tarixə ümumilikdə 50 % infilyasiya və bahalşma olmuşdur. Bu səbəbdən də, iddiaçı 15000 manat dəymiş ziyan da tələb edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(006)- 5050/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5050/2021 saylı iş üzrə 01.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Nəsimi rayon MƏhkəməsi ümumiyyətlə iddiaçının təqdim etdiyi sübutların birinə belə qiymət verməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçı məhkəməyə ona qaytarılacaq məbləğin necə və hardan əmələ gəldiyinə dair sübut təqdim etməmişdir. Məhkəməyə bütün sübutları təqdim etdiyini, sübutlarınıda yenidən məhkəmə üçün qiymətləndirir. X22 verdiyi pul o qədər çox olub ki, hakim onun sübutlarını görməkdən vaz keçib. Məhkəmə preyudisial hal kimi istinad edib onun 2018-ci il tarixdə Yelo Banka qarşı ipotekaya xitam verilməsi tələbinə dair qaldırdığı iddia tələbi üzrə məhkəmə qərarına istinad edib. Təqdim etdiyi Nikoyl İKB ASC-nin adına verilmiş 14.01.2014-cü il tarixli DƏDRDX-dən verilmiş ÇİXARİŞ-dan və 30.10.2013-cü il tarixli hərrac protokolundan açıq aydın görünür ki, Bank əmlakını 2014-cü ildə almışdır. Tam adına keçirtmişdir. Belə olan halda əgər borclunun borcu 64.437 AVRO idisə (buna qədər digər əmlak satılmış və borcun demək olar ki, yarısı bağlanmışdır.) və Bank əmlaklarını 94707 AVROya almışdırsa 94707-64437=30207 qalırsa bu pul niyə Bankda qalmalıdır niyə ona qaytarılmamalıdır. Qanun birbaşa göstəriş verir ki, işə baxarkən əmlakın qiymətləndirilməsi təmin edilməlidir. Qiymətləndirmənin mahiyyəti mülkiyyətçinin və kreditirun hüquqlarının pozulmaması və bərabərlik prinsipinin təmin edilməsi üçündür. Belə ki, əmlakı zatən tələbkar tərəf ilkin satış qiymətindən 40% aşağı qiymətə alır. (hərracda ilkin satış qiymətindən 15% ikinci hərracda isə 25% çıxılır). Belə olan halda zatən girov qoyan əmlakını Banka bazar dəyərindən 40% aşağı vermiş olur. İndiki halda isə Bank həm 40% aşağı almış həmçinin də aldığı əmlakın qalıq məbləğini ona qaytarmır. Apellyasiya şikayətinin dəymiş ziyan və əldən çxıamış fayda tələbi hissəsini qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, Bank onun vəsaitini özündə saxlamaqla da 2013-cü ildən əsassız varlanmışdır. Həmin tarixdən cari dövrədək Bank həmin dövrlərə münasibətdə faiz dərəcəsini nəzərə alsaq külli miqdarda varlanmışdır. Belə ki, 2014-cü ildə banklar üzrə əmanət faizi 15% təşkil edirdi. Bu fazi dərəcəsi 2017-ci ilədək qüvvədə qalmışdır. Çünki Dövlət əhali arasında xarici valyuta mübadiləsini azaltmaq üçün xarici valyutada olan depozit fazilərini minimuma salmış və manatla olan faiz dərəcələrini qaldırmışdır. 2017-ci ildən başlayaraq Banklarda faiz dərəcələri düşməyə başlamışdır. Odur ki, 3 il üzrə 15% dərəcəsi ilə nəzərə alsaq 30270 manat *15%*3 il= 13621 manat edir. 2017-ci il tarixədək onun pul vəsaiti onda olsaydı adi banka qoysaydı 43891 manat olmalı idi. Sonrakı illərdə Banklarda depozit dərəcəsi 8-10% arası dəyişilmişdir. 3 ildə 8% ilə Götürülsə Bank 43891*8%*3 il= 10533 manat edir. Ümumilikdə isə 43891+10533=54424 manat pul vəsaiti ona qaytarılmalıdır. Bunun 30270 manatı əsas 24154 manatı hesablanmış faizdir. Həmçinin bank ona vaxtında pul vəsaitini verməməklə ona ziyan da vurmuşdur. Belə ki, özündə vəsaiti saxlamaqla və ona verməməklə işlərini axsatmışdır. Cavabdeh vəsaitini vaxtında geri versəydi o, Başqa əmlaklar ala bilər və vəsaitdən səmərəli istifdə edə bilərdi. Həmin vaxtı xarici valyutalarda bahalaşmadığından əmlak bazarında qiymətlər aşağı idi. Həmin dövrdə ona vəsait geri qaytarılsa idi o, əmlak alsaydı və ya USD-yə çevirsəydi o, ən azından puluna 50% gəlir qatmış olardı. İnfilyasını nəzərə alsaq 2013-cü ildən cari tarixə ümumilikdə 50% infilyasi və bahalşma olmuşdur. Bu səbəbdən də 15000 manat dəymiş ziyan da tələb edir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə 18.01.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, Qəbələ şəhərində yaşadığını, səhhəti ilə bağlı Bakı şəhərinə gələ bilmədiyini, mülki işin təxirə salınmasını və ya apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş ərizəni nəzərdən keçirərək və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) 24.05.2017-ci il tarixli 2(006)-3388/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" İKB ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi, bankın adına verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi» tələbinə dair iddiası təmin edilmiş, Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsi, 0,9781 ha torpaq sahəsi, 1,612233 ha torpaq sahəsi, 1,770952 ha torpaq sahəsi, 1,146196 ha torpaq sahəsi və 1,8593 ha torpaq sahəsinin girov qoyulmasına dair İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış ipoteka müqavilələrinə xitam verilməsi, Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsi, 0,9781 ha torpaq sahəsi, 1,612233 ha torpaq sahəsi, 1,770952 ha torpaq sahəsi, 1,146196 ha torpaq sahəsi və 1,8593 ha torpaq sahəsinə dair "xxxx" İKB ASC ilə "xxxx" MMC arasında bağlanmış hərracın nəticələri barədə 30.10.2013-cü il tarixli Y-314 nömrəli protokol və hərracın yekunları barədə alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" İKB ASC-nin adına verilmiş çıxarışların ləğv edilməsi, İddiaçı Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsi, 0,9781 ha torpaq sahəsi, 1,612233 ha torpaq sahəsi, 1,770952 ha torpaq sahəsi, 1,146196 ha torpaq sahəsi və 1,8593 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, A.Hüseynov) 13.09.2017-ci il tarixli 2(103)-8709/2017 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" İKB ASC-nin apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24.05.2017-ci il tarixli 2(006)-3388/2017 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx" İKB ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi, bankın adına verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı və vəkili X8 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2018-ci il tarixli 2(102)-332/2018 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2017-ci il tarixli 2(103)-8709/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı 15 dekabr 2021-ci il tarixli, 2(103)-11585/2021 saylı sorğusuna əsasən Şəki Apellyasiya Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 31/1481 saylı məktubu ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.09.2012-ci il tarixli, 2(107)- 76/2012 saylı qətnaməsinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Qətnamənin məzmunundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 24 noyabr 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" X3 cavabdchlər X9, İddiaçı və X5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predimetiııə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdeh X11 ilə "xxxx" X10 arasında 17 noyabr 2008-ci il tarixli 1842/1118/03 (G) №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 91000 (doxsan bir min) AVRO əsas borc, 30037 (otuz min otuz yeddi) AVRO faiz borcu, gecikdirməyə görə hesablanmış 16009 (on altı min doqquz) AVRO dəbbə pulu, cəmi 137046 (yüz otuz yeddi min qırx altı) AVRO kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanaraq ödəniləcək məbləğə həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 10 manat xidmət haqqı əlavə olunmaqla, ipotekaya qoyulmuş cavabdeh X5 məxsus ünvan 2 ünvanda yerləşən 122 saylı mənzilə yönəldilərək, hərracda ilkin satış qiyməti 72 500 (yetmiş iki min beş yüz) manat müəyyən olunmaqla, həmçinin cavabdeh İddiaçı məxsus Qəbələ şəhərində yerləşən 0,687697 ha, 0,9781 ha, 1,612233 ha, 1,770952 ha, 1,146196 ha və 1,8593 ha torpaq sahələrinə yönəldilərək, hərracda ilkin satış qiyməti ümumilikdə 160 000 (yüz altmış min) manat məbələğində müəyyən olunmaqla hərrac yolu ilə satılması, əldə olunan vəsaitin borcun həcmi məbləğində "xxxx" X3 xeyrinə ödənilməsi, həmin əmlakların satışından əldə olunan vəsait yetərli olmadıqda tələbin X4 digər əmlaklarına yönəldilməsi, ipoteka müqaviləsi üzrə ipotekaya qoyulmuş mənzildə qeydiyyatda olanların və yaşayanların ilkin hərracın keçirilməsinə 10 (on) gün qalmış evdən çıxarılmaları və həmin mənzilin boşaldılması qət edilmişdir. (X21). X1 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2012ci il tarixli, 2(107)-76/2012 saylı qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 24 noyabr 2010-cu il tarixli qətnaməsi qismən, həmin əmlakların satışından əldə olunan vəsait yetərli olmadıqda tələbin X4 digər əmlaklarına yönəldilməsi, ipoteka müqaviləsi üzrə ipotekaya qoyulmuş mənzildə qeydiyyatda olanların və yaşayanların ilkin hərracın keçirilməsinə 10 (on) gün qalmış evdən çıxarılmaları və həmin mənzilin boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi, cavabdehdən tələb olunan 16009 AVRO dəbbə pulunun məbləği azaldılaraq 1700 AVRO həddində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, 70 manat ekspertiza xərci cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilməsi, (Az.MEM, VÖEN**********, ABB mərkəzi filialı, VÖEN**********, kod 805250, m/h **********944, H/h COR 328518, AZN '201-01 S.W.İ.F.T. Bik:İBAZAR 2X.) 300 manat qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərc cavabdeh X14 tutularaq “Sərraf-N” VÖEN: **********, “ATABANK"ASC, Monolit filialı, Bankın kodu: 503303, müxbir hesabı:AZ50NABZ********************, Bankın VÖEN:**********, S.W.İ.F.T. BİK: ATAzAzZ 22. hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı 15 dekabr 2021-ci il tarixli, 2(103)- 11585/2021 saylı sorğusuna 06 yanvar 2022-ci il tarixli, **********23 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi cavab olaraq qeyd edilmişdir ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı adına olmuş Qəbələ şəhəri ərazisində yerləşən sorğuda qeyd olunan əmlaklara aid qeydiyyat nömrəsi 190804162, 190804163, 190804164, 190804165, ********* və ********* olan 2008-ci il tarixli Daşınmaz əmlakın dövlət reystrindən çıxarışların müvafiq qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edirlər. Əlavə olaraq bildirmişlər ki, qeyd olunan əmlaklar "xxxx" Hərracın nəticələri haqqında 30.10.2013-cü il tarixli Y-314 saylı Protokoluna əsasən "xxxx"İKB ASC-nin adına keçmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Qəbələ rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 15 dekabr 2021-ci il tarixli, 2(103)-11585/2021 saylı sorğusuna Qəbələ rayon İcra və Probasiya Şöbəsi 10 yanvar 2022-ci il tarixli 16110/13 saylı cavab olaraq bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107J-76/2012 saylı, 25 12 2012-ci il tanxli icra sənədinınin icra vəziyyəti ilə bağlı bildirilir ki, qeyd olunan icra sənədinə əsasən X11 ilə "xxxx" X10 arasında 17.11 2008-cı il tarixli kredit müqaviləsindən irəli gələn 122737 Avro kredit borcu odəniş gününə Azərbaycan manatı ekvivalentində hesablanaraq ödəniləcək məbləğ iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması uçun ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 10 manat xidmət haqqı, ipotekaya qoyulmuş X5 məxsus ünvan 2 ünvanda yerləşən 122 saylı mənzilə yönəldilərək, hərracda ilkin satış qiyməti 72500 manat müəyyən olunmaqla, həmçinin İddiaçı məxsus Qəbələ şəhərində yerləşən 0.687697 ha, 0 9781 ha, 1 612233 ha, 1 770952 ha, 1 146196 ha və 1 8593 ha torpaq sahələrinə yönəldilərək hərracda ilkin satış qiyməti ümumilikdə 160000 manat müəyyən edilməklə hərrac yolu ilə satılmalıdır. Qeyd olunan icra sənədi 07.01.2013-cü il tarixdə Şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək surəti məhkəməyə və tərəflərə göndərilmişdir. 14.03.2013-cü il tarixdə Qəbələ şəhərində yerləşən 6 fərqli torpaq sahəsinin ümumilikdə ilkin satış qiyməti 160000 manat müəyyən edilməklə satılması üçün "xxxx" MMC-yə sifariş verilmiş, hərracın nəticələrinə dair 30.10.2013-cü il tarixli, Y-314 nömrəli protokola əsasən hərraca çıxarılmış torpaq sahələri ümümilikdə 102000 manat qarşılığında, həmin tarixə 1 Avronun 1.08 Azərbaycan manatı olduğunu nəzərə alsaq, qeyd olunan 6 torpaq sahəsi 94444 Avro məbləğində tələbkar tərəfindən balansa götürülmüşdür, icra sənədi 22.02.2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Beləliklə, təqdim və tədqiq olunan iş materialları ilə 30.10.2013-cü il tarixli, Y-314 nömrəli protokola əsasən hərraca çıxarılmış torpaq sahələrinə görə Nikoyl” X3 iddiaçıya pul vəsaiti ödəməli olması təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2018-ci il tarixli 2(102)-332/2018 saylı qərarında təsbit edilmiş faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə də, məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(006)- 5050/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-781/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-781/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver