Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7816/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3923/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində 1520 saylı aktla nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(011)-656/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər birgə nikahda olan dövrdə yəni, xx.xx.2011-ci il tarixdə ümumi gəlirlər hesabına Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” Yaşayış kompleksi, bina 2E, 23 saylı mənzili əldə etmişlər. Həmin mənzil cavabdehlə “xxxxxxxxxxxxxxx” MMC arasında xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh adına rəsmiləşdirilmişdir. Mənzili aldıqdan sonra həmin mənzil əsaslı şəkildə təmir olunmuşdur. Mübahisəsi gedən mənzil “xxxxxxxxxxxxxxx” MMC-yə pay haqqı tam ödənilməklə əldə olunmuş mənzildir və onun üzərində cavabdehin mülkiyyət hüququ rəsmiləşdirilməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, birgə nikah dövründə Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” Yaşayış kompleksi, bina 2E, 23 saylı mənzilin dəyəri tam ödənildiyinə görə həmin mənzilin birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünməsi, onun əmlak üzərində ½ hissədə payının və Cavabdeh əmlak üzərində ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, cavabdeh İddiaçı ilə 2007-ci ildə ailə həyatı qurmuşdur. Rəsmi nikahları Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə 1520 saylı nikah qeydi ilə qeydə alınmış və müvafiq şəhadətnamə verilmişdir. Bir müddət mehriban ailə kimi yaşasalar da, son vaxtlar münasibətləri pozulduğundan onun iddiası əsasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(011)-656/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Qətnaməyə əsasən birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 onun yanında saxlanılmaqla, hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehlə birgə nikahda olduqları müddətdə Abşeron rayonu, Masazır qəsəbəsində “xxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa olunmuş yaşayış binalarının “İİ E” korpusunda yerləşən, ümumi sahəsi 65.93 kv.m, yaşayış sahəsi 36.55 kv.m olan, iki otaqdan ibarət, 23 saylı mənzili satın almışlar. Bu barədə göstərilən ünvanda yaşayış binalarını inşa edən “xxxxxxxxxxxxxxx” MMC ilə onun arasında “mənzil tikintisi haqqında” xx xxx 2011-ci il tarixli müqavilə də bağlanmışdır. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 32.306 manat müəyyən edilmişdir. Həmin məbləğin 19.206 manatını o (özü hərbi hospitalda işlədiyindən maaşından ödəmişdir), qalan 12.400 manatını isə cavabdeh ödəmişdir. Bu hal iddia ərizəsinə əlavə olunmuş ödəniş qəbzlərindən də açıq şəkildə təsdiq olunur. Hal-hazırda cavabdehlə nikahları pozulduğundan, birgə nikah dövründə əldə etdikləri və yuxarıda göstərilən ünvanda yerləşən mənzilin tərəflər arasında bölüşdürülməsi zərurəti yaranmışdır. Birgə nikahlarından doğulmuş X3 onun yanında qalmasını, dolayısıyla uşağın mənafeyini, həmçinin mənzilin ümumi dəyərinin çox hissəsinin (19.206 manatının) onun tərəfindən ödənildiyini və sair diqqətəlayiq halları nəzərə alaraq, o, hesab edir ki, birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Masazır qəsəbəsində “xxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa olunmuş yaşayış binalarının “İİ E” korpusunda yerləşən, ümumi sahəsi 65.93 kv.m, yaşayış sahəsi 36.55 kv.m olan, iki otaqdan ibarət, 23 saylı mənzilin aralarında bölünərək 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə cavabdehin mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 36.1 və 37.2-ci maddələri ilə əsaslandıraraq, cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri, Abşeron rayonu, Masazır qəsəbəsində “xxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa olunmuş yaşayış binalarının “İİ E” korpusunda yerləşən, ümumi sahəsi 65.93 kv.m, yaşayış sahəsi 36.55 kv.m olan, iki otaqdan ibarət, 23 saylı mənzilin aralarında bölünərək 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə cavabdehin mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3923/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” Yaşayış kompleksi, bina 2E, 23 saylı mənzildə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin tam, ilkin iddia tələbinin isə qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,Xətai Rayon məhkəməsinin göstərilən qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassızdır, ona görə də apellyasiya qaydasında ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini qismən təmin edərkən kifayət qədər maddi və prosessual pozuntulara yol vermişdir. Belə ki birinci instansiya məhkəməsi qətnaməsini yeganə əsas kimi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi ilə əsaslandıraraq göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə əldə olunmuş əmlakın qeyri-bərabər bölünməsini tələb etsə də, hər hansı diqqətəlayiq üstün mənafeyə malik olmasını təsdiq edən, həmçinin qarşı tərəfin üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi ilə bağlı məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Məhkəmənin bu əsaslandırması ilə razı deyil. Çünki, birgə nikahdan doğulmuş uşağın məhkəmə qətnaməsi ilə anasının yanında saxlanılması qət edilmişdir və uşaq qız uşağıdır, halhazırda 13 yaşı var və artıq onun üçün ayrıca otağın olması şərtdir. Məhkəmə işin hallarına qiymət verərkən bu halı nəzərə almamışdır. Həmçinin uşağın anasının yanında saxlanılmasını qət edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi iş üçün kifayət qədər möhtəbər sübutdur, lakin məhkəmə qeyd edir ki, tələbi əsaslandıracaq heç bir sübut təqdim edə bilməmişlər. Qanunvericilikdə nəzərdə tutulmuş uşaqların mənafeyinin nəzərə alınması halı budur və bunu məhkəmə nəzərə almamışdır. Bundan başqa qanunvericilikdə nəzərdə tutulmuş ər və ya arvadın diqqətəlayiq mənafeyinə gəlincə qeyd etmişdir ki, həmin diqqətəlayiq mənafedən biri də elə əmlakın ümumi dəyərinin 2/3 hissəsinin (52 min manatdan 20 min manatı Aynur tərəfindən ödənilməsidir) onun tərəfindən ödənilməsidir. O, həmişə işləmiş və hal-hazırda da işləyir, əmək haqqı alır və hər ay müntəzəm olaraq aylıq ödənişləri də şəxsən özü ödəmişdir. İddiaçının isə rəsmi iş yeri olmasa da, gündəlik qazancı olmuş və bu qazancı ancaq özünə sərf etmişdir. Məhkəmə qətnamə çıxararkən bu diqqətəlayiq halı da nəzərə almamışdır. Sadalanan hallardan göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə çıxararkən yuxarıda göstərilən halların heç birini nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını işin hallarına düzgün tətbiq etməməklə kobud şəkildə pozmuş nəticədə əsassız və qanunsuz qətnamə çıxarmışdır ki, bunlar da qətnamənin apellyasiya qaydasında ləğvi üçün birbaşa əsaslardır. Məhkəmə kollegiyasının iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3923/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(011)-656/2020 saylı qətnaməsindən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Xətai rayon Qeydiyyat Şöbəsində 1520 saylı aktla qeydə alınmış nikah pozulması, xx.xx.2008-ci il təvəllüdlü X3 anası Cavabdeh himayəsində saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçun, xx.xx.2019-cu il tarixdən hesablanmaqla, İddiaçı hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan mənzil tikintisi haqqında müqavilənin sürətindən məlum olur ki, “xxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında xx xxx 2011- ci il tarixli “xxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa olunmuş yaşayış binalarının “İİ E” korpusunda yerləşən, ümumi sahəsi 65.93 kv.m, yaşayış sahəsi 36.55 kv.m olan, iki otaqdan ibarət, 23 saylı mənzilin tikintisi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC-nin kassa mədaxil orderlərinin qəbzlərinin sürətindən məlum olur ki, Cavabdeh tərəfindən mənzil tikintisi haqqında müqaviləyə əsasən xx.xx.2011-ci il tarixdə 570 manat, xx.xx.2011-ci il tarixdə 700 manat, xx.xx.2011-ci il tarixdə 1140 manat, xx.xx.2011-ci il tarixdə 570 manat, xx.xx.2011-ci il tarixdə 570 manat, xx.xx.2011-ci il tarixdə 570 manat, xx.xx.2011-ci il tarixdə 600 manat, xx.xx.2012-ci il tarixdə 570 manat, xx.xx.2012-ci il tarixdə 570 manat, xx.xx.2012-ci il tarixdə 570 manat, xx.xx.2012-ci il tarixdə 570 manat, xx.xx.2012-ci il tarixdə 570 manat, xx.xx.2012-ci il tarixdə 570 manat, xx.xx.2012-ci il tarixdə 570 manat, xx.xx.2012-ci il tarixdə 570 manat, xx.xx.2012-ci il tarixdə 570 manat, xx.xx.2012-ci il tarixdə 1140 manat, xx.xx.2013-cü il tarixdə 570 manat, xx.xx.2013-cü il tarixdə 570 manat, xx.xx.2013-cü il tarixdə 1000 manat, xx.xx.2013-cü il tarixdə 2000 manat, xx.xx.2013-cü il tarixdə 520 manat, xx.xx.2014-cü il tarixdə 600 manat, xx.xx.2014-cü il tarixdə 630 manat, xx.xx.2014cü il tarixdə 1000 manat, xx.xx.2014-cü il tarixdə 1326 manat məbləğində pul vəsaiti ödənilmişdir.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsi təsbit edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəyə uyğun olaraq ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 34-cü maddəsinə uyğun olaraq nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Həmin Məcəllənin 36-cı maddəsində müəyyən edir ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir və mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətə layiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Beləliklə, iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, Cavabdeh ilə İddiaçı xx xxxxxxx 2007-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahda olduqları müddətdə tərəflər birgə vəsait hesabına Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” Yaşayış kompleksi, bina 2E, 23 saylı mənzil əldə etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuşdur. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın qeyri-bərabər bölünməsini tələb etsə də, hər hansı diqqətəlayiq üstün mənafeyə malik olmasını təsdiq edən, həmçinin qarşı tərəfin üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, mülki işdə olan sübutlarla daşınmaz əmlakın birgə nikah dövründə birgə vəsait hesabına əldə edildiyi təsdiq edildiyindən, tərəflərin həmin əmlaklarda ½ hissədə payının müəyyən edilməsi ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Odur ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” Yaşayış kompleksi, bina 2E, 23 saylı mənzildə tərəflərin hər birinin ½ payları müəyyən edilməlidir. Apellyasiya şikayətinin dəlilləri barədə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddia tələbi üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3923/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3923/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7816/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7816/2020
28.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver