Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7820/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X5 və Azərbaycan Respublikası Dövlət X3 İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1565/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və və Azərbaycan Respublikası Dövlət X1rşı “işə bərpa, əmək haqqı və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 2006-cı il tarixli 234K saylı əmrlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hərbiləşdirilmiş Mühafizə Departamentinin 25 saylı komandanın rəisi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixdən qeyd olunmuş idarənin Mühafizənin təşkili və koordinasiya Departamentinin Xidmətə nəzarət Şöbəsinin şöbə rəisinin müavini vəzifəsinə keçirilmişdir. 2019-cu ilin noyabr ayında Təhlükəsizlik İdarəsinin rəhbərliyi dəyişdikdən sonra yeni rəhbərlik tərəfindən ona qarşı qərəzli münasibət bəslənmiş, xəbər verilmədən və razılığı alınmadan əsassız və qanunsuz olaraq xx.xx.2019-cu il tarixdə tutduğu vəzifədən azad olunaraq 4 dəfə aşağı vəzifəyə qaravul rəisi vəzifəsinə təyin olunmağı barədə əmr verilmişdir. Məcburiyyət qarşısında qalaraq, iradəsinə zidd şəkildə işdən çıxmağı barədə ərizə yazmışdır. xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə B00382 saylı əmr verilmiş və işdən azad olunmuşdur. Bu günə qədər onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini almamışdır. xx.xx.2019- cu il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə ərizə ilə müraciət edərək əvvəlki işinə bərpa olunmasını xahiş etsə də, müsbət cavab ala bilməmişdir. Odur ki, xx.xx.2019-cu il tarixdə qanunsuz olaraq işdən azad olunmağı barədə B00382 saylı əmrin etibarsız sayılmaqla əvvəlki işinə bərpa olunmağı, xx.xx.2019-cu ildən hazıradək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilmsi və qanunsuz olaraq işdən azad olunduğuna görə ağır daxili mənəvi iztirab keçirdiyinə görə mənəvi təminatın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1565/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı iddia tələbinə uyğun əsaslandırmaqla apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv olunması, iddianın təmin olunması barədə qətnamə çıxarılmsını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin ediməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz təqdim edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət X3 İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz təqdim edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1565/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiailarında olan xx xxxxxxxx 1989-cu il tarixli ******* nömrəli xasiyyətnamədən görünür ki, İddiaçı xx xxxx 2006-cı il tarixli 234 K saylı əmrlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hərbiləşdirilmiş Mühafizə Departamentinin 25 saylı komandanın rəisi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2009-cu ildə 5 saylı komandanın rəisi vəzifəsinə,xx.xx.2010-cu ildə 6 saylı komandanın rəisi vəzifəsinə, xx.xx.2010-cu ildə 26 saylı komandanın rəisi vəzifəsinə, xx.xx.2011-ci ildə 5 saylı komandaya rəis vəzifəsinə, xx.xx.2012-ci ildə 3 saylı komandaya rəis vəzifəsinə, xx.xx.2012-ci ildə Hərbiləşdirilmiş Mühafizə Departamentinin Mühafizənin təşkili şöbəsinə mühəndis vəzifəsinə, xx.xx.2014-cü ildə Hərbiləşdirilmiş Mühafizə Departamentinin kənar təşkilatların mühafizə xidmətinə nəzarət şöbəsinə mühəndis vəzifəsinə, xx.xx.2017-ci ildə böyük mühəndis vəzifəsinə, xx.xx.2017-ci ildə 30 saylı komandaya komanda rəisi vəzifəsinə, xx.xx.2018-ci ildə Müh,afisəinin Təşkili və Koordinasiya departametinin Xidmətə nəzarət Şöbəsinin Şöbə rəisinin müavini vəzifəsinə, xx.xx.2019-cu ildə 17 saylı komandaya qarovul rəisi vəzifəsinə keçirilib. xx.xx.2019-cu il tarixdə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Dövlət X3 İdarəsinin məhkəməyə təqdim etdiyi arayışdangörünür ki, işdən azad olunması ilə əlaqədar İddiaçı 1784.51 (bir min yeddi yüz şəksən dörd manat əlli bir qəpik) yekun məbləğ ******************** bank hesabına köçürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, Mühafizənin Təşkili və Koordinasiya departametinin Xidmətə nəzarət Şöbəsinin Şöbə rəisinin müavini vəzifəsində işləyən X8 öz xahişi ilə 17 saylı komandaya qarovul rəisi vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, 17 saylı komanda qarovul rəisi vəzifəsində işləyən X8 öz xahişi ilə başqa işə keçirilməyi ilə bağlı əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdən xitam veriməsini xahiş etmişdir. Beləliklə iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı X8 31,03.2006-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində və onun tərkibində olan idarələrdə müxtəlif vəzifələrdə işləmişdir. xx xxxxxx 2019-cu il tarixdə X8 öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir, işdən azad olunması ilə əlaqədar qanunverilciliklə müəyyən olunmuş qaydada hesablanmış 1784.51 manat yekun məbləğ iddiaçının əmək haqqı kartının ******************** №li bank hesabına köçürülmüşdür. İşdən öz istəyi ilə çıxmadığını və qanunsuz olaraq işdən azad olunduğuna görə ağır daxili mənəzi iztirab keçirdiyinibildirən iddiaçı şəxs həmin nəticələrlə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək'müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin;
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq- hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əmək qanunvericiliyində sadalanan normaların məzmunundan göründüyü kimi əmək müqaviləsi müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə öz istəyilə komandaya qaravul rəisi vəzifəsinə keçməsilə bağlı “SOCAR” Təhlükəsizlik İdarəsinin rəisinə ərizə yazmışdır. xx xxxxxx 2019cu il tarixli SOCAR **********00070020B00378 nömrəli əmrlə qaravul rəisi vəzifəsinə keçirilmiş, daha sonra xx xxxxxx 2019-cu il tarixdə X8 təkrar öz ərizəsi ilə müraciət edərək xx xxxxxx 2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı öz istəyilə əmək müqaviləsini xitam verilməsini istədiyindən və həmin ərizədə işdən azad olunma istədyi tarixi də qeyd etdiyindən cavabdeh tərəfindən xəbərdarlıq müddəti gözlənilmədən əmək qanunvericiliyinin sadalanan normalarına uyğun olaraq iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətində ona təziq edildiyi üçün əmək müqaviləsinə xitam verilməsi üçün ərizə verdiyini qeyd etsə də, bu hallara dair məhkəməyə hər hansı sübutlar təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən kollegiya apellyasiya şikayətində qeyd olunanları qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-499/2020 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1565/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.