Məhkəmə qərarları › İş №2(103)-783/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-783/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-783/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-783/2023 (Açar sözlər:“ yaşayış sahəsinə köçürülmə”) Bakı şəhəri 23 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X8 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh və nümayəndəsi X14 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2782/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov rayon MKTB 30 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 026638 №-li arayışdan görünür ki, İddiaçı bacısına məxsus Ə.Əliyev küçəsi 25b №li evdə qeydiyyatsız yaşayır.

2. Bakı şəhəri Nərimanov rayon MKTB 38 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 000804 №-li Forma 2 arayışından görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27 saylı evin 234 saylı mənzilin sahibi Cavabdehdur. 38 saylı MKİSdə olan məlumata görə mənzildə İddiaçı, onun qızı X27, oğlu X28, qardaşı Cavabdeh, onun oğlanları X15, X23, arvadı X24 həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar.

3. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 487 №li sərəncamının surətindən görünür ki, İddiaçı icra hakimiyyətinə müraciət edərək bildirmişdir ki, 9 nəfərlik ailə tərkibi ilə (özü, əri, oğlu, qızı, 5 qohumu) Ş.Mustafayev küçəsində 27 saylı evin yaşayış sahəsi 39,1 kv.m olan 3 otaqlı 234 saylı mənzilində yaşayır, Bakı şəhərində 1997-ci ildən daimi qeydiyyatdadır. Qızı 1992-ci il təvəllüdlü X29 epilepsiya diaqnozu ilə xəstədir. Ona görə də 4 nəfərlik ailə tərkibi ilə (özü, əri, oğlu, qızı) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan sərəncama əsasən İddiaçı 4 nəfərlik ailə tərkibi ilə (özü, əri, oğlu, qızı) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir.

4. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 007412 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Beynəlmilər küçəsindəki 4 otaqlı, 50,6 kv.m yaşayış, 77,3 kv.m ümumi sahəsi olan 27/234 saylı fərdi yaşayış evinin 3 otağı (39,1 kv.m) Cavabdeh, 1 otağı (11,5 kv.m) X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 19 saylı reyestr kitabında 2870-ci səhifədə 30/1143 qeydə alınma nömrəsi ilə xx.xx.1992-ci il tarixdə qeydiyyat aparılmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********39 №-li məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27, 234 saylı fərdi yaşayış evi xx.xx.1992-ci il tarixdə X9 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 9-7/4394 reyestr nömrəli xx.xx.1992- ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1992-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 3-Ma-1-63 reyestr nömrəli xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1 otağı xx.xx.2000-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nin 4Ə-1/63 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1 otağı xx.xx.2007-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-1160 reyestr nömrəli xx.xx.2014- cü il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X10 adına qeydiyyatdan keçmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-1767 reyestr nömrəli xx.xx.2019-cu il tarixli elektron alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

6. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 41 №-li məktubdan görünür ki, İddiaçı adına "xxxx" Mənzil Tikinti Kooperativində mənzil yoxdur.

7. Əlillik haqqında xx.xx.2022-ci il tarixli, ********** №-li arayışdan görünür ki, Cavabdeh şizofreniya, paranoid qüsur halı ilə ikinci dərəcə əlildir.

8. Bakı şəhəri Ş.Mustafayev küçəsi ev 27 mənzil 245 ünvanında qeydiyyatda olan X11 və ünvan 1 ünvanında qeydiyyatda olan X3 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı, X36 və X29 Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27, ev 234-də qeydiyyatda olsalar da yaşamırlar. Bakı şəhəri Nərimanov rayon MKTB 38 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 027059 №-li arayışdan görünür ki, Cavabdeh Ş.Mustafayev küçəsi 27 nömrəli evin 234 nömrəli mənzilində pasport qeydiyyatındadır. Qonşuların aktına əsasən İddiaçı, X36 və X29 qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar.

9. Bakı şəhəri Nərimanov rayon MKTB 38 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 027067 №-li arayışdan görünür ki, X30 Ş.Mustafayev küçəsi 27 nömrəli evin 234 nömrəli mənzilində xx.xx.1993-cü ildən qeydiyyatda olub və xx.xx.2017- ci il tarixdə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır.

10. AZ-İ seriyalı, 843747 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

11. Bakı şəhəri Nərimanov rayon MKTB 38 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 027068 №-li arayışdan görünür ki, X31 Ş.Mustafayev küçəsi 27 nömrəli evin 234 nömrəli mənzilində xx.xx.1993-cü ildən qeydiyyatda olub və xx.xx.1998-ci il tarixdə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır.

12. V-ЖГ seriyalı, 289004 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.1998-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan X12 və ünvan 4nvanında qeydiyyatda olan X6 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı və övladları X27, X28 həqiqətən 1997-ci ildən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar, lakin qardaşı- Cavabdeh ruhi xəstə olduğu üçün valideynləri İddiaçı və övladları X19, X20 həmin evdə yaşamağa imkan verməyiblər.

14. ünvan 6 ünvanında qeydiyyatda olan X32 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 2003-cü ildən hal-hazıradək ünvan 6 ünvanında yaşayır.

15. ünvan 7 olan X21 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizənin surətindən görünür ki, X37, İddiaçı, X36 və X29 ünvan 8 ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2003-cü ildən həmin mənzildə yaşamırlar.

16. Bakı şəhəri Ş.Mustafayev küçəsi ev 27 mənzil 301 ünvanında qeydiyyatda olan X12 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizənin surətindən görünür ki, X37, İddiaçı, X36 və X29 ünvan 8 ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2003-cü ildən həmin mənzildə yaşamırlar.

17. ünvan 9 ünvanında qeydiyyatda olan X38 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2013- cü il tarixli ərizənin surətindən görünür ki, X37, İddiaçı, X36 və X29 ünvan 8 ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2003-cü ildən həmin mənzildə yaşamırlar.

18. Vİ-ЖГ seriyalı, 452930 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X24 xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuşlar.

19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27 saylı evin 234 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27 saylı evin 234 saylı mənzili fərdi ev olmaqla, 1992-ci ildə valideynləri tərəfindən, o cümlədən onun və bacısının maliyyə yardımı ilə qardaşı, hazırkı iş üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir. Valideynlərinin sağlığında bütün ailə firavan yaşamış, lakin anası və atası vəfat etdikdən sonra cavabdeh – qardaşı onu ailə üzvləri ilə birlikdə yaşayış sahəsindən çıxarmışdır. Cavabdeh ruhi xəstədir və ağır xasiyyətlidir, lakin hazırda kirayə yaşayır və ağır maddi durum yenidən çətin olsa da, yeganə yaşayış sahəsinə qayıtmaq məcburiyyətindədir. Cavabdeh Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, onun və ailə üzvlərinin yeganə yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılmasını tələb etmişdir. Nərimanov rayon İHB-nın 487 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə mənzil növbəsinə dayanmış və bu sərəncamla təsdiq olunur ki, valideynlərinin, bacısının və onun maliyyə vəsaiti hesabına alınmış daşınmaz əmlak onun və ailəsinin yeganə yaşayış sahəsidir.

22. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirmişdir ki, o, 1997-ci ildən ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə qeydiyyatdadır. Atası 1998-ci ildə ölmüşdür.Mübahisəli mənzil orderli ev olmuş, həmin evi atasıgil 1992-ci ildə cavabdehin adına özəlləşdirmişlər. O, 1989-cu ildə ailə qurmuş və ərinin evinə gəlin köçmüş, Ağa Nemətulla küçəsi ev 50 ünvanında yaşamışdır. Sonradan yaşadıqları evi satmışlar, evi satdıqdan sonra atasıgilin evinə qeydiyyata düşmüşlər. Həyətdə bir otaq, hamam, tualet, mətbəx var idi. Ev yananda o, evi təmir etdirmək üçün usta gətirmiş, lakin qardaşı-cavabdeh buna icazə verməmişdir. Qızı epilepsiya xəstəsi olduğu üçün ev növbəsinə götürülmüşdür. O, qardaşına ona ünvan üzrə yataqxanadan ev verilməsini gözləməsini bildirsə də, qardaşı onun qeydiyyatdan çıxarılması üçün inzibati məhkəməyə müraciət etmişdir. Cavabdeh yanan evin yerində öz oğlu üçün ev tikmişdir. Həyətdə 3 ev var, o, həyətdə yerləşən otaqlardan birinə köçmək istəyir. Xırdalandakı ev qudasının evidir və həmin evdə yaşayır. Onun Azərbaycanda mülkü yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

23. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X24 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı onun baldızıdır. İddiaçının 1997-ci ilə qədər Nərimanov rayonunda evi olmuşdur. 1998-ci ildən onların evinə gəlmişlər. İddiaçı 2003-cü ildən, uşaqları isə 2005-ci ildən mübahisəli mənzilə qeydiyyata düşmüşlər. Qaynanası iddiaçının qardaşı-cavabdeh xəstə olduğu üçün onun yanında qalmasını bildirmişdir. Bir ay yanan evdə qaldıqdan sonra iddiaçı demişdir ki, evi satır. Bacısı həyətdəki evi satandan sonra iddiaçı da evi satmaq həvəsinə düşmüşdür, lakin anası qoymamışdır. Bundan sonra iddiaçı küsüb Türkiyəyə getmiş, 10-15 ildən sonra gəlib demişdir ki, ev onundur. İddiaçı iddia edir ki, mübahisəli ev onların ata evləridir. Bu yalandır. İddiaçının ata evi Zərdab rayonunun Alıcanlı kəndində olmuş, neçə illər orada yaşamışlar. İddiaçıgil səkkiz uşaq olublar, hamısı həmin evdə oxumuş, ailə quraraq ata evindən köçmüşlər. İddiaçı mübahisəli mənzilin onun vəsaiti hesabına alındığını iddia etsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Mənzil əri-cavabdeh X33 tərəfindən alınmış və onun adına çıxarış verilmişdir. Əri və oğlu xəstədir. İddiaçı xəstə qardaşının və ailəsinin əlindən evini almaq istəyir. İddiaçının Xırdalanda yeni yaşayış kompleksində evi var və hazırda orada yaşayır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o hər iki tərəfin xalasıdır. Mübahisəli evi bacısı Adilə 1990-cı ildə almış, evin pulunu da üç nəfər ödəmişdir. Bacısının böyük qızı Ofelya iki min, kiçik qızı Məlahət min, bacısı qızı Lətafət beş min pul veriblər. Evin gəlini Aynur 1998-ci ildə həmin evə gəlin gəlib. Tərəflərin atası olan X2 bir otaq verib. Otaqda hər şərait olub. Məlahətə də bir otaq verib. Məlahət ona düşən payı satıb çıxmışdır. Kəmalə isə həmin evdə yaşayırdı, daha sonra onun evi yandı. Bundan sonra Kəmalə iki il onun evində yaşayıb. Həmin ev alınarkən atasıgil məsləhətləşdilər ki, ev kiçik oğlu yəni X16 adına rəsmiləşdirilsin.

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, iddiaçı onun xalası, cavabdeh isə dayısıdır. Mübahisəli ev babasına məxsus olub. Babası sağlığında xalasına bir otaq vermişdi. Xalası həmin ev yananadək o evdə yaşayıb. Şahid suallara cavab olaraq bildirmişdir ki, xalası ərə getdikdən sonra Nərimanovda ərinin yaşadığı ünvana gəlin köçmüşdür. Tarixi dəqiq yadında deyil. Sonradan xalasıgil birlikdə Rusiyaya köçmüşlər və orada yaşamışlar. Xalası həmin evi satdıqdan sonra hazırki mübahisəli evdə yaşamağa başlamışdır.

26. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iddiaçı onun xalası, cavabdeh isə dayısıdır. Şahid3 ifadəsində göstərilənləri təsdiqləyərək bildirdi ki, xalası hazırda Xırdalanda bacısı qızına məxsus mənzildə yaşayır.

27. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2782/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

28. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar.

29. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa;-iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olmasıdır.

30. Lakin iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır.

31. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə məxsus daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, işin mübahisəsiz hallarına əsasən 1989-cu ildə ailə qurmuş və ərinin evinə gəlin köçmüş, həmin mənzili könüllü olaraq tərk etmiş, həmin mənzildə daha sonra uzun müddət yaşadığını bildirsə də, bu hal təsdiqini tapmamış, üstəlik də ona verildiyini iddia etdiyi otağın yandığı, hazırda mövcud olmadığı iddiaçının özünün iddia ərizəsi və iddiaçının özünün izahatından müəyyən edilmişdir. 32.Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (http://eqanun.az/alpidata/code/data/0/c_c_1.htm30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti 02 sentyabr 2009-cu il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 612) ilə qüvvədən düşmüş hesab edilmişdir), xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə, həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının Konsitusiya Məhkəməsinin “Аzərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

33. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2782/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Apellyasiya şikayətinin dəlilləri

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkərnə cavabdehin nümayəndəsiqardaşı Abbasov Şövqünün həyat yoldaşı Əsədova Aynurın izahatına tənqidi yanaşmamış, guya valideynləri mənzildə bölgü aparmış və hər bir övladla bağlı şifahi olaraq yaşayış sahəsinin bölgüsünü aparmışdırlar. Məhz bunu sübut edən fakt odur ki, a) Bacısı Məlahətə çatan hissəni özü satmış və bunu cavabdeh də etiraf edir. b) Həmçinin cavabdeh etiraf edir ki, həyətdə valideynləri tərəfındən daimi olaraq onun üçün ayrılmış bir otaqlı yaşayış sahəsi olmuş, lakin yanğın nəticəsində təyinatını itirmiş, bu sahəyə də köçmək, təmir aparmaq istəmişdir. Bakı şəhəri, Nerimanov rayonu 30 saylı MKİS-i tərəfındən xx.xx.2022-ci il tarixli arayışla sübut olunur ki, o, qohumlarının mənzilində yaşayır. Həmçinin, mübahisəli mənzildə indiyə qədər yaşamamağının səbəbi olaraq cavabdəhlə münasibətlərininin olmamasını qeyd edir.Hazırda maddi durumu onu məcbur edir ki, valideynləri tərəfındən ayrılmış yaşayış sahəsinə köçə, belə ki, yaxınlarının ona verdiyi yaşayış sahəsin qaytarmaq məcburiyyətindədir.Məhkəmə cavabdeh tərəfındən dəvət edilmiş şahidlərin yazılı ifadələrinə sübut kimi yanaşır, halbuki, bu insanlar məhkəmə prosesində iştirak etməklə dindirilməli idilər. Lakin onun məhkəmə prosesinə dəvət etdiyi şahidlərə tənqidi yanaşır və əsas olaraq şahidlərin onun yaxınları – qohumları olmasın məlum edir, halbuki, onun tərəfındən məhkəməyə dəvət edilmiş şahidlər: - bir halda məhkəmədə ifadə verirlər - başqa halda iddiaçı və cavabdehə münasibətdə eyni dərəcəli qohum olduqların məlum edirlər.Bütün bunlara baxmayaraq məhkəmə şahid ifadələrinə bir halda müsbət, başqa halda mənfı yanaşma nümayiş etdirir. Daha sonra məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1 sentyabr 2009-cu ilə qədər qüvvədə olan normaların tətbiq etməli olduğu halda bunu etməmişdir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

35. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə cavabdehin nümayəndəsi A.Əsədova tərəfindən birinci instansiya məhkəməsində verdiyi izahata oxşar məzmunda etiraz daxil olmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında cavabdeh və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

37. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün saymışdır.

Tətbiq edilən hüquq

xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

38. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

39. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onları getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konsitusiya Məhkəməsinin “Аzərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarı

40. Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun

41. 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər

“Bakı şəhərində Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi” Qaydaları

42. Qaydalarının 29-cu bəndinə əsasən, uçotda olan vətəndaş öldükdə və ya daimi yaşayış üçün başqa yerə köçdükdə onun ailə üzvlərinin mənzil şəraitinin yaxşlaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilmələri üçün əsas qüvvədə qalarsa, onun əvəzinə ailəsinin üzvlərindən biri uçota götürülür; bu zaman ailənin üzvü iş yerində ehtiyacı olanların uçotuna ancaq bu şərtlə qəbul edilir ki, həmin müəssisədə, idarədə, təşkilatda işləmiş olsun, əgər uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində vəfat edərsə, ailənin üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləmədən də uçota götürülür.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

50. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

53. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

54. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

56. Belə ki, Azərbaycan Respublikasının Konsitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

57. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

58. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir.

59. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar.

60. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa;-iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa.

61. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olmasıdır.

62. Lakin iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır.

63. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə məxsus daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcud olmadığı müəyyən edilmişdir.

64. Belə ki, birinci instansiyada məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və bildirmişdir ki, o, 1997-ci ildən ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə qeydiyyatdadır. Atası 1998-ci ildə ölmüşdür.Mübahisəli mənzil orderli ev olmuş, həmin evi atasıgil 1992-ci ildə cavabdehin adına özəlləşdirmişlər. O, 1989-cu ildə ailə qurmuş və ərinin evinə gəlin köçmüş, Ağa Nemətulla küçəsi ev 50 ünvanında yaşamışdır. Sonradan yaşadıqları evi satmışlar, evi satdıqdan sonra atasıgilin evinə qeydiyyata düşmüşlər. Həyətdə bir otaq, hamam, tualet, mətbəx var idi. Ev yananda o, evi təmir etdirmək üçün usta gətirmiş, lakin qardaşı-cavabdeh buna icazə verməmişdir. Qızı epilepsiya xəstəsi olduğu üçün ev növbəsinə götürülmüşdür. O, qardaşına ona ünvan üzrə yataqxanadan ev verilməsini gözləməsini bildirsə də, qardaşı onun qeydiyyatdan çıxarılması üçün inzibati məhkəməyə müraciət etmişdir. Cavabdeh yanan evin yerində öz oğlu üçün ev tikmişdir. Həyətdə 3 ev var, o, həyətdə yerləşən otaqlardan birinə köçmək istəyir. Xırdalandakı ev qudasının evidir və həmin evdə yaşayır. Onun Azərbaycanda mülkü yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

65. Beləliklə, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iddiaçının özünün iddia ərizəsi və izahatı ilə təkzib olunur.

66. İddiaçının cavabdehə qarşı hazırkı tələbinin hüquqi əsası mövcud deyildir.Belə ki, iddiaçı özünün iddia ərizəsində və izahatında göstərmişdir ki, O, 1989-cu ildə ailə qurmuş və ərinin evinə gəlin köçmüş, Ağa Nemətulla küçəsi ev 50 ünvanında yaşamışdır. Sonradan yaşadıqları evi satmışlar, evi satdıqdan sonra atasıgilin evinə qeydiyyata düşmüşlər. Həyətdə bir otaq, hamam, tualet, mətbəx var idi. Ev yananda o, evi təmir etdirmək üçün usta gətirmiş, lakin qardaşı-cavabdeh buna icazə verməmişdir. Qızı epilepsiya xəstəsi olduğu üçün ev növbəsinə götürülmüşdür. O, qardaşına ona ünvan üzrə yataqxanadan ev verilməsini gözləməsini bildirsə də, qardaşı onun qeydiyyatdan çıxarılması üçün inzibati məhkəməyə müraciət etmişdir. Cavabdeh yanan evin yerində öz oğlu üçün ev tikmişdir.

67. Həmçinin, iddiaçının köçmək istədiyi tikilinin hansı tikili olduğu da da iddia tələbində qeydi-dəqiq olaraq göstərilmişdir.İddiaçı hansı tikiliyə hansı hüququ olduğu, hansı tikiliyə köçmək istədiyini göstərməmişdir.Belə ki, iddiaçı iddia ərizəsində və izahatında göstərmişdir ki, həyətdə 3 ev var, o, həyətdə yerləşən otaqlardan birinə köçmək istəyir.

68. Bundan başqa iddiaçının iddia ərizəsində istinad etdiyi orderli evin hansı hüquqla kimə aid olması ilə bağlı araşdırma nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli ev əvvəlcə tərəflərlə heç bir qohumluq əlaqəsi olmayan X9 adına ilkin qeydiyyatdan keçmişdir.

69. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********39 №-li məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27, 234 saylı fərdi yaşayış evi xx.xx.1992-ci il tarixdə X9 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 9-7/4394 reyestr nömrəli xx.xx.1992- ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1992-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 3-Ma-1-63 reyestr nömrəli xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1 otağı xx.xx.2000-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nin 4Ə-1/63 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1 otağı xx.xx.2007-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-1160 reyestr nömrəli xx.xx.2014- cü il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X10 adına qeydiyyatdan keçmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-1767 reyestr nömrəli xx.xx.2019-cu il tarixli elektron alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

70. Beləliklə, işin mübahisəsiz hallarına əsasən iddiaçı 1989-cu ildə ailə qurmuş və ərinin evinə gəlin köçmüş, mübahisəli mənzili könüllü olaraq tərk etmiş, həmin mənzildə daha sonra uzun müddət yaşadığını bildirsə də, bu hal təsdiqini tapmamış, üstəlik də ona verildiyini iddia etdiyi otağın yandığı, hazırda mövcud olmadığı iddiaçının iddia ərizəsindən və birinci instansiya məhkəməsindəki izahatından müəyyən edilmişdir.

71. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

72. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (http://e-qanun.az/alpidata/code/data/0/c_c_1.htm30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti 02 sentyabr 2009-cu il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 612) ilə qüvvədən düşmüş hesab edilmişdir) müddəaları tətbiq olunmalıdır.

73. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

74. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onları getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

75. Azərbaycan Respublikasının Konsitusiya Məhkəməsinin “Аzərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

76. “Bakı şəhərində Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi” Qaydalarının 29-cu bəndinə əsasən, uçotda olan vətəndaş öldükdə və ya daimi yaşayış üçün başqa yerə köçdükdə onun ailə üzvlərinin mənzil şəraitinin yaxşlaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilmələri üçün əsas qüvvədə qalarsa, onun əvəzinə ailəsinin üzvlərindən biri uçota götürülür; bu zaman ailənin üzvü iş yerində ehtiyacı olanların uçotuna ancaq bu şərtlə qəbul edilir ki, həmin müəssisədə, idarədə, təşkilatda işləmiş olsun, əgər uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində vəfat edərsə, ailənin üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləmədən də uçota götürülür.

77. Bundan başqa, iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı onun hazırkı vaxtda daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir.

78. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

79. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

80. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır.

81. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir.

82. Bu baxımdan məhkəmə qeyd edir ki, MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

83. Apellyasiya şikayətinin iddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şahid ifadələrinin nəzərə alınmaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qohumu olan şahidlər həmin mübahisəli yaşayış evinin iddiaçının atasına məxsus olduğunu, həmin evin bir otağının atası tərəfindən iddiaçıya verildiyini bildirirlər.Şahidlər iddiaçı ilə yaxın münasibətlərdə olduğuna və mübahisənin öz yaxınının xeyrinə həll edilməsində maraqlı olduğuna görə onların ifadəsi iddiaçının köçmək istədiyi mübahisəli otağa onun istifadə hüququnun yaranması və s. kimi hallar müəyyən edilərkən mötəbər sübut sayıla bilməz.

84. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının özünün iddia ərizəsi və izahatı ziddiyyətli olduğu halda qeyd olunan halın müəyyən edilməsi şahid ifadələri ilə təsdiq oluna bilməz.

85. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə Kollegiyası nəticəyə gəlir ki, İddiaçı iddiasının hüquqi əsası olmadığına görə onun Cavabdeh qarşı irəli sürdüyü hazırkı iddia tələbi rədd edilməlidir.

86. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

87. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 иyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68)

89. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2782/2022 saylı, 29 sentyabr 2022-ci tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar