Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7831/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predimetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-830/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı "xxxx" ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 19 iyun tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “4 saylı” filialından illik 26%-lə 36 ay müddətinə 14300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 3 saylı mənzili 2015-ci il 19 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 19 iyun tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il sentyabrn 8-dək Cavabdeh1 2015-ci il 19 iyun tarixli kredit müqaviləsi üzrə banka 13902.97 ABŞ dolları əsas, 17578.35 ABŞ dolları faiz, 4324.23 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 35805.55 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirmir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1 və 34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilərinin müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 08.09.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13902.97 ABŞ dolları əsas, 17578.35 ABŞ dolları faiz, 4324.23 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 19.06.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1554.80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 37360.35 ABŞ dolları borcu vardır. 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13902.97 ABŞ dolları əsas, 17578.35 ABŞ dolları faiz, 4324.23 ABŞ dolları cərimə, 19.06.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1554.80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 37360.35 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsaiti hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-830/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 19.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 13902 ABŞ dolları 97 sent, faiz borcu üzrə 10243 ABŞ dolları 78 sent, cərimə üzrə 1000 ABŞ dolları, cəmi 25146 ABŞ dolları 75 (yetmiş beş) sent (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilinə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 "xxxx" ASC-yə borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh1 verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 43000 (qırx üç min) manat müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 32.70%-i, yəni 9 manat 80 (səksən) qəpiyi iddiaçıya aid edilməsi, qalan 67.30%-i, yəni 20 manat 20 qəpik ödənilmiş məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin iddia qismən təmin edildiyindən, 32.70%-i, yəni 16 manat 35 qəpiyinin iddiaçı "xxxx" ASC-dən, qalan 67.30%-i, 33 manat 65 qəpik məbləğində pul vəsaitinin isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə məhkəmə məsrəfi olan 300 (üç yüz) manat ekspertiza xərcinin iddia qismən təmin edildiyindən, 32.70%-i, yəni 98 manat 10 (on) qəpiyi iddiaçı "xxxx" ASC-dən, qalan 67.30%-i, 201 manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Toğrul Axundov). Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-830/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-167/2020 saylı, 03.02.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbninin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətləri və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında imzalanmış 19.06.2015-ci ıl tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə illik 26 % olmaqla 14300 (on dörd min uç yuz) manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 saylı mənzili 19.06.2015-ci il tarixi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə ödənişlər bir müddət vaxtlı-vaxtında ödənilsə də, lakin 2015-ci ilin dekabrında baş vermiş dolların kəskin devalvasiyası nəticəsində kreditin ödənişində gecikmələr yaranmışdır. Bu səbəbdən cavabdehlər dəfələrlə banka müraciət edərək müəyyən güzəştlər edilməsini xahiş etmiş, lakin müraciətlərə müsbət yanaşılmamışdır. Son dövrdə məlum pandemiya şəraitində məhdudiyyətlərin tətbiq edilməsi də kredit ödənişlərinin vaxtında həyata keçirilməsinə ciddi surətdə mənfi təsir göstərmişdir. Buna baxmayaraq, xeyli müddət keçdikdən sonra bank tərəfindən şişirdilmiş məbləğdə faiz, çərimə və əldən çıxmış fayda hesablanmaqla məhkəməyə müraciət olunmuşdur. Belə ki, məhkəmədə iddia qaldırılarkən bank tərəfindən kredit məbləği üzrə əsas, faiz və cərimə borcu süni şəkildə şişirdilərək düzgün hesablanmamış, kredit borcu üzrə ödəmələri ilk növbədə əsas borc məbləğinin ödənilməsinə yönəltmək əvəzinə, əsassız olaraq artıq hesablanmış faiz və cərimə borclarının silinməsinə yönəltmişdir. Nəticədə əsas borc məbləğindən vaxtında silinmələr aparıİmadığına görə borc məbləği artıq hesablanmışdır. Bununla əlaqədar məhkəmə icraatı dövründə aparılmış 9/761 saylı 08.04.202l-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsasən əsas və faiz borc məbləğləri kredit müqaviləsinin qüvvədə olma tarixinə görə aşağı salınsa da, ümumilikdə yenə də düzgün hesablanma aparılmamışdır. Lakin həmin ekspert rəyi sübutların qiymətləndirilməsi zamanı digər sübutlara nisbətən əsas götürülmüş, məhkəmə tərəfindən digər xüsusatlar tam və hərtərəfli araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 74-cü maddəsinə (borc üzrə faizlər) əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirilərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici faizlərin müvafiq surətdə bir ilin sonunda ödənilməli olduğunu nəzərdə tutur. Ancaq nədənsə, kredit müqaviləsində göstərilib ki, faizlər aylar üzrə, əsas borcla birlikdə ödənilməlidir. Deməli, müqavilə imzalanarkən, qanunun tələblərinə əməl edilməyib və bu məsələləri vaxtında bilməməyimizdən istifudə edərək, bank ilə əslində Mülki Məcəllənin 37-ci maddəsi ilə etibarsız hesab edilməli bir müquvilə bağlanılmışdır. Qanunun bu normasını da rəhbər tutub kredit müqaviləsinin etibarsız əqd hesab edilməsi barədə məhkəmədə iddia qaldırıla və mübahisə aylarla uzana bilər. Lakin mənəvi səbəblərdən bunu da etmək istəmirik və müəyyən restrukturizasiya aparılmaqla razılaşdırılmış müddətədək müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən də imtina etmirik. Azərbaycan Respublikası Mülki Mülki Məcəlləsinin 445.5-ci maddəsinə görə, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu gecikdirmə sayılmır. Bundan əlavə, ipoteka predmeti kimi ailəyə məxsus ünvan 2 ünvanında yerləşən 3 saylı mənzil kredit verilən zaman və sonrakı qiymətləndirmələr zamanı mənzilin faktiki vəziyyəti və heç bir mövcud real bazar qiymətləri nəzərə alınmamışdır. Belə ki, ipoteka predmetinin ilkin satış məbləği 43000 (qırx üç min) manat müəyyən edilmişdir. “Legal Prime" MMC tərəfindən aparılmış bu qiymətləndirmə isə açıq-aşkar həmin ərazidəki mövcud bazar qiymətlərinə uyğun deyildir. Ona görə ki, mənzil 2 otaqlı olsa da, sonradan cavabdehlər öz vəsaitləri hesabına aparılmış əsaslı təmir nəticəsində həmin mənzil 3 otaqlıya çevrilmişdir. Hal-hazırda həmin mənzilin real bazar qiyməti minimum 60.000-70.000 manat təşkil edir və bu səbəbdən həmin əmlak yenidən qiymətləndirilməlidir. Bununla əlaqədar cavabdeh kreditin ödənilməsi üçün şərait yaradılmasına dair xahişilə banka dəfələrlə müraciətlər etməsinə baxmayaraq, nə bank, nə də məhkəmə tərəfindən həmin xahiş nəzərə alınmamışdır. Daha sonra, Cavabdeh1 apellyasiya şikayətinə əlavə təqdim edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qətnamənin əsas borc, faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, iddianın cərimə borcu hissəsində isə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qətnamənin əsas borc, faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, iddianın cərimə borcu hissəsində isə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi X.Hüseynov apellyasiya şikayətiin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2015ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə illik 26 faiz olmaqla 14300 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan ipoteka müqaviləsinə əsasən, verilmiş kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzili banka ipoteka qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/761 nömrəli, 08.04.2021-ci il tarixli ekspert rəyinə əsasən, cavabdehin kredit müqaviləsinin qüvvədə olma tarixinə yəni, 19.06.2018-ci il tarixinə əsas borc üzrə 14033.65 ABŞ dolları, faiz borcu üzrə 10243.78 ABŞ dolları borcu vardır. Legal Prime MMC-nin LP-046/21 saylı, 05.04.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin likvid qiyməti 43000 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. İpoteka haqqında Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Həmin Qanunun 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun Həmin Qanunun 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Kollegiya işin hallarına apellyasiya şikayətlərinin dəlilləri ilə birgə qiymət verərək müəyyən etmişdir ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor borcluya illik 26% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 14300 ABŞ dolları məbləğində kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, 2 otaqlı, 47,7 kv.m ümumi sahədən ibarət 39 nömrəli evin 3 nömrəli mənzili 19.06.2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş və bununla həm müqavilənin, həm də mülki qaunvericiliyin tələblərini pozmuşdur. Kollegiya 19.06.2015-ci il tarixli, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, birinci instansiya məhkəməsinin mövqeyi ilə həmin hissədə razılaşaraq hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 13.902.97 ABŞ dolları əsas, faiz borcu üzrə 10.243.78 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları, 25.146.75 ABŞ dolları borcu yaranmışdır. Bununla bağlı cavabdeh apellyasiya şikayətinə əlavəsində birinci instansiya məhkəməsində icraat zamanı keçirilən ekspert rəyi ilə razılaşmaması və təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi hallarına istinad etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin ekspert rəyi ilə razılaşmaması mülahizə xarakteri daşıyır və ekspert rəyinin qeyri-mötəbərliyi hər hansı sübutla təsdiq edilmir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi borcun hesablanması ilə bağlı mötəbər sübut kimi həmin ekspert rəyinə əsaslanmaqda haqlı olmuşdur. Kollegiya tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş sözügedən mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kollegiya həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Kollegiya iddia tələbinin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan, 19.06.2015-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev ev 39-da yerləşən, 9 nömrəli mənzili "xxxx" İKB ASC-nin 4 saylı flialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yuxarıda sadalanan qanunvericilik aktlarının müddəalarına əsasən kollegiya hesab edir ki, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, 2 otaqlı, 47,7 kv.m ümumi sahədən ibarət 39 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borcun "xxxx" İKB ASC-yə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, 2 otaqlı, 47,7 kv.m ümumi sahədən ibarət 39 nömrəli evin 3 nömrəli mənzili satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 qeyd edilən mənzildən çıxarılmasına dair gəldiyi nəticə əsaslı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin "xxxx" MMC-nin 05 aprel 2021-ci il tarixli, LP-046/21 saylı mütəxəssis rəyinə əsaslanaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, 2 otaqlı, 47,7 kv.m ümumi sahədən ibarət 39 nömrəli evin 3 nömrəli mənzilinin ilkin satış qiymətinin 43.000 manat məbləğində müəyyən etməsinə dair gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işə apellyasiya qaydasında baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7831/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadına əsasən sözügedən mənzilin qiymətləndirilməsi “X3 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, 2 otaqlı, 47,7 kv.m ümumi sahədən ibarət 39 nömrəli evin 3 nömrəli mənzilinin bazar dəyəri 49.700 manat, likvid dəyəri isə 44.000 manat məbləğində müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən mənzilin likvid dəyəri 44.000 manat müəyyən olunduğundan, kollegiya hesab edir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, 2 otaqlı, 47,7 kv.m ümumi sahədən ibarət 39 nömrəli evin 3 nömrəli mənzilinin ilkin satış qiyməti 44.000 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq müəyyən olunmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, 2 otaqlı, 47,7 kv.m ümumi sahədən ibarət 39 nömrəli evin 3 nömrəli mənzilinin ilkin satış qiymətinin 44.000 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-830/2021 saylı, 06.05.2021ci il tarixli qətnaməsi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, 2 otaqlı, 47,7 kv.m ümumi sahədən ibarət 39 nömrəli evin 3 nömrəli mənzilinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, 2 otaqlı, 47,7 kv.m ümumi sahədən ibarət 39 nömrəli evin 3 nömrəli mənzilinin ilkin satış qiyməti 44.000 (qırx dörd min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7831/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7831/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver