Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7835/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi ilə, İddiaçının vəkili X3, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-292/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və Cavabdeh3 qarşı “tikililərin sökülməsi və bağ sahəsinin ilkin vəziyyətinə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1478 saylı bağ sahəsində özbaşına tikilmiş qanunsuz tikililərin sökülməsi və bağ sahəsinin əvvəlki vəziyyətinə gətirilməsinin Cavabdeh3 həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-292/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, o, 2015-ci ildə Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Bağlar massivində 0,04 ha torpaq sahəsini alaraq orada ev inşa etmiş və həmin vaxtdan etibarən ailəsi ilə birlikdə orada yaşamışdır. Cavabdehə həmin evin qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılması məqsədilə müraciət etdiyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2015-ci il tarixində “Hesabat Cədvəli” verilmişdir. Əlavə olaraq, cavabdehin faktiki istifadəsində olmasına baxmayaraq, xx xxxxxx 2016-cı ildə iddiaçıya mübahisəli torpaq sahəsinə dair çıxarışın verilməsini yalnız hazırkı iş üzrə məhkəməyə çağırıldığı zaman, yəni – 2018-ci ildə xəbər almışdır. Göstərilənlərə əsasən, rayon məhkəməsi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili R.Sadıxzadə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi N.Əliyeva kollegiyanın mülahizəsinə uyğun qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X8 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № ******* saylı, xx xxxxxx 2016-cı il tarixli çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 1478 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 658 nömrəli reyestr kitabının 62327 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X8 tərəfindən tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixli torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 1478 saylı bağ sahəsi ünvanında yerləşən torpaq sahəsi 0,12 hektardan ibarətdir. X2 Şüvəlan bağlar sahəsindəki 51 saylı kooperativi tərəfindən verilmiş 32 nömrəli orderin surətindən görünür ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 1997-ci il tarixli 1364 saylı qərarına əsasən Bakı şəhəri Şüvəlan bağlar sahəsində 0,12 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının inkişafı və İstismarı birliyi tərəfindən İddiaçı ünvanlanan xx xxxxxx 1998-ci il tarixli məktubun surətindən görünür ki, ona - Bağlar Təsərrüfatının inkişafı və İstismarı birliyinin icarədarına ayrılmış sahədə ev, hasar və köməkçi tikintilər tikməyə icazə verir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 12970 nömrəli ekspert rəyindən mübahisələndirilən ərazidə yerləşən tikili tam olaraq sahəsi 0,12 ha olan 1478 nömrəli bağ sahəsi kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********36) çıxarışla İddiaçı adına xüsusi mülkiyyət kimi rəsmiləşdirilmiş torpaq sahəsinin hüdudlarının daxilində yerləşdiyi, mübahisəli torpaq sahəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********36) çıxarışla 1478 nömrəli bağ sahəsi kimi İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,12 hektar torpaq sahəsi ilə tam olaraq üst-üstə düşdüyü müəyyən edilir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 12970 nömrəli ekspert rəyindən mübahisələndirilən ərazidə yerləşən tikili tam olaraq sahəsi 0,12 ha olan 1478 nömrəli bağ sahəsi kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********36) çıxarışla İddiaçı adına xüsusi mülkiyyət kimi rəsmiləşdirilmiş torpaq sahəsinin hüdudlarının daxilində yerləşdiyi, mübahisəli torpaq sahəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********36) çıxarışla 1478 nömrəli bağ sahəsi kimi İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,12 hektar torpaq sahəsi ilə tam olaraqüst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Beləliklə, Kollegiya qeyd edir ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 1478 saylı sahəsi 0,12 ha olan bağ xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olduğundan, rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-292/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7835/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7835/2020
04.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver