Məhkəmə qərarları › İş №2(103)-7836/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7836/2020

10.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7836/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2556/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1991-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsindən çıxarılması, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh4 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81.3 kv.m olan mənzil 90.000 manata ona satılmışdır. Bundan sonra mənzil üzərində tam mülkiyyət hüququna dair DƏDRX tərəfindən ona xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra xx xxxxxxxx 2017-ci il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X9 anadan olmuşdur. Həmin ərəfələrdə Cavabdeh1 ilə münasibətləri pozulmuş və faktiki nikah münasıbətləri kəsilmişdir. Həmin zaman uşağın bır yaşı tamam olmadığı üçün nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edə bilməmiş, yalnız uşağın bir yaşı tamam olduqdan sonra nikahın pozulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin müddət ərzində Cavabdeh1 əsasən ata evində yaşamış, mübahisəli mənzilə gəlibgetmişdir. Hazırda da mənzilin açarları Cavabdeh1 var və vaxt aşırı mənzilə gələrək qısa müddət qalır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4793/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, birgə nikahlarından xx.xx.2018-ci ildə doğulmuş X9 anası Cavabdeh1 yanında saxlanılmışdır. Nikah pozulduqdan sonra Cavabdeh1 mənzili boşaltmağı tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə bundan imtina edir. Birgə nikah dövründə Cavabdeh1 həmin mənzilə pasport qeydiyyatına da düşmüşdür. Cavabdeh1 hərəkətləri onun mülkiyyətində olan mənzildən istifadə, sahiblik və sərəncam hüquqlarını pozur. Bu səbəbdən də Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsini və həmin mənzildən çıxarılmasını xahiş edir. Bundan əlavə bildirir ki, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanarkən həmin mənzildə qeydiyyatda olan şəxslər mənzilin satılmasına razılıq vermiş və müqavilənin 13-cü bəndinə əsasən onlar həmin tarixdə mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Hazırki iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 bu günədək öhdəliklərinə əməl etməyərək ünvan 2 ünvanından qeydiyyatdan çıxmamışlar. Həmin cavabdehlərin hərəkətləri onun mülkiyyətində olan mənzildən istifadə və sərəncam hüquqlarını pozur. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı oğlu X10 ilə birlikdə ünvan 2 ünvanına köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçıla xx xxxxxxxx 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, ailə qurandan sonra cavabdehin mülkiyyətində olan ünvan 3-ə gəlin köçmüşdür. Bütün cehiz əşyaları həmin mənzilə yerləşdirilib. xx xxxxxxx 2017-ci il tarixdən həmin mənzilə daimi qeydiyyata düşmüşdür. Həmin mənzil onlar nişanlı olan zaman alınmış və hətta atası da həmin mənzilin bəzi təmir işlərinin görülməsinə maddi köməklik etmişdir. Cavabdehlə birgə nikahlarından xx xxxx 2018-ci ildə oğlu X10 dünyaya gəlmişdi. Hamiləliyin son aylarında səhhəti ilə bağlı, eyni zamanda cavabdehin hədələrinə, işgəncələrinə dözə bilmədiyinə görə valideynlərinin yaşadığı evə getmiş və uşaq dünyaya gəldikdən təxminən 1-2 ay sonra övladı ilə birlikdə öz evlərinə - ünvan 3 ünvanına qayıtmışdır. Lakin, evə qayıdarkən artıq Orxan həmin evdə yaşamırdı və özünə məxsus bütün əşyaları aparıb getmişdi. Beləliklə, o, və oğlu həmin evdə yaşamaqda davam etmişlər. Oğlunun bir yaşı tamam olan kimi İddiaçı xx xxxx 2019-cu ildə məhkəməyə müraciət edərək nikahın pozulmasını tələb etmişdir. O, ailəsinin dağılmaması üçün cəhdlər etsə də, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, xx xxxx 2018-ci il təvəllüdlü Ramizin onun yanında qalması qət edilmişdi. İddiaçı onunla razılaşmışdır ki, o, Orxandan aliment tələb etməsin və bunun qarşılığında yaşadıqları ev onunla oğlunun istifadəsində qalacaq, oğlu yetkinlik yaşına çatanda mənzili oğlunun adına rəsmiləşdirəcəkdir. Bu səbəbdən o, Orxandan aliment tutulmasına dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından şikayət vermiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun şikayəti təmin olumuş və cavabdehdən aliment tutulması barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmişdir. İddiaçı 2.000 manata yaxın əmək haqqı alır və o, hər ay 500 manata yaxın aliment ala bilərdi. Məhz cavabdeh mənzili onun tam istifadəsinə verdiyinə görə alimentdən imtina etmişdir. Yalnız koronavirus pandemiyasının yayılması ilə əlaqədar valideynləri həyət evində yaşadığına görə müvəqqəti olaraq valideynlərinin yaşadığı evə getmişdir. Bundan istifadə edən İddiaçı onun mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb və onu və övladını mənzilə buraxmayacağı ilə hədələyir. Mübahisəli mənzil onun və oğlunun yeganə yaşayış yeridi, onların yaşayış üçün lazım olan bütün əşyaları həmin mənzildədir. Ailə qurandan və həmin mənzilə köçəndən 4-5 ay sonrakı tarixdən bu günə qədər mənzilin kommunal xərcləri onun valideynləri tərəfindən ödənilib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2556/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, xx.xx.1991-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və X3 həmin yaşayış sahəsindən çıxarılması, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh4 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, qətnamənin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanına olan qeydiyyatının ləğvi üçün əsas olduğunu, qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2556/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyinə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığına, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyinə görə tamamilə ləğv edilməli, iş üzrə yeni ədalətli qətnamə qəbul edilməlidir. Mübahisəli mənzil onunla oğlunun yeganə yaşayış yeridi, yaşayış üçün lazım olan bütün əşyaları həmin mənzildədi. O, ailə qurandan və həmin mənzilə köçəndən 4-5 ay sonrakı tarixdən bu günə qədər mənzilin kommunal xərcləri onun valideynləri tərəfindən ödənilib. Artıq karantində yumşalmalar olduğuna görə oğlu ilə birlikdə həmin mənzilə qayıtmaq istəyirlər. Çünki onun başqa bir daşınmaz əmlakı yoxdur. Valideynlərinin mənzilində qardaşı, bacısı, valideynləri yaşayırlar. Azyaşlı uşağı ilə birlikdə valideynlərinin mənzilində yaşamağa şərait yoxdur. Digər tərəfdən də övladının öz valideyninin-atasının evində yaşamağa tam haqqı çatır. İddiaçı öz haqqını, övladının haqqını istəyir. Məhkəmədən də bu haqqının təmin olunmasını xahiş edir. Hesab edir ki, onun və oğlunun həmin mənzildən istifadə hüquqları məhkəmə qaydasında tanınmalı və onların mübahisəli mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməlidi. O, və oğlu həmin mənzildə qeydiyyatdadır və yaşayırlar. İstər Konstitusiya, Ailə Məcəlləsi, istər Mülki Məcəllə, istər Mənzil Məcəlləsi onu və övladının hüquqlarını qoruyur. Birinci instansiya məhkəməsi prosesual pozuntuya da yol vermişdir. Belə ki, cavabdehlərdən digərləri mənzili İddiaçı satıb mənzildə formal olaraq qeydiyyatda olan şəxlərdir. O, isə Orxanın keçmiş həyat yoldaşıdır. Həmin şəxslərlə ona qarşı bir iddianın qaldırılması hesab edir ki, Mülki Prosessual Məcəllənin 51.1, 152.1.7-ci maddələrinin tələbinə ziddir. Çünki iddialar bir-biri ilə əlaqədar deyil, predmeti tamam fərqlidir. Onunla olan münasibətlər sırf ailə münasibətlərinə aiddirsə, digər cavabdehlərlə olan münasibətlər müqavilə münasibətlərindən irəli gəlir, hüquqi əsaslar tamam fərqlidir. Lakin məhkəmə bu halı nəzərə almadan iki müxtəlif predmetə bir icraatda baxaraq qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2556/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən (ona aid hissədə) ləğv edilməsi, ilkn iddia ərizəsinin ona aid hissədə rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, Cavabdeh1 İddiaçıla xx xxxxxxxx 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və Cavabdeh1 İddiaçı mülkiyyətində olan mübahisəli mənzilə gəlin köçmüşdür. Cavabdeh1 bütün cehiz əşyaları həmin mənzilə yerləşdirilmiş və o, xx xxxxxxx 2017-ci il tarixdən həmin mənzildə daimi qeydiyyatdadır. Onların birgə nikahlarından xx xxxx 2018-ci ildə uşaqları Ramiz doğulmuşdur. Günay və oğlu həmin evdə yaşamaqda davam etmişdilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hazırda Cavabdeh1 və övladının yaşayış yeri yoxdur. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2556/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən, yəni Cavabdeh1 aid hissədə ləğv edilməsini, ilk iddia ərizəsinin Cavabdeh1 aid hissədə rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, göstərdilər ki, mübahisəli mənzil birgə nikahdan əvvəl alınmışdır. xx xxxxxxxx 2017-ci il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Ramiz adlı uşaqları doğulmuşdur. Həmin ərəfədə Cavabdeh1 ilə münasibətləri pozulmuş və nikah münasıbətləri kəsilmişdir. Uşağın bir yaşı tamam olduqdan sonra nikahları məhkəmə qaydasında pozulmuşdur. Həmin müddət ərzində Cavabdeh1 əsasən ata evində yaşamış, mübahisəli mənzilə arabir gəlib-getmişdir. Hazırda da mənzilin açarları Cavabdeh1dır və o, arada mənzilə gələrək qısa müddət qalır. Nikah pozulduqdan sonra Cavabdeh1 mənzili boşaltmağı tələb etsə də o, bundan imtina edir. Cavabdeh1 hərəkətləri onun mülkiyyətində olan mənzildən istifadə, sahiblik və sərəncam hüquqlarını pozur. Cavabdeh1 heç bir müddətə orada yaşamasına razı deyil. Ona görə də, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2556/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yоxlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tоxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir”. Hazırki halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qismən ləğv edilməsini, ilkn iddia tələbinin ona aid hissədə rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd оlunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 nоyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, qarçılıqlı iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən еdildi ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aralarında bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhən, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 8 saylı evin, ümumi sahəsi 81.3 kv.m olan 13 saylı mənzilini 90.000 manata X4 almışdır. Orxan Yusufova xx.xx.2017-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. X16 Yusifova ilə xx xxxxxxxx 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2018-ci ildə Ramiz adlı övladları doğulmuşdur. Tərəflər arasında münasibətlər pozulmuş və faktiki olaraq nikah münasıbətləri kəsilmişdir. Birgə nikahdan doğulmuş uşağın bir yaşı tamam olduqdan sonra tərəflər arasındaki nikah xx xxxxxx 2020-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Hazırda mübahisəli mənzil Cavabdeh1 istifadəsindədir və vaxt aşırı mənzilə gələrək qısa müddət qalır. Tərəflər arasında olan nikah pozulduqdan sonra X16 Yusifovadan mənzili boşaltmağı tələb etsə də sonuncu bundan imtina edir. Cavabdeh1 hərəkətləri Orxan Yusufovun mülkiyyətində olan mənzildən istifadə, sahiblik və sərəncam hüquqlarını pozur və bu səbəbdən İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə , Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. İş materiallarında olan, Seriya AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə doğulmuş İddiaçı Bakı şəhən, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 8, mənzil 13-də qeydiyyatdadır. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 8-də yerləşən ümumi sahəsi 81,3 kv.m olan 13 saylı mənzil tam mülkiyyət hüquq ilə İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə reyestr kitabına, xx xxxx 2017-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.1991-ci il tarixdə doğulmuş Cavabdeh1 Bakı şəhən, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 8, mənzil 13-də qeydiyyatdadır. İş materiallarında olan, 5 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İİ № 230550 saylı Nikah haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X6 xx xxxxxxxx 2017-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Yusifova soyadı verilmişdir. İş materiallarında olan, 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZ-İV № 156008 saylı X2 notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2018-ci il tarixdə anadan olmuş X5 atası İddiaçı, anası isə Cavabdeh1dır. İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4793/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2017-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 3215 nömrəli akt qeydinə əsasən bağlanmış nikah pozulmuş, xx xxxx 2018-ci il təvəllüdlü X1 və tərbiyyə edilməsi üçün anası Cavabdeh1 yanında qalması qət edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ № 349622 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah xx xxxxxx 2020-ci il tarixdə ləğv edilmişdir. Məkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər xx xxxxxxxx 2017-ci il tarixdə yaranmış, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 köçürülməsini tələb etdiyi Bakı şəhən, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 8-də yerləşən 13 saylı mənzil isə xx xxxx 2017-ci il tarixdən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətində olduğundan hazırkı mübahisəyə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ yaranmışdır, lakin Cavabdeh1 İddiaçıla nikahı xx xxxxxx 2020-ci il tarixində ləğv olunduğundan və tərəflər arasında başqa razılaşma olmadığından Cavabdeh1 həmin evdən istifadə hüququ saxlanmır. Lakin yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bilər. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq edərkən düzgün qənaətə gəlsə də, Cavabdeh1 müəyyən müddətə yaşamaqla istifadə etmək üçün başqa yaşayış sahəsinin olub-olmamasını, onun maddi vəziyyətinin və diqqətə layiq digər halların özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verib-vermədiyini araşdırmamışdır. Bununlada birinci instansiya məhkəməsi Cavabdeh1 mübahisəli mənzildən müəyyən müddətə istifadə hüququnu saxlamamaqla yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 müvəqqəti olaraq valideyinlərinə məxsus olan ünvanda yaşasa da, onun himayəsində bir azyaşlı oğlan uşağı var və yaşamağa başqa yeri yoxdur. Bu halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 oğlu ilə mübahisəli evə köçürülməsini xahiş etsə də, onun mübahisəli evdən istifadə hüququnun saxlanılması mülkiyyətçi İddiaçı mülkiyyət hüququna tənasübsüz olmaqla, xələl gətirdiyindən, onun mübahisəli evdən istifadə hüququnun müddəti 1 (bir) il müəyyən edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür. - İddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa; iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbində azyaşlı oğlu ilə birlikdə mübahisəli evə köçürülməyi və həmin mənzildən istifadə hüququnun tanınmasını xahiş etsədə, iş materialları ilə və məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, mübahisəli mənzil hazırda Cavabdeh1 faktiki istifadəsindədir. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, onun mübahisəli evdən istifadə hüququ 1 il müddətinə saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə bağlı Cavabdeh1 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 8 saylı evin 13 saylı mənzilindən məcburi qaydada çıxarılması barədə tələbini qismən əsaslı hesab edir. Belə ki, məhkəmə kollegiyası tərəfindən Cavabdeh1 azyaşlı oğlu ilə birlikdə mübahisəli evdən istifadə hüququnun 1 il müddətinə saxlanılması müəyyən edildiyindən, onun Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 8 saylı evin 13 saylı mənzilindən məcburi qaydada çıxarılması barədə İddiaçı tələbi də həmin müddət başa çatdıqdan sonra icra edilə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq iş materiallarına əsasən yoхlayıb, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları işdə olan sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq edərkən düzgün qənaətə gəlsə də, Cavabdeh1 mübahisəli mənzildən müəyyən müddətə istifadə hüququnu saxlamamaqla yanlış nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular qəbul edilmiş məhkəmə aktının ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə kоllegiyası iş üzrə tоplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları, apelyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və оbyektiv araşdırıb, tərəflər arasındakı hazırki mülki hüquq münasibətlərinə tətbiq edilməli оlan maddi hüquq nоrmalarına uyğun оlaraq qiymət verərək hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2556/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qismən ləğv edilməli, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” iddiası qismən təmin edilməli, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 8 saylı evin 13 saylı mənzilindən istifadə hüququ 1 (bir) il saxlanılmalı, istifadə hüququ üçün müəyyən edilmiş 1 (bir) illik müddət başa çatdıqdan sonra Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 8 saylı evin 13 saylı mənzilindən məcburi qaydada çıxarılmalı, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh еdilənlərə əsasən və Azərbaycan Rеspublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollеgiyası qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2556/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 8 saylı evin 13 saylı mənzilindən istifadə hüququ 1 (bir) il müddətində saxlanılsın. İstifadə hüququ üçün müəyyən edilmiş 1 (bir) illik müddət başa çatdıqdan sonra Cavabdeh1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 8 saylı evin 13 saylı mənzilindən məcburi qaydada çıxarılsın. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar