Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-784/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “ əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4656/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4656/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 411 nömrəli əmri ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentin “Kürdəmir, Ucar və Göyçay rayonları Mənzil Kommunal İstismar Sahəsinin bağbanı vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarıldığı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 16 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentin nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixində elektron məhkəmə informasiya sistemi vasitəsi ilə tərəflər arasında xx.xx.2024cü il tarixdə, 15 saylı Mediasiya Təşkilatında bağlanan barışıq sazişini məhkəmə kollegiyasına təqdim etmişdir. Barışıq sazişinin şərtlərinə görə: Tərəflər razılaşırlar ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-784/2024 saylı mülki işi üzrə əmək mübahisəsini öz aralarında aşağıdakı kimi könüllü həll edirlər: Birinci tərəf öhdəsinə götürür ki, a) xx.xx.2023-cü il tarixli 411/K saylı əmrində düzəliş edərək işçinin işdən azad olunma əsasını “ işçinin öz yazılı xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “ a” yarımbəndi” kimi dəyişdirilməsi üçün müvafiq işləri təmin edəcək. b) Elektron portalda müvafiq düzəliş ediləsi üçün AR ƏƏSMN yanında X4 Xidmətinə müraciət edəcək; c) işçinin əmək kitabçasında müvafiq dəyişikliyi təmin edəcək, d) Aylıq 323, 81 azn olmaqla 6 aylıq məcburi iş buraxmaya görə kompensasiya qismində cəmi 1942 manat, 86 azn pul vəsaitini bir ay müddətində ikinci tərəfə ödəyəcək . İkinci tərəf öhdəsinə götürür ki, işə bərpa daxil olmaqla hazırki məsələ ilə bağlı indi hər hansı tələb, iddia, pretenziya yoxdur və gələcəkdə də olmayacaqdır. Apellyasiya icraatı zamanı İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək tərəflər arasındakı mübahisənin aşağıdakı qaydada həll olunduğunu qeyd etmişdir: Cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixdə 15 saylı Mediasiya Təşkilatında bağlanan “Barışıq sazişi”-nə əsasən, cavabdeh tərəf xx.xx.2023- cü il tarixli 411/K saylı əmrində düzəliş edərək işçinin işdən azad olunma əsasını “işçinin öz yazılı xahişi ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndi” kimi dəyişdirilməsi üçün müvafiq işləri təmin etməsi; elektron portalda müvafiq düzəliş edilməsi üçün AR ƏƏSMN yanında X4 Xidmətinə müraciət edəcəyini; işçinin əmək kitabçasında müvafiq dəyişikliyi təmin edəcəyini; aylıq 323.81 AZN olmaqla 6 aylıq məcburi iş buraxmaya görə kompensasiya qismində cəmi 1942.86 AZN pul vəsaitini bir ay müddətində İddiaçı ödəməyi öhdəsinə götürdüyünü nəzərə alaraq, işə bərpa olmaqla hazırkı məsələ ilə bağlı hər hansı tələb,iddia, pretenziya yoxdur və gələcəkdə də olmayacaqdır. Tərəflər arasında bağlanan “Barışıq sazişinə” əsasən İddiaçı iddiadan imtina edir və məhkəmə kollegiyasından işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 262-ci maddələrinə uyğun ərizəni nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir (digər) şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün digər əsaslar olmadığından mülki işin icraatına xitam verilməlidir. Diqqətə çatdırılmalıdır ki, nə iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş iddiadan imtina barədə ərizədə, nə də cavabdehin nümayəndəsi X5 tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 15 saylı Mediasiya Təşkilatında bağlanan barışıq sazişində barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməklə iş üzrə icraata xitam verilməsi ilə bağlı müddəa qeyd edilməmişdir. Belə ki, Məcəllənin 261.0.4-cü maddəsinə əsasən: iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraaa xitam verir. Məcəllənin 262.4-cü maddəsinə görə: İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məcəllənin 384.0.5-cü maddəsinə əsasən: apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə digər prosessual əsaslarla işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Tələb olmadığı halda isə Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 370, 377, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4656/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsindən imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-784/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-784/2024
12.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver