Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7847/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı Alağa qızı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2614/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və yetkinlik yaşına çatmayan övladlarının Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 17 saylı evin 9 saylı mənzilinə dair istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh, keçmiş ailə üzvü olan İddiaçı onun mülkiyyətində olan mənzilin yaşayış hissəsindən istifadə hüququna və yaşama hüququna xitam barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı 19.03.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun və 2003-cü il təvəllüdlü X1 və 2009-cu il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən mənzilinə dair istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi, qarşılıqlı iddia üzrə tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 19.04.2021-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı, MH seriyalı №0110449 nömrəli çıxarışa əsasən, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilinə yaşama və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 12 avqust 2004-cü ildə tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, həmin ildən mənzilə köçərək orada yaşayır, birgə nikahdan 2 övladları var, 2003-cü il təvəllüdlü X4 və 2009-cu il təvəllüdlü X5, o, ailə üzvləri ilə birgə ünvan 3 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadırlar, hazırda əşyaları həmin mənzildədir, daimi yaşayış yerləri yoxdur, Cavabdeh tərəfindən heç bir səbəb olmadan yaranan sözsöhbətlər ailədə narazılıqlara gətirib çıxarmışdır, buna səbəb Cavabdeh onu döyməsi olmuşdur, o da yaşadığı mənzili tərk etmək məcburiyyətində qalmışdır, lakin cehiz və qızıl əşyaları ona verilməmişdir, sözügedən mənzil onun yeganə yaşayış yeridir, onun başqa yeri yoxdur, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikahın pozulması və 2003-cü il təvəllüdlü X4 və 2009-cu il təvəllüdlü X3 İddiaçı yanında qalması qət edilmişdir, maddi vəziyyəti çox ağır olduğuna görə yaşayış yeri tapa bilmir, yetkinlik yaşına çatmayan övladları ilə birgə acınacaqlı vəziyyətə düşmüşdür, bu səbəbdən hesab edir ki, Cavabdeh tərəfindən onun və övladlarının mübahisəli mənzilə köçürülməsi qanunamüvafiqdir, bununla yanaşı İddiaçı müvafiq məbləğdə kompensasiya verilsə köçürülmə ilə razıdır, amma bu məbləğ hazırki dövrün tələblərinə uyğun olmalıdır, cavabdehin təklif etdiyi 5000 manat bu məqsədlə çox azdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh keçmiş ailə üzvü olmuşdur, onlar nikaha daxil olan 2002-cü il tarixdən mübahisəli mənzildə birgə yaşayıb, bir təsərrüfat aparmışlar, onlar ailə qurduqdan sonra 2004-cü ildə nikaha daxil olmuşlar, mənzil 2002-ci ilə qədər kirayə müqaviləsi əsasında Təyyarın atasının adına olmuşdur, onun vəfatından sonra isə 2002-ci ildən İcra Hakimiyyətinin sərəncamı əsasında həmin mənzil kirayə müqaviləsi bağlanmaqla Cavabdeh adına rəsmiləşdirilmiş, 14.12.2007-ci il tarixdən isə onun adına tam mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir, İddiaçı 9 aprel 2020-ci il tarixinədək həmin mənzildə yaşayıb və heç vaxt oradan qovulmayıb, hətta İddiaçı valideyni, qardaşları rayondan Bakıya gələndə günlərlə, həftələrlə ona məxsus həmin mənzildə yaşamışlar və o, heç vaxt buna görə onları günahlandırmamışdır, lakin 9 aprel 2020-ci il tarixində, heç bir ciddi səbəb olmadan İddiaçı onun barəsində polisə şikayət etmiş, 2 azyaşlı övladını da götürüb, kirayədə yaşayan bacısının evinə getmişdir, bugünədək də orda yaşayır, heç kim təminat verə bilməz ki, İddiaçı sözügedən mənzilə köçəndən sonra yenidən Cavabdeh polisə şikayət etməyəcək, İddiaçı şərləmə əməllərini davam etdirərək ona mənəvi və fiziki təsirlər göstərəcək, çünki Cavabdeh ağır epilepsiya xəstəsidir və 1-ci qrup əlildir, bununla əlaqədar ona daim qayğı göstərən birinə ehtiyacı var, ona görə də o, yenidən ailə həyatı qurmaq niyyətindədir, onun səhhətinin pisləşdiyi vaxtda İddiaçı onun həyatına qəsd etməsini nəzərə alaraq onunla bir mənzildə yaşaması mümkün deyil, ona qarşı inamı tamamilə itmişdir, hətta ondan şübhələnir, çünki ətrafında tanımadığı, şübhəli insanlar var ki, gecə yarıları saatlarla onlarla nəyinsə müzakirəsini aparır və soruşduqda bu barədə Cavabdeh düzgün məlumatlar vermir, İddiaçı iddia ərizəsində Cavabdeh onun cehiz və qızıl əşyalarının olduğunu və həmin əşyaların ona verilmədiyini bildirir, lakin həmin cehiz əşyasının adını, qızıl əşyasının nədən ibarət olduğunu qeyd etmir və həmin əşyaların olmasını təsdiqləyən şəxsləri göstərmir, çünki onun qeyd etdiyi faktlar yalandır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2614/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, İddiaçı, 10.10.2003-cü il təvəllüdlü X4 və 27.09.2009-cu il təvəllüdlü X3 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 17 saylı evin, 9 saylı mənzilinə istifadə hüquqlarının tanınması, İddiaçı, yetkinlik yaşına çatmayan uşaqları 10.10.2003-cü il təvəllüdlü X4 və 27.09.2009-cu il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 17, 9 saylı mənzilinə köçürülməsi, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir (sədrlik edən: Şəhriyar Əliyev). Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman İddiaçı və cavabdehin nümayəndəsi X6 işə aşağıdakı məzmunda barışıq sazişi əsasında xitam verilməsini xahiş etdilər: «ünvan 4 ünvanında yerləşən mənzilin satılıb iddiaçı və cavabdehin birgə nikahından olan 10.10.2003-cü il təvəllüdlü X1 adına 1 otaqlı mənzil, Cavabdeh adına 1 otaqlı mənzil alınması müqabilində iddia tələbimdən imtina etməyi öhdəmə götürürəm.» Məhkəmə iclasında iştirak edən iddiaçının İddiaçı və cavabdehin nümayənəsi S.Abbasov barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2614/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı ilə Cavabdeh nümayəndəsi X6 arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: «ünvan 4 ünvanında yerləşən mənzilin satılıb iddiaçı və cavabdehin birgə nikahından olan 10.10.2003-cü il təvəllüdlü X1 adına 1 otaqlı mənzil, Cavabdeh adına 1 otaqlı mənzil alınması müqabilində iddia tələbimdən imtina etməyi öhdəmə götürürəm.» Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2614/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7847/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7847/2021
08.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver