Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-785/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri X2, X1 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına (“xxxx” Azərbaycan Şirkətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı «işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi» tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Azərbaycan Şirkətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «işə bərpa, məcburi iş buraxma müddətinin müqavilə üzrə verilən əmək haqqının və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi; onun Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nəzarət sistemləri üzrə baş mühəndis vəzifəsinə bərpa edilməsi; xx.xx.2020-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının və digər gəlirlərin tutulması; işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə 100.000 manat pul vəsaitinin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi; onun Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nəzarət sistemləri üzrə baş mühəndis vəzifəsinə bərpa edilməsi; xx.xx.2020-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının və digər gəlirlərin tutulması; işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə 100.000 manat pul vəsaitinin və hüquqi yardıma görə «xxxx» MMC-nin hesabına ödənilmiş 1.000 manat pulun Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «işə bərpa, məcburi iş buraxma müddətinin müqavilə üzrə verilən əmək haqqının və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin mövqeyindən belə nəticə hasil olur ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «işə bərpa, məcburi iş buraxma müddətinin müqavilə üzrə verilən əmək haqqının və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia tələbi ilə bağlı hallar məhkəmədə öz təsdiqini tapmamış iddiaçı isə bu halların təsdiq edilməsi barədə mötəbər sübutlar təqdim edə bilməmiş və əmrin qanuniliyinin mübahisələndirilməsi əsassızdır. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində göstərilir ki, İddiaçı işə çıxdıqdan sonra işəgötürənin tapşırığını yerinə yetirməmiş, xəstə olduğunu bəhanə etmiş, ona xəstə olması barədə həkim tərəfindən arayış və ya xəstəlik vərəqəsi verilməmiş, bir sözlə İddiaçı öz şəxsi mülahizəsi əsasında əmək müqaviləsində müəyyən edilmiş işəgötürənin tapşırığını yerinə yetirmək öhdəliyinə əməl etməmişdir. Məhkəmə araşdırılması zamanı İddiaçı xəstə olması mübahisə predməti olmamış, əksinə həmin gün xx.xx.2020-ci il tarixdə o işdə olmuş əmək funksiyasını yerinə yelirmiş, lakin digər platformada yəni «Vest-Azəri» platformasında yarana biləcək qəzanın aradan qaldırılması barədə işin görülməsi ilə bağlı olmuşdur. X4 (ÜST) 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmış x xxxxx 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minmi nmişdir. Bu Nizamnaməni qəbul edən dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müvafiq olaraq bəyan edirlər ki, aşağıda göstərilən prinsiplər bütün xalqlar arasında xoşbəxtliyin və rəvan münasibətlərin bərqərar olması üçün və həmçinin dünya xalqlarının təhlükəsizliyi üçün əsas prinsiplərdir: Sağlamlıq yalnız xəstəliklərin və fiziki qüsurların olmaması demək deyil, o, həmçinin insanın fiziki, ruhi və sosial rifah halı deməkdir. On yüksək sağlamlıq səviyyəsinə nail olmaq, irqindən, dilindən, siyasi əqidəsindən, iqtisadi və ya sosial vəziyyətindən asılı olmayaraq, hər bir insanın əsas hüquqlarından biridir. Bütün xalqların sağlamlığı sülhün və təhlükəsizliyin əldə olunması yolunda əsas amil olub, dövlətlərin və ayrı-ayn şəxslərin tam əməkdaşlığından asılıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında özünü pis hiss etdiyi üçün həkimə müraciət etmiş və tibbi müayinədən keçərək yorğun və halsız olduğu müəyyən edilmişdir. Belə ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2019-cu il tarixdə yorğunluq riskinin qiymətləndirilməsi ilə bağlı təsdiq etdiyi qaydaların 4.1-ci bəndinə əsasən iş kontekstində yorğunluq yorğun və yuxulu hiss etməkdən daha çoxdur. Bir insanın təhlükəsiz və effektiv bir iş görmə qabiliyyətini azaldan zehni və ya fiziki tükənmə (və ya hər ikisi) vəziyyətindədir. Yorğunluq simptomlarına aşağıdakılar daxildir: daha ləng reaksiyalar; məlumatların işlənməsi qabiliyyətinin azalması; yaddaş pozğunluğu; dalğınlıq; şüurun zəifləməsi; diqqət çatışmazlığı; riskin müəyyənləşdirilməsi və hesablanması qabiliyyətinin azalması; koordinasiyanın zəifləməsi;davranışda dəyişikliklər (məsələn, əhval-ruhiyyənin dəyişməsi, əsəbilik). Həmin qaydaların 4.2-ci bəndinə əsasən iş yerində yorğunluq aşağıdakılarla nəticələnir: Səhvlər və qəzalar; Xəstəlik və zədələnmələr; Məhsuldarlığın azalması; Aşağı komanda ruhu. Göründüyü kimi İddiaçı tam ağlam olma meyarlarına cavab verməməklə yorğunluq, halsızlıq onu müşayiət etdiyindən, həmin gün platformaya gedib həmin halda müəyyən işi yerinə yetirərkən səhvlərə yol vərərək qəzanın baş verməsinə səbəbkar ola bilərdi. Halbuki, cavabdeh israrla bildirmişdir ki. İddiaçı «Vest- Azəri» platformasında yarana biləcək qəzanın aradan qaldırılması barədə ona verilən tapşırığı özünü pis hiss etdiyini və yorğun olduğunu bildirərək icra elməkdən imtina elmiş, bununla əlaqədar olaraq dəniz şəraitindən sahilə göndəriləcəyi barədə təklifi qəbul elməmiş, hətta ertəsi gün (yorğunluğu çıxdıqdan sonra belə) «Vest-Azəri» platformasına getməkdən imtina elmişdir. İddiaçı əmək funksiyasını yerinə yetirməkdən imtina etməsi halı məhkəmə araşdırması zamanı sübuta yetiril məməsinə baxmayaraq məhkəmə hesab etmişdir ki. guya o Vest- Azəri» platformasına getməkdən imtina etmişdir. Məhkəmə işin faktiki hallarını tam araşdıraraq müəyyən edə bilməmişdir ki, həmin vaxt İddiaçı xəstə deyil sadəcə yorğun və halsız olduğundan ondan tələb olunan «Vest-Azəri» platformasında yarana biləcək qəzanın aradan qaldırılması ilə əlaqədar işi tam keyfiyyətlə yerinə yetirə bilməyəcəyini əvvəlcədən işəgötürənə bildirmişdir. Həmçinin məhkəmə qətnamənin əsaslandırıcı hissəsində göstərir ki, X8 tərəfindən onun işdən kənarlaşdırılması barədə heç bir göstəriş olmamaş əksinə onun işə yararlı olmasını göstərmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş email yazışmaları onu təsdiq edir ki, işçi İddiaçı tapşırığı almamışdan əvvəl özünii yorğun halsız hiss etdiyinə görə xx.xx.2020-ci il tarixdə saat 08:00 radələrində Emin Həkimə müraciət etmiş və bu barədə filialın rəhbərliyinə məlumat vermiş bu onu ehtiva edir ki, işçi İddiaçı heç bir bəhanə gətirməmiş və hansı səbəbə görə işə çıxa bilməməsini tam aydın şəkildə bildirmişdir. Bundan başqa iddiaçının vəkili sorğu ilə "xxxx” MMC-nin əməkdaşı Mərkəzi-Azəri dəniz neft qaz platformasında həkim vəzifəsində çalışan Emin Ağazadəyə müraciət etmişdir. X8 sorğuya cavab olaraq bildirmişdir ki, dəniz neft qurğusunda işin çox məsuliyyətli olmasını, diqqət və təhlükəsizliyə xüsusi önəm verilməsini nəzərə alaraq halsız və ya yorğun işçilərin iş günü müəyyən müddətilə işdən azad olunaraq növbədənkənar dincəlməsinə qeyri-adi hal hesab edilmir. Bu cavab bir daha onu təsdiq edir ki, İddiaçı həmin gün yəni xx.xx.2020- ci il tarixdə sağlam olmasına baxmayaraq yorğun halsız olduğu üçün həkimə müraciət etmiş və onun tövsiyələrinə uyğun olaraq hərəkət etmiş və işəgötürənə bu barədə rəsmi email vasitəsi ilə məlumat vermişdir. Hesab edirəm ki, X8nin sorğuya cavab məktubundakı bildirdikləri təhrif edilərək məhkəmə tərəfindən qətnamədə əsassız qiymətləndirilmə aparılmışdır. Məhkəmə icilasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndələri və vəkili apelyasiya şikayətinə etiraz edərək, yazılı etirazın məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, tərəfləri və onların nümayəndələrini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş İddiaçı ilə işəgötürən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə işçi bu müqavilə ilə müəyyən edilmiş əmək funksiyasının icrasını həm Azərbaycan Respublikasının ərazisində işəgötürən tərəfindən müəyyən edilən iş yerlərində (Xəzər mərkəzində (Armor room), Sanqaçal Terminalında, ölkə regionlarında, «Bridge Plaza»-da və s.), həm də xarici ölkədə (məsələn, Gürcüstan və s.) aidiyyəti iş yerlərində yerinə yetirməlidir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə «xxxx» şirkəti arasında bağlanmış müqaviləyə əsasən isə Filial «xxxx» Şirkətinə müxtəlif neft-qaz platformalarında müvafiq xidmətlər göstərməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə görə işçi işəgötürən tərəfindən müəyyən edilən «xxxx» Şirkətinin neft-qaz sahəsi üzrə platformalarında əmək funksiyalarını yerinə yetirməyə borcludur. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli 02/AO-2020 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. Əmrdə göstərilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə «xxxx» Şirkətinin «Mərkəzi Azəri» platformasında əmək funksiyalarını yerinə yetirərkən, şirkətin digər «Vest Azəri» platformasında külli miqdarda neft itkisi ilə nəticələnə və texniki qəza riski yarana bilən vəziyyətin yarandığı barədə Filialın rəhbərliyinə «Vest-Azəri» platformasında çalışan məsul şəxs A.Ponyakin tərəfindən məlumat daxil olmuşdur. Filialın rəhbərliyi tərəfindən vəziyyətlə bağlı operativ tədbirlər görülmüş və İddiaçı «Vest-Azəri» platformasına çatdırılması barədə qərar verilmişdir. İddiaçı xəstə olmadığı və səhhəti yol verdiyi halda, üzrsüz səbəbdən yuxarıda göstərilən tapşırığı yerinə yetirməmiş, yarana biləcək qəza vəziyyətinin aradan qaldırılması üçün «Vest-Azəri» platformasına getməkdən imtina etmişdir. O, tapşırığı aldıqdan sonra özünü pis hiss etdiyini bildirmişdir. Halbuki, bu məsələyə aydınlıq gətirilməsi üçün müvafiq qaydada tibbi müayinə keçirilərək sağlam olduğu müəyyən edilmişdir. Vaxt məhdudiyyəti ilə bağlı iddiaçının «Vest-Azəri» platformasına göndərilməsi mümkün olmamışdır. Qeyd olunan ciddi vəziyyətlə bağlı operativ tədbirlər görülərək, «Vest-Azəri» platformasında yaranmış vəziyyətin aradan qaldırılması üçün digər işçi cəlb edilmiş, həmçinin bu işçinin də cəlb edilməsi ilə bağlı öz növbəsində zəncirvari olaraq bir sıra işçilərin yerdəyişməsi həyata keçirilmişdir. Belə vəziyyət istehsalın səmərəli idarə edilməsində əsaslı çətinliklər yaratmış, istehsalat xərclərini artırmışdır. Kollegiya, apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı hüquqi dəyərləndirməni aparmağı zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Kollegiya, qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından da görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirə bilən hərəkət etməsi əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Birinci instansiya məhkəmə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli 02/AO-2020 saylı əmək müqaviləsinə xitam verilməsi barəsindəki əmrinin təsviri hissəsində cavabdehin heç bir üzrlü səbəb olmadan işə çıxmaması barədə dəlillərin əsassızlığı ilə bağlı hesab etmişdir ki, əmrin təsviri hissəsində İddiaçı «heç bir üzrlü səbəb olmadan işə çıxmaması» halı deyil, işə çıxdıqdan sonra iş günü ərzində əmək funksiyalarını yerinə yetirməməsi, daha dəqiq ifadə edilsə, işə çıxdıqdan sonra iş növbəsi ərzində işəgötürənin istehsalat zərurəti ilə əlaqədar onun əmək funksiyalarına aid olan tapşırığı açıq-aşkar şəkildə yerinə yetirməməsi əsaslandırılmışdır. İşçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud, bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsinə məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilə bilməsi qanunvericilikdə təsbit edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarının müəyyən edilməsini və hüquqi qiymətləndirməni düzgün aparmaqla daha sonra qeyd etmişdir ki, əmrin təsviri hissəsində Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq kifayət qədər sadə, həmçinin, normativ hüquqi aktlara uyğun formada əsaslandırılaraq göstərilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə növbədə olarkən «Vest-Azəri» platformasında neft hasilatının istismarının dayanmasına və itkisinə səbəb ola biləcək təhlükənin qarşısını almaqla bağlı yaranmış qəzanın aradan qaldırılması üçün özünü pis hiss etdiyini bəhanə edərək əmək funksiyalarını icra etməmiş, bununla da Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» yarımbəndində göstərilən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirə bilən hərəkət etmişdir. Kollegiya, əlavə araşdırma aparmaqla belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qənaəti düzgün və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə həmçinin a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək aiddir. Kollegiya, İddiaçı ona işəgötürən tərəfindən yol verdiyi intizam xətasına görə daha yüngül intizam tənbehi tətbiq edilmədən, ona qarşı daha sərt tənbeh (Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndində göstərilən əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək) tətbiq edilməsinə dair apelyasiya şikayətindəki dəlili ilə bağlı qeyd edir ki, iddiaçı dolayısı ilə intizam xətasına yol verdiyini qəbul edir, lakin, işəgötürən tərəfindən sərt intizam tədbirinin görülməsi ilə razılaşmır. İddiaçı iş vaxtı ərzində əmək funksiyalarına daxil olan vəzifəsini işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirə bilən tapşırığı yerinə yetirməməsi işəgötürənə kifayət qədər əsas yaratmışdır ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam versin. Kollegiyanın iclasında şahid qismində dindirilən "xxxx” MMC-nin əməkdaşı Mərkəzi- Azəri dəniz neft qaz platformasında həkim vəzifəsində çalışan Emin Ağazadə ifadəsində bildirmişdir ki: dəniz neft qurğusunda işin çox məsuliyyətli olmasını, diqqət və təhlükəsizliyə xüsusi önəm verilməsini nəzərə alaraq halsız və ya yorğun işçilərin iş günü müəyyən müddətlə işdən azad olunaraq növbədənkənar dincəlməsi üçün rəhbərliyə şifahi olaraq müraciətlər edir və onun müraciətləri nəzərə alınır. İddiaçı onun yanına gələrək, özünü narahat, zəif, yorğun, halsız hiss etdiyini bildirib. O, qızdırmasını ölçüb və xırda qızdırması olub. Bu vəziyyətdə işləsəydi işəgötürənə zərər dəyə bilərdi. İddiaçıya təklif edib ki, 1 gün işdən azad olunması üçün rəhbərinə müraciət edə bilər. İddiaçı isə deyib ki, özü rəhbərinə deyəcək. Kollegiya şahidin ifadəsi ilə bağlı qeyd edir ki, işəgötürən iddiaçının həkimə getdiyi gün üçün istirahət vaxtı vermiş və növbəti gün üçün iddiaçının işə çıxmasını tapşırmışdır. Yəni işəgötürən həkimin şifahi məsləhətini nəzərə almışdır. Bundan başqa, Kollegiya qeyd edir ki, əmək qanunvericiliyində işəgötürən tərəfindən işçiyə qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehlərindən birini verə bilməsi onun hüququ kimi təsbit edilmiş və 186-cü maddənin İİ şissəsində nəzərdə tutulan intizam tənbehinin ardıcıllıqla verilməsi qaydası müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 186-cı madddəsinin 1-ci hissəsinə görə işçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud, keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İş materiallarına daxil edilmiş İddiaçıla bağlanmış əmək müqaviləsinin 5.1.5-ci bəndində göstərilmişdir ki, əgər işçi öz vəzifəsini xəstəlik və ya bədbəxt hadisə səbəbindən yerinə yetirə bilməsə, işçi əmək qabiliyyətini itirdiyi gündən sonra birinci iş günü başlamamışdan əvvəl (və ya mümkün qədər tez) işəgötürəni xəbərdar etməli və bunun səbəbini və işə çıxa biləcəyi vaxt barədə məlumat verməlidir. İşçi işəgötürənin tələbinə görə öz əmək funksiyalarının yerinə yetirə bilməməsinin səbəbini təsdiq edən müvafiq tibbi sənəd təqdim etməlidir. Həmin Əmək müqaviləsinin 9.11-ci bəndində isə müəyyən edilmişdir ki, işçi istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq məqsədi ilə (sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası və s. hallar) qanunvericiliklə müəyyən edilmiş qaydada haqqı ödənilməklə işlərin yerinə yetirilməsi üçün bilavasitə rəhbərinin və ya ABB şirkətinin aidiyyəti rəhbərlərinin, eləcə də, sifarişçi «xxxx» əməliyyat şirkətinin aidiyyəti əməkdaşlarının göstərişinə əsasən iş yerinə gəlməlidir. Kollegiyanın məhkəmə iclasındakı tədqiqatı ilə məyyən edilmişdir ki, İddiaçı işə çıxdıqdan sonra işəgötürənin tapşırığını yerinə yetirməmiş, xəstə olduğunu bəhanə etmiş, ona xəstə olması barədə həkim tərəfindən arayış və ya xəstəlik vərəqəsi verilməmiş, bir sözlə, İddiaçı öz şəxsi mülahizəsi əsasında əmək müqaviləsində müəyyən edilmiş işəgötürənin tapşırığını yerinə yetirmək öhdəliyinə əməl etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə «Vest-Azəri» platformasında yarana biləcək qəzanın aradan qaldırılması barədə ona verilən tapşırığı özünü pis hiss etdiyini və yorğun olduğunu bildirərək icra etməkdən imtina etmiş, bununla əlaqədar olaraq dəniz şəraitindən sahilə göndəriləcəyi barədə təklifi qəbul etməmiş, hətta ertəsi gün (yorğunluğu çıxdıqdan sonra belə) «Vest-Azəri» platformasına getməkdən imtina etmişdir. Bu hallar işdə olan email yazışmaları ilə də müəyyən edilir ki, İddiaçı e-maili ilə özünü yorğun və halsız hiss etməsi barədə həkimə müraciət etmiş, X8 tərəfindən işə yararlı olması səbəbindən onun işdən kənarlaşdırılması barədə heç bir göstəriş verilməmişdir. Kollegiya, İddiaçı Əmək Məcəlləsinin 16-cı maddəsinə istinad edərək ona münasibətdə əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməsinə dair apelyasiya şikayətindəki dəlili ilə bağlı qeyd edir ki, iddiaçı buna dair birbaşa və ya dolayı ayrı-seçkiliyi sübut edən heç bir halı göstərə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPMnin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya, həmçinin qeyd edir ki, iddiaçının izahatlarına əsasən xaricdə işləyərkən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından işə qəbul üçün dəvət alması, işəgötürənə inanaraq xaricdən gələrək Filialda işləməyə başlaması, onu 2017-ci ilin noyabr ayında müddətsiz əmək müqaviləsi ilə işə qəbul etməsi kimi işin müəyyən edilmiş halları tərəflər arasında qərəzli münasibətlərin olmasına dair iddiaçının dəlillərinin əsassız olmasına dəlalət edir. Kollegiya, göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmışdır, iddiaçı özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini heç bir üzrlü səbəb olmadan yerinə yetirməməsi ilə müşayət olunan hərəkətləri ilə əlaqədar cavabdeh tərəfindən əmək qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı əmr verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi hissəsi əsaslı olaraq rədd edilmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd edilənlərə əsasən Kolegiya bu qənaətə gəlir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə xx xxxxxx 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk və qarşılıqlı iddia əsassız olduğu üçün rədd edilməlidirlər. Kollegiya, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «işə bərpa, məcburi iş buraxma müddətinin müqavilə üzrə verilən əmək haqqının və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasını rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və və qətnaməni maddi və prosessual hüquq normaları baxımından düzgün əsaslandırmışdır. Həmçinin, Kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilmədiyindən apelyasiya şikayəti verilməsi üçün iddiaçını ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənləri nəzərə alaraq, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, verilmiş apelyasiya şikayəti əsaslı deyildir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-cü maddəsinə əsasən qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4027/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-785/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-785/2021
17.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver