Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7862/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 258.000 (iki yüz əlli səkkiz min) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda, iddianı təmin etmə tədbiri görülərək, mülkiyyətində olan icarə obyektindən - Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi 5-də yerləşən sahəsi 223,9 kv.m olan qeyri-yaşayış sahəsindən Cavabdeh MMC-nin və üçüncü şəxslərin istifadə etməsi və orada fəaliyyət göstərməsinin qadağan edilməsi, icarə obyektində olan cavabdehə məxsus əmlakların, o cümlədən mebel və soyuducuların üzərinə həbsin qoyulması, həmin əmlakların siyahıya alınmaqla və icra qurumuna saxlanca verilməklə, onların özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi 5-də yerləşən sahəsi 223,9 kv.m olan qeyri-yaşayış sahəsində Cavabdehnə məxsus əmlakların, o cümlədən mebel və soyuducuların özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ərizənin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianı təmin etmə tədbiri barədə ərizənin tam olaraq təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi 5-də yerləşən sahəsi 223,9 kv.m olan qeyri-yaşayış sahəsindən Cavabdeh MMC-nin və üçüncü şəxslərin istifadə etməsi və orada fəaliyyət göstərməsi və Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi 5-də yerləşən sahəsi 223,9 kv.m olan qeyri-yaşayış sahəsində Cavabdeh MMC-yə məxsus əmlakların, o cümlədən mebel və soyuducuların özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, məhkəmə daşınmaz əmlakın mülkiyyətçisi kimi onun mülkiyyət hüquqlarını müdafiə etmək əvəzinə, heç bir əsas olmadan uzun müddət, yəni 8 ay ərzində mülkiyyətindən istifadəyə görə ona icarə haqqı ödəməyən hüquqi şəxsin istəyini yerinə yetirmiş, icarə müqaviləsinin müddətinin bitməsini nəzərə almadan, öz qərardadı ilə cavabdehə həmin obyektdən qanunsuz olaraq istifadə etməyə və faydalanmağa şərait yaratmış, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmuş və onu mülkiyyət hüquqlarını həyata keçirmək imkanından məhrum etmişdir. Məhkəmə öz qərardadını ləğv edərkən yeganə istinad etdiyi əsas cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərar olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar mülki iş üzrə preyudisial əhəmiyyət kəsb etmir və mülki işə baxan məhkəmə üçün məcburi xarakter daşımır. Digər tərəfdən, pul tələbinə dair iddianı təmin etmə tədbiri kimi cavabdehə məxsus əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsinə aid hissədə də məhkəmənin öz qərardadını ləğv etməsi anlaşılan deyildir. Belə qərardadla məhkəmə pul tələbinə dair qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün heç bir əsas olmadan tədbirlər görülməsindən imtina etmişdir. Beləliklə, hesab edir ki, məhkəmənin bu qərardadı prosessual qanunvericiliyin tələblərinə zidd və əsassız olaraq qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, 14 sentyabr2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə İddiaçı verdiyi şikayət Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə şikayəti müdafiə etdiyini bildirərək şikayətin dəlillərinə uyğun izahat verdi, qərardadın əsassız və qanunsuz olduğunu qeyd edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi 5-də yerləşən sahəsi 223,9 kv.m olan qeyri-yaşayış sahəsindən Cavabdeh MMC-nin və üçüncü şəxslərin istifadə etməsi və orada fəaliyyət göstərməsi, həmçinin həmin qeyri-yaşayış sahəsində Cavabdeh MMC-yə məxsus əmlakların, o, cümlədən mebel və soyuducuların özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən şikayətə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə izahatını dinləyib, şikayətin dəlillərinə tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iddia tələbi ilə bağlı iddianın təmini tədbiri barədə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadın ləğv edilməsi nəticəsinə gələrkən və bununla bağlı verilmiş şikаyəti rədd еdərkən düzgün nəticəyə gəlmədiyindən şikayət təmin edilməli, məhkəmənin qərardadı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işlə bağlı Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə Cavabdeh MMC-nin nümayəndəsi Sudef Rəhimovun ərizəsini təmin edərkən, iddiaçının hərəkətləri ilə bağlı fakt üzrə Bakı şəhəri, Səbail rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsaslanmış, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 163.4-cü maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən təqdim edilmiş, Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə başlanmış və istintaqı aparılmış ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri, Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Müslüm Quliyevin xx xxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası CMnin 221.3 və 134-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyə görə iddianı təmin tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülür. Qanunvericliyin mənasına görə iddianı təmin tədbiri iddia predmeti olan əmlakın gizlədilməsi, məhv edilməsi, özgəninkiləşdirilməsi və s. yolla sıradan çıxarılmasının qarşısını almaq məqsədi güdür. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı və həmin qərardadın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi barədə 02 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi 5-də yerləşən sahəsi 223,9 kv.m olan qeyri-yaşayış sahəsindən Cavabdeh MMC-nin və üçüncü şəxslərin istifadə etməsi və orada fəaliyyət göstərməsi, həmçinin həmin qeyri-yaşayış sahəsində Cavabdeh MMC-yə məxsus əmlakların, o cümlədən mebel və soyuducuların özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız apelyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı və həmin qərardadın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardadı İddiaçı tərəfindən verilmiş şikayətə əsasən ləğv edilsin. Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi 5-də yerləşən sahəsi 223,9 kv.m olan qeyri-yaşayış sahəsindən Cavabdeh MMC-nin və üçüncü şəxslərin istifadə etməsi və orada fəaliyyət göstərməsi və Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi 5-də yerləşən sahəsi 223,9 kv.m olan qeyri-yaşayış sahəsində Cavabdeh MMC-yə məxsus əmlakların, o cümlədən mebel və soyuducuların özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4264/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul еdildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7862/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7862/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver