Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7868/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, Cavabdeh15 və onun nümayəndəsi və vəkili X8 iştirakları ilə, iddiaçı X26 cavabdehlər X28, X21, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əsgərxan oğlu, X29, Cavabdeh7 İdris oğlu, X5, Cavabdeh9 Mobil oğlu, X52, Cavabdeh15, X46, Cavabdeh13, X15, X27, X9, X16, X22, X23, X30, X10, X31, X32, X11, X12 və X4 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1054/2018 saylı, 11.05.2018-ci il tarixli qətnaməsindən Cavabdeh15 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı X47 cavabdehlər X28, X21, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X29, Cavabdeh7 .oğlu, Cavabdeh8 Allahverən qızı, Cavabdeh9, X52, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ailə üzvləri ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol ünvanında yerləşən, ümmumi sahəsi 2209,1 kv metr olan Podrat təmirtikinti idarəsinin qeyri-yaşayış sahəsindən çıxarılmaları, həmin sahənin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi “iddia tələbi həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək X27, X9, X16, X22, X23, X30, X10, X31, X32, X17, Tağıyev Bəxtiyar oğlu və X38 a oğlunun cavabdehlər qismində işə cəlb edilmələri və cavabdehlərdən Cavabdeh8 Allahverən qızının soyadının “Mehdiyeva”, ata adının isə “Allahverdi”, Cavabdeh11 adının “Ələddin”, Cavabdeh12 isə adının “Nafıq” olması ilə bağlı düzəlişlərin nəzərə alınmasını xahiş etdi.
3. Daha sonra iddiaçının nümayəndəsi “ərizənin dəqiqləşməsi” barədə məhkəməyə ərizə İ təqdini edərək iddiaçı X26 cavabdehlər X28 və qeyrilərinə qarşı “mənzildən çıxarılma” tələbi barədə mülki iş üzrə cavabdehlərdən Cavabdeh5 ata adının “Əsgərxan”, Cavabdeh7 ata adının “İdris”, Cavabdeh9 ata adının isə “Mobil” olması, X1 “Poladov”, adının “Musabəddin”olmasının nəzərə alınmasını xahiş etdi.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ünvanında yerləşən ümumi sahəsi 2209,1 kv.m. olan Podrat təmir-tikinti idarəsini qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçı tərəfindən satın alınmışdır və bu barədə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 01.11.2006-cı il tarixli, 000642 №-li şəhadətnamə verilmişdir. İddiaçıya məxsus olan yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsi cavabdehlər tərəfindən zəbt edilərək, istifadə olunmaqdadır. Qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə bağlı dəfələrlə cavabdehlərə edilmiş xəbərdarlıq nəticəsiz qalmışdır.
5. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1054/2018 saylı, 11.05.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X28, X21, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əsgərxan oğlu, X29, Cavabdeh7 İdris oğlu, X5, Cavabdeh9 Mobil oğlu, X52, Cavabdeh15, X48, Cavabdeh13, Cavabdeh14, X27, X9, X16, X22, X23, X30, X10, X31, X32, X11, X12 və X3 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, X13 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Baksol ünvanında yerləşən ümumi sahəsi 2209.1 kv. m. olan Polad təmir-tikinti idarəsinin qeyri-yaşayış sahəsindən çıxarılması, həmin sahənin boşaldılması qət edilmişdir (sədrlik edən: Almaz Süleymanova).
6. Qətnamədən Cavabdeh15 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-335/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 1992-ci ildə sözügedən Podrat təmir-tikinti idarəsinin (keçmiş Mexanikləşdirmə İdarəsi) rəisi vəzifəsində çalışmışdır. 1998-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Baksol ünvanında yerləşən Təmir-tikinti İdarəsinin texniki pasportunu Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması idarəsindən almışdır. Həmin ərazi 1998-ci ildən bugünə kimi Cavabdeh15 və digər cavabdehlərin faktiki sahibliyində və istifadəsindədir. Bundan başqa, iddiaçı tərəfindən iddia olunan qeyri-yaşyış sahəsinin boşaldılması deyərkən birinci instansiya məhkəməsi heç bir ekspert, mütəxəssis rəyindən istifadə etmədən formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmiş və bununla da Cavabdeh15 hüquqlarını pozmuşdur. həmin qeyri-yaşayış sahəsi 2209.1 kv metr ərazinin hansı hissəsinin iddiaçıya məxsus olması məlum deyil. İdarənin ərazisində 3 qeyri-yaşayış sahəsi var və həmin qeyriyaşayış sahəsi, yəni gölə yaxın hissədə olan dağıdılaraq yrarsız hala düşmüşdür. Cavabdehlərin yaşadığı hissənin isə iddiaçıya heç bir aidiyyatı yoxdur. Tərəflərin izahatları:
8. Kollegiya iclasında iştirak edən Cavabdeh15 və onun nümayəndəsi və vəkili X.Babayeva apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.
9. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
11. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
12. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılmasına dair şəhadətnamədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol ünvanında yerləşən, ümumi sahəsi 2209.1 kv metr olan Podrat təmir-tikinti idarəsi X47 tərəfindən satın alınmışdır.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi RPİ 4-cü Polis Bölməsi tərəfindən X33 ünvanlanmış 31.10.2017-ci il tarixli məktubun məzmunundan görünür ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol ünvanında yerləşən, ümumi sahəsi 2209.1 kv metr olan Podrat təmirtikinti idarəsində 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün düşmüş X28, X21, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X29, Cavabdeh7, X2, Cavabdeh9 və 2001-ci ildən Naxçıvan MR-dan olan X52, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 yaşayırlar.
14. Azərbaycan Respublikası Qaçqınların və X25 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 07.05.2018-ci il tarixli arayışdan görünür ki, X28, X27 və X14 (3 nəfər), X21 və 4 nəfər ailə üzvü, Cavabdeh3 və 2 nəfər ailə üzvü, X18 və 4 nəfər ailə üzvü, Cavabdeh9 Mobil oğlu və 3 nəfər ailə üzvü, X11, X31 və X32 dövlət tərəfindən məcburi köçkünlərə verilən kommunal xidmətlər üzrə güzəştlərdən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, Baksol küçəsi, Podart təmir-tikinti idarəsinin qeyri-yaşayış sahəsində dövlət tərəfindən verilən kommunal güzəştlərdən istifadə edirlər, lakin məcburi köçkün kimi müvəqqəti qeydiyyatları yoxdur.
15. Digər məcburi köçkünlər barəsində qeyd olunan ünvan üzrə kommünal güzəştlərdən istifadə etməsi, yaşaması və müvəqqəti qeydiyyatları barədə hər hansı məlumat yoxdur. iddia tələbi üzrə cavabdehlər-məcburi köçkünlər X19 və qeyrilərinin qeyd edilən ünvanda məskunlaşması Azərbaycan Respublikası Qaçqınların və X25 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməmişdir. eyni zamanda onlar Komitə tərəfindən dövlət proqramına uyğun olaraq yaşayış sahəsi ilə təmin edilməmişdir. Hüquqi dəyərləndirmə:
16. İşin hallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol ünvanında yerləşən, ümumi sahəsi 2209.1 kv. metr olan Podrat təmir-tikinti idarəsi X33 məxsus olmaqla, iddiaçı əmlak üzərində hüquqlarını həyata keçirə bilmir. Cavabdehlər həmin qeyri-yaşayış sahəsində məskunlaşdıqlarını etiraf etmişlər.
17. Cavabdeh15 apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında iddiaçının mübahisəli qeyri-yaşyış sahəsinin mülkiyyətçisi olmasını etiraf etmişdir. Eyni zamanda bildirmişdir ki, onun hazırda yaşadığı yer iddiaçının mülkiyyət hüququ ilə sahib olduğu yerdir və belə olduğu halda ekspertiza təyin edilməsinə ehtiyac yoxdur.
18. Kollegiya qeyd edilən hallara və iddiaçının izahatına qiymət verərək vurğulayır ki, Cavabdeh15 hazırda iddiaçı X26 mülkiyyət hüququ ilə sahib olduğu qeyri-yaşayış sahəsində yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozur, Konstitusiyanın və Mülki Məcəllənin müddəalarına ziddir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
23. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (neqator iddia).
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə, 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
25. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur.
26. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Azropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
27. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, cavabdehin izahatına və qeyd olunan normaların mahiyyətinə əsasən qeyd edir ki, şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Mülkiyyətçinin pozulmuş hüquqları sahiblikdən məhrum etmə ilə bağlı olmadıqda da mülkiyyətçi öz hüquqlarının bərpa edilməsini tələb edə bilər (neqator iddia). Belə olan halda, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi, kənar şəxslərin mülkiyyətdən qanunsuz istifadəsinə xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə də, kollegiya hesab edir ki, cavabdehin mübahisəli qeyri-yaşayış sahəsində yaşaması iddiaçı X26 mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
Cavabdeh15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1054/2018 saylı, 11.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev