Məhkəmə qərarları › İş №2(103)-7871/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7871/2020

08.10.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7871/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi və ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3316/20 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayətin geri qaytarılması barədə ərizəyə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi və ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh QSC tərəfindən xx.xx.2020-ci il tarixdə vəsatət təqdim edilərək, Yasamal Rayon Məhkəməsinin icraatında olan olan 2(004)-3316/2020 saylı mülki işin Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-3300/2020 saylı mülki işlə birləşdirilməsi üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim F.Əyyubov, iş №2(004)- 3316/2020) vəsatət təmin olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili F.Nəcəfov Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3316/2020 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş şikayət mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə xx xxxxxxx 2020-ci il tarixdə göndərilmiş, xx xxxxxxx 2020-ci il tarixdə isə iddiaçının nümayəndəsi F.Nəcəfov ərizə təqdim edərək xx xxxxxxxx 2020-ci il tarixli qərardaddan verilmiş şikayətin geri qaytarılmasını xahiş etmiş və mübahisələndirilən qərardadla razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırda apelyasiya instansiyası məhkəməsi tərəfindən şikayətin icraata qəbul edilməsi barədə qərardad qəbul olunmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş şikayətin şikayət verən şəxsə qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından verilmiş şikayətin geri qaytarılması barədə ərizəsi təmin olunsun. Şikayətin geri qaytarılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar