Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7888/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” Bakı şəhəri Sabunçu rayon Мəhkəməsinin 2(008)-510/2021 saylı iş üzrə qəbul etdiyi 06 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 9660 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumunun, cəmi 9690 manat pulun “Azəriqaz” İB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB 24.06.2016-cı il tarixli T/8413 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 23.10.2017-ci il tarixli, ******* nömrəli akt əsasında 1169,10 manat, 06.12.2017-ci il tarixli, ******* nömrəli akt əsasında 671,30 manat, 19.01.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 370 manat, 11.03.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 350,50 manat, 10.04.2018-ci il tarixli, 58/1642 nömrəli akt əsasında 97,20 manat, 21.05.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 71,50 manat, 13.06.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 97,20 manat, 15.11.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 165,60 manat, 28.12.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 57,60 manat, 31.01.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 142,20 manat, 28.02.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 100,80 manat, 29.03.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 197,70 manat, 30.05.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32,40manat, 30.10.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 97,20 manat, 30.12.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 252 manat, 23.01.2020-ci il tarixli, ******* nömrəli akt əsasında 1024,10 manat, cəmi 9660 manat “Azəriqaz” İB-yə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 9660 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin işçiləri tərəfindən 9660 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir Bakı şəhəri Sabunçu rayon Мəhkəməsinin 2(008)-510/2021 saylı iş üzrə qəbul etdiyi 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh təbbi qazdan qeyri-qanuni istifadəyə görə 1078,60 manat məbləğində dəymiş ziyan, 11 manat dövlət rüsumunun “Azəriqaz” İB-nin xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi və apelyasiya şikayətinin verilməsi üçün “Azəriqaz” İB-nın ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh özünə məxsus fərdi yaşayış evinin həyətində istixana quraşdırmış və həmin istixananı, habelə özünə məxsus fərdi yaşayış evini qanunsuz olaraq (qaz xəttinə özbaşına qoşulmaqla) təbii qazla təmin edərək istixana təsərrüfatı ilə məşğul olmuş və evində təbii qazdan qanunsuz istifadə etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdeh barəsində tərtib olunmuş aktlar üzrə dəymiş ziyan məbləğini cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulma əməlinin qış və yay aylarına təsadüf etməsi durumuna görə ağlabatan məbləğdə hesablamaqla qiymətləndirmişdir. Məhkəmə tərəfindən həmin qaydada hesablama əməliyyatının aparılması isə qanuni və əsaslı deyildir. “Azəriqaz” İB tərəfindən tərtib edilmiş aktlar üzrə hesablanmış məbləğlər qanuni və əsaslıdır. İddia ərizəsinin nəticə hissəsində cavabdehdən tələb olunan əsas borc məbləğin 9690 manat göstərilmiş olmasına baxmayaraq, hüquqşünas əməkdaşın iddia ərizəsində qeyd etdiyi riyazi hesabalamalara görə aktlar üzrə borc məbləğinin cəmi 5062 manat göstərilmişdir. Lakin reallıqda aktlar üzrə hesablanmış borc məbləğləri daha dəqiqliklə abonent saldosununun «qalıq və aktlar qrafası»nda öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə müvafiq maddi hüquq normaları cavabdeh tərəfindən qaz paylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması kimi nəzərə alınmamış və qətnamədə qeyd olunmamışdır. Məhkəmə qətnaməsindən göründüyü kimi, cavabdeh tərəfindən itkiyə yol verilmiş təbii qaza görə tərtib edilmiş 18 ədəd akt əsaslı hesab edilmiş, lakin iddia tələbi tam əmin edilməmiş, borc məbləğləri məhkəmə tərəfindən ağlabatan şəkildə hesablanmış, qanuni və əsaslı şəkildə hesablanmış borc məbləğləri məhkəmə tərəfindən tanınmamış və iş üzrə də düzgün olan qanunların müddəaları tədbiq edilməmişdir. Digər tərəfdən birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı “Azəriqaz” İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir, ümumiyyətlə məhkəmə iclaslarında belə iştirak etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə yazılı apellyasiya şikayətində qətnaməni yalnız iddianın rədd edilən hissəsində mübahisələndirmişdir. İş materiallarından görünür ki, Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı “Azəriqaz” İB arasında 24.06.2016-cı il tarixli T/8413 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Müqavilədə abonent tərəfindən qaz qurğusu kimi qızdırıcı sistemdən istifadə etməsi qeyd edilmişdir. İş materiallarından görünür ki, “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 76 nömrəli fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Həmin ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etməsi aşkar edilmiş, aşağıdakı aktlar tərtib edilmiş və dəymiş zərər hesablanmışdır: 23.10.2017-ci il tarixli, ******* nömrəli akt əsasında 1169,10 manat, 06.12.2017-ci il tarixli, ******* nömrəli akt əsasında 671,30 manat, 19.01.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 370 manat, 11.03.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 350,50 manat, 10.04.2018-ci il tarixli, 58/1642 nömrəli akt əsasında 97,20 manat, 21.05.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 71,50 manat, 13.06.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 97,20 manat, 15.11.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 165,60 manat, 28.12.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 57,60 manat, 31.01.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 142,20 manat, 28.02.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 100,80 manat, 29.03.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 197,70 manat, 30.05.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32,40manat, 30.10.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 97,20 manat, 30.12.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 252 manat, 23.01.2020-ci il tarixli, ******* nömrəli akt əsasında 1024,10 manat, Cəmi aktlar üzrə 5062 manat hesablansa da, iddiaçı tərəfindən həmin məbləğ 9660 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən hesab etmişdir ki, 2020-ci ilin dekabr ayı üçün ödənilən 76,20 manatı qış ayları üçün, 2020-ci ilin may üçün ödənilmiş 47,80 manatı yay ayları üçün əsas götürülərək hesablanma aparılmasını ədalətlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş aktdan eləcə də abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən qaz xəttindən qeyri-qanuni şəkildə istifadə etməsi nəticəsində dəymiş ziyan hesablanmış və həmin məbləğlərin qış və yay ayları üçün ayırmaqla hesablanmasına zərurət olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, dəymiş ziyanın tutulması məhz iddiaçı tərəfindən tərtib edilmiş aktda göstərilən məbləğlərə görə müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ödənişlər edilməmişdir və cavabdeh tərəfindən kənar xətdən istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X1»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin iddiaçı tərəf qanunsuz xətti aşkar etsə də, həmin xətti şəbəkədən ayırmayaraq, qazın verilişini dayandırmamış və dəymiş zərərin ödənilməsini tələb etməmişdir. Bunun əksinə olaraq isə müxtəlif tarixlərdə aktlar tərtib etmişdir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib etməklə, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qanunsuz xəttin ilk olaraq müəyyən edilməsi barədə akta əsasən tələb edilən məbləğ cavabdehdən tutulmalıdır. Buna görə də iddia tələbi – 23.10.2017-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1169,10 manatın cavabdehdən tutulması hissəsində əsaslı olmuşdur. MPM-nin 77.1 və 14.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, maddi və prosessual hüquq normalarının tələblərinə tam cavab vermir. Odur ki, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli,qətnamə qalan hissədə dəyişdirilməməli, apellyasiya şikayətinə görə dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçı “Azəriqaz” İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-510/2021 saylı iş üzrə qəbul etdiyi 06 aprel 2021-ci il tarixli qətnaməsi “dəymiş zərərin əvəzinin ödənilməsinin qismən təmin edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə edilməklə iddia qismən təmin edilsin. 23.10.2017-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1169,10 (bir yüz altmış doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı “Azəriqaz” İB-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçı “Azəriqaz” İB-nin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7888/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7888/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver