Məhkəmə qərarları › İş №2(103)-7889/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7889/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7889/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2949/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2949/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi, döngə 1, dalan 1, ev 4 Q ünvanında yerləşən fərdi yaşayış sahəsinə (evinə) köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 10(on) manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İddiaçı ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2949/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinin təsviri hissəsində 2-ci abzasın 11-ci sətrinin bu formada yazılmasını xahiş etmişdir: “İddiaçı pasport qeydiyyatında olduğu ünvanda heç vaxt yaşamamışdır, sadəcə formal qeydiyyatdadır, orada ümumiyyətlə yaşayış üçün şərait yoxdur”. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2949/2020 saylı xx.xx.2020-ci iltarixli qərardadı ilə İddiaçı qətnamədə yanlışlığın düzəldilməsinə dair ərizəsinin təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində o, pasport qeydiyyatında olduğu ünvanda - yəni Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsi, ev 56-da heç vaxt yaşamadığını, orada sadəcə formal qeydiyyatla olduğunu, orada yaşayış üçün şəraitin olmadığı qeyd etmişdi (idda ərizəsi 6-cı abzas). Qətnamənin təsviri hissəsini oxuyan şəxsdə isə belə bir təsəvvür yaranır ki, guya iddiaçı mübahisəli mənzil sahəsində heç vaxt yaşamamışdır və orada yaşayış üçün şərait yoxdur. Qətnamənin təsviri hissəsində mübahisəli mənzilin təsviri verilir, orada cavabdehin pasport qeydiyyatında olduğu göstərilir daha sonra ardınca 2-ci abzasın 11-ci sətrində deyilir "İddiaçı isə ünvanda heç vaxt yaşamamışdır, sadəcə formal qeydiyyatdadır, orada ümumiyyətlə yaşayış üçün şərait yoxdur”. Məfhum həqiqətə uyğun deyil. Qətnaməni oxuyan şəxsdə belə bir sual yarana bilər. Necə ola bilər ki, iddiaçı ünvanda heç vaxt yaşamadığı halda məhkəmə onun iddiasını təmin edərək mübahisəli mənzilə köçürülməsi barədə qətnamə qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2949/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndləsi X2 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, qətnamədə yazılan cümlə ilə, iddiaçının hazırki ərizəsi üzrə yazılmasını tələb etdiyi cümlə eyni mənanı ifadə edir. Odur ki, qətnamədə hər hansı bir yanlışlıq müəyyən edilmədiyindən, iddiaçının ərizəsi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, qətnamədə göstərilən "iddiaçı isə ünvanda heç vaxt yaşamamışdır, sadəcə formal qeydiyyatdadır, orada ümumiyyətlə yaşayış üçün şərait yoxdur”cümləsindəki sadəcə formal qeydiyyatdadır sözləri iddiaçının məhz qeydiyyatda olduğu ünvanda heç vaxt yaşamadığını və qeydiyyatda olduğu ünvanda yaşayış üçün şəraitin olmadığını açıq-aşkar təsdiq edir. Buna görə də qətnaməni oxuyan şəxsdə hansısa təsəvvürün yaxud sualın yaranması ərizənin əsaslı olduğuna dəlalət etmir və avtomatik olaraq da təmin edilməli olduğuna əsas vermir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, qərardad dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2949/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar