Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7889/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(008)-750/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 39 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 5 yaşayış otağından ibarət olan həmin mənzil 69 saylı mənzil kommunal istismar sahəsinin balansındadır. İddiaçı əvvəllər həmin evdə yaşamışdır. Evin icarəçisi olan iddiaçının nənəsi X3 ölənə qədər iddiaçı, atası, anası, əmisi və əmisinin uşaqları həmin evdə yaşamışlar. Hazırda iddiaçı qızı ilə birlikdə kirayədə yaşayır və qeyd olunan mənzilə köçürülməsini tələb edir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz vermiş və etirazını belə əsaslandırmışdır ki, İddiaçı əvvəllər də analoji iddia ilə məhkəməyə müraciət etmiş, cavabdehlər qismində atasını, anasını, qardaşını, bacısını, hazırkı cavabdehi və onun qızını qeyd etmişdir. Həmin iddia ərizəsində İddiaçı qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaşayış sahəsi 36 kv.m olan 46 saylı mənzil yaşayış sahəsi 72,5 kv.m olan 39 saylı mənzilə birlişdirilmiş, həmin mənzillər bir- birindən bir neçə metr məsafədə yerləşir. Sahəsi 72,5 kv.m olan mənzildə Cavabdeh və qızı, 36 kv.m hissədə isə o, qızı, atası, anası, qardaşı, bacısı ilə yaşayır. Altı nəfərin 36 kv.metr sahədə, 2 nəfərin isə 72,5 kv. metr sahədə yaşamaqlarını ədalətsiz hesab etdiyindən, cavabdehin yaşadığı 72,5 kv.m sahəyə köçürülməsini xahiş etmişdir. Beləliklə, İddiaçı ailəsi ilə birlikdə mənzilin 36 kv.m hissəsində yaşamağını etiraf etmişdir. Cavabdeh hesab edir ki, Yeganənin onların yaşadıqları sahəyə köçürülməsi mümkün deyil. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(008)- 750/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi şəxsin hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk etməsinin yaşayış yerini itirməsinə səbəb olmaması barədə Mülki Məcəllənin 27.3-cü maddəsinin tələblərini nəzərə almamış, iş üçün mühüm əhəmiyyəti olan halları araşdırmamış, zəruri şahidləri dindirməmiş, işin hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Cavabdeh nümayəndəsi X8 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(008)-750/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından və işin faktiki hallarından görünür ki, iddiaçı cavabdehin qardaşı qızıdır. Bakı şəhəri Lenin rayon X11 İcraiyyə Komitəsinin 29.05.1990-cı il tarixli Sərəncamı ilə iddiaçının babası, cavabdehin isə atası olan X14 11 nəfər ailə üzvləri ilə birlikdə 72,5 kv. m sahəsi olan Bakı şəhəri Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 3 mənzil 39-də qeydiyyatda olmuş və daimi yaşamışdır. Həmin evdə sahəsi 36 kv. m olan 46 №-li mənzil boşaldığından, həmin mənzil İbad Əhmədovun yaşadığı mənzilə birləşdirilmiş və o, 11 nəfər ailə üzvü ilə 108,5 kv.m sahəsi olan mənzilin icarəçisi hesab edilmişdir. (i.v.32) X9 ölümündən sonra, Sabunçu Rayon İcra Hakmiyyəti başçısının 03.12.1998-ci il tarixli 1642 saylı Sərəncamı ilə Sabunçu qəsəbəsi Aydınbəyov küçəsində yerləşən 5 otaqdan ibarət sahəsi 108,5 kv.m olan 39 saylı mənzilin icarəçisi 10 nəfər ailə üzvü ilə (özü, iki oğlu, iki gəlini, 5 nəvəsi) onun arvadı X2 (iddiaçının nənəsi, cavabdehin anası) hesab edilmiş və onunla icarə müqaviləsi bağlanmışdır. (i.v.34) Beləliklə, mənzillər birləşdiriləndən sonra mənzilin nömrəsi 39 olmuşdur. 69 №-li MKİS tərəfindən Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi, 3 saylı evdə yerləşən 39 saylı və ona birlişdirilmiş 46 saylı mənzillərin plan-eskizi tərtib edilmişdir. (i.v.8) Həmin plan-eskizdən görünür ki, yaşayış sahəsi 72,5 kv.m olan mənzil ilə yaşayış sahəsi 36 kv.m olan mənzillərin arasında 5 ailədən ibarət qonşular yaşayır və bütün mənzillərin önündə ümumi açıq eyvan var. Cavabdeh tərəfindən mənzillərin və eyvanın fotoşəkli də məhkəməyə təqdim edilmişdir. (i.v.35-36) 69 №-li MKİS tərəfindən Sabunçu Rayon Məhkəməsinə 01.12.2014-cü il tarixdə arayış təqdim edilmiş, həmin arayışda 72,5 kv.m sahəli mənzildə Cavabdeh (cavabdehin) ailəsi ilə birlikdə, 36 kv.m sahəli mənzildə isə X5 (iddaçının atası) arvadı və 3 uşağı ilə birlikdə yaşamaqları qeyd edilmişdir. X5 adına həmin MKİS tərəfindən 23.04.2019-cu il tarixdə arayış verilmiş, həmin arayışdan görünür ki, 108,5 kv.m-dən ibarət olan ünvan 1 ünvanında yerləşən 39 saylı mənzilin kirayəçisi X1r, iddiaçı qızı ilə, cavabdeh isə ailə üzvləri ilə birlikdə həmin evdə qeydiyyatdadırlar. Hazırda iddiaçı cavabdehin yaşadığı 72,5 kv.m sahəyə köçürülməsini istəyir. İddianı rədd edən birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh eyni ünvanda qeydiyyatda olsalar da, onların yaşadıqları faktiki sahələr ayrı olmuş, onların sahələri arasında 5 ailədən ibarət qonşular yaşayır və iddiaçı qeydiyyatını əsas götürərək əmisinin yaşadığı sahəyə köçürülməsini istəyir. Bu halları iddiaçı eyni zamanda Sabunçu Rayon Məhkəməsinə 16 iyun 2020-ci il tarixdə verdiyi iddia ərizəsində də qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Vətəndaşların mənzil hüququ mənzil qanunvericiliyində də təsbit edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 39 saylı mənzilə köçürülməsini xahiş etsə də, o faktiki olaraq həmin mənzildə yaşayır. İddiaçı azyaşlı qızı ilə birlikdə həmin mənzilin 36 kv.metr hissəsində yaşadığını Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanladığı 16 iyun 2020-ci il tarixli, yəni hazırkı iddia ərizənin verilməsindən 3 ay əvvəl verdiyi iddia ərizəsində də etiraf etmiş və Cavabdeh yaşadığı mənzilin 72,5 kv.metr sahəsi olan hissəsinə köçmək istədiyini bildirmişdir. (i.v.37-38) Apellyasiya icraatı zamanı işə baxılarkən İddiaçı kirayədə qaldığını bildirsə də, kirayə müqaviləsini məhkəməyə təqdim etməmiş və hansı ünvanda kirayədə qalması barədə sualı cavablandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-c maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi, İddiaçı mənzil hüquqlarının pozulması təsdiq olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(008)- 750/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7889/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7889/2021
27.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver