Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7890/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «vərəsəlik hüququnun tanınması» tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-3906/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı, iddiaçı iddianın təmin etmə tədbiri barədə ərizə verərək, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 44, mənzil 15-in üzərinə, hazırki mübahisə bitənədək həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, həmin qərardaddan cavabdehlər şikayət vermişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim Əminə Abbasova) şikayət təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə görülmüş iddianın təmin tədbiri ləğv edilmiş, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 44, mənzil 15-in üzərinə qoyulmuş həbs götürülmüşdür. Sonuncu qərardaddan iddiaçı şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət - birinci instansiya məhkəməsi qərardadının əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, hazırki işə mahiyyəti üzrə baxılmamış iddianın təmin tədbirinin ləğv edilməsinin qanunsuz olması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilsədə, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 44 saylı evin, 15 saylı mənzilindən payların naturada ayrılması, bu mümkün olmadığı təqdirdə mənzilin açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddiası təmin edilməmiş, lakin Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuş, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 44 saylı evin, 15 saylı mənzilinin açıq hərracdan satılması və satış pulunun 1/6 hissəsinin Cavabdeh1, 1/6 hissəsinin Cavabdeh2, 1/6 hissəsinin Cavabdeh3 və 1/6 hissəsinin Cavabdeh4 verilməsi, satış pulunun qalan 2/6 hissəsinin səlahiyyətli şəxs tələb edənə qədər icra məmuru tərəfindən müvafiq depozitdə saxlanılması qət edilmişdir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 44 saylı evin, 15 saylı mənzilinin açıq hərracdan satılması və satış pulunun 1/6 hissəsinin Cavabdeh1, 1/6 hissəsinin Cavabdeh2, 1/6 hissəsinin Cavabdeh3 və 1/6 hissəsinin X2 verilməsi, satış pulunun qalan 2/6 hissəsinin səlahiyyətli şəxs tələb edənə qədər icra məmuru tərəfindən müvafiq depozitdə saxlanılması, 15 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçılara ödənilməsi, cavabdeh İddiaçı 100 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekseprtizası Mərkəzinə ödənilməsi qət edilmişdir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 6437/2019 saylı icra vərəqəsi verilmişdir. İşdəolan Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır və icra sənədi Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Göründüyü kimi,mübahisəli əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər (vərəsələr) arasında paylarına uyğun bölünməsi barədə qanuni qüvvədə olan məhkəmə qərarı vardır. İddianın təmin tədbirini ləğv edən birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, üzərinə həbs qoyulan daşınmaz əmlakla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə üzrə verilmiş icra sənədi hazırda icra mərhələsindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi razılaşaraq həmçinin qeyd edir ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər.İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu səbəbdən də,iddia tələbi ilə iddianı təmin etmə tədbiri arasında elə səbəbli əlaqə mövcud olmalıdır ki,görünlən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Əks halda görülmüş tədbirlər əhəmiyyətsiz olmaqla, şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «vərəsəlik hüququnun tanınması» tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-3906/2020 saylı qərardadından iddiaçı təminedilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 3906/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7890/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7890/2020
27.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver