Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7894/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə Maraqlı şəxs Cavabdeh2 iştirakı ilə, İddiaçı Assosiyasiyasının Cavabdeh1 MMC-yə qarşı qiymətləndirmə rəyinin ləğv olunması tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-728/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, İddiaçı Assosiyasiyasına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 1a ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi barədə Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2019cu il tarixli QR-1806 saylı qiymələndirmə rəyinin ləğv edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Assosiyasiyası Cavabdeh1 MMC-yə qarşı qiymətləndirmə rəyinin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı" Assosiasiyasınaməxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 1a ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi barədə Cavabdeh1 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli QR-1806 saylı qiymətləndirmə rəyininləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsi tərəfindən Cavabdeh2 "İddiaçı" Assosiasiyasına qarşı "əmlakın alınması və maddi zərərin ödənilməsi tələbinə dair" iddiası təmin edilərək "HOWO" ZZ5255, GJBM3245B markalı, ** FH *** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobilinin və 72800 manat pul məbləğinin "İddiaçı" Assosiasiyasından alınaraq Cavabdeh2 verilməsi barədə 2(004)3709/2013 saylı iş üzrə xx xxxxxx 2013-cü il tarixli qətnamə qəbul edilmişdir.Qətnamə icraya yönədilmiş və Nəsimi rayon İcra şöbəsitərəfindən icra vərəqəsi verilmişdir.Həmçinin Nəsimi rayon Məhkəməsinin 8(006)-523/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu hüquqi şəxs "İddiaçı" Assosiasiyasına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi ünvanındayerləşən daşınmaz əmlakın üzərinə həbs qoyulmuş və tələb həmin əmlaka yönəldilmişdir.Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən "qiymətləndiricinin dəvət edilməsi haqqında" xx.xx.2018-ci il tarixli qərar qəbul edilmişdir. Lakin hansı marağa görəsə qiymətləndirmə Ədliyyə Nazirliyinin müvafiq qurumuna deyil, səlahiyyəti olmayan "Cavabdeh1" MMCyətapşırılmışdır. Həmin MMC tərəfindən göstərilən əmlak real dəyərindən dəfələrlə aşağı qiymətləndirmiş və satılması üçün Hərrac Mərkəzinə göndərilmişdir. Qiymətləndirmə aktı (rəyi) əmlakın satılması üçün hərraca göndərilməsi barədə bildiriş qəsdən onlara təqdim edilməmişdir.Qeyd edilənləri nəzərə alaraq iddi tələbinin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh2apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları tam araşdırılmamışdır, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının və cavabdehin səlahiyyətli nümaəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Maraqlı şəxs Cavabdeh2 izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan Yasamal Rayon Məhkəməsinin 2(004)-3709/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi ilə əlaqədar Nəsimi rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli Qərarı və 13078-16606/13/5-6 saylı xx.xx.2018-ci il tarixli müraciəti ilə Cavabdeh1 MMC qiymətləndirmə aparmışdır. Cavabdeh1 Assosiyasiyasının Nəsimi Rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi Salyan şossesi 1a ünvanında yerləşən 5 ha torpaq sahəsinin bazar dəyəri 100.000 (yüz min) manat müəyyən edilmişdir. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli. 2(008)- 5244/2019 saylı qərardadına əsasən, “xxxxxxxxxxxxx” MMC iddiaçı "İddiaçı" Assosiasiyasına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 1a ünvanında yerləşən 5.22 ha torpaq sahəsinin qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Qiymətləndirilən torpaq sahəsinin bazar qiyməti 522.000 (beş yüz iyirmi iki min) manat, ilkin satış qiyməti 350.000 (üç yüz əlli min) manat dəyərində müəyyən edimişdir. "Qiymətləndirmə fəaliyyəti haqqında"Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı hallarda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır: məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda; (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır) Həmin Qanunun 7-ci maddəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin qanunun 8-ci maddəsində bildirilir ki, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsində göstərilir ki,qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzəz alaraq, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Maraqlı şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7894/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7894/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver