Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-790/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vaqif Şirinlinin iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “elektron əmək bazasındakı yalnışlığın düzəldilməsi, maddi və mənəvi zərər” tələbinə dair 2(005)- 2057/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İdiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron əmək bazasında və MMC-nin müvafiq əmrindəki yanlışlığın əmək kitabçasına əsasən düzəldilməsi, eyni zamanda ona vurulmuş maddi və mənəvi ziyan müqabilində "xxxx" MMC-dən onun xeyrinə 5000 (beş min) AZN tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.08.2013-cü il tarixində Cavabdeh MMC şirkətində dizayner vakansiyası üzrə işə qəbul olunmuşdur. 29.08.2014-cü il tarixdə öz ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, nəşriyyatdan çıxdıqdan sonra bir müddət fərdi olaraq fotoqraflıqla məşğul olmuşdur. Sonradan rəsmi olaraq işə düzəlmək üçün müxtəlif şirkətlərə CV göndərmiş və işlə bağlı müsahibələrə çağrıldıqda ona əmək kitabçasıyla Sosial Müdafiə Nazirliyinin online elektron əmək kitabçası bazasının məlumatlarının uğun gəlmədiyini bildirilmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında online qeydiyyatdan keçib əmək müqaviləsini yoxlayarkən orada xitam səbəbi olaraq əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verməsi, əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə ƏM-nin 70-ci maddəsinən “Ç” bəndinin göstərildiyini aşkar etmişdir. İddiaçı orada işlədiyi müddətdə icasəsiz olaraq 1 gün də olsun işdən qalmamışdır. Hamıdan tez gedib, işdən vaxtından gec çıxmışdır. Tenderlər zamanı sutkalarla evə getmədən gecə-gündüz orada qalmışdır(Giriş-çıxış fərdi kartla olub və hamısı qeydiyyata alınıb). İşlədiyi müddətdə ona tapşırılan işləri zamanında və plandan artıq yerinə yetirmişdir. İşlədiyi dövrdə əmək funksiyasını yerinə yetirməməklə bağlı xəbərdarlıq, töhmət və s. almamışdır. Bu barədə iddiaçı akt və ya digər sənədlər imzalamamışdır. Cavabdeh MMC şirkətinə bu səhvlə bağlı məlumat verib səhvin aradan qaldırılmasını, əks halda hüquqlarını məhkəmə yolu ilə bərpa edəcəyini bildirmişdir. Oradan deyilən şifahi cavabda bunun işçilərin səhvi olduğu, heç cür əmri dəyişə bilməyəcəklərini bildirmişlər. "xxxx" MMC şirkətinin bu səhvi ucbatından o bir neçə ildir işə düzələ bilmir. Bu da eyni zamanda ona maddi və mənəvi ziyan vurmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim edilən əmək kitabçasında qeydi əsas götürməyərək yalnız cavabdeh tərəfindən gətirilmiş şahidlərin ifadələrini əsas götürmüşdür. Həmin şahidlər cavabdehin işçiləridir. Əgər şahidlərin və cavabdehin dediyi kimidirsə, iddiaçının əmək kitabçasında cavabdeh tərəfindən öz ərizəsi ilə çıxarılması qeyd edilib və imza və möhür vurulmazdı. Bununla da tam aydın olur ki, məhkəmə qərəzlilik nümayiş etdirərək yalnız cavabdeh tərəfin formal ifadələrini sübut kimi qəbul etmişdir. Məhz iddiaçının təqdim etdiyi sübutlara qiymət verməməklə və heç bir istinad gətirməməklə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9,1, 77.1, və 106.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə işə birtərəfli, qərəzli yanaşmış, cavabdehin izahat və təqdim etdiyi sənədə əsaslanaraq qərar qəbul etmiş, heç bir sübuta söykənmədən iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət vermədən qətnamə qəbul etmişdir. Bununla da, mülki qanunvericiliyin tələblərini pozmuş, ədalətsiz mövqe nümayiş etdirmişdir. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının kobud şəkildə pozulması, aparılan danışıqlara baxmayaraq onların iddiaçının hüquqlarını bərpa etməməsi və onu başqa iş yerlərinə qanuni işindən və gəlirindən məhrum etməsi ciddi qanun pozuntusu olmaqla iddiaçıya mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Buna görə də cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi də alınmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(005)-2057/2020 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında və cavabdeh "xxxx" MMC-nin müvafiq əmrindəki yanlışlığın İddiaçı əmək kitabçasına əsasən düzəldilməsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manatın cavabdeh "xxxx" MMC-dən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh MMC apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28.09.2021-ci il tarixli, 2(102)-4734/2021 saylı qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-710/2021 nömrəli iş üzrə 09.04.2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçı 2014-cü ildən işdən azad olunmasına baxmayaraq hazırkı dövrə qədər həmin uyğunsuzluqdan xəbərdar olmamasını, eləcə də onun işdən azad olması barədə əmrin məhz öz xahişi ilə yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən verildiyini məhkəmədə sübut edə bilməmişdir. İddiaçı Əsgər oğlu tərəfindən məhkəmədə Cavabdeh MMC-nin 29 avqust 2014-cü il tarixli, 55 saylı əmri mübahisələndirilməmişdir, buna görə də, məhkəmə həmin əmrin qanuni olubolmamasına hazırkı iddia çərçivəsində qiymət vermir. İşəgötürən «Aspoliqraf” MMC-nin 29 avqust 2014-cü il tarixli, 55 saylı əmri qüvvədə olduğu halda, iddiaçı tərəfindən həmin əmrin ləğvi barədə tələbi olmadığından iddiaçının hazırkı tələbi təmin oluna bilməz. İddiaçının «ona vurulmuş maddi və mənəvi ziyan müqabilində "xxxx" MMC-dən xeyrinə 5000 (beş min) AZN tutulması» hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf maddi ziyana uğraması və ona hər hansı məbləğdə zərər dəyməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan E-sosial internet portalının elektron kabinetindən çıxarışdan görünür ki, İddiaçı hər ay 345,6 AZN əmək haqqı ödənilməklə Cavabdeh MMC-yə dizayner, poliqrafiya vəzifəsinə işə qəbul edilmiş, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda səbəbi ilə əmək müqaviləsinə xitam verilmişdr. İşdə olan İddiaçı Əsgər oğlunun ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı Əsgər oğlu 01.08.2013-cü il tarixdə müddətli müqavilə əsasında Cavabdeh MMCyə Dizayner vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 29 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi) xitam verilmişdir. İşdə olan “Heron” şirkətinin 17.04.2020-ci tarixli məktubundan görünür ki, İddiaçı iş təklifinə cavab olaraq, araşdırma zamanı təqdim edilən əmək kitabçası ilə məşğulluq akt sistemində əks olunmuş məlumatların düz gəlmədiyi, əmək kitabçasında öz xahişi əsasında işdən azad olunduğu göstərilsə də, məşğulluq akt sistemində isə onun Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarıldığı göstərilmişdir. Bu hal şirkətin iş prinsiplərinə uyğun olmadığından, onunla əmək müqaviləsi bağlanılmasından imtina edilmişdir. İşdə olan Cavabdeh MMC-nin 25 avqust 2014-cü il tarixli, 54/1 saylı əmrinə əsasən texniki tərtibat təchizat sahəsinin dizayneri vəzifəsində işləyən İddiaçı 25.08.2014-cü il tarixində heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi, əmək funksiyalarını, nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə ona töhmət verilmişdir. Belə halların gələcəkdə təkrar olunduğu halda, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin birtərəfli qaydada ləğv olunması qeyd edilmişdir. İşdə olan Cavabdeh MMC-nin kompyuter və texniki şöbənin müdiri T.Ş.Mehdiyev tərəfindən həmin şirkətin direktoru T.B.Axundova ünvanlanan təqdimatdan görünür ki, şöbənin işçisi dizayner İddiaçı 25.08.2014-cü il tarixində bütün iş günü işə gəlməmiş, 26.08.2014-cü il tarixində 13:29 radələrində iş yerində görünmüş və işə gəlməməsi barədə heç bir üzürlü sənəd təqdim etmədən bir saatdan sonra əmək fəaliyyətini davam etdirmədən iş yerini tərk edib getmişdir. Həmin hal 27.08.2014, 28.08.2014-cü və 29.08.2014-cü il tarixlərində də təkrar olunmuş və bütün bu günlərdə işçi işə gəlməmişdir. Bu səbəbdən istehsalat zərurəti ilə əlaqədar İddiaçı əmək fəaliyyətini açıq-aşkar davam etdirmək istəmədiyini nəzərə alaraq və əmək qanunvericiliyini kobud şəkildə pozduğundan onunla bağlanmış əmək müqaviləsinin bir tərəfli qaydada pozulmasının müzakirə etməsini xahiş etmişdir. İşdə olan Cavabdeh MMC-nin 29 avqust 2014-cü il tarixli, 55 saylı əmrinə əsasən dizayner vəzifəsində işləyən İddiaçı 29.08.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müqaviləsinə xitam verilmişdir. İşdə olan Cavabdeh MMC-nin əməkdaşları A.R.Rüstəmov, M.Q.Əsgərova, T.D.Şirinli, N.Ə.Səfərova, T.Ş.Mehdiyev, M.D.Cəlilova, E.Ə.Cavadova, S.N.Məmmədova və S.O.Quluzadə tərəfindən tərtib edilmiş 25 avqust 2020-ci il tarixli aktla müəyyən olunur ki, texniki tərtibat təchizat sahəsinin dizayneri vəzifəsində işləyən İddiaçı 25.08.2014-cü il tarixindən işə məsuliyyətsiz yanaşaraq, heç bir üzürlü səbəb olmadan, müdriyyətdən icazə almadan və məlumatlandırılmadan bütün iş günü işə gəlməmişdir. Eyni zamanda nəşriyyatın balansında olan şöbəyə məxsus Boxs 3.5 Hard disk aparatı özü ilə aparmışdır. İşdə olan Cavabdeh MMC-nin əməkdaşları A.R.Rüstəmov, M.Q.Əsgərova, T.D.Şirinli, N.Ə.Səfərova, T.Ş.Mehdiyev, M.D.Cəlilova, E.Ə.Cavadova, S.N.Məmmədova və S.O.Quluzadə tərəfindən tərtib edilmiş 26 avqust 2020-ci il tarixli aktla müəyyən olunur ki, texniki tərtibat təchizat sahəsinin dizayneri vəzifəsində işləyən İddiaçı 26.08.2014-cü il tarixindən işə məsuliyyətsiz yanaşaraq, heç bir üzürlü səbəb olmadan, müdriyyətdən icazə almadan işə gecikərək saat 13:29-da işə gəlmiş, əmək fəaliyyətini davam etdirmədən bir saat sonra heç bir xəbərdarlıq etmədən iş yerini tərk edib getmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin ya-ran-ma-sı əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qal-ma-sı-nın nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar ke-çir-məsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Proseesual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28.09.2021-ci il tarixli, 2(102)-4734/2021 saylı qərarında qeyd edilmişdir ki, əmək kitabçasındakı qeydlərin, işəgötürənin vermiş olduğu əmrdəki məlumatlara uyğun gəlməməsi özlüyündə hansı məlumatların doğru olması ilə bağlı nəticəyə gəlməyə kifayət deyil. Bu halın sübutetməyə ehtiyacı var. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddiasının əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmənin tələbi ilə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş jurnala baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki,Cavabdeh MMC-nin direktoru T.B.Axundov tərəfindən 29 avqust 2014-cü il tarixdə verilmiş 55 saylı əmrlə dizayner İddiaçı ilə əmək müqaviləsinə 29.08.2014-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmrin verilməsinə əsas kimi kompyuter və texniki şöbənin müdiri X1 təqdimatı qeyd edilmişdir. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, işçinin işdən çıxma barədə əmrini qəbul etmək səlahiyyəti işəgötürənə məxsusdur, onun imzası ilə təsdiq olunmalıdır. Əmək kitabçasındakı qeydlər işəgötürən tərəfindən doldurulmur, işəgötürənin verdiyi əmrə uyğun olaraq əmək kitabçasına köçürülməlidir, əmrdəki məlumatlar əmək kitabçasına köçürülür. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı tərəfindən iddianın təmin edilməsini sübut edən mötəbər dəlillər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-cimaddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(005)- 2057/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-790/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-790/2022
25.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver