Məhkəmə qərarları › İş №2(103)-7915/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7915/2020

16.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7915/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 nümayəndəsi vəkil X2 iştirakları ilə,İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququ tanınmaqla mənzilə köçürülməsinə dair ilkin iddia tələbinə, Cavabdeh2 İddiaçı qarşı cehiz əşyalarının evdən çıxarılmasına dair qarşılıqlı iddia tələbinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1220/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı övladı xx xxxxxx 2014-cü il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 51 V saylı 3 otaqdan ibarət fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus cehiz əşyalarının onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 51 V saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki: Tovuz Rayon Məhkəməsinin 2(062)-108/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətinə əsasən, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2014-cü il təvəllüdlü Yusif adlı uşağın İddiaçı yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır (səh.10); Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə X10 üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Yusifov X5 qəsəbəsi, ev 51 V ünvanında qeydiyyatsız yaşayır (səh.14); Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq eidlmiş surətinə əsasən, ünvan 1 V Cavabdeh2 xüsusi mülkiyyətindədir (səh.30); Cavabdeh2 tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli xəbərdarlıq göndərilərək, xüsusi mülkiyyətində olan ünvan 1 V ünvanından cehiz əşyalarının 10 gün müddətində çıxarılması tələb edilmişdir (səh.34). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1220/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin ddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 51 V saylı fərdi yaşayış evindən cavabdeh İddiaçı aid Yataq dəsti: 1 ədəd 5 qapılı, güzgülü şifoner, 1 ədəd 2 nəfərlik yataq, 2 ədəd tumba (şkar balaca), ədəd güzgülü termo, 1 ədəd 5 çaşqalı çilçıraq (lüstur), 1 ədəd içində 3 ədəd gül olan künc üçün böyük güldan, 1 ədəd Tül pərdə, ütlüklü və karniz, 2 ədəd qadın çiyin çantası, 2 ədəd sindifon yorğan, 5 ədəd döşəkcə, 3 ədəd böyük yastıq və 2 ədəd balaca yastıqca, 3 ədəd tək nəfərlik və 1 ədəd iki nəfərlik yorğan, 1 ədəd iki nəfərlik döşək, 1 ədəd tək nəfərlik döşək, 1 ədəd ağ tüklü yataq üçün pokrıval və 2 ədəd yastıqça, 1 ədəd iki nəfərlik taxt üçün buxovu odeyal, 1 ədəd tək nəfərlik yataq üçün buxovu odeyal, 1 ədəd tək nəfərlik yataq, 1 ədəd ütü altı, 2 ədəd 1x1,5 metrlik xalça, 3 ədəd solfetkalı stol süfrəsi, 1 ədəd solfetkasız stol süfrəsi, 1 cüt yastıq üzü yeni, 2 ədəd tək nəfərlik pastel dəsti, 2 paçka 3 dənəli qab dəsmalı, 1 paçka 5 dənəli qab dəsmalı, 4 ədəd bədən dəsmalı, 12 ədəd əl-üz dəsmalı, 2 ədəd qab dəsmalı işlənmiş, 2 ədəd iki nəfərlik pastel dəsti işlənmiş, 3 ədəd tək nəfərlik pastel dəsti işlənmiş, 5 ədəd tək yastıq üzü işlənmiş, 2 ədəd tək nəfərlik yorğan üzü, 5 ədəd şampan bakalı, 6 ədəd araq rumkası, 1 ədəd qaşlı su qrafini və 6 ədəd bakal, 6 ədəd xrustal stəkan, 1 ədəd su qabı və 5 ədəd bakaldan ibarət kompot dəsti, 1 ədəd bohema konfet qabı, 2 ədəd gəlinlik şamdanı, 1 ədəd toy güzgüsü və toy çırağı, 1 ədəd böyük aş buludu 1 ədəd balaca aş buludu 1 ədəd sup qabı 6 ədəd qaşıqlı salat kasası 2 ədəd qaşıqlı nar şərab qabı və 1 ədəd bozbaş üçün boşqabdan ibarət nahar dəsti, 1 ədəd çaydan 1 ədəd şəkər qabı 2 ədəd duz qabı 1 ədəd solfetka qabı 5 ədəd nəlbəkili fincan 6 ədəd kofe fincanı və 1 ədəd limon qabından ibarət çay dəsti, 1 ədəd güldan, 1 ədəd 4x3 metrlik xalça, 1 ədəd divar saatı, 3 ədəd qulplu padnos, 1 ədəd televizor, 1 ədəd video, 1 ədəd iki qapılı uqlavoy qorka 1 ədəd tək qapılı uqlavoy qorka və 1 ədəd güzgülü kamotdan ibarət mebel dəsti, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd 12 şamdanlı çilçıraq (lüstur), 2 ədəd üç metrlik karniz, 1 ədəd iki pəncərəlik 10 mter uzunluğu olan ağ tül pərdə və üstlüyü, 1 ədəd içi uşaq paltarı ilə dolu olan qırmızı rəngli çamodan, 2 ədəd buxovu uşaq odeyalı, 1 ədəd uşaq döşəyi, 1 ədəd uşaq yorğanı, 1 ədəd uşaq üçün bədən dəsmalı, 1ədəd uşaq yatağı, 1 ədəd 5 çaqalı çilçıraq (lüstur), 1 ədəd 3 çaşqalı çilçıraq (lüstur), 1 ədəd tül pərdə və karniz, 6 ədəd qazan 1 ədəd vedrə 1 ədəd çaynik 3 ədəd balaca ləyən və 1 ədəd kruşqadan ibarət şirəli qab dəsti, 3 ədəd açıq mavi rəngli şirəli ləyən, 1 ədəd sarı rəngli şirəli ləyən, 1 ədəd böyük nerjavika çaynik, 4 ədəd qazan və 1 ədəd tavadan ibarət nerjavika qazan dəsti, 1 ədəd çuqun qazan və 1 ədəd çuqun tava, 1 ədəd çörək qabı və 1 ədəd plastmas ləyən, 1 ədəd böyük aliminium qazan, 1 ədəd aşsüzən, 4 ədəd nerjavika padnos, 1 ədəd ətçəkən maşın, 1 ədəd kartof qızardan cihaz, 1 ədəd stolüstü taxta, 1 ədəd asılqanlı stölüstü çömçə-bıçaq dəsti, 1 ədəd blendr, 2 ədəd dəmir banka ağzıaçan dəsti, 1 ədəd kampot qabı və 11 ədəd stəkandan ibarət su qabı dəsti, 1 ədəd kampot qabı və 11 ədəd stəkandan ibarət su qabı dəsti, 2 ədəd su stəkanı, 1 ədəd ayaqlı tort qabı, 1 ədəd ləbləbi qabı, 7 ədəd ayaqlı balaca qənd qabı, 1 ədəd ayaqlı konfet qabı,2 ədəd şəkər qabı, 1 ədəd dəm çayniki, 1 ədəd rəndə (tvyorka), 1 ədəd platmas üç mərtəbəli qab (kartov, soğan yıqmaq üçün), 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd stolüstü soba (duxovka), 1 ədəd mebelüstü 4 gözlü soba (peç), 1 ədəd plastmas zibil qabı, 1 ədəd oxlov və duvax, 1 ədəd tozsoran, 1 ədəd ütü, 20 ədəd bir nəfərlik dərin boşqab 6 ədəd dərin bulud 2 ədəd aş üçün böyük boşqab 18 ədəd balaca pendir boşqabı 14 ədəd tək nəfərlik aç boşqabı 20 ədəd salat boşqabı 12 əsəs sup kasası və 6 ədəd balaca kasadan ibarət 8 parçalı boşqab dəsti, 6 ədəd göy rəngdə balaca kasa, 12 ədəd qaşıqlı və gül şəkilli balaca kasa, 5 ədəd aş qaşığı, 23 ədəd yemək qaşığı, 16 ədəd çay qaşığı, 1 ədəd taxta qaşıq, 23 ədəd çəngəl, 6 ədəd stəkan, 6 ədəd nəlbəki, 8 ədəd (razetka) mürəbbə qabından ibarət cehiz əşyalarının çıxarılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 184.2, 217-ci maddələrinə; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Qərarının 1 ci bəndinə; "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”- nun 2-ci maddəsinin İİİ bəndinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157; İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1 -ci maddəsinə istinadən qeyd edilmişdir ki, ilkin iddia tələbi üzrə İddiaçı 2014-cü ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 51 V saylı evə gəlin köçmüş, xx xxxx 2017-ci il tarixədək həmin ünvanda faktiki olaraq yaşamışdır. Hazırda mübahisəli fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçı ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 51 V saylı evə istifadə hüququ tanınmaqla, həmin evə köçürülməyini məhkəmədən xahiş etmişdir. hazırki iş üzrə tərəflər arasında olan münasibət 2014-cü ildə yarandığı üçün mübahisənin həllinə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmaqla, mübahisə həll olunmalıdır. İddiaçı ilə Cavabdeh1 arasında nikah münasibətlərinə xitam verildiyi üçün İddiaçı mübahisəli evə dair istifadə hüququ itirilmişdir. Cavabdeh2 yaşayış sahəsinin mülkiyyətçisi olmaqla, İddiaçı Tapdıq qızı ondan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs deyildir və ona görə də, iddiaçı cavabdeh olan mülkiyyətçinin ailə üzvü və digər qohumu hesab edilmədiyindən, onun həmin evə istifadə hüququ itirilmiş hesab edilir. ilkin iddia tələbi üzrə İddiaçı mübahisəli fərdi yaşayış evindən istifadə hüququnu itirdiyi müəyyən olunduğundan, onun həmin yaşayış evinə istifadə hüququ tanınmaqla köçürülməsi tələbi əsassızdır və ilkin iddia tələbi rədd edilməlidir. Qarşılıqlı iddia tələbi üzrə cavabdehin əmlaklarının iddiaçıya məxsus evdə saxlanması, onun evə dair hüquqlarını pozduğundan, həmin əşyaların iddiaçıya məxsus evdən çıxarılması barədə qətnamə qəbul edilməlidir. İlkin iddia üzrə İddiaçıapellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1220/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26, 43, 60-cı maddələrinə; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə; Azərbaycan Respublikası MPM-nin 77, 88, 217, 360, 384, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki,məhkəmə tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmiş, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını nəzərdə tutduğundan məhkəmə Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, o, xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra mübahisəli evə gəlin köçmüşdür, cehiz əşyalarını da həmin evə gətirmiş, yaşadığı evin təmir edilməsində yaxından iştirak etmişdir. Həmin vaxt ev xüsusi mülkiyyətdə olmamış, ev statusuna görə özbaşına tikili olmuş, evin bütün kommunal xətləri də keçmiş həyat yoldaşı Cavabdeh1 adına olmuşdur. Evdə yaşadığı müddətdə birgə nikahdan 1 övladı olmuşdur: xx.xx.2014-cü il təvəllüdlü X8. Ailə həyatı qurduqdan sonra əvvəllər münasibətləri normal olmuş, sonradan isə münasibətləri pisləşmişdir. O, ailəni qoruyub saxlamağa çalışsa da bu mümkün olmamış, əri Cavabdeh1 iddia tələbi əsasında Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, azyaşlı övladı Yusifin onun yanında qalması qət edilmişdir. xx xxxx 2017-ci il tarixdə gecə saat 12:00-da Cavabdeh1 aralarında yaranmış münaqişə nəticəsində xəstə övladı ilə birlikdə onu evdən qovmuşdur. O, məcburiyyət qarşısında qalıb atası evində məskunlaşmışdır. Cehiz əşyaları isə hazırda həmin evdədir. Bu vaxta kimi evə köçürmə tələbinə dair iddia qaldırmamasının səbəbi Cavabdeh1 onunla barışmaq istədiyi üçün olmuşdur. Lakin sonradan ona Cavabdeh2 tərəfindən cehiz əşyalarının evdən çıxarılması ilə bağlı məktub göndərməsi əslində Rafiqin onunla barışmaq niyyətinin olmadığını göstərmişdir. O, həmin evə qayıdıb orada yaşamaq istəsə də cavabdehlər buna mane olurlar. Cehiz əşyalarının da həmin evdə qalması onu həmin evi daimi tərk etmədiyini göstərir.Ev özəlləşdirilənə qədər bütün mühüm sənədlərdə evin yerləşmə yeri Maştağa qəsəbəsi Albalılıq yaşayış massivi kimi qeyd edilmişdir. Cavabdeh onu evdən qovduqdan sonra isə mübahisəli ev xx.xx.2020-ci il tarixdə bilərəkdən və qəsdən həmin evdə yaşamayan və başqa ünvanda qeydiyyatda olan baldızı Cavabdeh2 adına Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 51 V saylı mənzil kimi özəlləşdirilmişdir. O, həmin evə gəlin köçdüyü zaman ev Cavabdeh2 xüsusi mülkiyyətində olmamışdır. Onun həmin evəistifadə hüququ ola-ola ev yüklü qaydada xx.xx.2020-ci il tarixdə özəlləşdirilmişdir.Onun mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Onun mübahisəli yaşayış sahəsinə köçürülməsini istisna edən hər hansı qanuni və ya müqavilə əsasının olması müəyyən edilmir. ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərinin müəyyən edilməsi üçün Əmlak Məsələri Dövlət Komitəsinə sorğu göndərilməsi barədə verdiyimiz vəsatət məhkəmə tərəfindən təmin edilmiş, lakin göndərilən sorğuya cavab gəlmədən, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadan işə baxılması yekunlaşdırılmışdır. Həmin sorğuya cavab gəlsə idi, evin ilkin hüquqmüəyyənedici sənədlərinin baldızının yox, məhz keçmiş həyat yoldaşı Rafiqin adına olması və onu həmin evə buraxmamaq üçün əvvəlcədən qurulmuş ssenariya uyğun olaraq baldızı Cavabdeh2 adına özəlləşdirilməsi aydın olacaqdı. Bununla da, ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini müdafiə edərək, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 51 V saylı evdə cehizlərinin olduğunu, cehizlərini oradan çıxaracağını, evin əvvəllər Rafiqin olduğunu, sonradan Səidənin adına verildiyini, uşağının xəstə olduğunu, əqli-zehni geri uşaq olduğunu, uşağı üçün yaşayış evinə istifadə hüquqlarının tanınması və həmin evə köçürülməsini və ya başqa evlə təmin edilməsini Səidədən yox, Rafiqdən evə körülüməsini istədiyinibildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 nümayəndəsi vəkil X4pellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67; Mənzil Məcəlləsinin 30; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 11.1; 139-158, 180, 226, 228-ci maddələrinə, “Yaşayışyerivəolduğuyerüzrəqeydiyyathaqqında”AzərbaycanRespublikasınınQanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarının 1-ci maddəsinə; Azərbaycan Respublikası MPM-in 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 267, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayəti və iddia tələbi üzrə, daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyinin və digər hüquqlarının, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, mülkiyyət, sahiblik və istifadə hüquqları olmuş şəxs qismində iddiaçının hüquqları müəyyən edilməmiş, iddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilməmiş və iddiaçının başqa ünvanda qeydiyyatda olması, habelə daşınmaz əmlakın başqa şəxsə məxsus olması, cehiz əşyaların da orada saxlanıılması mülkiyyətçinin hüquqlarının pozulmasına şərait yaratdığı müəyyən edilmişdir. Ona görə, hazırki münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində ilk iddia üzrə sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsi müəyyən edilmir və sui-istifadəyə yönəlik meyillərin mümkünlüyü analogiyanın tətbiqi üçün əsas olmamışdır. Apellyasiya şikayəti əsassız olduğundan ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1220/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar