Məhkəmə qərarları › İş №2(103)-7926/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7926/2020

13.11.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7926/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1593/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla (çilingər) vəzifəsi üzrə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh baş direktoru Azər Əlizadənin imzası ilə təsdiqlənmiş xx xxxxxx 2019-cu il tarixli 877/K nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh X54 Zavodunda (çilingər) vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmağa əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1593/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, birinci instansiya məhkəməsi onun təqdim etdiyi sübutlara və vəsatətlərə qiymət verməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə şikayətlə razılaşmayaraq qeyd etdi ki, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozaraq peşə borcunu və öhdəliklərini yerinə yetirməmiş, istehalın və işin dayandırılmasına səbəb olmuşdur. Belə ki, o, 30, 31 oktyabr və xx xxxxxx 2019-cu il tarixlərində heç bir üzrlü səbəb bildirmədən işə gəlməmiş, daha sonra bununla bağlı kadrlar şöbəsində izahat vermək üçün çağırıldığında da iş yerinə gəlməmişdir. Əlavə olaraq, cavabdehin nümayəndəsi qeyd etdi ki, hazırkı iddia tələbi ilə analogiya təşkil edən X1 Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nərimanov Məhkəməsinin 2(005)-632/020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, bundan sonra, cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4940/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, onunla telefon vasitəsilə əlaqə saxlanılmış, iddiaçı poçt vasitəsi ilə iddiadan imtinaya dair ərizə göndərdiyini bildirmiş, lakin işə apellyasiya aydasında baxılarkən məhkəməyə belə bir ərizə daxil olmamışdır. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: 714/18 nömrəli, xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin baş direktoru X44 tərəfindən cəmiyyətin X54 Zavoduna çilingər peşəsinə qəbul edilmişdir. Cavabdeh MMC-nin X54 Zavoduna aid davamiyyət jurnalından xx.xx.2019, xx.xx.3019 və xx.xx.2019-cu il tarixlərə dair çıxarışdan görünür ki, İddiaçı qeyd olunan tarixlərdə işə gəməmişdir. Ümumi işlər üzrə direktor müavini - X31, Təchizat və satış üzrə direktor müavini - X18, Baş mühəndis - X9, Baş mexanik - X26, Baş energetik - X35, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssis - X10 və Kadrlar üzrə mütəxəssis - X3 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, X54 zavodunun 1-ci növbənin avtokar sürücüsü işləyən X19, 2-ci növbənin işçilərindən pres üzrə operatorlar X36, X6, elektrik X20, traktorçu X27, çilingər X37, İddiaçı və başqaları xx xxxxxxx 2019-cu il tarixdə saat 16.00-da zavodun işçilərindən işə gələn və işdən çıxan işçiləri zavodun giriş qapısının kənarına toplayaraq əmək haqqının artırılmasını və bu məqsədlə işə çıxmaqdan imtina etmələrini tələb etmişlər. X36, X6, elektrik X20, traktorçu X27, çilingər X37, İddiaçı və başqalan saat 16.00- da işə başlamalı olduqları halda üzürlü səbəblər olmadan işə çıxmamış, 1-ci növbənin işçilərini də öz tərəflərinə çəkərək işə çıxmamağı təhrik etmişlər. Qeyd edilən şəxslərin qanunsuz hərəkətləri nəticəsində xx xxxxxxx 2019-cu il tarixdə 2-ci növbənin işi bütünlüklə pozulmuşdur. Zavodun baş mühəndisi X9, təchizat və satış üzrə direktor müavini X18 və ümumi işlər üzrə direktor müavini X31 yığılmış işçilərə başa salaraq izah etmişlər ki, Cənab Prezidentin tövsiyyəsini rəhbər tutaraq özəl sektorda əmək haqlarının artırılmasına yanvar ayında baxılacaqdır. Onlar bu deyilənlərə əhəmiyyət verməyərək rəhbərliyi eşitməmiş və işə çıxmaqdan imtina etmiş, 2-ci növbənin işini tam olaraq pozmaları nəticəsində sifarişlər yerinə yetirilmədiyindən zavoda maddi ziyan dəymişdir. Cavabdeh MMC-nin Ucar PEZ-nun Baş mühəndisi Sənan Məmmədov, Cavabdeh MMCnin Ucar PEZ-nun Kadr məsələləri üzrə mütəxəssisi Tariyel Mustafayevin, Cavabdeh MMCnin Ucar PEZ-nun Baş mühasibi Nazim Orucovun, Cavabdeh MMC-nin Ucar PEZ-n Baş mexanik Oktay Əliyev, Cavabdeh MMC-nin Ucar PEZ-nun X13 iştirakları ilə tərtib edilmiş xx.xx.2019 və xx.xx.2019-cu il tarixli aktlardan görünür ki, həqiqətən Cavabdeh MMC-nin X54 Zavodunun X13 təqdimatına əsasən çilingər peşəsində işləyən X4 xx xxxxxxx 2019-cu il tarixində heç bir üzürlü səbəb olmadan bütün iş günü iş yerinə gəlməmiş və bu barədə Zavod əməkdaşlarına heç bir məlumat verməmişdir. Bununla da, X54 Zavodunun çilingər peşəsində işləyən X4 özünün əmək funksiyasım və əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Cavabdeh MMC-nin Ucar PEZ-nun Ümumi işlər üzrə direktor müavini Rabil Mehtiyev, Cavabdeh MMC-nin Ucar PEZ-nun Baş mühəndisi Sənan Məmmədovun, Cavabdeh MMCnin Ucar PEZ-nun Kadr məsələləri üzrə mütəxəssisi Tariyel Mustafayevin, Cavabdeh MMCnin Ucar PEZ-nun Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssisi Çingiz İsmayılovun, Cavabdeh MMC-nin Ucar PEZ-nun Sex rəisi Orxan Mahmudovun iştirakları ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, həqiqətən Cavabdeh MMC-nin X54 Zavodunun xx.xx.2019-cu il tarixdə ikinci növbədə çalışan işçilərin üzürsüz səbəbdən işə çıxmamalarının səbəbini araşdırmaq məqsədi ilə xx.xx.2019-cu il tarixində işə çıxan şəxslərdən, X21, X7 və X5 izahatları alınmışdır. İzahatlarında onlar əməllərindən peşiman olduqlarını bildirməklə rəhbərlikdən onların bağışlamalarını xahiş etmişdirlər. xx.xx.2019-cu il tarixdə işdə olmayan digər şəxslər zavoda gəlmədikləri üçün izahatı alınmamışdır. Cavabdeh MMC-nin Ucar PEZ-nun Ümumi işlər üzrə direktor müavini Rabil Mehtiyev, Cavabdeh MMC-nin Ucar PEZ-nun Baş mühəndisi Sənan Məmmədovun, Cavabdeh MMCnin Ucar PEZ-nun Kadr məsələləri üzrə mütəxəssisi Tariyel Mustafayevin, Cavabdeh MMCnin Ucar PEZ-nun Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssisi Çingiz İsmayılovun, Cavabdeh MMC-nin Ucar PEZ-nun Sex rəisi Orxan Mahmudovun iştirakları ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, həqiqətən Cavabdeh MMC-nin X54 Zavodunun xx.xx.2019-cu il tarixində birinci və ikinci növbədə çalışan işçilərin üzürsüz səbəbdən işə çıxmamalarının səbəbini araşdırmaq məqsədi ilə xx.xx.2019-cu il tarixində işə çıxan şəxslərdən, X28, X14, X22, X32 və X23 izahatları alınmışdır. İzahatlarında onlar əməllərindən peşiman olduqlarını bildirməklə rəhbərlikdən onların bağışlamalarını xahiş etmişdirlər. xx.xx.2019- cu il və xx.xx.2019-cu il tarixlərində işdə olmayan digər şəxslər zavoda gəlmədikləri üçün izahatı alınmamışdır. xx.xx.2019-cu il tarixli teleqramdan görünür ki, İddiaçı 30 və xx xxxxxxx 2019-cu il tarixlərdə heç bir üzrlü səbəb olmadan bütün iş günü iş yerində olmaması və bu barədə zavod əməkdaşlarına məlumat verməməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 877/K nömrəli əmrindən görünür ki, İddiaçı (Cəmiyyətin X54 Zavodunun çilingəri) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xx.xx.2019-cu il tarixdən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, istifadə etmədiyi məzuniyyət üçün 21 təqvim gününün kompensasiyasının ödənilməsi əmr edilmişdir. X1 Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nərimanov Məhkəməsinin 2(005)-632/020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4940/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli,qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki işin araşdırılmış materialları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 70ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Eyni zamanda, kollegiya qeyd edir ki, hazırkı iddia tələbi ilə analogiya təşkil edən X1 Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nərimanov Məhkəməsinin 2(005)-632/020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, bundan sonra, cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4940/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olduğundan iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə: Bununla da müəyyən olunur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin qətnaməsi isə qanuni və əsaslıdır, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət etməklə xitam vermiş, buna görə də məhkəmə iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1593/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar