Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7931/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “122.835 manatın indeksləşdirilməklə tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5803/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 122835 manatın indeksləşdirilməklə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 122.835 manatın indeksləşdirilməklə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci il tarixdə cavabdeh X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. 2013-cü il tarixdə həmin nikahdan bir oğluu anadan olmuşdur. İddiaçı ailə qurmamışdan əvvəl, 2006-cı ildə “xxxxxxxxxxxxx” MTK ilə müqavilə bağlayaraq, mənzil əldə etmişdir. Evlənən vaxt həmin mənzil hələ hazır olmadığından iddiaçı R.Xudiyeva ilə birlikdə bir müddət kirayə tutduqları mənzildə yaşamışdır. Bu vaxt iddiaçının qayınatası-digər Cavabdeh ona təklif etmişdir ki, onun torpağı var və o, həmin torpağı iddiaçıya hədiyyə vermək istəyir, iddiaçı da MTK-dan aldığı mənzili satmış və həmin torpaq sahəsində ev tikmişdir. Həmin vaxt iddiaçı işlədiyindən, işi ilə bağlı tez-tez ölkə xaricinə çıxdığından qayınatası narahat olmamağını və tikinti işinə özünün rəhbərlik edəcəyini bildirmişdir. Sonradan isə iddiaçı tikintinin tamamlanması və evin təmiri üçün 2014-cü ilin iyun ayında xxxxxxxxxx” ASC ilə kredit müqaviləsi bağlayaraq 348000 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi anası X4 bankla zaminlik müqaviləsi bağlamış, qayınatası Cavabdeh isə bankla ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus qeyri-yaşayış sahəsini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı həmin krediti öz qazancı hesabına şəxsən özü ödəmiş və krediti tam bağladığından nəticədə qayınatasına məxsus qeyri-yaşayış sahəsi də ipoteka yüklülüyündən azad olunmuşdur. 2014-cü ilin payızında iddiaçı artıq tam hazır olmuş evinə köçmüşdür. Mənzilin bütün kommunal xidmətləri rəsmiləşdirilmiş və ailənin digər ehtiyacları kimi kommunal xidmətlərə görə haqlar da hər ay iddiaçı tərəfindən ödənilmişdir. 2018-ci ildə həyat yoldaşı ilə aralarında söz-söhbət olmuş və iddiaçı yoldaşına hirslənərək 1 şillə vurmuşdur. Bundan istifadə edən qayınatası onu Xətai RPİ-yə vermiş, sonradan iddiaçı yoldaşı ilə barışdığından həmin iş bağlanmışdır. Həmin ərəfədə qayınata Cavabdeh həyat yoldaşının adından ümumi etibarnamə alaraq, iddiaçıya qarşı Xətai Rayon Məhkəməsində “nikahın pozulması”, öz adından isə “evdən çıxarılma” tələbinə dair iddialar qaldırmış (sonradan aralarında barışıq əldə olunduğundan həmin iddialar baxılmamış saxlanılmışdır.) və bu zaman iddiaçıya məlum olmuşdur ki, qayınatası əlaqələrindən stifadə edərək iddiaçıya məxsus evə dair 2018-ci ilin əvvələriııdə öz adına çıxarış almışdır. İddiaçı dəfələrlə həm özü, həm də atası qayınatası ilə söhbətlər edərək doğru hərəkət etmədiyini, iddiaçıya məxsus evə dair öz adına çıxarış almağının qanunsuz və əsassız olduğunu bildirmişlər. Qayınatasına təklif etmişdir ki, onsuz da iddiaçı evi gələcəkdə övladı üçün tikdirmişdir. Buna görə də aralarında əsassız gərginlik yaranmamasi üçün evi övladının adına keçirsin. Qayınatası əvvəlcə bununla razılaşsa və ona vaxt verməyini, tezliklə bu məsələni həll edəcəyini bildirsə də, həll etməmişdir. İddiaçı ailəsinin dağılmaması, söz-söhbətlər olmaması üçün bir müddət gözləmişdir. Sonradan iddiaçı onun tərəfindən məsələnin həll edilmədiyini görüb Azərbaycan Respublikası Baş Prokuroruna, X8, Xətai Rayon Prokurorluğuna və Xətai Rayon Polis İdarəsinə şikayətlər etmişdir. Xətai RPİ-nin 34-cü PŞ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının Cavabdeh barəsində etdiyi şikayətləri üzrə cinayət işinin başlanması rədd edilərək, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Buna görə də iddiaçı ünvan 1 C ünvanında fərdi yaşayış evinə dair qayınatası-Cavabdeh adına xx.xx.2018-ci il tarixdə aparılmış qeydiyyatın və buna əsasən verilmiş çıxarışın etıbarsız hesab edilməsi, həmin fərdi yaşayış evinin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə digər cavabdeh X2 (pay) mülkiyyət hüquqlarının tanınması və onlara çıxarışların verilməsinə dair qətnamə qəbul edilməsinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin (Hakim: Aygün Həsənova) xx xxxxxxxx 2020-ci il tarixli .qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin məhkəmə araşdırması zamanı cavabdeh Ç.Xııdiyev həqiqətən də iddiaçının MTK-dan adığı mənzili 62 700 manata sataraq, pulunu ona verdiyini, “xxxxxxxxxx” ASC-dən götürdüyü 24 800 manat kreditdən 30 000 manatını ona verərək, krediti şəxsən iddiaçının ödədiyini təsdiq edərək, guya iddiaçının həmin məbləğləri ona “borc” verdiyini bildirmişdir. Halbuki həmin vaxt özümün evə ehtiyacı olduğu halda, qayınatasının guya özü üçün tikdirdiyi evə görə iddiaçı özü evini satıb, kirayədə yaşayıb, bankdan kredit götürərək, həmin krediti ödəyəcək qədər ağılsız və məntiqsiz ola bilməzdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinə görə əır mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin :sdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. iddiaçının iddiası məhkəmə tərəfindən rədd edildiyindən hesab edir ki, cavabdeh iddiaçının hesabıma yuxarıda göstərdiyi məbləğlərdə əsassız yerə varlanmışdır. İddiaçı “xxxxxxxxxx" ASC-dən əldə etdiyi kredit tarixindən də müəyyən olunur ki, iddiaçı aldığı 34800 manat kreditə görə banka 25 335 manat faiz ödəmişdir. Cavabdeh iddiaçının hesabına 2013-2014-cü illərdə (62700 manat+34800 manat) 122.835 manat varlanmışdır. Həmin tarixdən hal-hazırki dövrədək 6 il vaxt keçdiyindən həmin məbləğ indeksləşdirilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5803/2020 saylı, xx.xx.2020-ci il tarixliqərardadı ilə İddiaçı Cavabdeh qarşı 122.835 manatın indeksləşdirilməklə tutulmasına dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5803/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi bu norma məhz məhkəmə qətnaməsi ilə tutulmuş məbləğin həmin qətnamənin icrası zamanı müvafiq indeksasiyasını nəzərdə tutur. İddiaçının tələb etdiyi məbləğ üzrə isə məhkəmə qətnaməsi qəbul edilməmişdir. İddiaçı hesab edir ki, onun həmin məbləğin tutulmasını yə tutulan zaman da indeksləşdirilməklə tutulmasını xahiş etməyi hər hansı normanı pozmur. İddiaçı cavabdehdən onun xeyrinə 122.835 (bir yüz iyirmi iki min səkkiz yüz otuz beş) manatın tutulmasını xahiş edir və eyni zamanda xahiş edir ki, Məhkəmə həmin məbləği tutarkən 2013-cü ildən indeksasiyasını nəzərə almaqla tutsun. Halbuki “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. İddiaçı da dövlət tərəfindən müəyyən edilmiş bu mexanizmə əsasən məhkəmədə dövlət tərəfindən qorunmasına təminat verilən hüquqlarının bərpası məqsədilə cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğin indeksasiya olunmaqla tutulmasını xahiş edirəm ki, bu da qanunvericiliyin tələblərinə tam uyğundur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5803/2020 saylı, xx.xx.2020-ci il tarixliqərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5803/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından verilmişşikayət rədd edilərək, şikayət baxılması üşün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Ş.Süleymanova şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5803/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək, mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarına, iddiaçının nümayəndəsinin izahatına, iddia ərizəsinə və şikayətin məzmununa əsasən müəyyən olunur ki, iddiaçı cavabdehdən onun xeyrinə 122.835 (bir yüz iyirmi iki min səkkiz yüz otuz beş) manatın tutulmasını xahiş edir və eyni zamanda xahiş edir ki, məhkəmə həmin məbləği tutarkən 2013-cü ildən indeksasiyasını da nəzərə alsın. Kollegiya işin qeyd olunan hallarına və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq hesab edir ki, iddiaçının iddia tələbinin məzmunu 122.835 manat məbləğin indeksasiyası ilə yanaşı həmin məbləğin cavabdeh tərəfindən iddiaçının xeyrinə tutulmasını da ehtiva etdiyindən, birinci instansiya məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsinə dair mövqeyi əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mübahisəyə baxılmasından ötrü sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5803/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılmasından ötrü sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7931/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7931/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver