Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7932/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: barışıq sazişi, icraata xitam) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi (vəkili) X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs – Maraqlı şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K. X3 iştirakları ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. “XXİ Əsr" MTK ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 174 nömrəli müqavilə bağlanmış, müqaviləyə görə MTK, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 49,71 kv.m olan 1 otaqdan ibarət 24 saylı mənzili Cavabdeh təhvil verməyi, Cavabdeh isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdələrinə götürmüşlər.
2. Həmin müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, MTK-nın Cavabdeh müqavilə öhdəliklərini, o cümlədən “Texnikabank" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən yaranmış aylıq annuitet ödəniş daxil bütün vəzifələri vaxtında və tam şəkildə həyata keçirilməsini tələb etmək hüququ vardır. Müqavilənin 2.4.1-ci bəndində “Texnikabank" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə aylıq annuitet məbləği və digər pul öhdəliklərini vaxtında tam şəkildə ödəmək Cavabdeh vəzifəsi kimi müəyyən olunmuşdur.
3. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, Cavabdeh mənzilin təmir-quraşdırma işlərinə “Texnikabank" ASC ilə bağlanılmış kredit müqaviləsi üzrə borcu olmadıqda və digər pul öhdəlikləri tam ödənildikdən sonra başlaya bilər; 3.1-ci və 3.2-ci bəndlərinə görə, müqavilənin cəmi qiyməti 42 253 manatdır və həmin məbləğin 80%-lik hissəsi "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında ödənilməlidir; 5.4-cü bəndinə görə, Cavabdeh “Texnikabank" ASC qarşısında öhdəlikləri tam icra edilənə qədər MTK özünün və “Texnikabank" ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər və Cavabdeh tərəfindən bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürülə bilməz; 6.1-ci bəndinə görə, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzinə) görə mülki hüquqi məsuliyyət daşıyırlar; 10.1-ci bəndinə görə, Cavabdeh tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var; 10.2-ci bəndinə görə, müqavilənin ləğv edilməsi halında Cavabdeh tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar MTK-nın bir-başa və ya dolayı bütün məsrəfləri və "xxxx" ASC-nin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində ona qaytarılacaq.
4. “Texnikabank" ASC ilə Salamova (Eyvazova) Elnura Qaraxan qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1856/15 saylı təminatlı kredit müqaviləsinə əsasən, ünvan 1ndə yerləşən yaşayış kompleksinin 1-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,71 kv.m olan 1 otaqdan ibarət 24 saylı mənzilin alınması üçün Cavabdeha 120 ay müddətinə, illik 12 %-lə 32 380 ABŞ dolları məbləğində kredit verilmişdir.
5. Kredit müqaviləsinin 4.1-ci bəndinə görə kredit öhdəliklərinin təminat üsulu alınacaq mənzilin ipotekasıdır və irəlidə təminat üsulu adlandırılacaq borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə borcalan və ya üçüncü şəxslə girov müqaviləsi bağlanılır; 4.2-ci bəndinə görə təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyatı subyektlər tərəfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə ilə tənzimlənir.
6. “Texnikabank" ASC ilə İddiaçı Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2014-cü il tarixli "Birgə fəaliyyət haqqında" müqavilədən görünür ki, müqavilənin predmetini ünvan 2 ünvanında tikintisi aparılan “Bakikhanov Residence" çoxmərtəbəli yaşayış və ticarət kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 3 aydan 60 ayadək, kooperativin rəhbərliyinin müraciəti əsasında və istisna hallarda isə 120 ayadək müddətə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikəri təşkil edir.
7. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə Kooperativ Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq, ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla banka tam ödənilməsini öhdəsinə götürür; 6.1-ci bəndinə əsasən, Bank Kooperativin bank hesablarından bu Müqavilə ilə yaranmış borcu, hesablanan dəbbə pulunu və vurulmuş zərəri, habelə bu Müqavilənin 5.4-cü bəndində göstərilən məbləği akseptsiz qaydada silmək hüququna malikdir; 6.4-cü bəndinə əsasən, Bankın Kooperativdən onun hüquqlarını yerinə yetirməyə mane olan hər cür pozuntuları aradan qaldırmağı tələb etmək hüququ var; 7.2-ci bəndinə əsasən, Kooperativ öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə Banka dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan “Texnikabank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi qismən təmin edilmiş, Cavabdeh və “XXİ ƏSR" Mənzil-Tikinti Kooperativindən 32 260,29 ABŞ dolları əsas, 18 339,64 AbŞ dolları faiz, 914 ABŞ dolları cərimə olmaqla, cəmi 51 513,93 ABŞ dolları borcun və 15 manat dövlət rüsumunun alınaraq ləğv prosesindəki “Texnikabank" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti qismən təmin edilərək cərimənin məbləği 3226 ABŞ dolları, ümumi borc isə 53 825,93 aBş dolları müəyyən edilmişdir.
10. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı (MTK) Cavabdeh qarşı (Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs kimi cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev 21) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 49,71 kv.m olan 1 otaqdan ibarət 24 nömrəli mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiyanın və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumun cavabdehdən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2015-ci il tarixli 174 nömrəli müqaviləyə əsasən MTK, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 49,71 kv.m olan 1 otaqdan ibarət 24 saylı mənzili Cavabdeh təhvil verməyi, Cavabdeh isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs ASC ilə Salamova (Eyvazova) Elnura Qaraxan qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1856/15 saylı təminatlı kredit müqaviləsi əsasında, ünvan 1ndə yerləşən yaşayış kompleksinin 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49,71 kv.m olan 1 otaqdan ibarət 24 saylı mənzilin alınması üçün Cavabdeh 120 ay müddətinə, illik 12 %-lə 32 380 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh həm MTK ilə bağladığı xx.xx.2015-ci il tarixli 174 nömrəli alqı-satqı müqaviləsinin tələblərini, həm də “Texnikabank" ASC ilə bağlanan xx.xx.2015-ci il tarixli 1856/15 nömrəli kredit müqaviləsinin tələblərini və üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozmuşdur. Belə ki cavabdeh MTK-dan aldığı mənzilə dair verilmiş kredit üzrə Maraqlı şəxs ASC-yə borcu olduğu və uzun müddətdir heç bir ödəniş etmədiyi halda, heç kimdən razılıq almadan, xx.xx.2015-ci il tarixli 174 nömrəli alqı-satqı müqaviləsinin 2.4.2ci bəndinin tələblərini pozaraq mənzildə təmir-quraşdırma işləri aparmaqla həmin işləri yekunlaşdırdıqdan sonra uzun müddətdən bəri mənzildən yaşayış sahəsi kimi istifadə edir. Bundan əlavə, baxmayaraq ki, Cavabdeh kredit qeyd edilən mənzilin əldə edilməsi üçün verilmişdir və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərdən biri də həmin mənzili Maraqlı şəxs ASC-də ipoteka ilə yüklü etmək olmasına baxmayaraq, E. Eyvazova bir çox xəbərdarlıqlara baxmayaraq həmin öhdəliklərin icrasından da yayınmış, sonradan bankın müflis olması nəticəsində ləğv etmə prossesində olması bu öhdəliklərin icrasını mümkünsüz etmişdir. Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 1856/15 nömrəli təminatlı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə ləğv prosesində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona və MTK-ya qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-114/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh və “XXİ ƏSR" Mənzil-Tikinti Kooperativindən 32 260,29 ABŞ dolları əsas, 18 339,64 ABŞ dolları faiz, 914 ABŞ dolları cərimə olmaqla, cəmi 51 513,93 ABŞ dolları borcun və 15 manat dövlət rüsumunun alınaraq “Texnikabank" ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Əmanətlərin Sığortalanması Fondu və Eyvazova (Salamova) Elnura Qaraxan qızı tərəfindən verilən apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2020-ci il tarixdə baxılmış, Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti qismən təmin edilərək cərimənin məbləği 3226 ABŞ dolları, ümumi borc isə 53 825,93 ABŞ dolları müəyyən edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verilən kassasiya şikayətinə Ali Məhkəmədə xx.xx.2021-ci il tarixdə baxılaraq şikayət təmin edilməmişdir. Qərar qanuni qüvvəsini alaraq icra olunması üçün aidiyyəti icra şöbələrinə yönəldilmişdir. “Texnikabank" ASC ilə “XXİ ƏSR" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Birgə fəaliyyət haqqında" müqaviləyə əsasən, müqavilənin predmetini ünvan 2 ünvanında tikintisi aparılan “Bakikhanov Residence” çoxmərtəbəli yaşayış və ticarət kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 3 aydan 60 ayadək, kooperativin rəhbərliyinin müraciəti əsasında və istisna hallarda isə 120 ayadək müddətə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Hal-hazırda cavabdeh banka olan borcunu ödəməməsi səbəbindən aidiyyəti icra şöbəsində “XXİ ƏSR" Mənzil-Tikinti Kooperativi barəsində məcburi icra tədbirləri həyata keçirilir və bu da MTK-nın fəaliyyətinin normal tənzimlənməsini çətinləşdirmişdir. Kredit müqaviləsi üzrə borcunun ödənilməsi barədə Cavabdeh ilə aparılmış bütün danışıqlar nəticəsiz qalmış və onun tərəfindən ödəniş edilməsinə dair hər hansı müsbət addım atılmamış, nəticədə yuxarıda qeyd edilən məhkəmə qərarlarına əsasən Mənzil-Tikinti Kooperativi ləğv prosesində olan “Texnikabank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna borclu qalmışdır. Əmanətlərin Sığortalanması Fondu tərəfindən MTK-ya müraciət olunmuş və xx.xx.2015-ci il tarixli 174 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilənin predmeti olan mənzilin boşaldılması, daha sonra mənzilin hər hansı üçüncü şəxsə satılması yolu ilə əldə olunan vəsait hesabına Cavabdeh “Texnikabank" ASC-yə olan borcunun ödənilməsi üçün zəruri tədbirlərin görülməsi tələb edilmişdir. xx.xx.2022-ci il tarixdə MTK tərəfindən cavabdehə bildiriş göndərilərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və tərəflər arasında bağlanan müqavilənin 10.1-ci və 10.2-ci bəndlərinə, habelə Əmanətlərin Sığortalanması Fondunun müraciətinə əsaslanaraq, xx.xx.2015-ci il tarixli 174 nömrəli müqavilənin ləğv edilməsi və mənzilin başqa şəxsə təkrar satışının həyata keçirilməsi yolu ilə əldə olunan vəsaitin həmin mənzilin əldə edilməsi üçün “Texnikabank" ASC tərəfindən Cavabdehyə verilmiş pul məbləğinə görə yaranmış borcun ödənilməsinə yönəldilməsinin qərara alındığı bildirilmişdir. Bundan əlavə yuxarıda qeyd olunan bildirişlə S.Qocayev küçəsi 152 (yeni qaydalarla S.Qocayev 21) ünvanda inşa edilmiş 24 nömrəli mənzilin xx.xx.2022-ci il tarixədək boşaldılaraq MTK-ya təhvil verilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi, mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiya ödənilməsi, o cümlədən məhkəmə xərclərinin tutulması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. MTK tərəfindən göndərilən bildirişə Cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş və o halhazıradək mənzili təhvil verməkdən yayınmışdır.
13. Məhkəmə baxışı dövründə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 174 nömrəli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev 21) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 49,71 kv.m olan 1 otaqdan ibarət 24 nömrəli mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiyanın və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumun cavabdehdən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, İddiaçı MTK və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 174 nömrəli müqavilənin ləğv olunması, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev 21) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 49,71 kv.m olan 1 otaqdan ibarət 24 nömrəli mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və İddiaçı MTK-ya təhvil verilməsi, 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh “XXİ Əsr" MTK-nın xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən “XXİ Əsr" MTK ilə bağlanmış xx.xx.2015-ci il tarixli 174 nömrəli müqavilə əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı tərəfə vurduğu zərər nəticəsində sonuncu, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borcunun ödənilməsi barədə Cavabdeh ilə aparılmış bütün danışıqlar nəticəsiz qalmış və onun tərəfindən ödəniş edilməsinə dair hər hansı müsbət addım atılmamış, nəticədə məhkəmə qərarlarına əsasən İddiaçı Mənzil-Tikinti Kooperativi ləğv prosesində olan “Texnikabank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna borclu qalmışdır. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “XXİ Əsr" MTK-ya müraciət olunmuş, xx.xx.2015-ci il tarixli 174 nömrəli alqısatqı müqaviləsinin ləğv edilməsi və müqavilənin predmeti olan mənzilin boşaldılması, daha sonra mənzilin hər hansı üçüncü şəxsə satılması yolu ilə əldə olunan vəsait hesabına Cavabdeh Maraqlı şəxs ASC-yə olan borcunun ödənilməsi üçün zəruri tədbirlərin görülməsi tələb edilmişdir. xx.xx.2022-ci il tarixdə MTK tərəfindən cavabdehə bildiriş göndərilərək müqavilənin ləğv edilməsi və mənzilin başqa şəxsə təkrar satışının həyata keçirilməsi yolu ilə əldə olunan vəsaitin həmin mənzilin əldə edilməsi üçün “Texnikabank" ASC tərəfindən Cavabdehyə verilmiş pul məbləğinə görə yaranmış borcun ödənilməsinə yönəldilməsinin qərara alındığı bildirilmişdir. Müəyyən edilmişdir ki, MTK tərəfindən göndərilən bildirişə Cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş və o, hal-hazıradək mənzili təhvil verməkdən yayınmışdır. Xətai Rayon Məhkəməsinin qətnaməsində cavabdeh Salamova (Eyvazova) Elnuranın iddiaya olan mövqeyindən (məhkəməyə ərizə göndərərək) görünür ki, 2015-ci ildə MTK-dan keçmiş həyat yoldaşı onun adına 1 otaqlı ev almış, ilkin ödəniş olaraq təxminən 9000 manat pul ödəmiş və əlavə olaraq təxminən 5-6 min manatlıq təmir işləri aparmış, 5-6 ay ərzində də aylıq ödənişləri etmişdir. O, ümumiyyətlə Maraqlı şəxsdan heç bir məbləğdə kreditə pul götürməmişdir. Mənzilin alınması ilə əlaqədar bütün xərcləri keçmiş həyat yoldaşı X7 etmişdir. Onun adına götürülmüş mənzili Maraqlı şəxs ASC-də girov qoyulmuşdur. Mübahisəli mənzildən imtina edir. MTK-da girov mənzilin ekspertlər tərəfindən qiymətləndirilməsi və borcun əvəzinə götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
17. İddiaçı MTK-nın məhkəmə iclasında iştirak edən nümayəndəsi X4, Cavabdeh və onun nümayəndəsi (vəkili) X5 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs – Maraqlı şəxs ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K. X8 tərəflərin artıq barışdıqlarını və barışıq sazişi bağladıqlarını bildirmiş, sazişin təsdiq olunaraq işin icraatına xitam verilməsini xahiş etmişlər.
18. Təqdim olunmuş barışıq sazişinə görə, “2.1.Cavabdeh İddiaçı MTK-ya notarial təsdiqli ərizə təqdim etməklə İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 174 nömrəli müqavilə ləğv edilir və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev 21) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 49,71 kv.m olan 1 otaqdan ibarət 24 nömrəli mənzildən Cavabdeh imtina edərək mənzili xx.xx.2022-ci il tarixədək İddiaçı MTK-ya təhvil verir. Bunun müqabilində İddiaçı MTK xx.xx.2022-ci il tarixədək ümumilikdə 32 260,29 ABŞ dolları vəsaiti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6982/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən icrası məqsədi ilə LPO Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürür. 2.2. Bu sazişin 2.1-ci bəndi icra edildikdən və bu saziş Cavabdehin apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təsdiq edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6982/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqi ilə Cavabdeh və İddiaçı MTK-nın borcunun qalan hissəsi və xx.xx.2015-ci il tarixli 1856/15 saylı kredit müqaviləsi üzrə X6 hesablanmış digər borclar LPO Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən güzəşt edilərək silinir və Əmanətlərin Sığortalanması Fondu icra vərəqinə xitam verilməsi üçün tədbir görür (aidiyyəti məhkəməyə və ya icra şöbəsinə rəsmi müraciət edir). 2.3. Cavabdeh təminat verir ki, bu sazişin 2.1-ci bəndində qeyd edilən mənzil üçüncü şəxslərin iddia və tələblərindən azaddır və gələcəkdə İddiaçı MTK-ya qarşı həmin mənzilə dair istənilən şəxs tərəfindən istənilən iddia qaldırılarsa, məsuliyyəti Cavabdeh şəxsən daşıyır və MTKya vurulmuş zərəri ödəyəcəkdir. 2.4. İddiaçı MTK təminat verir ki, xx.xx.2022-ci il tarixədək ümumilikdə 32 260,29 ABŞ dolları vəsaiti LPO Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0.1 %-i dəbbə pulunu əlavə olaraq ödəyəcəkdir. 2.5. LPO Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təminat verir ki, İddiaçı MTK ümumilikdə 32 260,29 ABŞ dolları vəsaiti ödəməklə xx.xx.2015-ci il tarixli 1856/15 saylı təminatlı kredit müqaviləsi üzrə qalıq borcu güzəşt edərək siləcək və xx.xx.2015-ci il tarixli 1856/15 saylı təminatlı kredit müqaviləsi, habelə 2(103)-6982/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqi üzrə İddiaçı MTK və Cavabdeh qarşı hər hansı iddiası və ya tələbi olmayacaqdır. 2.6. Bu Sazişin təsdiq edildiyi andan etibarən öhdəliklər (pozulması halı istisna olmaqla) tam olaraq icra olunanadək Tərəflər bir-birilərinə qarşı hər hansı iddia və ya tələblə çıxış etməyəcək”.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 370. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
20. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
21. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.
22. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.
23. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya baxışının həddi
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
27. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı MTK-nın Cavabdeh qarşı “mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış “2.1.Cavabdeh İddiaçı MTK-ya notarial təsdiqli ərizə təqdim etməklə İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 174 nömrəli müqavilə ləğv edilir və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev 21) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 49,71 kv.m olan 1 otaqdan ibarət 24 nömrəli mənzildən Cavabdeh imtina edərək mənzili xx.xx.2022-ci il tarixədək İddiaçı MTK-ya təhvil verir. Bunun müqabilində İddiaçı MTK xx.xx.2022-ci il tarixədək ümumilikdə 32 260,29 ABŞ dolları vəsaiti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6982/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən icrası məqsədi ilə LPO Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürür. 2.2. Bu sazişin 2.1ci bəndi icra edildikdən və bu saziş Cavabdehin apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təsdiq edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6982/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqi ilə Cavabdeh və İddiaçı MTK-nın borcunun qalan hissəsi və xx.xx.2015-ci il tarixli 1856/15 saylı kredit müqaviləsi üzrə X6 hesablanmış digər borclar LPO Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən güzəşt edilərək silinir və Əmanətlərin Sığortalanması Fondu icra vərəqinə xitam verilməsi üçün tədbir görür (aidiyyəti məhkəməyə və ya icra şöbəsinə rəsmi müraciət edir). 2.3. Cavabdeh təminat verir ki, bu sazişin 2.1-ci bəndində qeyd edilən mənzil üçüncü şəxslərin iddia və tələblərindən azaddır və gələcəkdə İddiaçı MTK-ya qarşı həmin mənzilə dair istənilən şəxs tərəfindən istənilən iddia qaldırılarsa, məsuliyyəti Cavabdeh şəxsən daşıyır və MTK-ya vurulmuş zərəri ödəyəcəkdir. 2.4. İddiaçı MTK təminat verir ki, xx.xx.2022-ci il tarixədək ümumilikdə 32 260,29 ABŞ dolları vəsaiti LPO Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0.1 %-i dəbbə pulunu əlavə olaraq ödəyəcəkdir. 2.5. LPO Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təminat verir ki, İddiaçı MTK ümumilikdə 32 260,29 ABŞ dolları vəsaiti ödəməklə xx.xx.2015-ci il tarixli 1856/15 saylı təminatlı kredit müqaviləsi üzrə qalıq borcu güzəşt edərək siləcək və xx.xx.2015-ci il tarixli 1856/15 saylı təminatlı kredit müqaviləsi, habelə 2(103)-6982/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqi üzrə İddiaçı MTK və Cavabdeh qarşı hər hansı iddiası və ya tələbi olmayacaqdır. 2.6. Bu Sazişin təsdiq edildiyi andan etibarən öhdəliklər (pozulması halı istisna olmaqla) tam olaraq icra olunanadək Tərəflər bir-birilərinə qarşı hər hansı iddia və ya tələblə çıxış etməyəcək” məzmunlu barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3680/2022 saylı iş üzrə 04 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və həmin mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov