Məhkəmə qərarları › İş №2(103)-7933/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7933/2021

30.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7933/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi baxılmamış saxlanılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsaslıdır. Belə ki, iddia ərizəsi ona görə baxılmamış saxlanılıb ki, tərəflər 09.10.2020-ci il tarixə təyin edilmiş iclasa gəlməmiş, bunun üzrlü səbəbdən baş verməsi barədə sübut təqdim etməmişlər. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 259.0.6-cı maddəsinin göstərişinə istinad olunub. Həmin maddə formal tətbiq olunub. Formallıq aşağıdakılarla təsdiq olunur: 1-ci, müəyyən olunur ki, Suraxanı RM-də icraat zamanı iş üzrə 3 dəfə iclas təyin olunub: 02.09.2020-ci il tarixə hazırlıq iclası, 16.09.2020 və 09.10.2020-ci il tarixlərə baxış iclası. İddiaçı tərəf 2 iclasda iştirak edib. 259.0.6-cı maddə tətbiq edilərkən iddiaçının əvvəlki davranışı nəzərə alınmalıdır. Əgər iddiaçı 2 iclasa gəlibsə, növbəti dəfə 1 iclasa gəlməməsi (və ya yubanması) baxılmamış saxlama üçün formal əsas sayılır. 2-ci, cavabdeh iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmayıb. 259.0.6-cı maddə o halda tətbiq oluna bilər ki, hər iki tərəf lazımi qaydada xəbərdar olunsun. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 şikayəti təmin edilsin. İddiaçı2 şikayəti təmin edilsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar