Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7937/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Mürvətağa Abışovun iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi tələbinə dair” 2(009)-1230/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli, Z1524 nömrəli zaminlik müqaviləsinin xx.xx.2017-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə “xxxxxxxx” İstehsal- Kommersiya Müəssisəsi arasında BPŞ/GTV-008/2014 nömrəli, xx.xx.2014-cü il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi toplusunun tərkib hissəsi olan xx.xx.2016-cı il tarixli, Kİ832 nömrəli maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Ərizəyə əsasən Bank Borcalana 24 ay müddətində ödəmək şərti ilə, illik faiz dərəcəsi 21%, cərimə faiz dərəcəsi 30% olmaqla 245.811,70 manat məbləğində birdəfəlik kredit vermişdir. Kreditin təminatı olaraq Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixli, Z1524 saylı zaminlik müqaviləsi, X9 ilə xx.xx.2016-cı il tarixli, Z1523 saylı zaminlik müqaviləsi bağlanmışdır. “xxxxxxx” X8 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli BPŞ/GTC-008/2014 nömrəli kredit sazişindən görünür ki, borcluya illik 21% dərəcəsi ilə 24 ay müddətinə 245.811,70 manat məbləğində birdəfəlik kredit verilmişdir. Cavabdeh ASC ilə X9 arasında bağlanan xx.xx.2016-cı il tarixli, Z1523 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin X9 “xxxxxxxx” X8 ilə Cavabdeh ASC arasında bağlanan xx.xx.2014-cü il tarixli BPŞ/GTC-008/2014 nömrəli kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli, P1524 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin İddiaçı “xxxxxxxx” X8 ilə Cavabdeh ASC arasında bağlanan xx.xx.2014-cü il tarixli BPŞ/GTC-008/2014 nömrəli kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmin dövrdə İddiaçı müəssisənin payçısı olduğundan onunla zaminlik müqaviləsi bağlanmışdır. Dolayısı ilə özünə məxsus şirkətin kredit borcuna zamin dayanmışdır. İddiaçı ilə X9 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış payın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı, xx.xx.1996-cı ildə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, X11, 121/5 ünvanda yerləşən “xxxxxxxx” X8 (VÖEN **********) 50%-lik payı tam alıcı X7 10,00 manata satmışdır. Yəni, kredit və zaminlik müqavilələri imzalandıqdan təxmini 1 il sonra zamin olan İddiaçı təsisçisi və kredit müqaviləsi üzrə borclu olan müəssisədəki payını satmış və dolayısı ilə öz zaminliyindən imtina etmişdir. Cavabdehə pretenziya məktubu ilə müraciət olunmuş və cavab alınmamışdır. Bu səbəblə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 667/2019 saylı qətnaməsi ilə CavabdehASC-nin iddiası qismən təmin edilmiş, “xxxxxxxx” X8, İddiaçı və X3 müştərək qaydada 108.284,67 manat əsas borc, 10.646,32 manat faiz borcu, 5.396,03 manat dəbbə pulu, cəmi 124.327,02 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13591/2019 saylı qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə tərəfindən kassasiya şikayəti verilmişdir. Qeyd olunan iş üzrə tərəf olaraq birinci instansiya məhkəməsində iştirakları təmin edilmədiyindən qarşılıqlı iddia qaldırmaq hüququndan məhrum olmuşlar. Bu səbəbdən də müqavilənin mübahisələndirilməsi zərurəti yaranmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “xxxxxxxx” İstehsal-Kommersiya Müəssisəsi arasında BPŞ/GTV-008/2014 nömrəli, 23.01,2014-cü il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun tərkib hissəsi olan xx.xx.2016-cı il tarixli, Kİ832 nömrəli maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Ərizəyə əsəsən Bank borcalana 24 ay müddətində ödəmək şərti ilə, illik faiz dərəcəsi 21%, cərimə faiz dərəcəsi 30% olmaqla 245.811,70 manat məbləğində birdəfəlik kredit vermişdir. Kreditinin təminatı olaraq, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixli, Z1524 saylı zaminlik müqaviləsi, X9 ilə xx.xx.2016-cı il tarixli, Z1523 saylı zaminlik müqaviləsi bağlanmışdır. “xxxxxxxx” X8 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli BPŞ/GTC-008/2014 nömrəli kredit sazişindən görünür ki, borcluya illik 21% dərəcəsi ilə 24 ay müddətinə 245811,70 manat məbləğində birdəfəlik kredit verilmişdir. Cavabdeh ASC ilə X9 arasında bağlanan xx.xx.2016-cı il tarixli, Z1523 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin X9 “xxxxxxxx” X8 ilə Cavabdeh ASC arasında bağlanan xx.xx.2014-cü il tarixli, BPŞ/GTC- 008/2014 nömrəli kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli, Z1524 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin İddiaçı “xxxxxxxx” X8 ilə Cavabdeh ASC arasında bağlanan xx.xx.2014-cü il tarixli BPŞ/GTC-008/2014 nömrəli kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmin dövrdə İddiaçı müəssisənin payçısı olduğundan onunla zaminlik müqaviləsi bağlanmışdır. Dolayısı ilə özünə məxsus şirkətin kredit borcuna zamin dayanmışdır. İddiaçı ilə X9 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış payın alqı-satqı müqaviləsindən görünür ki, satıcı - İddiaçı “xxxxxxxx” X8ndə olan 50 %-lik payını alıcı - X7 10 manata satmışdır. Yəni, kredit və zaminlik müqavilələri imzalandıqdan təxmini bir il sonra zamin olan İddiaçı təsisçisi və kredit müqaviləsi üzrə borclu olan müəssisədəki payını satmış və dolayısı ilə də zaminliyindən imtina etmişdir. Bildirir ki, bank qərəzli olaraq bu müqaviləni məhkəməyə təqdim etməyərək ipoteka predmetinə tutmanın yönəldilməsinin qarşısın almışdır. Qoyulmuş girov mövcud borcun tamamilə bağlanmasını təmin etsə də, bank bu borcun zaminlərdən tutulması və ipoteka predmetinin isə qüvvədə qalmasını istəmişdir. Digər məhkəmələrdə yuxarıda qeyd edilən müəssisənin balansında olan və ipoteka qoyulmuş əmlaka dair mövcud ipoteka müqaviləsi bank tərəfindən təqdim edilməyərək gizlədilmiş, verilən ifadələrdə isə ipoteka müqaviləsinin olmadığını hətta bildirilmişdi. Lakin, xx.xx.2019-cu il tarixli AR ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya ünvanlanmış cavabda Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 121/5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “xxxxxxxx” müəssisəsinin müliyyətində olması və Cavabdeh ASC-nin xeyrinə yüklü edilməsi qeyd edilmişdir. Bu halın mövcudluğu artıq bank tərəfindən borcun realizasiyasının qəlizləşdirərək birbaşa iddiaçının maddi vəziyyətini bilərəkdən ağırlaşdırması açıq aşkar görünür. Birinci instansiya məhkəməsi bu faktın mövcudluğunu araşdırmamış, bununla da geniş və obyektiv araşdırma aparılmadan yanlış nəticəyə gəlmişdir. İddiaçının fiziki şəxs olaraq zamin durmasının bu müəssisəyə aid məsələlərdə ayrı şəxs kimi qiymətləndirilməsi məntiqsizdir. Heç kim tanımadığı birinə zamin durmaz. Həmçinin, iddiaçının zaminlik müqaviləsini imzaladığı zaman məhz müəssisənin təsisçisi olması faktını sübut etməyə ehtiyac yoxdur. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh ASC ilə “xxxxxxxx” X8 arasında xx.xx.2014-cü il tarixli, BPŞ/GTC-008/2014 saylı ümumi şərtlər çərçivəsində olan xx.xx.2016-cı il tarixli, K1832 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Ərizəyə əsasən “xxxxxxxx” X5 245811,70 manat məbləğində birdəfəlik kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanılmış və həmin zaminlik müqaviləsi üzrə İddiaçı kredit alan “xxxxxxxx” X4 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə zamin durmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “xxxxxxxx” X6 kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi üçün Bank yaranmış borcun tutulması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(005)-667/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxxxxxx” X1, İddiaçı və X3 müştərək qaydada cəmi 124327,02 manat borcun Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliyin icrası ilə bağlı zamin kimi çıxış etsə də, “xxxxxxxx” X2 payını xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Lalə Ağagülovaya satmış və bu təsisçilikdən çıxmışdır. Zaminlik müqaviləsi imza olunandan bir il sonra İddiaçı təsisçi və kredit müqaviləsi üzrə borclu olan müəssisədəki payını satdığı üçün dolayısı ilə zaminlikdən imtina etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 405.1 və 477-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 477-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı cavabdehlə aralarında bağlanılmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinin qüvvədən düşmüş hesab edilməsini xahiş etsə də, bu tələbinin əsaslı olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının “xxxxxxxx” X8 üzrə təsisçilikdən çıxması, onunla bağlanmış zaminlik müqaviləsinin qüvvədən düşməsinə əsas ola bilməz. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən iddiaçı həmin müqavilə üzrə “xxxxxxxx” X4 təsisçisi kimi deyil, müstəqil fiziki şəxs kimi çıxış etmişdir. Digər tərəfdən zaminlik müqaviləsində iddiaçının kredit alan “xxxxxxxx” İKM-dən təsisçilikdən çıxdıqdan sonra zaminlik müqaviləsinin qüvvədən düşməsi ilə bağlı hər hansı şərt qeyd olunmamışdır. Zaminliyə xitam verilməsinin əsaslarının dairəsi mülki qanunvericilikdə dəqiq müəyyən edilmiş, iddiaçının iddia etdiyi əsasla zaminliyə xitam verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi üçün qanunla müəyyən edilmiş hər hansı əsas mövcud deyildir. Belə olan halda, iş üzrə tərəflər arasında mövcud olan hüquq münasibətlərinə dair düzgün nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin qanuni məhkəmə aktının ləğvi üçün əsas müəyyən edilmir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1230/2020 nömrəli mülki iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7937/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7937/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver