Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7942/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdioğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-335/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 335/2020 saylı qərardadı ilə (hakim Nigar Nəbizadə) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi alınanadək işin icraatı dayandırılmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət verərək, qərardadın iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Cavabdeh şikayətdə – birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, iddiaçı tərəfindən ona torpaq sahəsinin təhvil verilməsi və ya torpaq sahəsinin planını məhkəməyə təqdim edilməməsinə baxmayaraq müəyyən edilməmiş torpaq sahəsinin ekspertiza vasitəsi ilə eyniləşdirmənin aparılmasının absurd üsul olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 395.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda, birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. İlkin olaraq qeyd edilməlidir ki, məhkəmənin müvafiq ekspertiza təyin olunması ilə barədə qərardadı özü-özlüyündə (məhz ekspertizanın təyin olunması əsası üzrə) müstəqil qaydada mübahisələndirilə bilməz. Lakin,ekspertiza təyin olunması ilə əlaqədar iş üzrə icraatın dayanadırılması barədə qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki,şikayət təmin olunmamalı,qərardad iş üzrə icraatın dayandırlması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,MPM-in 255.0.5-ci maddəsinə görə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda, iş üzrə icraat dayandırıla bilər. MPM-in 256.0.2-cü maddəsinə əsasən iş üzrə icraat eskpertin rəyi təqdim edilənə qədər dayandırılır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 335/2020 saylı qərardadından görünür ki, məhkəmə iş üzrə xüsusi bilik tələb edən suallara cavab əldə etmək məqsədi ilə müvafiq ekspertiza təyin etmiş və MPM-in 255.0.5ci maddəsi ilə ona verilən hüquqdan istifadə edərək ekspertin rəyi təqdim edilənədək iş üzrə icraatı dayandırmışdır. Məhkəmə kollegiyası, qeyd edir ki, birinci instansiya məhkəməsi qanunvericiliklə ona verilən hüquqdan (imkandan) istifadə edərək iş üzrə icraatı dayandırmışdır ki, bunun üçün də müvafiq əsas (ekspertizanın təyin olunması) mövcud olmuşdur. Cavabdeh isə şikayətin dəlillərini bu istiqamətdə əsaslandıra bilməmişdir. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-335/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-335/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7942/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7942/2020
20.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver