Məhkəmə qərarları › İş №2(103)-795/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-795/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-795/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hüquqi varisi oğlu Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X4, X10, X11, X1, X12, X13, X14, X15, X3 qarşı «kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYY ƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hüquqi varisi oğlu Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X4, X10, X11, X1, X12, X13, X14, X15, X3 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 113969- 1-7675/1 saylı, 23.07.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə 20.08.2020-ci il tarixə Banka borclu olduğu 1159020.12 (bir milyon bir yüz əlli doqquz min iyirmi dollar 12 sent) ABŞ dolları məbləğində əsas borc, 410546.32 (dörd yüz on min beş yüz qırx altı dollar 32 sent) ABŞ dolları məbləğində müqavilə müddəti bitdiyi tarixə, yəni 23.07.2018-ci il tarixə olan faiz borcu, 120248.34 (bir yüz iyirmi min iki yüz qırx səkkiz dollar 34 sent) ABŞ dolları məbləğində müqavilə müddəti bitdiyi tarixdən, yəni 23.07.2018-ci il tarixdən bügünədək, yəni 20.08.2020-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcu, 18400.00 (on səkkiz min dörd yüz dollar 00 sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1708214.78 (bir milyon yeddi yüz səkkiz min iki yüz on dörd dollar 78 sent) ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün 30.00 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90.00 (doxsan) manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh7 və Cavabdeh2 “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın aşağıda göstərilmiş ipoteka predmetinlərinə yönəldilməsi və onların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, paylı mülkiyyət hüququ ilə Cavabdeh3 6/10 hissə, Cavabdeh4 1/10 hissə, Cavabdeh5 1/10 hissə, Cavabdeh2 1/10 hissədə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Dağlıq küçəsində istifadədə olan 0.0146 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103.2 kv.m, yaşayış sahəsi 70.08 kv.m, yardımçı sahəsi 32.4 kv.m olan 4 otaqlı 1 mərtəbəli 2 nömrəli fərdi yaşayış evi və onun tərkib hissəsinə (qaraj 24 kv.m və sanitar qovşağı 3.2 kv.m) - ilkin satış qiyməti 46 500 (qırx altı min beş yüz) manat məbləğində müəyyən edilməklə, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh6 xüsusi mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 887ci məhəllə, X32 prospekti, 81A ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 34.2 kv.m olan qeyri yaşayış sahəsi - ilkin satış qiymətinin 102 500 (bir yüz iki min beş yüz) manat məbləğində müəyyən edilməklə, xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə küçəsi, Səttar Bəhlulzadə küçəsi, keçid 1-də istifadədə olan 03663 ha torpaq sahəsində yerləşən 1 və 3 mərtəbəli, 10 otaqlı, 268.2 kv.m yaşayış, 650.2 kv.m köməkçi sahədən ibarət 24a nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 395 000 (üç yüz doxsan beş min) manat məbləğində müəyyən edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Dağlıq küçəsində istifadədə olan 0.0146 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103.2 kv.m, yaşayış sahəsi 70.08 kv.m, yardımçı sahəsi 32.4 kv.m olan 4 otaqlı 1 mərtəbəli 2 nömrəli fərdi yaşayış evinə və onun tərkib hissəsinə (qaraj 24 kv.m və sanitar qovşağı 3.2 kv.m) tutma yönəldildikdən və həmin daşınmaz əmlak satıldıqdan sonra ipoteka qoyanlar - Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və onlarla birlikdə yaşayan ailə üzvləri X4, X10, X16, X1, X12, X13, X14, X15 və X8 fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onların yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları və yaşayış sahələrinin boşaldılması, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X32 prospekti, 81A ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 34.2 kv.m olan qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və həmin daşınmaz əmlak satıldıqdan sonra ipoteka qoyan Cavabdeh6 tərəfindən məcburi qaydada boşaldılması, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə küçəsi, Səttar Bəhlulzadə küçəsi, keçid 1-də istifadədə olan 0.03663 ha torpaq sahəsində yerləşən 1 və 3 mərtəbəli, 10 otaqlı, 268.2 kv.m yaşayış, 650.2 kv.m köməkçi sahədən ibarət 24a nömrəli fərdi yaşayış evi tutma yönəldildikdən və həmin daşınmaz əmlak satıldıqdan sonra ipoteka qoyan - Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onların yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları və yaşayış sahələrinin boşaldılması, tutmanın Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan və Bank qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka predmetləri olan DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanı: ** SE ***, mühərrik: DE08TİS223574BQ, ban KL5UK42HEDU005983, şassi-, buraxılış ili: 2012, rəng: ağ) avtobusa, DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanı: ** SB ***, mühərrik: DE08TİS223371BQ, ban KL5UK42HEDU005957, buraxılış ili: 2012, rəng: ağ) avtobusa; - DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanı: ** SE ***, mühərrik: DE08TİS223256BQ, ban KL5UK42HEDU005958, buraxılış ili: 2012, rəng: ağ) avtobusa; - DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanları: ** SE ***, mühərrik: DEO8TİS223530BQ, ban KL5UK42HEDU006008, buraxılış ili: 2012, rəng: ağ) avtobusa; - DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanları: ** MO ***, mühərrik: DE08TİS112582BQ, ban KL5UK42HECU005057, buraxılış ili: 2011, rəng: ağ) avtobusa; - DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanları: ** MO ***, mühərrik: DE08TİS112352BQ, ban KL5UK42HECU005045, buraxılış ili: 2011, rəng: ağ) avtobusa; - DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanları: ** MO ***, mühərrik: DE08TİS112342BQ, ban KL5UK42HECU005046, buraxılış ili: 2011, rəng: Ağ) avtobusa; - DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanları: ** MO ***, mühərrik: DE08TİS113472BQ, ban KL5UK42HECU005055, buraxılış ili: 2011, rəng: ağ) avtobusa yönəldilməsi, avtobusların açıq hərracdan satılması və əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11/2020 saylı, 04 sentyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 113969-1-7675/1 saylı, 23.07.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə 1.159.020,12 ABŞ dolları məbləğində əsas borc, 410.546.32 ABŞ dolları faiz borcu, 10.000,00 ABŞ dolları məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 1.579.566,44 ABŞ dollarının ödəmə günü Azərbaycan manatına məzənnə ilə və məhkəmə xərci kimi dövlət rüsumuna görə ödənilmiş 30 manatın, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan ipotekaya qoyulmuş 32.000 manat dəyərində olan, DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanı: ** SE ***, mühərrik: DE08TİS223574BQ, ban KL5UK42HEDU005983, şassi-, buraxılış ili: 2012, rəng: ağ) avtobusa; - 32.000 manat dəyərində olan, DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanı: ** SB ***, mühərrik: DE08TİS223371BQ, ban KL5UK42HEDU005957, buraxılış ili: 2012, rəng: ağ) avtobusa; - 32.000 manat dəyərində olan, DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanı: ** SE ***, mühərrik: DE08TİS223256BQ, ban KL5UK42HEDU005958, buraxılış ili: 2012, rəng: ağ) avtobusa; - 32.000 manat dəyərində olan, DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanları: ** SE ***, mühərrik: DEO8TİS223530BQ, ban KL5UK42HEDU006008, buraxılış ili: 2012, rəng: ağ) avtobusa; - 26.000 manat dəyərində olan, DAEWOO BS 090 – avtobus markalı (qeydiyyat nişanları: ** MO ***, mühərrik: DE08TİS112582BQ, ban KL5UK42HECU005057, buraxılış ili: 2011, rəng: ağ) avtobusa; - 26.000 manat dəyərində olan, DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanları: ** MO ***, mühərrik: DE08TİS112352BQ, ban KL5UK42HECU005045, buraxılış ili: 2011, rəng: ağ) avtobusa; - 26.000 manat dəyərində olan, DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanları: ** MO ***, mühərrik: DE08TİS112342BQ, ban KL5UK42HECU005046, buraxılış ili: 2011, rəng: Ağ) avtobusa; - 26.000 manat (iyirmi altı min manat) dəyərində olan, DAEWOO BS 090 - avtobus markalı (qeydiyyat nişanları: ** MO ***, mühərrik: DE08TİS113472BQ, ban KL5UK42HECU005055, buraxılış ili: 2011, rəng: ağ) avtobuslara yönəldilməsi, həmin avtomobillərin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması, həmin avtomobillərin açıq hərracda satılması nəticəsində əldə edilmiş vəsait bankın xeyrinə tutulmuş pulun ödənilməsi üçün kifayət etmədikdə tutma mülkiyyət hüququ ilə Cavabdeh6 məxsus olan, ilkin satış qiyməti 107.500 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X32 prospekti, 81A ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 34.2 kv.m olan qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin Cavabdeh6 qaytarılması, həmin daşınmaz əmlakın açıq hərracdan satıldığı tarixdən bir ay müddətində həmin qeyri-yaşayış sahəsinin Cavabdeh6 tərəfindən əşyaları ilə birlikdə boşaldılması, həmin daşınmaz əmlakın açıq hərracda satılması nəticəsində əldə edilmiş vəsait bankın xeyrinə tutulmuş pulun ödənilməsi üçün kifayət etmədikdə tutma paylı mülkiyyət hüququ ilə Cavabdeh3 6/10 hissə, Cavabdeh4 1/10 hissə, Cavabdeh5 1/10 hissə, Cavabdeh2 1/10 hissədə xüsusi mülkiyyət hüququ ilə məxsus olan, ilkin satış qiyməti 51.000 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Dağlıq küçəsində istifadədə olan 0,0146 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103,2 kv.m., yaşayış sahəsi 70,08 kv.m., yardımçı sahəsi 32,4 kv.m. olan 4 otaqlı 1 mərtəbəli 2 nömrəli fərdi yaşayış evinə və onun tərkib hissəsinə (qaraj 24 kv.m. və sanitar qovşağı 3.2 kv.m.) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən banka olan borc ödənilsin. Vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsi cavabdehlər Cavabdeh3 6/10 hissə, Cavabdeh4 1/10 hissə, Cavabdeh5 1/10 hissə, Cavabdeh2 1/10 hissədə qaytarılması, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və onlarla birgə yaşayan ailə üzvləri X4, X10, X11, X1, X12, X13, X14, X15, X2 mənzilin açıq hərracdan satıldığı tarixdən bir ay müddətində əşyaları ilə birlikdəfərdi yaşayış evindən və onun tərkib hissəsindən çıxarılmaları və fərdi yaşayış evinin və onun tərkib hissəsinin boşaldılması, həmin daşınmaz əmlakın açıq hərracda satılması nəticəsində əldə edilmiş vəsaitin bankın xeyrinə tutulmuş pulun ödənilməsi üçün kifayət etmədikdə tutmanın mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, ilkin satış qiymətinin 1.975.000 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, keçid 1-də istifadədə olan 0,03663 ha torpaq sahəsində yerləşən 1 və 3 mərtəbəli, 10 otaqlı, 268,2 kv.m. yaşayış, 650,2 kv.m. köməkçi sahədən ibarət 24a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, Cavabdeh1 fərdi yaşayış evinin açıq hərracdan satıldığı tarixdən bir ay müddətində əşyaları ilə birlikdə fərdi yaşayış evindən çıxarıllmaları və fərdi yaşayış evinin boşaldılması, 113969-1-7675 saylı, 10.07.2013-cü il tarixli “xxxx” və 113969-1- 7675/1 saylı, 23.07.2013-cü il tarixli “kredit müqaviləsi”nin ləğv olunması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi ekspertiza xərcinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 145 manat pulun tutulub dövlət nəfinə keçirilməsi qət edilmişdir. Qətnamədən İddiaçı ASC-nin apellyasiya şikayəti verərək onun ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, keçid 1-də istifadədə olan 0.03663 ha torpaq sahəsində yerləşən 1 və 3 mərtəbəli, 10 otaqlı, 268.2 kv.m yaşayış, 650.2 kv.m köməkçi sahədən ibarət 24a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, 395 000 manat məbləğində müəyyən edilməsi, cavabdehlərdən müştərək qaydada tutulmalı olan 120248.34 ABŞ dolları məbləğində müqavilə müddəti bitdiyi tarixdən, yəni 23.07.2018-ci il tarixdən bügünədək, yəni 20.08.2020-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcunun təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə iddia tələblərinin təmin edilməsi, cavabdehlərdən müştərək qaydada tutulmalı olan cərimənin qismən təmin edilməsi hissəsində dəyişdirilərək həmin hissədə iddia tələblərinin tam təmin edilməsi, 113969-1-7675 saylı, 10.07.2013-cü il tarixli "xxxxnın və 113969-1-7675/1 saylı, 23.07.2013-cü il tarixli "kredit müqaviləsi"nin ləğv edilməsi hissəsində ləğv edilməsi, məhkəmə qətnaməsinin icra qaydasının, yəni ipoteka predmetlərinə tutmanın yönəldilməsi və onların açıq hərracdan satılması üçün müəyyən edilmiş növbəliyin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləğləri düzgün hesablanmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi özləri apelyasiya şikayətinin məzmununa uyğun izahat verməklə onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməyən hissələri, 113969-1-7675 saylı, 10.07.2013-cü il tarixli "xxxxnın və 113969-1-7675/1 saylı, 23.07.2013-cü il tarixli "kredit müqaviləsi"nin ləğv edilməsi, məhkəmə qətnaməsinin icra qaydasının, yəni ipoteka predmetlərinə tutmanın yönəldilməsi və onların açıq hərracdan satılması üçün müəyyən edilmiş növbəliyin üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, keçid 1-də istifadədə olan 0.03663 ha torpaq sahəsində yerləşən 1 və 3 mərtəbəli, 10 otaqlı, 268.2 kv.m yaşayış, 650.2 kv.m köməkçi sahədən ibarət 24a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi üzrə qanuniliyini və əsaslığının yoxlanılması təşkil edir. Çünki tərəflər yalnız qeyd edilən hissələrlə əlaqədar apellyasiya şikayəti vermişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehlərdən müştərək qaydada tutulmalı olan 120248.34 ABŞ dolları məbləğində müqavilə müddəti bitdiyi tarixdən, yəni 23.07.2018-ci il tarixdən bügünədək, yəni 20.08.2020-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcunun ödənilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunaraq həmin tələb təmin edilməli, "kredit müqaviləsi"nin ləğv edilməsi” hissəsində ləğv edilməli, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, keçid 1-də istifadədə olan 0.03663 ha torpaq sahəsində yerləşən 1 və 3 mərtəbəli, 10 otaqlı, 268.2 kv.m yaşayış, 650.2 kv.m köməkçi sahədən ibarət 24a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 10.07.2013-cü il tarixli 113969-1-7675 nömrəli “xxxx”na əsasən İddiaçı ASCtərəfindən Cavabdeh1 10.07.2013-cü il tarixdən 10.07.2023-cü il tarixədək 10 000 000,00 (on milyon) ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarında olan 23.07.2013-cü il tarixli 113969-1-7675/1 nömrəli “xxxx”nə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 13,90% ödəmək şərtilə 60 ay müddətinə birinci tranş üzrə 955.000 ABŞ dolları, ikinci tranş üzrə 545.000 ABŞ dolları olmaqla, ümumilikdə 1.500.000,00 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə əsasən borcalan öhdəliyi vaxtında və lazımı qaydada icra etmədikdə və ya pozduqdaborc verən ödənilməmiş məbləğin vaxtından əvvəl qaytarılmasını, faizlərin və hesablanmış dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsini(gecikdirilən hər gün üçün gecikdirilən hər tam və ya natamam 100 ABŞ dolları məbləğinə 0,5 ABŞ dolları cərimə) və öhdəliyin icrasını borcalandan tələb etmək hüququ vardır. Müqavilədə dəbbə pulunun ödənilməsi və həcmi yazılı formada razılaşdırılmışdır. İş materiallarında olan digər Cavabdeh2 ilə iddiaçı bank arasında bağlanmış 23.07.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan digər Cavabdeh7 ilə iddiaçı bank arasında bağlanmış 23.07.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan MH seriyalı ******* saylı 11.10.2007-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, keçid 1 istifadədə olan 0,03663 ha torpaq sahəsində yerləşən 1 və 3 mərtəbəli, 10 otaqlı, 268.2 kv.m. yaşayış, 650.2 kv.m. köməkçi sahədən ibarət 24a nömrəli fərdi yaşayış evi Cavabdeh1 tam mülkiyyətindədir, 11.10.2007-ci il tarixdə qeydə alınıb, reyestr nömrəsi **********74- 10301. İş materiallarında olan 13.07.2013-cü il tarixdə, ********** sayla qeydiyyata alınmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 24a saylı fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan MA seriyalı ******* saylı 09.10.2010-cu il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Cavabdeh3 (6/10 hissə), Cavabdeh4 (1/10 hissə), Cavabdeh5 (1/10 hissə), Cavabdeh2 (1/10 hissə), X5 (1/10 hissə) xüsusi mülkiyyətindədir, 09.10.2010-cu il tarixdə qeydə alınıb, reyestr nömrəsi **********83- 10301. İş materiallarında olan 12.09.2013-cü il tarixli RX seriyalı ******* saylı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasənBakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Dağlıq küçəsi, 2 saylı fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Binəqədi RİHB Biləcəri Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12.07.2013-cü il tarixli arayışına əsasən həmin ünvanda Cavabdeh3 aşağıdakı ailə üzvləri qeydiyyatdadır. Cavabdeh2, X6, X10, X17, Cavabdeh5, X1, X12, X13, Cavabdeh4, X14, X15, X8. İş materiallarında olan MA seriyalı ******* saylı 13.10.2011-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski prospekti, 81A ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 34,2 kv.m. olan qeyri yaşayış sahəsi Cavabdeh6 tam mülkiyyətindədir, 13.10.2011-ci il tarixdə qeydə alınıb, reyestr nömrəsi **********17- 06301-083040. İş materiallarında olan 24.07.2013-cü il tarixli RX seriyalı ******* saylı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 81a qeyri-yaşayış sahəsi (77/78 saylı mağazalar) İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 14.12.2007-ci il tarixli 011Bİ8/07 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən hazırkı iş üzrə 14.12.2007-ci il tarixli 011B8/07 nömrəli kreditin təminatı kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, keçid 1-də istifadədə olan 0,03663 ha torpaq sahəsində yerləşən 1 və 3 mərtəbəli, 10 otaqlı, 268.2 kv.m. yaşayış, 650.2 kv.m. köməkçi sahədən ibarət 24a nömrəli fərdi yaşayış evi 2.900,000 (iki milyon doqquz yüz min) ABŞ dolları qiymətləndirilməklə ipoteka müqaviləsi ilə banka girov qoyulmuşdur. İş materiallarında olan 26.06.2013-cü il tarixli 115271-NEDVİJ-1455 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 (ipoteka qoyanlar) və Cavabdeh1 (kredit alan) tərəfindən hazırkı iş üzrə 10.07.2013-cü il tarixli 113969-1- 7675 nömrəli kreditin təminatı kimi iddia tələbində göstərilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Dağlıq küçəsində istifadədə olan 0,0146 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103,2 kv.m., yaşayış sahəsi 70,08 kv.m., yardımçı sahəsi 32,4 kv.m. olan 4 otaqlı 1 mərtəbəli 2 nömrəli ev və onun tərkib hissəsi olan (qaraj 24 kv.m. və sanitar qovşağı 3.2 kv.m.) 172.084 manat qiymətləndirilməklə ipoteka müqaviləsi ilə banka girov qoyulmuşdur. İş materiallarında olan 10.07.2013-cü il tarixli 113969-NEDVİJ-1412 nömrəli SONRAKİ ipoteka müqaviləsinə əsasən Cavabdeh1 (ipoteka qoyan) tərəfindən hazırkı iş üzrə 10.07.2013-cü il tarixli 113969-1-7675 nömrəli kreditin təminatı kimi iddia tələbində göstərilən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, keçid 1-də istifadədə olan 0,03663 ha torpaq sahəsində yerləşən 1 və 3 mərtəbəli, 10 otaqlı, 268.2 kv.m. yaşayış, 650.2 kv.m. köməkçi sahədən ibarət 24a nömrəli fərdi yaşayış evi 780.000 manat, likvid dəyəri 470.000 manat qiymətləndirilməklə ipoteka müqaviləsi ilə banka girov qoyulmuşdur. İş materiallarında olan 19.07.2013-cü il tarixli 115259-NEDVİJ-1454 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh6 (ipoteka qoyan) və Cavabdeh1 (kredit alan) tərəfindən hazırkı iş üzrə 10.07.2013-cü il tarixli 113969-1-7675nömrəli kreditin təminatı kimi iddia tələbində göstərilən Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski prospekti, 81A ünvanında yerləşən ümumi sahəsi 34,2 kv.m. olan qeyri yaşayış sahəsi (77/78 saylı mağazalar) 340.000 manat, likvid dəyəri 204.000 manat qiymətləndirilməklə ipoteka müqaviləsi ilə banka girov qoyulmuşdur. İş materiallarında olan 25.07.2013-cü il tarixli 114985-16-10904 nömrəli avtomobil ipoteka müqaviləsinə əsasən Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1(kredit alan) tərəfindən hazırkı iş üzrə 10.07.2013-cü il tarixli 113969-1- 7675 nömrəli kreditin təminatı kimi iddia tələbində göstərilən: Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-nin 24.02.2012ci il tarixli AB seriyalı 647160 “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən DAEWOO BS 090- avtobus markalı (qeydiyyat nişanları: **-MO-***, mühərrik: DEO8TİS112582BQ, ban KL5UK42HECU005057, şassi-. buraxılış ili: 2011, rəng: ağ) avtobus 58000 manat; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-nin 24.02.2012-ci il tarixli AB seriyalı 647163 “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən DAEWOO BS 090- avtobus markalı (qeydiyyat nişanları: **-MO-***, mühərrik: DEO8TİS112352BQ, ban KL5UK42HECU005045, şassi-. buraxılış ili: 2011, rəng: ağ) avtobus 56000 manat; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-nin 24.07.2012-ci il tarixli AB seriyalı 647164 “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən DAEWOO BS 090- avtobus markalı (qeydiyyat nişanları: **-MO-***, mühərrik: DEO8TİS112342BQ, ban KL5UK42HECU005046, şassi-. buraxılış ili: 2011, rəng: ağ) avtobus 57000 manat; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-nin 24.07.2012-ci il tarixli AB seriyalı 647166 “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən DAEWOO BS 090- avtobus markalı (qeydiyyat nişanları: **-MO-***, mühərrik: DEO8TİS113472BQ, ban KL5UK42HECU005055, şassi-. buraxılış ili: 2011, rəng: ağ) avtobus 57000 manat, cəmi 228000 manat qiymətləndirilməklə ipoteka müqaviləsi ilə banka girov qoyulmuşlar. İş materiallarında olan 24.07.2013-cü il tarixli 114985-16-10903 nömrəli avtomobil ipoteka müqaviləsinə əsasən Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1(kredit alan) tərəfindən hazırkı iş üzrə 10.07.2013-cü il tarixli 113969-1- 7675 nömrəli kreditin təminatı kimi iddia tələbində göstərilən: Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-nin 24.07.2014cü il tarixli AB seriyalı 060855 “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən DAEWOO BS 090- avtobus markalı (qeydiyyat nişanları: **-SE-***, mühərrik: DEO8TİS223574BQ, ban KL5UK42HEDU005983, şassi-, buraxılış ili: 2012, rəng: ağ) avtobus; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-nin 24.07.2014-cü il tarixli AB seriyalı 057755 “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən DAEWOO BS 090avtobus markalı (qeydiyyat nişanları: **-SB-***, mühərrik: DEO8TİS223371BQ, ban KL5UK42HEDU005957, şassi-, buraxılış ili: 2012, rəng: ağ) avtobus; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-nin 24.07.2014-cü il tarixli AB seriyalı 060455 “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən DAEWOO BS 090- avtobus markalı (qeydiyyat nişanları: **-SE-***, mühərrik: DEO8TİS223256BQ, ban KL5UK42HEDU005958, şassi-. buraxılış ili: 2012, rəng: ağ) avtobus; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-nin 24.07.2014-cü il tarixli AB seriyalı 060155 “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən DAEWOO BS 090- avtobus markalı (qeydiyyat nişanları: **-SE-***, mühərrik: DEO8TİS223530BQ, ban KL5UK42HEDU006008, şassi-buraxılış ili: 2012, rəng: ağ) avtobuslar hər biri 82.000 (səksən iki min) manat, cəmi 328.000 (üç yüz iyirmi səkkiz) manat qiymətləndirilməkləipoteka müqaviləsi ilə banka girov qoyulmuşlar. İş materiallarında olan AA №094384 saylı, 24.07.2013-cü il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışa əsasən DAEWOO BS 090-avtobus markalı, **-SE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AA №094561 saylı, 25.07.2013-cü il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışa əsasən DAEWOO BS 090-avtobus markalı, **-MO-***, 90-MO163, **-MO-***, **-MO-*** qeydiyyat nişanlı nəqliyyat vasitələri İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişlər. İş materiallarında olan “xxxx” MMC-nin LP-162/19 saylı, 17.10.2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Dağlıq küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 47.000 (qırx yeddi min) manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin LP-163/19 saylı, 17.10.2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, keçid 1-də yerləşən 24A saylı fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 398.000 (üç yüz doxsan səkkiz min) manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin LP-164/19 saylı, 17.10.2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski prospekti 81 A ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) qiyməti 105.000 (yüz beş min) manat təşkil edir. İş materiallarında olan “X7” MMC-nin 27.11.2019-cu il tarixli hesabatına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, keçid 1-də yerləşən 24A saylı fərdi yaşayış evinin 27 noyabr 2019- cu il tarixinə bazar dəyəri 1.911.000 (bir milyon doqquz yüz on bir min) manat təşkil edir. İş materiallarında olan “xxxx” KB ASC-nin UB-İH/4105 saylı, 12.10.2010-cu il tarixli DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlandığı məktubunun surətindən görünür ki, “xxxx” Kommersiya Bankı ASC-nin 08 saylı filialı ilə imzalandığı 14 dekabr 2007-ci il tarixli 011Bİ8/07 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 6144 nömrəli vərəqində mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış (reyestr nömrəsi **********74-10301, qeydiyyat nömrəsi 110791033, qeydiyyat tarixi 11.10.2007) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, keçid 1, 24a saylı fərdi yaşayış evi “xxxx” Kommersiya Bankı ASC-yə ipoteka qoyulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən yuxarıda göstərilən daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğv edilməsini xahiş edilmişdir. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Yasamal Rayon Məhkəməsinə ünvanlandığı 11.01.2020-ci il tarixli **********29 saylı məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, keçid 1, 24a saylı fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair “xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 dekabr 2007-ci il tarixli 011Bİ 8/07 saylı ipoteka müqaviləsi və əlavə edilmiş sənədlər məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş qeyd edilən ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, keçid 1, 24a saylı fərdi yaşayış evi 14.12.2007-ci il tarixdə 2.900.000 ABŞ dolları dəyərində qiymətləndirilməklə ipotekaya qoyulmuşdur. İddiaçı və cavabdeh əmlakın qiymətlənqdirilməsi ilə bağlı iş üzrə mövcud rəylərlə razılaşmadığından və rəylər arasında zidiyyət olduğundan, ididaçı tərəfin təqdim etdiyi sübutlarla əmlakın qiymətinin yüksək olması, lakin hazırkı ipoteka müqaviləsində əmlakı qiymətinin əvvəlki ipoteka müqaviləsindəki qiymətindən kəskin fərq edildiyi nəzərə alınaraq, təkrar ekspertiza təyin edilərək əmlak qiymətləndirilmişdir. Sonuncu dəfə keçirmliş ekspert rəyi kimi iş materiallarında olan “xxxx” MMC-nin ƏEM/F 59-087/20 saylı, 21.02.2020-ci il tarixli ekspert rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən Cavabdeh3 6/10 hissə, Cavabdeh4 1/10 hissə, Cavabdeh5 1/10 hissə, Cavabdeh2 1/10 hissədə mülkiyyətlərində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Dağlıq küçəsində istifadədə olan 0,0146 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103,2 kv.m., yaşayış sahəsi 70,08 kv.m., yardımçı sahəsi 32,4 kv.m. olan 4 otaqlı 1 mərtəbəli 2 nömrəli fərdi yaşayış evin və onun tərkib hissəsinin (qaraj 24 kv.m. və sanitar qovşağı 3,2 kv.m.) ilkin satış qiyməti ilə müqayisədə 21 fevral 2020-ci il tarixinə 51.000 (əlli bir min) manat təşkil edir; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, keçid 1-də istifadədə olan 0,03663 ha torpaq sahəsində yerləşən 1 və 3 mərtəbəli, 10 otaqlı, 268,2 kv.m. yaşayış, 650,2 kv.m. köməkçi sahədən ibarət 24a saylı fərdi yaşayış evin ilkin satış qiyməti ilə müqayisədə 21 fevral 2020-ci il tarixinə 1.975.000 (bir milyon doqquz yüz yetmiş beş min) manat təşkil edir; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən Cavabdeh6 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 887-ci məhəllə, 81A ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 34,2 kv.m. olan qeyriyaşayış sahəsinin (77/78 saylı mağazalar) ilkin satış qiyməti ilə müqayisədə 21 fevral 2020-ci il tarixinə 107.500,00 (bir yüz yeddi min beş yüz) manat təşkil edir. İş materiallarında olan xxxxnin ƏEM/F 80-108/20 saylı, 25.02.2020-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus olan 8 ədəd avtonəqliyyat vasitələrinin 25 fevral 2020-ci il tarixinə bazar dəyəri: DAEWOO BS090-avtobus, **-MO-*** qeydiyyat nişanlı, 2011-ci il – 26000 AZN; DAEWOO BS090-avtobus, **-MO-*** qeydiyyat nişanlı, 2011-ci il – 26000 AZN; DAEWOO BS090-avtobus, **-MO-*** qeydiyyat nişanlı, 2011-ci il – 26000 AZN; DAEWOO BS090-avtobus, **-MO-*** qeydiyyat nişanlı, 2011-ci il – 26000 AZN; DAEWOO BS090-avtobus, **-SE-*** qeydiyyat nişanlı, 2012-ci il – 32000 AZN; DAEWOO BS090-avtobus, **-SE-*** qeydiyyat nişanlı, 2012-ci il – 32000 AZN; DAEWOO BS090-avtobus, **-SN-*** qeydiyyat nişanlı, 2012-ci il – 32000 AZN; DAEWOO BS090avtobus, **-SE-*** qeydiyyat nişanlı, 2012-ci il – 32000 AZN. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20471 saylı, 22 noyabr 2019-cu il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında göstərilən bütün ödənişlər və 23.07.2013-cü il tarixli 113969-1-7675/1 saylı xxxx şərtləri nəzərə alınaraq, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıda göstərildiyi kimi müəyyənolunur: 23.07.2018-ci il tarixə əsas borc - 1.247.973,17 ABŞ dolları; faiz borcu - 445.387,99 ABŞ dolları. 03.05.2019-cu il tarixə əsas borc - 1.247.973,17 ABŞ dolları; faiz borcu - 580.307,76 ABŞ dolları. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Kollegiya ilk olaraq cavabdehlərin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətdə borc məbləğlərinin düzgün hesablanmadığını irəli sürsələr də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, qeyd olunan borc məbləğləri iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilmiş və həmin ekspert rəyi ilə razılaşmamaq üçün əsaslar mövcud deyil. Kollegiya hər iki apellyasiya şikayətinin cərimə borcuna aid hissədə olan arqumentlərinə dair qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; bu isə o deməkdir ki, dəbbə pulunun (cərimənin) müqavilə müddətinin bitdiyi tarixə qədər hesablanmalı olması qənaətinin hüquqi əsası mövcud deyildir. Əksinə, qanunun mənasından göründüyu kimi cərimə, məhz öhdəliyin icra olunmaması halında (olunmadığı dövr üçün) tətbiq oluna bilən maliyyə sanksiyasıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 1 159 020,12 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 18400 ABŞ dolları cərimə hesablayıb tələb etmiş və birinci instansiya məhkəməsi haqlı olaraq həmin məbləği ağlabatan həddədək azaldaraq cərimə borcunu 10 000 ABŞ dolları müəyyən etmişdir. Kollegiya iddiaçı bankın apellyasiya şikayətini “113969-1-7675 saylı, 10.07.2013-cü il tarixli xxxxnın və 113969-1-7675/1 saylı, 23.07.2013-cü il tarixli "kredit müqaviləsi"nin ləğv edilməsi” hissəsində əsaslı hesab edir. Belə ki, iddiaçı bankın həmin müqavilələrinin ləğv edilməsini tələb etmədiyi halda məhkəmə müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Kollegiya həmçinin, birinci instansiya məhkəməsinin “müqavilənin bitdiyi 23.07.2018-ci il tarixdən 20.08.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün 120 248,34 ABŞ dolları illik beş faizlə hesablanan faiz borcunun tutulması” tələbi üzrə gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməmişdir; 1 159 020,12 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna 23.07.2018-ci il tarixdən 20.08.2020-ci il tarixinə (24 ay 28 gün) qədər illik 5%-lə hesablanacaq faiz isə 120 248,34 ABŞ dolları təşkil edir və həmin məbləğ cavabdehlərdən tutulmalıdır. Kollegiya hesab edir ki iddiaçı bankın apellyasiya şikayəti “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, keçid 1-də istifadədə olan 0.03663 ha torpaq sahəsində yerləşən 1 və 3 mərtəbəli, 10 otaqlı, 268.2 kv.m yaşayış, 650.2 kv.m köməkçi sahədən ibarət 24a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində qismən əsaslıdır və həmin hissədə qətnamə dəyişdirilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Apellyasiya baxışı zamanı qiymətləndirmə ekspertizası təyin olunmuş və qiymətləndirici rəyi ilə həmin ipoteka predmetinin likvid qiymətinin 410 000 (dörd yüz on min) manat olması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, qiymətləndiricinin hazırda müəyyənləşdirdiyi qiymətin ilkin satış kimi əsas götürülməsi daha məqsədəuyğundur. Beləliklə kollegiya qeyd edir ki, iddiaçının apelyasiya şikayəti qalan hissədə əsassız olduğundan təmin edilməməli, qətnamə 5 faiz borcunun tutulmaması və kredit müqaviləsinin ləğv edilməsi hissəsində ləğv edilməli, fərdi yaşayış evinin ilkin satış qiymətinin və cəmi borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 və Cavabdeh2 tərəfindən bigə verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11/2020 saylı, 04 sentyabr 2020ci il tarixli qətnaməsi “müqavilənin bitdiyi 23.07.2018-ci il tarixdən 20.08.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün 120 248,34 ABŞ dolları illik beş faizlə hesablanan faiz borcunun tutulması” tələbinin təmin edilməməsi və “113969-1-7675 saylı, 10.07.2013-cü il tarixli xxxxnın və 113969-1-7675/1 saylı, 23.07.2013-cü il tarixli "kredit müqaviləsi"nin ləğv edilməsi” ilə bağlı hissələrdə ləğv olunsun. İddia tələbi illik beş faizlə hesablanan faiz borcunun tutulması hissəsində təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 120248.34 (bir yüz iyirmi min iki yüz qırx səkkiz dollar 34 sent) ABŞ dolları məbləğində müqavilə müddəti bitdiyi 23.07.2018-ci il tarixdən 20.08.2020-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcu (ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə) “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə, “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, keçid 1-də istifadədə olan 0.03663 ha torpaq sahəsində yerləşən 1 və 3 mərtəbəli, 10 otaqlı, 268.2 kv.m yaşayış, 650.2 kv.m köməkçi sahədən ibarət 24a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi” və cavabdehlərdən tutulan ümumi borcun məbləğinə aid hissələrdə dəyişdirilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, keçid 1-də istifadədə olan 0.03663 ha torpaq sahəsində yerləşən 1 və 3 mərtəbəli, 10 otaqlı, 268.2 kv.m yaşayış, 650.2 kv.m köməkçi sahədən ibarət 24a nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 410 000 (dörd yüz on min) manat olması müəyyən edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan ümumi borcun məbləği 1 699 814,78 (bir milyon altı yüz doxsan doqquz min səkkiz yüz on dörd dollar 78 sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar