Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7950/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 (üçüncü şəxs qismində Bakı şəhəri 53 saylı Notariat ofisi cəlb edilməklə) qarşı “kredit müqaviləsinin etibarsızlığı və ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3670/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı (üçüncü şəxs qismində Bakı şəhəri 53 saylı Notariat ofisi cəlb edilməklə) “kredit müqaviləsinin etibarsızlığı və ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2018-ci il tarixində Bakı şəhəri 53 saylı notariat ofisində qeydə alınmış X2 ilə iddiaçı arasınd bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, xx xxx 2018-ci il tarixində Bakı şəhəri 53 saylı notariat ofisində qeydə alınmış borc müqaviləsinin əvəzinə iddiaçının, Cavabdeh2 və 53 saylı notariat ofisində qeydə alınmış aralarında olan birgə fəaliyyət haqqında bağlanmış əqd (müqavilə) hesab edilməsi və iddiaçı tərəfindən icra olunmasının tanınması, xx xxx 2018-ci il tarixində X2 tərəfindən Cavabdeh2 verilmiş 10.000 ABŞ dolları birgə fəaliyyət əqdinin məliyyələşdirilmiş hesab edilməsi, birgə fəaliyyət nəticəsində 10.000 ABŞ dolları Tağıyev Xaliq tərəfindən sərf edilmiş məbləğin riski 2 nəfərə aid edildiyindən (yəni iddiaçı və Cavabdeh2) yerdə qalan 5000 ABŞ dolları 2 nəfərə - iştirakçıya aid edilməklə qalığın 2200 ABŞ dolları iddiaçıya, 2800 ABŞ dolları Cavabdeh2 aid edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh tanışı X3 2018-ci ilin yay mövsümündə Bakı şəhəri Mərdəkan qəsəbəsində “Delfin” İstirahat mərkəzini işlətmək üçün vəsait lazım olmuşdur. Cabir iddiaçıya demişdir ki, pulu onuntanışı Azərbaycanda tanınmış bəstəkar ƏləkbərTağıyevin oğlu Xaliq Tağıyevdən alar. Cabir Xaliqdən pulu almaq barədə razılıq alaraq iddiaçı ilə birlikdə Xaliqin yanına yollanmışlar. Xaliq onlara demişdir ki, “mən Rəşadı tanımıram, pulu ancaq Cabirə verə bilərəm”. Bu an Cabirin şəxsiyyət vəsiqəsi olmadığına görə, Cabir təkidlə iddiaçını inandırmışdır ki, pulu o götürübqaytaracaq iddiaçı isə həmin anda borc müqaviləsinə onun yerinə imza etmişdir. xx xxx 2018-ci ildə X2 ilə iddiaçı arasında kredit müqaviləsi 53 nömrəli notariat ofisində qeydə alınmışdır. Notariat ofisində X4 Cabirə 10 min ABŞ dolları vermişdir. Notariat ofisindən çıxandan sonra işlətdikləri ünvan 1 ünvanda yerləşən kafe “Rublyovkaya” getmişlər. X8 Arzu xanım adında işçinin yanında həmin puldan 300 ABŞ dolları çıxardaraq qalan 9.700 ABŞ dollarını iddiaçıya vermişdir. Bunlar hamsı şahid işçimiz Arzu xanımın yanında olmuşdur. Cabir demişdir ki, Xalıq ilə özü hesablaşacaq, Xalıq onlarla şərikdir. Kredit Müqaviləsində isə 15 min ABŞ dollar qeyd olunmuşdur.Cəbir gələcək gəlirlərin hesabına iddiaçı ilə və Xaliqlə hesablaşmağı nəzərdə tuturdu. Onlar Bakı şəhəri, Mərdəkan qəsəbəsində “Delfin” İstirahat mərkəzini işlətmişlər. Lakin, onların proqnozları reallaşmamışdır. Onlar qazanc əldə edə bilməmişlər. Mütamadi olaraq Xaliq iddiaçıya Cabirdən şikayətlər edirdi ki, Cabir onunla sövdələşdiyi razılığa əməl etmir. İddiaçı bu söhbəti Cəbirə dəfələrlə çatdırırdı. Nəhayət birqə fəaliyyəti nəticəsində əldə etdikləri 4000 ABŞ dolar və iddiaçının şəxsi əmlakının satışındın əldə etdiyi 1000 ABŞ dolları olmaqla, cəmi 5000 ABŞ dollarını aparıb Xaliqə şahidərin yanında vermişdir. İddiaçı 15 min ABŞ dollarına dair təkrarən suallarını bildirmişdir. Xalıq demişdir ki, bunun iddiaçıya aidiyyəti yoxdur. Xaliqin və Cəbirin arasında olan bu məsələ həll olunacaq. Bir az vaxt keçdikdən sonra iddiaçıya Sumqayıt şəhər icra və probasiya şöbəsindən Kreditin qaytarılması haqqında Tağıyev Xaliqin ərizəsi əsasında Notariat ofisindən verilmiş notariat qeydinin icrası barədə icraata başlamaq haqqında Qərar qəlmişdir. X5 və Cəbir Rüstəmova müraciət etmiş və mübahisənin niyə bu cürə çevrildiyini öyrənmişdir. Hər ikisi olduğu real işin hallarından imtina etmişlər. Beləliklə, belə nəticəyə gəlinmişdir ki, iddiaçı Xaliq Tağıyevdən 15 min ABŞ dolları almış və qaytarmamişdir. Cəbir isə kənarda qalmışdır. Onların birgə fəaliyyəti təhrif olunmuş və tanılmamışdır. Halbuki onlarla işləyən şəxslər bu hadisəni əvvəldən axıra kimi bilirlər və məhkəmədə təsdiq edə bilərlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3670/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı qərardaddan şikayət vermiş və MPM-in 153-cü maddəsinə əsasən qeyd etmişdir ki, ona qarşı borcun qaytarılması tələbinə dair iddiaçı Cavabdeh1 iddiası üzrə 2(004)-1126/2020 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hazırda bu iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Beləliklə, hazırki məhkəmənin qərardadı əsassızdır və qanunsuzdur, ona qörə ki həmin qətnamə qanuni qüvvəyə minməyib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3670/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3670/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının şikayəti təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7009/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, iddiaçının şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3670/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək işin yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3670/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilərək, işin icraata qəbul edilməsi, əks təqdirdə işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7009/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə mübahisənin (iddianın) əsası ilə iddia tələbinin əsaslandırıldığı hallar fərqləndirilmiş və qeyd edilmişdir ki, onların eyniləşdirilməsi prosessual qeyri-müəyyənliyin yaranmasına xidmət edən və hüquq tətbiqetmədə suiistifadəyə məruz qalmanın tipik təzahürlərinə şərait yaradan amil kimi yolverilməzdir. Kollegiya hesab etmişdir ki, birinci instasniya məhkəməsi qərardad qəbul edərkən başqa normaya (153.2.2-ci maddə) istinad etməklə qanuni qüvvəyə minməmiş qətnamə üzrə tərkib xüsusatlarını eyniləşdirmişdir. Ona görə də məhkəmə prosessual qanunvericiliyin tələblərinə riayət edərək, icraatın mümkünlük məsələsinə yenidən qiymət verməli və işin eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslara dair olduğunu müəyyən edərək yekun əsaslandırılmış qənaəti formalaşdırmalı idi. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3670/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə cavabdehlərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli və iş yenidən baxılması üçün birinci instaniya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən qeyd etmişdir ki, iddiaçının cavabdeh X1 qarşı 2(004)-1126/2020 saylı mülki iş üzrə eyni tələbinin rədd edilməsi barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mövcuddur. Lakin, məhkəmə iş üzrə tərəflərin, mübahisə predmetinin və əsasların eyni olmasını qərardadda əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Lakin, birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbulundan imtinanı Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa) istinad edərək əsaslandırmışdır. Kollegiya işin hallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya instasniyası məhkəməsinin 2(103)-7009/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qeyd edilən işlərin eyni tərəflər, eyni predmet və eyni əsaslarla bağlı olub-olmaması hallarını araşdırmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin eyni tərəflər, eyni predmet və eyni əsaslarla bağlı olub-olmaması hallarının müəyyən edilməsi ilə bağlı göstərişlərinin araşdırılması iş materiallarından, həmçinin, birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilmədiyindən şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3670/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı təkrarən eyni əsasla ləğv edilməli, iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3670/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7950/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7950/2020
30.10.2020 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver