Məhkəmə qərarları › İş №2(103)-7966/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7966/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7966/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(008)-3562/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(008)- 3562/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən, **********60106 saylı abonentə xx.xx.2021-ci il tarixli NDM 027152 saylı akt əsasında hesablanmış 527.56 manat borcun silinməsi və həmin akt əsasında İddiaçı tərəfindən ödənilmiş 150 manat pulun "xxxx" ASC tərəfindən İddiaçı geri ödənilməsi, 50 manat vəkil xərcinin cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apelyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1.5 və 361.1.6cı maddələrinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apelyasiya şikayətində göstərilməlidir. Təqdim edilmiş apelyasiya şikayətində cavabdeh qətnaməni düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, hər hansı konkret fakt və hallara istinad etməmişdir. Şikayətçi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını açıqlamamış, yalnız qanunvericiliyin normaları sadalanmışdır. MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci madəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(008)- 3562/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar