Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7967/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(001)-754/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2, İddiaçı1 və yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, korpus 3, ev 3, 6 saylı mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi və onların mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, e-2(001)- 754/2022 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneə törədilməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, e-2(001)- 754/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icra edilməsi üçün Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ələddin Hüseynov xx.xx.2022-ci il tarixində qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, e-2(001)-754/2022 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixdə icraata qərarla qəbul edilərək icraya yönəldilmiş, tərəflərə bildiriş və qərarın surəti göndərilmişdir. xx.xx.2022-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar ünvan 3 ünvanda olarkən icra yerində müəyyən olunmuşdur ki, göstərilən mənzil 4 otaqdan ibarət olmaqla, giriş hissədə olan mənzilin 3 otağı ilə digər 4-cü 1 otağın ara hissəsi borclu Cavabdeh1 Husa oğlu və Cavabdeh2 tərəfindən arakəsmə ilə hörülmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli çıxarışının surətindən görünür ki, mənzilin 4/6 hissəsi borclu Cavabdeh2 mülkiyyətindədir, 3 otaqlı mənzildə yaşayır. Evin girişi isə ilkin layihəyə uyğun hissədəndir və onun istifadəsindədir. Mənzilin digər təcrid olunmuş 1 otağında isə borclu Cavabdeh1 yaşayır və onun istifadəsindədir, girişi isə binanın arxa hissəsindədir. Həmin 1 otaqlı mənzilin qarşı hissəsində isə borclu Cavabdeh1 tərəfindən əlavə tikililər (otaq və sanitar qovşaq) inşa edilmişdir. İcra yerində İddiaçı2 göstərilən ünvanda hansı mənzillərə köçürülməsi ilə bağlı tərəflər arasında mübahisə və ziddiyyət yaranmışdır. Tələbkar İddiaçı2 mənzilə istifadə hüququ yarandığından təcrid olunmuş mənzilin bir otağından istifadə etməsi mümkün olmadığına görə yaranmış ziddiyyətin aradan qaldırılması üçün icra sənədinin icrasına izah verilməlidir. Bu barədə icra yerində müvafiq akt tərtib edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-(001)-754/2022 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, e2(001)-754/2022 saylı qətnaməsinə izah verilməsi barədə icra məmuru Ələddin Hüseynovun ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-(001)- 754/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda borclu Cavabdeh2 və digər vərəsənin mülkiyyət hüquqları pozulmaqla qətnamə icra edilir. Belə ki, nə qədər ki, mənzil vərəsələr arasında naturada bölünməyib tələbkar və nə qədər ki qətnamə bütün mənzilə münasibətdə qəbul edilib bütün mənzilə köçürülmə olmalıdır. Mənzilə köçürülmənin yalnız borclu Cavabdeh2 münasibətdə və işə cəlb edilməyən vərəsəyə münasibətdə icrası qanusuzdur. Hesab edir ki, nə qədər ki, qətnamə bütövlükdə mənzilə münasibətdə qəbul edilib, köçürülmə bütövlükdə mənzilə münasibətdə icra edilməlidir. Vərəsələrdən birinin, xüsusilə borclulardan birinin otağı qanunsuz olaraq təcrid etməklə köçürülən yerin ərazisini məhdudlaşdırması, həm də nəticə etibarı ilə icra prosesindən yayınması, bununla da mənzil mülkiyyətçilərinin hüquqlarını pozmaqla qətnamənin icrası yolverilməzdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-754/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Cavabdeh2 tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(001)-754/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, icra sənədinin icrası ilə əlaqədar icra məmuru Ələddin Hüseynov və tələbkarlar İddiaçı1 və İddiaçı2 qız ünvan 3 ünvanda olarkən, borclular icra barədə xəbərdar edilsələr də, mənzilin qapısı bağlı olduğundan icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayon Binəqədi şossesi, ev 3, 6 saylı mənzilə 4/6 hissədə pay hüququ xx.xx.2022-ci il tarixində Cavabdeh2 adına ********** № ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan icra məmuru X6, icra məmuru Şakir Bahadırov, Binəqədi rayon Pİ-nin 6-cı PB-nin sahə rəisi polis kapitanı X7, Binəqədi rayon YMB-nin 2 YMB-nin daxili xidmət leytenantı X4, TTY-ın həkimi X3, tələbkar İddiaçı2, İddiaçı1 Musa qızının borclu Cavabdeh2, səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, e-2(001)- 754/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayon Binəqədi şossesi, ev 3, 6 saylı mənzilə gəlmişlər. İcra yerində müəyyə olunmuşdur ki, mənzil 4 otaqdan ibarətdir. Mənzilin 3 otağının girişi (layihəyə uyğun olaraq) layihə üzrədir. Mənzilin digər 4-cü otağı isə 3otaqdan təcrid olunaraq, arası bağlanmışdır. Həmin otağa giriş binanın arxa tərəfindədir. Qarşısında əlavə otaq inşa edirilərək, borclu Cavabdeh1 tərəfindən artırılmışdır. Ora onun və yeni ailəsinin istiadəsindədir. Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, mənzilin 4/6 hissəsi Cavabdeh2 mülkiyyətindədir. Tələbkar bildirir ki, mənzilə köçəcəyi halda əşyalarını da gətirməlidir. Lakin əşyaların yerləşdirilməsinə dair tərəflər arasında fikir ayrılıqları olduğundan icra sənədinin icrası baş tutmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Şərh olunan normanın məzmunundan görünür ki, qanunvericilikdə qətnamənin məzmununun dəyişdirilmədən izah edilməsinə yol verilir. Qətnaməyə izah verilməsi dedikdə qətnamədəki qeyri-müəyyənlik və ya anlaşılmazlıq oradakı hüquqi terminlərin və ifadələrin yerində, dilin qrammatik qaydalarına uyğun işlədilməməsi, anlaşılmayan, iki və ya çoxmənalı söz və ifadələrdən istifadə olunmasını nəzərdə tutulur. Lakin ərizənin mahiyyətindən görünür ki, tələbkarlar mənzilə köçürülməsini, onların yaşaması üçün otaq verilməsini tələb edirlər və otağın fərqinin olmadığını bildirirlər, borclu Cavabdeh2 qətnamənin icrasına mane olur və bunu digər borclu Cavabdeh1 icra prosesinə cəlb edilməməsi və sonuncunun faktiki sahibliyində olan otağının qətnamənin icrasından kənarda qalması ilə əsaslandırır. Eyni zamanda onun mənzilin 4/6 hissəsinə, digər vərəsələrin, xüsusilə də borclu Cavabdeh1 1/6 hissəsinə mülkiyyət hüququnun olmasına baxmayaraq, Seymurun otağının qapısını bağlamaqla icradan yayınmasını düzgün hesab etmirlər. Üstəlik tələbkarlar Seymurun keçmiş arvadı və uşağıdır və Seymurun otağının ayrıca giriş qapısı və ayrı hamam və mətbəx otağı vardır. Göründüyü kimi icra məmuru mənzilə köçürmə barədə qətnamənin icrasının mahiyyətindən kənara çıxaraq, mənzildən istifadə qaydası ilə bağlı mübahisənin həlli məqsədi ilə qətnaməyə izah verilməsini xahiş etmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində qeyd edilmişdir ki, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Həmin qanunun digər bəndlərinə əsasən isə Borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, habelə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Göründüyü kimi icra haqqında qanunvericilik tələbkarın yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədinin icrasını ətraflı tənzimləmişdir. Kollegiya hesab edir ki, icra sənədinin icrasının mümkünsüzlüyü məhkəmə qətnaməsində olan qeyri-müəyyənlikdən deyil, tərəflər arasında istifadə qaydası ilə bağlı yaranan mübahisədən irəli gəlir və bu səbəbdən qətnaməyə mahiyyətindən kənar izah verilməsi yolverilməzdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(001)-754/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(001)- 754/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-7967/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7967/2022
13.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver