Məhkəmə qərarları › İş №2(103)-7970/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7970/2021

16.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7970/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli e-2(011)-3914/2021 saylı qərardadından cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, e-2(011)-3914/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müddət bərpa edilməklə əmrdə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə iddiaçının mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli e-2(011)-3914/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirdi ki, bank ləğv prosesində olduğu üçün cavabdeh sayılmır və Fondun ərazi aidiyyəti üzrə baxılmalıdır Məhkəmə iclsında iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisəsinin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavbdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İşdən görünür ki, iddiaçı tərəfindən iki cavabdehə qarşı birgə tələb irəli sürülmüş, cavabdehlərdən ləğv prosesində olan Cavabdeh1 ASC ləğv prosesindədir və onun hüquqi ünvanı ünvan 1əməsi hesab edir ki, cavabdeh kimi göstərilən ləğv prosesində olan Cavabdeh1 ASC-nin ünvanının Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev ev məhəllə 1130 olması iddiaçıya öz seçməsinə görə aidiyyəti nəzərdə tutan Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsində nəzərdə tutulan rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər müddəasına əsasən hazırki iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etməyə hüquq vermiş və iddiaçı da bu hüququndan istifadə etmişdir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə «Banklar haqqında» Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Göründüyü kimi, hazırki tələb kreditor tələb sayılmır. Bunu şikayət verən də mübahisələndirmir. Mübahisələndirsə yəqin ki, işin baxılmaq üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etməzdi. Sadəcə bank ləğv prosesində olduğu üçün hesab edir ki, banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilməlidir. Ancaq bankın ləğv prosesində olması onun ləğv edilməsi demək deyil. Ona görə də bank hüquqi şəxs statusunun saxladığından ona qarşı tələb yönəldilə bilər. Məhkəmə iclasında ləğv prosesində olan bankı ləğvedicinin təmsil etməsi isə o demək deyil ki, iddia mütləq ləğvedicinin hüququ ünvanı üzrə məhkəməyə verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli e-2(011)-3914/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad, çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar