Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7974/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun və üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Üçüncü şəxs X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1188/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı cavabdehin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı onun və övladları 12.07.2006-cı il təvəllüdlü İddiaçı Aqil oğlu və 19.07.2010-cu il təvəllüdlü X8 ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1188/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilərək, qətnamənin Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas olması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən X9 və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və göstərmişdir ki, o köçürülməsini tələb etdiyi mənzilə 2005-ci ildə gəlin getmişdir, mənzil isə 2011-ci ildə özəlləşib, hesab edir ki, onun həmin vaxt qüvvədə olan qanunvericiliyə görə mənzilə istifadə hüququ yaranıb, məhkəmə isə mübahisəyə 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi müddəalarını tətbiq edib. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edərək qətnamənin iddia tələbinin Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas olması və qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissədə ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və göstərdi ki, X9 ilə 2005-ci ildə ailə qurmuş, həmin vaxt ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür, həmin nikahdan 12.07.2006-cı il tarixdə İddiaçı Aqil oğlu, 19.07.2010-cu il tarixdə X10 doğulmuşdur, nikahlarını isə 2013-cü ildə qeydiyyata aldırmışlar, əvvəllər ailə münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmiş, 2020-ci ildə o və övladları 16 ildir yaşadıqları evdən qovulmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun və üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs N.Əliyeva apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Hüquq 27.04.2011-ci il tarixində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 27.04.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh, X10 və X6 ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(011)-1106/2021 saylı Qətnaməsinin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında 10.05.2013-cü il tarixdə bağlanmış və 748 nömrə ilə qeydə alınmış nikahın pozulması, 12.07.2006-cı il təvəllüdlü X2 və 19.07.2010-cu il təvəllüdlü X4 anaları Cavabdeh himayəsində qalması qət edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən cavabdehin şikayətinə əsasən, qətnamənin Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas olması və qarşılıqlı iddia tələbinə aid hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və qətnamə Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas olması və qarşılıqlı iddia tələbi hissədə ləğv edilməli, qarşılıqlı iddia tələbi hissəsində iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı qarşı onun və övladları 12.07.2006cı il təvəllüdlü İddiaçı Aqil oğlu və 19.07.2010-cu il təvəllüdlü X8 ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməlidir. Məhkəmə kolegiyası qeyd edir ki, rayon məhkəməsi ilkin iddia tələbini rədd etsə də, iddia tələbindən kənara çıxaraq qeyd etmişdir ki, bu qətnamə Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Halbuki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırkı halda isə, iddiaçının belə bir tələbi olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, qətnamə ilkin iddia tələbinin “bu qətnamə Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır” hissəsində ləğv edilməlidir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı rayon məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Aşağıdakılar hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur:
1. Cavabdeh X7 ilə 2005-ci ildə ailə qurmuş, ünvan 1 ünvanında yerləşən mənzilə köçməsi;
2. Cavabdeh gəlin köçən vaxt məzilin dövlət mənzil fonduna aid olması;
3. Birgə nikahlarından 12.07.2006-cı ildə X2 və 19.07.2010-cu ildə X4 doğulması;
4. ünvan 1 ünvanında yerləşən mənzilin 27.04.2011-ci il tarixdə özəlləşməsi;
5. X7 ilə Cavabdeh arasında nikahın 10.05.2013-cü il tarixdə qeydə alınması;
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(011)-1106/2021 saylı qətnaməsi ilə tərəflərin nikahının pozulması. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında münasibətlər 2005-ci ildə yarandığından hazırkı işə 01.10.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozularaq, hazırkı işin halları hərtərəfli araşdırılmamış, cavabdeh 2005-ci ildə həmin mənzilə gəlin köçən zaman mübahisəli evin hüquqi rejimi düzgün müəyyənləşdirilməmiş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsi tətbiq edilmiş və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir. Beləliklə, aparılan araşdırmalar nəticəsində müəyyən olundu ki, cavabdeh mübahisəli mənzilə gəlin köçən vaxt, yəni 2005-ci ildə mənzil dövlət mənzil fonduna aid olduğu üçün 01.10.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən onun və övladlarının həmin mənzildən istifadə hüququ vardır. Yuxarıda qeyd olunanlar əsasən, cavabdehin həmin mənzilə köçdüyü andan istifadə hüququ yarandığından qarşılıqlı iddia təmin edilərək cavabdeh iki yetkinlik yaşına çatmayan övladları 12.07.2006-cı il təvəllüdlü İddiaçı Aqil oğlu və 19.07.2010-cu il təvəllüdlü X8 ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, qətnamə Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas olması və qarşılıqlı iddia tələbi hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi hissəsində iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh və övladları 12.07.2006-cı il təvəllüdlü İddiaçı Aqil oğlu və 19.07.2010-cu il təvəllüdlü X8 ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1188/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi qismən Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas olması və qarşılıqlı iddia tələbi hissəsində ləğv edilsin, qarşılıqlı iddia tələbi hissəsində iş üzrə yeni qətnamə qəbul edilsin, qarşılıqlı iddia təmin edilsin. Cavabdeh və övladları 12.07.2006-cı il təvəllüdlü İddiaçı Aqil oğlu və 19.07.2010-cu il təvəllüdlü X8 ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülsün. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev