Məhkəmə qərarları › İş №2(103)-7979/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7979/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7979/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X2 iştirakı İddiaçının nümayəndəsi-vəkili X3, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “dividend qismində kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-394/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “dividend qismində kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən ona səhmlərinin mütənasib, bazar qiymətlərinə uyğun ədalətli kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən ona məxsus 1856 ədəd səhmin cavabdehin 33.400.000 manat dəyərində olan daşınmaz əmlakına nisbətinə nəzərə alaraq, 85.838 manat məbləğində pulun, eləcə də əmlakın qiymətləndirilməsi üçün iddiaçının ödədiyi 500 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, 4-cü Uzununa küçəsi, 29 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Bağırov küçəsi, 12 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu, 332B saylı sahədə yerləşən əmlak kompleksi kimi daşınmaz əmlaklarının üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-394/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş,Cavabdeh ASC-yə məxsus olan mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Uzununa küçəsi, 29 ünvanda yerləşən əmlak kompleksinin, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Bağırov küçəsi, 12 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna- Maştağa yolu, 332B saylı sahədə yerləşən əmlak kompleksinin üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan Cavabdeh ASC şikayət verərək, ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardaddan göründüyü kimi, iddia tələbi 85838 manat təşkil etdiyi halda, bu məbləğdən on dəfələrlə artıq dəyərdə əmlakın üzərinə həbs qoyulmuşdur.İddianın təmin edilməsinə dair qətnamə qanuni qüvvəyə minəcəyi halda belə, həmin qətnamənin icra edilməsi ilə bağlı heç bir çətinlik yaranacağı real deyil. Belə ki, hətta göstərilən əmlaklar özgəninkiləşdirilsə də, cavabdehin həmin məbləğin ödənilməsi ilə bağlı kifayət qədər aktivləri mövcud olacaqdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-394/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili X4 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X5 şikayəti qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.3-cü maddəsinə əsasən hakim iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ, İİİ və V hissələrinə, 28-ci maddəsinin İ və İİİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddianın təmini tədbiri barədə ərizəni təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan əmlakların özgəninkiləşdirilməsinə qadağanın qoyulması qəbul edilə biləcək qətnamənin gələcəkdə icrasının təminatını əks etdirir. Şikayətin təmin edilməsi qətnamənin icrasını gələcəkdə mümkünsüz edə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-394/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar