Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7987/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı İKB-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-487/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1rşı «kredit müqaviləsi üzrə borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-487/2018 saylı qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia qismən təmin olunmuşdur. Həmin cavabdeh X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-7927/2018 saylı qətnaməsi ilə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)- 7927/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlaılmışdır. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-487/2018 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir (hər iki apellyasiya şikayətində ipotekanın ilkin satış dəyəri mübahisələndirilmiş, təkrar ekspertiza təyin olunmalı olması, həmçinin digər məhkəmə qərarının olması əsası ilə iş üzrə icraata xitam verilməli olması göstərilmişdir) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd edilən qərardadında bu nəticəyə gəlmişdir ki;
1. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir.
4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Göründüyü kimi, məhkəmə aktlarının bir tərəfin apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarlarından görünür ki, cavabdeh X4 tərəfindən verilmiş apellyasiya (həmçinin, kassasiya) şikayətinin dəlilləri araşdırılmış, şikayət təmin olunmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi əvvəllər eyni əsaslar üzrə digər cavabdehin verdiyi apellyasiya şikayəti üzrə (mübahisələndirilən hissədə) yoxlanıldığından Cavabdeh2 qətnamədən analoji hissədə olan apellyasiya şikayəti mümkün sayıla biliməz. Həmçinin, qeyd edilməlidir ki, Cavabdeh2 apellyasiya şikayətinin başqa əsaslarla qeyri-mümkün sayılması barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə ləğv olunması halı da vəziyyəti dəyişdirmir. Yuxarıda qeyd edildiyi kimi, hazırki vaxtda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə mübahisəli məsələ tənzimlənmişdir. MPM-in 418-1.4-cü maddəsinin tələbinə görə Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçı İKB-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-487/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.