Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7991/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, İddiaçı (bundan sonraİddiaçı İB) Cavabdeh qarşı sair öhdəliklər üzrə mübahisələr tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli, 2(008)-6445/2019-004 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı təbii X1nın pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB xx.xx.2013-cü il tarixli, 041304 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1402AZ**********77 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli, 0115451, saylı akt əsasında 583.20 manat;xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 996.60 manat;xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 470.80 manat;xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 205 manat;xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 225.20 manat;xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 457.80 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 784.80 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 482.40 manat;xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 120.60 manat;xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 196.20 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 196.20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 223.20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 223.20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 214.20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 223.20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, cəmi 5567.40 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdehin əvvəldən 717.30 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 6384.70 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 6414.70 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 583.20 manat təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış borcun və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 613.20 manat borcun tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı apelyasiya şikayəti verərək, Sabunçu rayon Məhkəməsinin 2(008)-6445/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin rədd edilən hissəsinin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən qanunsuz qoşulma halı aşkar olunduğu üçün qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsi həmin şəxsdən tələb edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1235/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-3671/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni birinci instansiya məhkəməsinin iddianın 717,30 manat abonent borcunun cavabdehdən tutulmasının rədd edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli 041304 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Cavabdeh təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB ilə müqavilə bağlamışdır. İş materiallarında olan **********00000 abonentin (Cavabdeh) abonent saldosundan görünür ki, abonentin fərdi yaşayış evinə (ünvan: ünvan 2 sayğac quraşdırılmışdır. Abonent saldosunda təbii qazdan istifadə edilməsi ilə bağlı yaranmış borcun 583.20 manat olması müəyyən edilir. İş materiallarında olan **********00000 saylı abonent saldosundan görünür ki, ünvan 3 ünvanda yaşayan Cavabdeh 2013-2016-cı illər üzrə qazdan istifadəyə görə 717,30 manat abonent borcu hesablanmışdır. İş materiallarında olan aktların surətlərindən görünür ki, ünvan 3 ünvanda yaşayan **********00000 abonent (Cavabdeh) rezin boru vasitəsilə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkarlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, nə birinci instansiya məhkəməsi tərəfindən, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tələblərinə tam hüquqi qiymət verilməmişdir. Məhkəmələr iddianı araşdırarkən cavabdehə xx xxxx 2017 - xx xxxx 2019-cu il tarixlərini əhatə edən 17 akt əsasında cəmi 6384,70 manat borcun hesablanmasını göstərmişlər. Lakin, iddianın məzmunundan müəyyən olunur ki, tələb olunan 6384,70 manat vəsaitdən 5667,40 manat hissəsi göstərilən aktlara əsasən hesablanan ziyan, 717,30 manat hissəsi isə abonent borcu təşkil edir. İş materiallarında olan abonent saldosuna əsasən 717,30 manat cavabdehin 2013-cü ildən qalan borcudur. Lakin məhkəmələr iddianın həmin hissəsini araşdırmamış və ona ümumiyyətlə hüquqi qiymət verməmişlər. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh məxsus fərdi yaşayış evinə verilən təbii qazdan istifadəyə görə, onun İddiaçı İB-nə 2013-cü ildən başlayaraq 717,30 manat borcu yaranmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin müəyyən edilmiş hallarından və qanunvericiliyin qeyd edilən müddəalarından məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı 717,30 manat abonent borcunun cavabdehdən tutulması hissəsində rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, abonent saldosuna əsasən qeyd olunan 717,30 manatın cavabdehin 2013-cü ildən qalan borcu olduğundan həmin borc, 583.20 manat təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış borcla yanaşı, Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6445/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – iddianın abonent borcuna görə hesablanmış borcun tutulmasının təmin edilməməsi hissəsində ləğv edilsin. Abonent borcuna görə hesablanmış 717.30 (yeddi yüz on yeddi manat otuz qəpik) manat məbləğ Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-7991/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7991/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver